Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə19/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   15   16   17   18   19   20   21   22   ...   157

___________________________________________________ 

 

56



hökumətinin başçısı seçilmişdi. Tito bloklara qoşulmamaq 

hərəkatının liderlərindən biri olmuşdur. C.23- 267. 



242.

 

Bruney,  Bruney Sultanlığı - Cənub-Şərqi Asiyada 

dövlət. Sahəsi 5,8 min km

2

,  əhalisi 300 min nəfərdir. Bruney 



konstitusion-monarxiyadır. Dövlət başçısı Sultandır. Paytaxtı 

Bandar-Seri-Beqavandır. C.25- 180. 



243.

 

Brüssel  şəhəri - Belçika Krallığının paytaxtı. Haq-

qında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu il-

dən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və  mədəni 

mərkəzidir. C.10- 298, 367. 



244.

 

Burkina Faso (1984-cu ilə qədər Yuxarı Volta Res-

publikası) - Qərbi Afrikada dövlət. Sahəsi 274,4 min km

2



əhalisi 10,6 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanun-



verici orqanı Xalq deputatları Assambleyasıdır. Paytaxtı-

Uaqaduqu şəhəridir. C.23- 368. 



245.

 

Burqas - Bolqarıstanda şəhər və liman. Qara dəniz 

sahilində inzibati mərkəzdir. C.23- 305, 318.  



246.

 

Butros Qali (d.1922) - 1992-1996-cı illərdə BMT-

nin Baş katibi olmuşdur. C.23- 105. 



247.

 

Bülbül, Murtuza Məşədi Rza oğlu Məmmədov 

(1897-1961) - Azərbaycan vokal məktəbinin banisi. SSRİ Xalq 

artisti və SSRİ Dövlət mükafatı laureatı idi. Bülbülün ifasında 

Koroğlu partiyası müasir Azərbaycan müsiqili teatrı tarixində 

mühüm bir mərhələ  təşkil edir. Onun yaradıcılığı Azərbaycan 

vokal sənətinin inkişafında mühüm rol oynayır.  C.12- 357, 

361; C.13- 212-213, 296-305; C.14- 186; C.15- 178, 210, 331; 

С.16- 59; C.17- 191; C.19- 130, 173; C.21- 176, 179; C.22

262; C.24- 433; C.26- 110, 326. 



248.

 

Bülənd Ecevit (1925-2006) - Türkiyənin siyasi və 

dövlət xadimi. 1974, 1978-1979 və 1997-2003-cü illərdə Türki-

yə Respublikasının Baş naziri olmuşdur. 1972-1980-ci illərdə 

Respublika Xalq Partiyasının, 1978-1988-ci illərdə Türkiyə 

Demokrat Sol Partiyasının Baş katibi olmuşdur. C.19- 40-41, 

47, 52, 62; C.20- 13-14, 240-244, 252, 267, 278, 288, 296, 




___________________________________________________ 

 

57



358; C.23- 8 -9, 17, 379, 386, 405; C.24- 179, 184, 186, 347, 

380, 381; C.25- 159, 163, 200; C.26- 366, 367, 368; C.27- 402. 



249.

 

Cabbar Qaryağdı, Cabbar Məşədi  İsmayıl oğlu 

Qaryağdı (1861-1944) - Azərbaycan xanəndəsi, musiqi xadimi. 

Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrin-

dən biri. Azərbaycan Respublikasının Xalq artisti. Cabbar Qar-

yağdı fitri istedada, zil və olduqca güclü, gözəl tembrli, geniş 

diapozonlu səsə, qeyri-adi musiqi hafızəsinə malik sənətkar idi. 



C.17- 191. 

250.

 

Cahangir Cahangirov, Cahangir Şirgəşt oğ1u Ca-

hangirov (1921-1992) - Azərbaycan bəstəkarı. Azərbaycan 

Respublikasının Xalq artisti. SSRİ Dövlət mükafatı laureatı idi; 

C.12- 357.  

251.

 

Cahangir  Əsgərov,  Cahangir Cəlal oğlu  Əsgərov 

(d.1950) - təyyarəçi. 1991-1993-cü illərdə Aviasiya İşçiləri 

Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-1996-cı 

illərdə Dövlət Konserninin Türkiyədə baş nümayəndəsi vəzifə-

lərində  işləmişdir. 1996-cı ildən “Azərbaycan Hava Yolları” 

Dövlət Konserninin baş direktorudur. C.19- 251; C.21- 14-15; 



C.26- 239-296. 

252.

 

Cahangir Qəhrəmanov, Cahangir Vahid oğlu Qəh-

rəmanov (1927-1995) - filologiya elmləri doktoru, professor, 

Əməkdar elm xadimi. C.Qəhrəmanov qədim Azərbaycan 

əlyazmalarının tədqiqi və  nəşrə hazırlanması, linqvistik, mən-

bəşünaslıq və Azərbaycan dili tarixi üzrə mütəxəssis olmuşdur. 

C.18- 360. 

253.

 

Cahangir Zeynalov, Cahangir Məşədi Rza oğlu 

Zeynalov (1865-1918) - Azərbaycan aktyoru, teatr xadimi, 

pedaqoq, Azərbaycan professional teatrının banilərindən biri. 

Aktrisa Nəsibə Zeynalovanın atası. Komik rolların mahir ifaçı-

sı olan C.Zeynalov dramatik obrazları da eyni müvəffəqiyyətlə 

yaratmışdır. C.Zeynalov Azərbaycan teatr sənətinin inkişafında 

mühüm rol oynamışdır. C.17- 189. 

254.

 

Cauşesku Nikolaye (1918-1989) - 1974-1989-cu il-

lərdə Rumıniya Prezidenti. 1955-ci ildən Rumıniya Kommunist 




___________________________________________________ 

 

58



Partiyasının rəhbəri olmuşdur. Ölkədə diktatura rejimi qur-

muşdu. 1989-cu ildə xalq üsyanı nəticəsində devrilmiş və deka-

brda güllələnmişdir. C.28- 133. 

255.

 

Cavad Heyət,  Cavad  Əli oğlu Heyət (d.1925) - 

dünya şöhrətli həkim, filosof, istedadlı dilçi, görkəmli ədəbiy-

yatşünas və publisist. C. Heyət, əsasən cərrahlıqla məşğul olur, 

elmi-təcrübi araşdırmalar aparır, müasir cərrahlıqda bir sıra 

nadir cərrahi  əməliyyatları  uğurla başa çatdırmışdır. O, 1979-

cu ildən İran İslam Respublikasında Azərbaycan dilində “Var-

lıq” jurnalını nəşr edir. Cavad Heyət Paris Cərrahlıq Akademi-

yasının, Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür. 



C.26- 321. 

256.

 

Cavad xan (?-1804) - Gəncə xanı. Azərbaycanın 

istiqlalı  uğrunda ömrünün axırına qədər mübarizə aparmışdır. 

Çar generalı D.Sisianovun Gəncəyə hücumu zamanı döyüşdə 

öldürülmüşdü. C.12- 160. 



257.

 

Cavanşir (təqribən 616-680/81) - dövlət xadimi, 

sərkərdə. Cavanşir sasani ordusunun tərkibində  ərəblərə qarşı 

vuruşan alban hərbi hissəsinin komandanı kimi döyüşlərdə 

fərqlənmişdi. Cavanşirin hakimiyyəti dövründə qədim Albani-

yada iqtisadi həyat nisbətən dirçəlmiş, elm və mədəniyyət inki-

şaf etmişdi. C.14- 5. 



258.

 

Cenevrə - İsveçrədə  şəhər, Cenevrə kantonunun 

inzibati mərkəzi. Bir çox beynəlxalq təşkilatlar burada yerləşir. 



C.21- 30-33, 34, 36, 95, 199-203, 204, 218, 266, 268, 277, 292, 

398; C.23- 355. 



259.

 

Cesika Metyus -  əvvəllər Beynəlxalq  Əlaqələr 

Şurasında elmi işçi, Dövlət Departamentində və Milli Təhlükə-

sizlik  Şurasında işləmişdir. Hazırda “Sülh Uğrunda Karnegi 

Fondu”nun prezidentidir. “Vaşinqton post” qəzetində  məqalə-

lərlə çıxış edir. C.11- 116. 

260.

 

Ceyhan limanı  - Aralıq dənizi sahilində liman. 

Uzunluğu 1695 km olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 

çəkilməsi nəzərdə tutulmuş, 1998-ci il oktyabrın 29-da Azər-

baycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan Prezi-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə