___________________________________________________
17
təbliğ etmişdir. Alman-faşist işğalı dövründə Araqon Müqa-
vimət hərəkatının təşkilatçılarından olmuşdur. С.16- 65.
75.
Araz Əzimov, Araz Böyükağa oğlu Əzimov (d.l962) -
diplomat. 1994-cü ildən Azərbaycan Respublikası Xarici İşlər
Nazirinin müavinidir. C.10- 281; C.14- 324; C.15- 30; C.19-
447.
76.
Argentina, Argentina Respublikası -
Cənubi Ameri-
kanın cənub şərqində dövlət. Sahəsi 2780 min km
2
, əhalisi
34,9, milyon nəfərdir.Argentina federativ respublikadır. Dövlət
və hökumət başçısı Prezident, ali qanunverici hakimiyyət
orqanı Milli Konqresdir (parlament).Paytaxtı Buenos-Ayresdir.
C.23- 18.
77.
Arif Babayev, Arif İmran oğlu Babayev (d.1938) -
Azərbaycan xanəndəsi. Azərbaycan Respublikasının Xalq artis-
ti. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olun-
muşdur. C.14- 310; C.15- 83; C.17- 156.
78.
Arif Heydərov, Arif Nəzər oğlu
Heydərov (1926-
1978) - general-leytenant. İkinci Dünya müharibəsinin iştirak-
çısı. 1968-1971-ci illərdə SSRİ-nin Türkiyədəki səfirliyində
baş konsul, 1971-1978-ci illərdə Azərbaycan SSR-nin Daxili
İşlər naziri vəzifəsində işləmişdir. C.15- 322.
79.
Arif Məlikov, Arif Cahangir oğlu Məlikov (d.1933) - bəstə-
kar. Azərbaycan Respublikasının Xalq artisti. 1961-ci ildə yazdığı
“Məhəbbət əfsanəsi” baleti ona şöhrət qazandırmışdır. C.10- 199;
C.17- 192, 297-298; C.18- 382.
80.
Arif Rəhimzadə, Arif Qafar oğlu Rəhimzadə (d.l941)
- Azərbaycanın siyasi və dövlət xadimi. 1990-ci ildən Azərbay-
can Respublikası Ali Sovetinin deputatı, 1994-cü ildən Milli
Məclis sədrinin birinci müavini olmuşdur.Hal-hazırda Milli
Məclis komitəsinin sədridir. C.10- 386; C.14- 362; C.19- 78;
C.24- 47; C.27- 124.
81.
Arkadi Raykin, İsaakoviç (1911-1987) - görkəmli
rus satirik aktyoru. SSRİ Xalq artisti. Sosialist Əməyi Qəhrəma-
nı. C.14- 37.
___________________________________________________
18
82.
Arko - neft şirkəti. 1865-ci
ildə Filadelfiyada yara-
dılmışdır. Neft yataqlarının kəşfiyyatı, neft hasilatı və emalı,
neft və neft məhsullarının satışı fəaliyyətinin əsas sahələridir.
Şirkətin prezidenti və direktorlar şurasının sədri Mayk Boulin-
dir. Bakıdakı nümayəndəliyinə Uoren Mak Fatter başçılıq edir.
C.11- 301, 302.
83.
Arlinqton Fəxri Xiyabanı - Vaşinqtonda müharibə-
lər zamanı vəzifə borclarını yerinə yetirərək canlarını qurban
vermiş, qəhrəman adı almış hərbiçilərin ədəbi uyuduğu məzar-
lıq. 1864-cü ildən Milli Xiyaban elan olunmuşdur. ABŞ-ın bir
sıra görkəmli dövlət xadimləri (V.Taft, C.Kennedi, general
C.Perşinq, admiral R.Piri və b.) burada dəfn olunmuşdur. Ame-
rika əhalisi, paytaxt qonaqları, rəsmi səfərdə olan nümayəndə
heyətləri Arlinqton Fəxri Xiyabanına gələrək vətən yolunda
həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları
önünə əklillər, gül-çiçək dəstələri qoyurlar. C.11- 183.
84.
Artur Rəsizadə, Artur Tahir oğlu Rəsızadə (d.1935) -
Azərbaycanın dövlət xadimi. 1996-cı ildən Azərbaycan Res-
publikasının Baş naziridir. C.10- 380, 389, 392; C.13- 422,
423, 424, 426,-429, 431, 434, 435; C.14- 94, 239; C.15- 19, 82,
83, 200; С.16- 115, 124; C.18- 179, 196, 200, 201, 202, 334,
335; C.19- 27 ,28, 48, 53, 115, 251; C.20- 34, 369, 469;
C.21- 120;
C.22- 369;
C.23- 36;
C.24- 10, 314;
C.25- 199,
200; C.26- 239-296; C.27- 391-398.
85.
Asəf Zeynallı, Asəf Zeynalabdin oğlu Zeynallı
(1909-1932) - Azərbaycan bəstəkarı. A.Zeynallı Azərbaycan
musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın yaradıcısı
kimi tanınmış, simfonik, kamera-vokal və instrumental əsərlər
bəstələmişdir. Zeynallının iri formalı “Fraqmentlər” suitası
Azərbaycan simfonik musiqisinin ilk nümunəsidir. Zeynallının
Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasında da
mühüm xidməti olmuşdur. C.21- 103.
86.
Asiya-Avropa Transqafqaz nəqliyyat dəhlizi. - bax:
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi.
___________________________________________________
19
87.
Asiya inkişaf Bankı - Asiya və Sakit okean ölkələri-
nə uzunmüddətli kredit verən dövlətlərarası regional bank.
1966-cı ildə yaradılmışdır. Mənzil qərargahı Maniladadır (Fi-
lippin). Banka 50-yə yaxın ölkə daxildir. Ən böyük auksioner-
ləri Yaponiya, ABŞ, Çindir. C.28- 92.
88.
Aslan Aslanov, Aslan Əli oğlu Aslanov (d.1961) -
biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiya-
sının həqiqi üzvü. 1993-2005-ci illərdə Şəmkir Rayon İcra
Hakimiyyətinin başçısı olmuşdur. Gürcüstan Respublikasının
“Sədaqət” ordeni ilə təltif edilmişdir. C.27- 274, 278-292.
89.
Aslan Məshədov (1952-2003) - 1995-2003-cü illərdə
tanınmamış Çeçenistan Respublikasının Prezidenti olmuşdur.
C.27- 110.
90.
Assa-İradə - Azərbaycan
Beynəlxalq müstəqil xəbər
agentliyi. 1990-cı ildə fəaliyyətə başlamışdır. Agentliyin xəbər-
ləri Azərbaycan, rus, ingilis dillərində yayımlanır. “Assa-İradə”
dünyanı Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatı ilə, həm-
çinin Qarabağ hadisələri ilə məlumatlandırır. C.27- 213.
91.
Astana (1961-ci ilə qədər Akmolinsk, 1961-1992-ci
illərdə Selinoqrad, 1992-1998-ci illərdə Akmola) - 1998-ci il-
dən Qazaxıstanın paytaxtı. Əsası 1830-cu ildə qala kimi qoyul-
muş, 1832-ci ildən isə şəhərdir. С.16- 10-37; C.26- 151, 157,
170, 216.
92.
Asya Manafova (d.1941) - 1991-ci ildən Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, 1995-ci ildən isə “Təbii
ehtiyatlar, energetika və ekologiya” məsələləri daimi komissi-
yasının sədri olub. C.14- 86.
93.
Aşıq Bəsti, Bəsti Kərbəlayi Bayraməli qızı (?-1936) -
Azərbaycan aşığı. Şeirlərində zəmanədən şikayətlənmiş, haqsız-
lığa və ədalətsizliyə qarşı çıxmış, qadınları ictimai həyata
çağırmışdır. C.15- 229.
94.
Aşqabad şəhəri - Türkmənistanın paytaxtı. 1881-ci ildə
Aşqabad kəndinin yerində salınmışdır. 1924-cü ildən Türkmənis-
tan Respublikasının paytaxtıdır. C.10- 21.