Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   10   11   12   13   14   15   16   17   ...   157

___________________________________________________ 

 

41



dan Cəfərqulu ağa Bakıxanov (1799-1867) general-leytenant

Həsən ağa Bakıxanov (1834-?) general-mayor, Abdulla ağa 

Bakıxanov (?-1878) general rütbəsinə  qədər yüksəlmişlər. 

С.16- 83. 

170.

 

“Bakinski raboçi” - ilk nömrəsi rus dilində 1906-cı 

ilin mayında Bakıda gizli nəşr olunmuşdur. “Bakinski raboçi” 

Sovetlər Birliyində Azərbaycan KP, Azərbaycan SSR Ali 

Soveti və Nazirlər Sovetinin orqanı olmuşdur.  1993-cü ildən 

isə

 

“Bakinski raboçi”nin təsisçiləri Prezidentin İşlər İdarəsinin 



və qəzetin redaksiya heyətidir. C.27- 213; C.28- 354, 379. 

171.

 

“Bakinskiye izvestiya” - bu adda müxtəlif vaxtda 3 

qəzet nəşr edilmişdir: Rusiya texnika cəmiyyəti Bakı şöbəsinin 

həftədə iki dəfə  çıxan qəzeti (1876-1987), gündəlik ictimai, 

siyasi və ədəbi qəzet (1902-1905, 1907), gündəlik axşam qəzeti 

(1915). C.26- 88. 

172.

 

Balaş Azəroğlu, Abizadə Balaş Allahbaxış oğlu (d. 

1921) - şair,  ədəbiyyatşünas, Azərbaycanın Xalq şairi. Azər-

baycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur. 

C.13- 12,36; C.17- 148. 

173.

 

Balkan böhranı - bax: Yuqoslaviya böhranı. 

174.

 

Baltik ölkələri  - bax: Baltikyanı respublikalar  – 

burada Latviya, Litva və Estoniya respublikaları nəzərdə tutu-

lur. C.18- 318, 319, 323; C.24- 369. 

175.

 

Barat  Şəkinskaya, Barat Həbib qızı  Şəkinskaya 

(1914-1999) - aktrisa. Azərbaycan Respublikasının Xalq artisti. 

Onun yaratdığı obrazlar yüksək aktyorluq məharəti, səmimiliyi, 

temperamenti ilə fərqlənmişdir. Şəkinskaya lirik, dramatik rol-

larla yanaşı, komik, xarakterik rolların ifaçısı kimi də tanınmış-

dır. C.17- 190; C.25- 313. 



176.

 

Bartold Vasili Vladimiroviç (1869-1930) - şərqşü-

nas, akademik. Bartold rus şərqşünaslıq məktəbinin banilərin-

dəndir. Başlıca əsərləri Orta Asiya, İran, Ərəb xəlifəliyi, islam 

və  şərqşünaslıq tarixinə aiddir. Azərbaycan tarixi, folkloru və 

ədəbiyyatı haqqında da tədqiqatları var. C.25- 333; C.26- 362. 



___________________________________________________ 

 

42



177.

 

Bastiliyanın alınması - Parisdə qala, 1370-1382-ci 

illərdə tikilmişdir. XV əsrdən həm də dövlət həbsxanası idi. 

Bastiliyada  əsasən siyasi dustaqlar saxlanılırdı. 1789-cu il 

iyulun 14-də Paris üsyançıları Bastiliyanın hücumla aldılar. Bu, 

Böyük Fransa inqilabının başlanğıcı idi. Bastiliyanın alındığı 

gün Fransanın milli bayramı (1880) kimi qeyd olunur. С.16

262-265; C.21- 21-23. 

178.

 

Batalov Aleksey Vladimiroviç (d.l928) - rus kino 

aktyoru və rejissoru. SSRİ Xalq artisti. 1954-cü ildən kinoya 

çəkilir. Batalov surətlərin psixologiyasını, mənəvi aləmini, 

daxili gözəlliyini ustalıqla açır. C.22- 141.  



179.

 

Baybakov Nikolay Konstantinoviç (1911-2008) - 

Rusiya dövlət xadimi. Bakı yaxınlığındakı Sabunçu qəsəbəsin-

də doğulmuşdur. Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəh-

rəmanı. 1965-1990-cı illədə SSRİ Nazirlər Soveti sədrinin 

müavini və SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur. O, 

harada olursa-olsun doğma Azərbaycanla  əlaqəsini kəsməmiş, 

Azərbaycanın iqtisadiyyatının inkişafına köməyini  əsirgəmə-

mişdir. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

edilmişdir. C.10- 270, 272, 273; C.22- 18; C.23- 24, 26. 

180.

 

Baykal-Amur magistralı (BAM) - Rusiyanın Şərqi 

Sibirdə  və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magis-

tralı. Ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən 

başlanmışdır. 1989-cu ildə istifadəyə verilmişdir.  C.18- 335; 



C.20- 432-433; C.22- 61, 62, 63, 64; C.24- 85, 91, 92. 

181.

 

Beatriks II (d.1938) - 1980-ci ildən Niderlandiya-

nın kraliçası. C.27- 31, 159. 



182.

 

Behbud Ağa  Şahtaxtinski  (1881-1924) - diplomat. 

1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı 

XKS fövqəladə komissiyasının üzvü, “Hümmət” təşkilatı Mər-

kəzi Komitəsinin sədri olmuşdur. Azərbaycanda sovet haki-

miyyəti qurulandan sonra (1920) xalq ədliyyə komissarı, eyni 

zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə numayən-

dəsi idi. Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariy-

yət statusu qazanmasında mühüm mərhələ - Moskva və Qars 




___________________________________________________ 

 

43



müqavilələrinin (1921) bağlanmasında  Şahtaxtinskinin böyük 

xidməti olmuşdur. C.14- 78; C.19- 153. 



183.

 

Bella  Mixaylovna Davidoviç (d.1928) - pianoçu. 

Bakıda musiqiçilər ailəsində doğulmuşdur. Azərbaycan Res-

publikasının Əməkdar artisti. Şopen adına Beynəlxalq mükafatı 

laureatı. ABŞ-a mühacirət edən Bella Davidoviç orada ifaçılıq 

sənətinin zirvələrinə yüksəlmiş və beynəlxalq miqyasda tanın-

mışdır. Məşhur pianoçu “Azərbaycan mədəniyyətinin dostları” 

fondunun və “Bi-Pi”-“Statoyl” alyansının dəvətilə 1998-ci ilin 

sentyabrında Bakıda konsert vermişdir. C.17- 293-295. 



184.

 

Belçika,  Belçika Krallığı  - Qərbi Avropada dövlət. 

Sahəsi 30,5 min km

2

,  əhalisi 10,2 milyon nəfərdir. Belçika 



konstitusiyalı monarxiyadır. Dövlət başçısı Kral, qanunverici 

orqanı ikipalatalı Parlamentdir. Paytaxtı Brüsseldir. C.15- 186-

188, 189-196, 197-199, 200-202, 203-205. 

185.

 

 Belovej  razılığı, (08.12.1991) - Sovet Sosialist 

Respublikaları  İttifaqının beynəlxalq subyekt kimi varlığına 

son qoyulması barədə RSFSR, Belorusiya və Ukrayna tərəfin-

dən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyi-

nin (MDB) yaranmasını elan etdilər. C.18- 243. 

186.

 

Bencamin Gilman (d.06.12.1922, Taukpsi ş.) - 

1943-1945-ci illərdə orduda xidmət etmiş, 1946-cı ildə Pensil-

vaniya universitetini ( bakalavr), 1950-ci ildə Nyu-York hüquq 

məktəbini bitirmişdir. 1953-1955-ci illərdə Nyu-York quberna-

torunun köməkçisi işləmiş, 1967-1973-cü illərdə Nyu-York 

assambleyasının əməkdaşı olmuşdur. 1972-ci ildən ABŞ Kon-

qresi Nümayəndələr Palatasının üzvüdür. Numayəndələr Pala-

tasının Xarici Əlaqələr Komitəsinin sədri olmuşdur. Respubli-

kaçıdır. C.11- 159, 274, 275, 289, 344, 356, 363. 

187.

 

Benyamin Netanyamı (d.1949) - İsrailin siyasi və 

dövlət xadimi. 1988-ci ildən “Likud” partiyasından Knessetə 

deputat seçilmişdir. 1993-cü ildə “Likud” partiyasının sədri 

seçilmişdir. 1996-1999-cu illərdə İsrailin Baş Naziri idi. C.12-

102-110, 124, 125; C.20- 63. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə