Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə27/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   23   24   25   26   27   28   29   30   ...   157

___________________________________________________ 

 

80



364.

 

Emin Sabitoğlu, Mahmudov Emin Sabitoğlu 

(1937-2000) - tanınmış bəstəkar, professor. Azərbaycanın Xalq 

artisti. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

olunmuşdur. C.13- 389; C.17- 156. 



365.

 

Eni-Acip - İtaliyanın neft şirkətlərindən biri. Neftin 

kəşfiyyatı, çıxarılması  və emalı ilə  məşğul olur. C.14- 398, 

403, 427;  С.16- 6; C.19- 440; C.23- 165; C.25- 170; C.28

136. 


366.

 

Entoni (Toni) Leyk - 1939-cu ildə Nyu-Yorkda 

anadan olmuşdur. 1961-ci ildə Harvard universitetini (baka-

lavr), 1969-cu ildə Prinston universitetini bitirmişdir. 1963-

1965-ci illərdə Vyetnamda vitse-konsul, 1969-1970-cı illərdə 

ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşavi-

ri, H.Kissincerin köməkçisi işləmişdir. 1974-cü ildə Prinston 

universitetində elmlər doktoru dərəcəsi almışdır. 1977-1981-ci 

illərdə Dövlət Departamentində siyasi planlaşdırma idarəsinin 

direktoru işləmişdir. 1981-1984-ci illərdə Amherst kollecinin, 

1984-1992-ci illərdə Holok kollecinin beynəlxalq əlaqələr üzrə 

professoru olmuş, 1992-1997-ci illərdə Prezidentin Milli Təh-

lükəsizlik Məsələləri üzrə köməkçisi işləmişdir. Bir neçə kita-

bın müəllifıdir. C.11- 116, 124. 

367.

 

Estoniya,  Estoniya Respublikası - Şərqi Avropada 

dövlət. Sahəsi 45,2 min km

2

, əhalisi 1492 min nəfərdir. Dövlət 



başçısı Prezident, qanunverici orqanı-Seymdir. Paytaxtı Tallin-

dir. C.25- 182. 



368.

 

Etibar Məmmədov, Etibar Salidar oğlu Məm-

mədov (d.1955) - Azərbaycan Milli İstiqlal partiyasının sədri. 

1990-1995 və 1995-2000-ci illərdə Milli Məclisin deputatı ol-

muşdur. C.13- 39; C.14- 73, 86; C.18- 27, 40; C.24- 47. 



369.

 

Ey-Bi-Si, Amerikan Brodkastinq Kompani - ABŞ-

ın ümummilli teleradio kompaniyalarından biri. Əsası 1943-cü 

ildə Vaşinqtonda qoyulmuşdur. C.21- 100. 

370.

 

Eynşteyn Albert (1879-1955) - dahi alman nəzəriy-

yəçi-fiziki. Müasir fizikanın yaradıcılarından biri. Mühüm əsər-

ləri molekulyar fizika, statistik fizika, kvant nəzəriyyəsi sahə-



___________________________________________________ 

 

81



sindədir. Eynşteyn broun hərəkətinin nəzəriyyəsini vermiş  və 

bu nəzəriyyə sonralar materiyanın atomistik quruluşunu təsdiq 

edən təcrübələr aparmağa imkan vermişdir. 

Eynşteynin ən mühüm elmi nailiyyəti - nisbilik nəzəriyyəsi-

dir. Bu ona dünya şöhrəti qazandırmışdır. Eynşteyn ümumi nis-

bilik nəzəriyyəsini inkişaf etdirərək vahid sahə  nəzəriyyəsi 

yaratmağa cəhd göstərmişdir. Nobel mükafatı laureatı.  C.28

319. 


371.

 

Əbdu Diufa (d.1935) - Seneqalın Prezidenti. 1981-

ci ildən iqtidar partiyası-Seneqal Sosialist Partiyasının Baş 

katibidir. C.26- 111. 

372.

 

Əbdüləzəl Dəmirçizadə,  Əbdüləzəl Məmməd oğlu 

Dəmirçizadə (1909-1979) - dilçi. Filologiya elmləri doktoru, 

professor. Azərbaycan MEA-nın müxbir üzvü. Azərbaycan 

Respublikası Dövlət mükafatı laureatı. Azərbaycan  ədəbi dili 

tarixinə, müasir Azərbaycan dilinin fonetikasına, üslubiyyatına 

və etimologiyaya dair əsərlərin müəllifidir.  C.19- 172; C.26

362. 

373.

 

Əbdüləziz əl-Səud, Fəhd ibn Əbdüləziz əl-Səud (d. 

1922) - 1982-ci ildən iki müqəddəs ocağın xidmətçisi və 

Səudiyyə  Ərəbistanının Kralıdır. Azərbaycan Respublikasının 

“İstiqlal” ordeni ilə təltif olunmuşdur. C.15- 127-130. 



374.

 

Əbdülqadir Maraği,  Əbdülqadir ibn Qeybi əl-Ha-

fiz  əl-Maraği (1353-1435) - Azərbaycan musiqi nəzəriyyəçisi, 

bəstəkar və xanəndə.  Əbdülqadir Maraği məqam və ritmlərin 

quruluşunu izah etmiş, orta əsr musiqişünaslığında ilk dəfə 

olaraq 12 əsas məqamdan törəmə, 24 şöbə sistemini elmi cəhət-

dən  əsaslandırmış,dövrünün musiqi formalarının təsvirini ver-

mişdir.Ə.Marağinin elmi və musiqi yaradıcılığı Yaxın və Orta 

Şərq musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərmiş-

dir. C.15- 93, 94. 

375.

 

Əbdürrəhimbəy Haqverdiyev,  Əbdürrəhimbəy 

Əsəd oğ1u Haqverdiyev (1870-1933) - Azərbaycan yazıçısı, 

dramaturq, ictimai xadim, Əməkdar incəsənət xadimi. Üzeyir 

Hacıbəyovun “Leyli və  Məcnun” operasının ilk tamaşasının 




___________________________________________________ 

 

82



dirijoru  Ə.Haqverdiyev olmuşdur. Haqverdiyevin dramaturgi-

yası Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdır. 

Ədibin məzmunca zəngin, forma və bədii sənətkarlıq cəhətdən 

kamil hekayələri Azərbaycan nəşrinin inkişafına güclü təsir 

göstərmişdir. C.17- 189. 

376.

 

Əbdürrəhman Vəzirov,  Əbdürrəhman Xəlil oğlu 

Vəzirov (d.l930) - 1988-1990-cı ilin yanvarınadək Azərbaycan 

KP MK-nın birinci katibi olmuşdur. C.10- 345, 346; C.12- 88, 

89, 162; C.14- 128, 144; C.21- 86; C.23- 99; C.24- 53; C.28

272. 

377.

 

Əbülfət  Əliyev,  Əbülfət  Əsəd oğlu  Əliyev (1926-

1990) - Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının 

Xalq artisti. Ə.Əliyev məlahətli, xoş tembrli səsə, incə lirizmə 

malik ifa tərzi olan sənətkar olmuşdur. C.17- 191. 



378.

 

Əbülfəs Qarayev, Əbülfəs Mürsəl oğlu  Qarayev 

(d.1956) - ictimai və siyasi xadim, fəlsəfə elmləri namizədi. 

Sov.İKP MK yanında  İctimai Elmlər Akademiyasını bitirmiş-

dir. 1994-cü ildən 2006-cı ilədək Azərbaycan Respublikası 

Gənclər, İdman və Turizm naziri, 2006-cı ildən Azərbaycanın 

Mədəniyyət və Turizm naziridir. Respublika Olimpiya Komitə-

sinin birinci vitse-prezidentidir. C.19- 219; C.24- 420-432; 

C.26- 234. 

379.

 

Əbülfəz Elçibəy,  Əliyev  Əbülfəz Qədirqulu oğlu 

(1938-2000) - Azərbaycanın siyasi və dövlət xadimi. 1989-cu 

ildə yaradılan AXC-nin, sonralar AXCP-nin sədri. Azərbayca-

nın müstəqilliyi uğrunda xalq hərəkatının öndərlərindən biri. 

1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezidenti 

olmuşdur. C.10- 343; C.12- 88, 90, 93; C.13- 18, 43, 44, 350, 

365; C.14- 153, 154, 207, 208; C.15- 157, 158; C.17- 27, 67-

70, 82-83, 84; C.18- 238, 239; C.20- 323; C.21- 87; C.22- 211, 

281, 282, 283; C.23- 85; C.25- 353, 420; C.28- 85, 86, 88, 273. 

380.

 

Əbülhəsən  Ələkbərzadə,  Əbülhəsən  Əlibaba oğlu 

Ələkbərzadə (1906-1986) - Azərbaycanın Xalq yazıçısı. Azər-

baycan nəsrinin görkəmli nümayəndələrindəndir. “Müharibə” 

roman - epopeyasında Azərbaycan xalqının Böyük Vətən 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə