Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə18/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   14   15   16   17   18   19   20   21   ...   157

___________________________________________________ 

 

53



277, 278, 295; C.24- 7, 19, 267, 281-297, 298; C.25- 119, 133; 

C.27- 24; C.28- 152, 235, 236. 

224.

 

Boris Yefimoviç Nemtsov (d.1959) - Rusiya Fede-

rasiyasının ictimai və dövlət xadimi. 1997-1998-ci illərdə Rusi-

ya Federasiyası Baş nazirinin müavini olmuşdur. Hazırda Rusi-

ya Dövlət Dumasının deputatıdır.  C.10- 249-254, 255, 258, 

297, 313, 314, 329, 385. 

225.

 

Borusan makina - boru istehsalı, neft kəmərlərinin 

çəkilişi və istismarı sahəsində ixtisaslaşmış şirkət. Türkiyədəki 

fılialı 1997-ci ilin yanvarından Xəzər neftinin nəqli üçün Azər-

baycanda və Gürcüstanda boru xəttinin çəkilişinə başlamışdır. 

“Katerpillar” şirkəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət gös-

tərir. C.11- 373. 



226.

 

Bosfor  - Avropa ilə Kiçik Asiya arasında boğaz. 

Qara və Mərmərə dənizlərini birləşdirir. Uzunluğu təqribən 30 

km, eni 750 m-dən 3,7 km-dək, dərinliyi ən dayaz yerdə 33 m-

dir. Qara dənizdən yeganə  çıxış yolu olan Bosforun mühüm 

iqtisadi və strateji əhəmiyyəti var. C.18- 116; C.23- 226, 345. 

227.

 

Bosniya-Hersorovina, Bosniya-Hersoqovina Res-

publikası - Cənubi Avropada, Balkan yarımadasında dövlət. 

Sahəsi 51,1 min km

2

, əhalisi 3,2 milyon nəfərdir. Dövlət başçı-



sı Prezident, ali qanunverici orqanı  İkipalatalı Parlamentdir. 

Paytaxtı Sarayevo şəhəridir. C.18- 373; C.23-174; C.25- 221.  



228.

 

Botev Xristo (1848-1876) - bolqar şairi, publisist. 

Bolqar ədəbi tənqidinin əsasını qoyanlardan biri. C.23- 321. 



229.

 

Böyük Britaniya, Böyük Britaniya və  Şimali 

İrlandiya Birləşmiş Krallığı - Qərbi Avropada dövlət. B.Brita-

niya adası, İrlandiya adasının şimal şərq hissəsi, Anqlsi, Uayt, 

Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik ada-

lardan ibarətdir. Sahəsi 244,1 min km

2

,  əhalisi 58,8 milyon 



nəfərdir.  İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda 

olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati vahiddir. 

B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəri-

dir. C.12- 9, 131, 132, 194;  С.16- 71-73, 197, 212, 277-491; 



C.17- 6, 14, 31, 32, 109, 129, 181-186, 276, 386; C.19- 178-


___________________________________________________ 

 

54



182, 189; C.20- 96, 115, 213-234; C.21- 6, 50, 143, 181, 230, 

361, 388, 410; C.22- 80, 81, 96, 101, 123, 124, 311, 312; C.24

99, 108, 208-212, 213-215; C.28- 305, 52-56, 146, 147, 238. 

230.

 

Böyük qardaş - SSRİ vaxtında müttəfiq respublika 

xalqları ruslara “böyük qardaş” deyirdilər. C.27- 217. 



231.

 

Böyük Millət Məclisi (BMM) - bax:Türkiyə Böyük 

Millət Məclisi.  



232.

 

Böyük Oktyabr sosialist inqilabı - müasir tarixşünas-

lıqda Oktyabr çevrilişi də adlanır. 1917-ci il oktyabrın 24-dən 25-nə 

(noyabrın 6-dan 7-nə) keçən gecə V.İ.Leninin başçılığı ilə bolşevik-

lər silahlı üsyan edərək Müvəqqəti hökuməti devirdilər. Bunun 

nəticəsində V.İ.Lenin başda olmaqla Rusiyada Sovet hökuməti - 

Xalq Komissarları Soveti yarandı.  C.11-  5; C.13- 65, 90, 101; 



C.14- 75, 378; C.15- 174, 390. C.19- 407; C.24- 368; C.25- 84, 

262; C.28- 194. 



233.

 

 Böyük  Teatr  - Rusiya Federasıyasında Dövlət Aka-

demik Böyük Teatr. Əsası 1775-ci ildə Moskvada qoyulmuşdur. 

Burada xarici və ilk rus operaları və baletləri tamaşaya qoyulur. 

XX əsrin əvvəllərindən teatrda çalışan vokalistlər və balet usta-

ları dünya şöhrəti qazanmışlar. C.15- 368; C.19- 166; C.21- 73; 

C.28- 352. 

234.

 

Böyük Vətən müharibəsi  - bax: İkinci Dünya 

müharibəsi. 



235.

 

Böyükağa Mirzəzadə,  Böyük ağa Məşədi oğlu 

Mirzəzadə (d.1921) - Azərbaycanın Xalq rəssamı. Azərbaycan 

Dövlət mükafatı laureatı. Yaradıcılığı boyu tematik tablolar 

çəkmişdir. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təl-

tif olunmuşdur. C.14- 312; C.17- 157, 158, 159. 

236.

 

 Böyükkişi Ağayev, Böyükkişi Ağa oğlu Ağayev 

(d.1928) - cərrah, tibb elmləri doktoru, professor. Azərbaycan 

MEA-nın akademiki. Azərbaycan Respublikası Ali Sovetinin 

deputatı olmuşdur. Tədqiqatları qarın

 

həzm sisteminə (qastro-



entenrologiya), onkologiyaya, ümumi cərrahiyyəyə  həsr olun-

muşdur. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif 

edilmişdir. C.18- 387. 



___________________________________________________ 

 

55



237.

 

Bredli  Şerman (d.24.10.1954, Los-Anceles ş.) - 

1974-cü ildə Kaliforniya universitetini (bakalavr), 1979-cü ildə 

Harvard universitetini (hüquq doktoru) bitirmişdir. 1991-1997-

ci illərdə Kaliforniya irqi məsələlər üzrə dövlət palatasında 

işləmişdir. 1996-cı ildən Kaliforniya ştatından ABŞ Konqresi 

Nümayəndələr Palatasına üzv seçilmişdir. Demokratdır. C.11- 

159.  

238.

 

Brejnev Leonid İliç (1906-1982) - partiya və dövlət 

xadimi 1964-1982-ci illərdə Sov.İKP MK-nın Baş katibi, 1977-ci 

ildən həmçinin SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. 

L.İ.Brejnev SSRİ-nin beynəlxalq mövqelərini möhkəmlətmiş, yeni 

dünya müharibəsi təhlükəsini zəiflətmək sahəsində xeyli iş görmüş-

dür. C.10- 341; C.13- 347; C.17- 49, 108, 109, 110; C.20- 345, 

346; C.23- 93, 96, 267, 352; C.24- 69, 101; C.25- 81; C.27

307. 


239.

 

Brent Skoukroft (d.19.03.1925) - ABŞ-dakı Bey-

nəlxalq Xarici Siyasət Forumunun prezidenti, ehtiyatda olan 

aviasiya general-leytenantı. “Pennzoyl” şirkətinin direktorlar 

şurasının üzvüdür. C.11- 116, 131, 274; C.20- 89-92. 



240.

 

Britiş Petroleum (Bi-Pi) - Dünyanın  ən iri neft 

şirkətlərindən biri. 1909-cu ildən dünyanın bir çox ölkələrində 

neftin kəşfiyyatı, çıxarılması  və emalı ilə  məşğuldur. Bi-Pi 

1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda ABƏŞ-

in  əsas operatorudur. C.10- 231, 250, 271, 313; C.11- 120, 

204; C.17- 31, 183, 185, 234; C.15- 133-136, 154;  С.16- 72, 

286, 327, 342, 353, 363-364,  367, 373, 379, 387, 390, 398, 

437-439, 447, 463, 472, 484, 488, 490, 491; C.18- 116, 434; 



C.20- 137, 214; C.21- 379, 384; C.24- 367, 371; C.28- 52, 55. 

241.

 

Broz Tito, İosip Tito (1892-1980) - 1953-1980-ci 

illərdə Yuqoslaviyanın Prezidenti, marşal. 1941-1945-ci illərdə 

Yuqoslaviyada milli-azadlıq müharibəsi zamanı Xalq azadlıq 

ordusunun baş komandanı olmuşdu. 1945-ci ilin martında 

Yuqoslaviya Demokratik Federativ Müvəqqəti hökumətinin  

sədri, avqustunda isə Yuqoslaviya Federativ Xalq Respublikası 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə