Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə17/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   13   14   15   16   17   18   19   20   ...   157

___________________________________________________ 

 

50



Baş Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi 

cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Məclisin hər il növ-

bəti sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını 

həyata keçirmək üçün 7 əsas komitə var. C.22- 49; C.23- 105. 



212.

 

Birləşmiş Millətlər Təşkilatının  Təhlükəsizlik 

Şurası  (BMTTŞ) - BMT-nin daimi fəaliyyət göstərən mühüm 

orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və 

təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü 

var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 

üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə 

malikdir. Prosedura məsələlərinə dair qərarlar  Şuranın 9 üzvü 

səs verdikdə qəbul olunmuş sayılır. C.14- 278, 367, 389, 409; 



С.16- 72, 262, 482; C.17- 52, 73, 172, 177, 243, 274, 331, 392; 

C.19- 134; C.20- 25; C.21- 300, 343, 380; C.22- 88, 89, 341, 

348; C.23- 232; C.26- 160, 169; C.27- 134; C.28- 291, 297, 

302, 306. 

213.

 

Bjezinski Zbiqnev (d.l928) - Amerikanın siyasi və 

dövlət xadimi, politoloq. 1966-1988-ci illərdə Dövlət Departa-

mentinin Siyasi Planlaşdırma  Şurasının üzvü olmuşdur. 1977-

1981-ci illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə 

müşaviri, Təhlükəsizlik Şurasının əməkdaşı olmuşdur. 1981-ci 

ildən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəridir. 

1987-1991-ci illərdə ABŞ Prezidentinin Xarici Kəşfıyyat üzrə 

müşavirlər komitəsinin üzvü olmuşdur. 1989-cu ildən Con 

Norkins universitetinm Nitse adına Dərinləşdirilmiş Beynəl-

xalq Tədqiqatlar Mərkəzinin rəhbəri, Amerika-Azərbaycan 

Ticarət Palatasının fəxri müşaviridir.  C.22- 106; C.23- 235; 

C.25- 98, 112-113, 134, 139-151, 191, 218, 297, 364. 

214.

 

“Bleyer haus” iqamətgahı - ABŞ-da məşhur tarixi 

binalardan sayılır. Burada bir əsrə yaxındır ki, ABŞ-ın rəsmi 

qonaqları yaşamış və yaşamaqdadır. 1824-ci ildə iki mərtəbəli 

bina kimi tikilmiş, ondan 118 il şəxsi ev kimi istifadə olunmuş-

dur. Sonradan bu binanın üzərində daha iki mərtəbə tikilmişdir. 

1960-cı ildə ona bitişik olan binaların hesabına daha da geniş-

ləndirilmişdir. Gözəlliyi,  əzəməti, cazibədarlığı ilə digər bina-



___________________________________________________ 

 

51



lardan seçilir. Gözəl memarlıq üslubu ilə diqqəti cəlb edən bu 

binada indiyədək ABŞ-a rəsmi səfərə gəlmiş dövlət başçıların-

dan yalnız bir neçəsinə iqamətgah (həm də daha çox iki 

günlüyə) verilmişdir. Azərbaycan Prezidenti Heydər  Əliyevə 

xüsusi hörmət əlaməti olaraq, o, bu tarixi binada dörd gün qal-

mış və çox dəyərli görüşlər keçirmişdir. C. 11- 187, 189, 190, 

192, 217, 241. 

215.

 

Bloxin Nikolay Nikolayeviç (1912-1993) - cərrah-

onkoloq, akademik, 1960-1968, 1977-1987-ci illərdə TEA-nın 

prezidenti, Sosialist Əməyi Qəhrəmanı.  Əsərləri,  əsasən, plas-

tik və bərpa cərrahlığına, travmatologiya və onkologiyaya aid-

dir. C.22- 236; C.25- 256. 

216.

 

Blok Aleksandr Aleksandroviç (1880-1921) - gör-

kəmli rus şairi. Rus simvolizminin nümayəndəsi. 1905-1907-ci 

illərdə yazdığı  əsərlərdə  həyatın kəskin ziddiyyətləri, insanın 

faciəsi  əks olunmuşdur. Blok lirikasında rus mədəniyyəti və 

vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutur 

(“Rusiya”, “Kulikovo çolündə”). C.22- 71. 



217.

 

BMT-nin Ümumdünya Ərzaq Proqramı  -  ərzaq 

məhsullarının istehsalında və ticarətdə beynəlxalq  əməkdaşlığı 

koordinasiya etmək məqsədilə BMT-nin tərkibində yaradılmış 

orqan. 1975-ci ildən fəaliyyət göstərir. Katibliyi Roma şəhərin-

dədir. C.19- 27-30. 

218.

 

Boqolyubov Nikolay Nikolayeviç (1909-1981) - ri-

yaziyyatçı, fizik. SSRİ EA akademiki, Sosialist Əməyi Qəhrə-

manı, iki dəfə SSRİ Dövlət və Lenin mükafatları laureatı. C.10- 

264. 


219.

 

Bolqarıstan, Bolqarıstan Respublikası - Cənubi 

Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min 

km

2

,  əhalisi 8,4 milyon nəfərdir.  İnzibati cəhətdən 9 vilayətə 



bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı-birpa-

latalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir.  C.23- 287, 

293-328. 

220.

 

Borçalı  - tarixi mahal. Gürcüstan Respublikasında 

yerləşir. Borçalıya erkən orta əsərlərdə türkdilli tayfalar, XVI-




___________________________________________________ 

 

52



XVII  əsrlərdə isə kütləvi surətdə azərbaycanlılar köçmüşdü. 

Borçalı mahalı Azərbaycan, bəzən də gürcü feodallarının vas-

sallığına çevrilsə də çox zaman müstəqilliyini saxlaya bilmişdi. 

Borçalı mahalını 1736-cı ildə İran Şahı Nadir Qazax mahalı ilə 

birlikdə  Gəncə  bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarının 

tabeliyinə verdi. 

Azərbaycanlılar yaşayan  ərazilər arasında Rusiya ilk dəfə 

Borçalı sultanlığını

 

(1801) işgal etmişdir. XIX əsrin ortalarında 



Borçalı mahalı qəzaya çevrildi. Qəza isə 1929-cu ildə ləğv edi-

lib üç rayona bölündü. Borçalı rayonu 1950-ci ildən Marneuli 

adlanır.  C.15- 348; C.18- 46, 453, 454; C.21- 84; C.24- 431, 

432; C.26- 16. 



221.

 

Boris Nikolayeviç Pastuxov - Rusiyanın siyasi və 

dövlət xadimi. 1977-1986-cı illərdə ÜİLKGİ MK - nın birinci 

katibi, 1986-1992-ci illərdə diplomatik işdə, 1992-1996-cı illər-

də Rusiya Federasiyası Xarici İşlər nazirinin birinci müavini, 

1998-1999-cu illərdə MDB üzrə nazir. C.17- 5-20, 25, 39; 

C.18- 76; 

222.

 

Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazı-

çısı. Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haq-

qında yazdıqları əsərləri (“Əsl insan haqqında povest”) və gün-

dəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı 

laureatı. C.28- 344. 

223.

 

Boris Nikolayeviç Yeltsin (1931-2007) - Rusiyanın 

siyasi və dövlət xadimi. 1990-2000-ci illərdə Rusiya Federasiyası-

nın ilk Prezidenti. C.10- 21, 58, 95, 121-122, 147-149, 168, 235, 

236, 245, 250, 268, 269, 271, 275-279, 282, 285, 290, 293, 301-

303, 306-310, 321, 373, 412, 413; 12-  20, 69, 104, 170, 274, 

316, 330, 347, 369; C.13- 123, 145, 286, 308, 369; C.14- 166, 

406, 407, 414, 423, 444, 449, 455; C.15- 161, 353, 355; С.16

9, 209, 213, 217, 218, 219, 220, 288, 290; C.17- 175; C.18

214; C.19- 184, 381, 383, 401; C.20- 30, 31, 47, 56, 87, 112, 

124, 125, 242, 244, 348, 399; C.21- 158, 280, 282, 283, 285, 

292; C.22- 29, 31, 32, 41; C.23- 29, 30, 31, 33, 36, 37, 75, 273, 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə