___________________________________________________
8
tərmiş və yadda qalan obrazlar yaratmışdır.
C.10- 55;
C.17-
190.
23.
Adilə Namazova, Adilə Əziz qızı Namazova (d.
1926) - pediatr, kardioloq. Tibb elmləri doktoru, professor.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrası-
nın müdiri. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək
xəstəliklərinə həsr olunmuşdur. Rusiya Tibb EA-nın müxbir
üzvü, Azərbaycan MEA-nın akademiki, Azərbaycan Dövlət
mükafatı laureatıdır. Azərbaycan Respublikasının “Şöhrət” or-
deni ilə təltif olunmuşdur. C.17- 145; C.22- 235.
24.
Adolf Hitler (1889-1945) - nasional-sosialist parti-
yasının füreri (rəhbəri), alman-faşist dövlətinin başçısı (1933-
cü ildən reyx-kansler). Almaniyada faşist rejiminin yaradıcısı.
İkinci Dünya müharibəsinin əsas təşkilatçısı olmuşdur. İşğal
olunmuş ərazilərdə hərbi əsirlərin və dinc əhalinin kütləvi
surətdə məhv edilməsinin başçısıdır. Sovet ordusu Berlinə
girəndə özünə qəsd etmişdir. Nürnberq prosesində hərbi cani
elan edilmişdir. C.15- 354; C.27- 101, 103, 117, 120, 357.
25.
Afaq Səfərova, Afaq Bəşir qızı Səfərova (d.1955) -
Azərbaycan Respublikasının Xalq artısti. “Qızıl Dərviş” müka-
fatı laureatı. 1989-cu ildən Azərbaycan Dövlət Musiqili Kome-
diya Teatrında fəaliyyət göstərir. Prezident mükafatçısıdır.
C.18- 326.
26.
Afiyəddin Cəlilov, Afiyəddin Cəlil oglu Cəlilov
(1946-1994) - dövlət xadimi. 1993-1994-cü illərdə Azərbaycan
Milli Məclisi sədrinin müavini idi. 1994-cü ildə Azərbaycanın
dövlətçiliyinə və müstəqiliyinə düşmən qüvvələr tərəfindən
qətlə yetirilmişdir. C.10- 351; C.20- 319; C.22- 276.
27.
Ağ ev - Vaşinqtonda ABŞ Prezidentinin iqamətgahı
və dəftərxanası (1800-cü ildən). 1792-1829-cu illərdə inşa edil-
mişdir. ABŞ hökumət evinə çox zaman Ağ ev deyilir. C.11-
39, 40, 149, 217, 219, 222, 229, 234, 255, 337, 400; C.12- 37;
C.20- 77-78, 150, 204, 330, 331, 351, 352;
C.24- 228, 231,
232, 235, 257; C.25- 68-70, 109, 137, 138, 141, 147, 154, 155,
158, 174, 192, 218, 229, 244.
___________________________________________________
9
28.
Ağabacı Rzayeva, Ağabacı İsmayıl qızı Rzayeva
(1912-1975) - ilk azərbaycanlı qadın bəstəkarlarından biri.
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi. Yara-
dıcılığında mahnı və romanslar mühüm yer tutmuşdur. C.25-
313.
29.
Ağabəyimağa Ağabacı (1781-1831) - Azərbaycan şairi.
Qarabağ xanı İbrahimxəlil xanın qızıdır. 1801-ci ildə İran şahı
Fətəli şah Qacara ərə verilmişdir. Bir neçə şeiri məlumdur.
C.15- 229; C.25- 312.
30.
Ağacan Əbiyev, Ağacan Qulam oğlu Əbiyev (d.
I937) - 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının rektoru. 1982-ci ildən A.Əbiyev Avro-
pa və Dünya Boks Federasiyasının üzvü, Avropa Boks Federa-
siyasının vitse-prezidenti və Hakimlər Komitəsinin sədri, Azər-
baycan Boks Federasiyasının prezidenti və Milli Olimpiya
Komitəsinin Baş katibidir. C.21- 139.
31.
Ağadadaş Qurbanov, Ağadadaş Gülməmməd oğlu
Qurbanov (1911-1965) - aktyor. Azərbaycan Respublikasının
Xalq artisti. Dramatik səpkili aktyor olan A.Qurbanov komik
və xarakterik rollarda da uğurla çıxış etmişdir. Eyni zamanda
kino aktyoru olmuşdur. C.17- 190; C.18- 18.
32.
Ağalarov Həsən bəy (1812-?) - general-mayor.1890-
cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-
süvari polkunda xidmət etmişdir. 1852-ci ildə Həsən bəy Ağa-
larov Qafqaz müsəlman-süvari polkunun komandiri təyin olu-
nur. Ağalarov ömrünün axırına qədər döyüşən hissələrdə hərbi
borcunu şərəflə yerinə yetirmişdir. С.16- 83.
33.
Ağasadıq Gəraybəyli, Ağasadıq Ağali oğlu
Gəray-
bəyli (1897-1988) - aktyor. Azərbaycan Respublikasının Xalq
artisti. 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Milli
Dram Teatrının artisti olmuşdur. Gəraybəylinin yaradıcılığında
güclü dramatik, komik səpgili səhnə obrazları mühüm yer
tutur. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş-
dur. C.17- 190; C.18- 18.
___________________________________________________
10
34.
Ağasəlim Atakişiyev, Ağasəlim İbrahim
oğlu Atakişi-
yev (1903-1978) - 1943-1953-cü illərdə Azərbaycan Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini olmuşdur. C.10-
335, 337.
35.
Ağdam - Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km
2
, əhalisi 101,6
min nəfərdir. 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal
edilmişdir. C.23- 94, 101; C.24- 15, 258; C.25- 7.
36.
Ağdam şəhəri - Azərbaycan Respublikasında şəhər.
Ağdam rayonunun mərkəzi. 1993-cü ildə erməni işğalçıları tə-
rəfindən işğal edilmişdir. C.24- 6, 9, 15; C.27- 119, 387; C.28-
269.
37.
Axundov adına Azərbaycan Dövlət Kitabxanası-
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. Azərbay-
canda ən böyük kitabxana, respublikada çap olunan əsərlərin
dövlət kitabsaxlayıcısı, kitabxanaşünaslıq və biblioqrafiya üzrə
elmi-metodik mərkəz. Milli Kitabxananın əsası 1923-cü il 23
mayda qoyulmuşdur. Kitabxananın indiki binası 1960-cı ildə
akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilmişdir.
Kitabxanada 13 oxucu zalı, fondunda isə 4516841 kitab var.
C.13- 150-157, 216, 450, 454.
38.
Akim Abbasov, Akim Əli oğlu Abbasov (1911-1996)
- general-mayor. Böyük Vətən müharibəsində iştirak etmişdir.
Müharibədən sonrakı illərdə polk komandiri, diviziya koman-
dirinin müavini və komandiri vəzifələrində işləmişdir. Azər-
baycan SSR Ali Sovetinin deputatı olmuşdur. С.16- 86; C.22-
257; C.28- 324.
39.
Akixito (d.1933) - 1989-cu ildən Yaponiyanın İmpe-
ratorudur. C.14- 343-345, 356, 358, 459; C.15- 46.
40.
Aksenenko Nikolay Yemelyanoviç (1949-2005) -
dəmiryolçu mühəndis.1984-1994-cü illərdə bir sıra dövlət işlə-
rində çalışmışdır. 1994-1996-cı illərdə Rusiya Federasiyasında
rabitə nazirinin müavini, 1996-1997-ci illərdə rabitə nazirinin
birinci müavini, 1997-ci il apreldən isə nazir vəzifəsində işlə-
mişdir. 1999-cu ildə Nazirlər Sovetinin birinci muavini, 2000-