Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə35/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   31   32   33   34   35   36   37   38   ...   157

___________________________________________________ 

 

104



canda və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 

sovet-bolşevik rejiminin himayəsi ilə Göyçə demək olar ki, 

bütünlüklə Ermənistana verildi. Mahalın Azərbaycan türklərinə 

məxsus yaşayış  məskənlərinin adları kütləvı surətdə  dəyiş-

dirilərək erməniləşdirildi. Ermənilərin həyata keçirdikləri soy-

qırımları  və zorakı köçürmələr nəticəsində tarixən azərbay-

canlılara məxsus olan Göyçə mahalında hazırda bir nəfər də ol-

sun azərbaycanlı qalmamışdır. C.18- 375. 



489.

 

GUAM - Avropada adi silahların azaldılması haq-

qında müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra 

həmin sənədi bəyənən ölkələrdən- Gürcüsan, Ukrayna, Azər-

baycan və Moldovadan ibarət qeyri-rəsmi “dördlər qrupu” 

yaradıldı ( 10 oktyabr 1997). C.12- 291; C.13- 245, 246, 247, 

248, 260; С.16- 293, 436; C.15- 140, 143, 144, 440; C.17- 53, 

54; C.18- 450; C.20- 81-82,129; C.21- 208, 263, 355; C.22

370, 380; C.23- 138, 317, 318; C.25- 116, 231, 232, 368, 373, 

393; C.26- 20, 129; C.27- 242, 247; C.28- 83, 84, 85. 

490.

 

Gülər Əhmədova, Gülər Mikayıl qızı Əhmədova (d. 

1965) - riyaziyyatçı, psixologiya elmləri namizədi. Heydər 

Əliyev tərəfindən yaradılmış Respublika Uşaq Təşkilatının 

(1996) sədridir. 2000-ci ildən Azərbaycan Respublikası Milli 

Məclisinin deputatıdır. C.19- 219. 

491.

 

Gülhanə  Hərbi Tibb Akademiyası - Türkiyədə 

məşhur tibb ocaqlarından biri. 1898-ci ildən fəaliyyət göstərir. 

Akademiya  ən müasir tibb avadanlığı ilə  təmin edilmişdir. 

Burada həm müalicə edilir, həm də elmi tədqiqatlar aparılır. 



C.19- 33-98, 105, 106, 109, 117; C.20- 310, 334, 336; C.22

443-459; C.23- 13,16; C.26- 359. 



492.

 

Gülxar Həsənova, Gülxar İbrahim qızı  Həsənova 

(1918-2006) - müğənni. Azərbaycan Respublikasının Xalq 

artisti. 1942-1980-ci illərdə Azərbaycan Dövlət Akademik 

Opera Balet Teatrının solisti olmuşdur. 1980-ci ildən sonra isə 

teatrın məşqçi pedaqoqu kimi fəaliyyət göstərmişdir. Azərbay-

can Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur. 



C.18- 389. 


___________________________________________________ 

 

105



493.

 

Güllü Mustafayeva, Güllü Hacağa qızı Mustafaye-

va (1919-1994) - Azərbaycan boyakarı. Azərbaycan Respubli-

kasının Xalq rəssamı. Tematik tablolar və portretlər yaratmış-

dır. G.Mustafayeva yaradıcılığında uşaq portretləri xüsusi silsi-

lə təşkil edir. C.25- 314. 

494.

 

Gülüstan müqaviləsi (1813) - birinci Rusiya-İran 

müharibəsinə son qoymuş müqavilə. Oktyabrın 12(24)-də 

Qarabağın Gülüstan kəndində bağlanmışdır. Rusiya-İran ara-

sında  əvvəlcə barışıq aktı, sonra isə on bir maddədən ibarət 

sülh müqaviləsi imzalanmışdı. Bu müqaviləyə  əsasən hər iki 

dövlət arasında yeni sərhəd xətləri müəyyən edildi. 1814-cü il 

sentyabrın 15-dən qüvvəyə minən Gülüstan müqaviləsi vahid 

Azərbaycanın iki işğalçı dövlət tərəfindən bölüşdürülməsinin 

əsasını qoydu.C.22- 195; C.25- 303; C.26- 98. 

495.

 

Gürcüstan Demokratik Respublikası  - Cənubi 

Qafqazda yaranmış müstəqil dövlət (1918-26 may, 1921-

1925 fevral). Cənubi Qafqazda ali hakimiyyət orqanı olan 

Zaqafqaziya Seyminin (1918-1923 fevral, 26 may) gürcü frak-

siyası Batumda Almaniya nümayəndəliyi ilə gizli danışıqlar 

aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. 

Həmin günlərdə Seymin sosial-demokrat fraksiyasının lideri 

İ.Q.Sereteli Cənubi Qafqaz xalqlarının konfederasiya halında 

birləşmək ideyasının özünü doğrultmadığını bildirdi və Türkiyə 

ilə Batum danışıqlarında təklənməklərini bəhanə  gətirərək, 

Gürcüstanın Seymdən çıxıb, müstəqil respublika elan olunma-

sını zəruri hesab etdi. 

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu icla-

sında İ.Q.Sereteli Seymin buraxıldığını və Gürcüstanın müstə-

qilliyini elan etdi. C.15- 342-352, 361-364; C.18- 5-10, 46, 76, 

77, 106, 107, 121, 122, 124, 125, 127, 128, 131, 144, 145, 147, 

159, 163, 164, 200, 234, 307, 320, 323, 375, 450, 454; C.26- 

13-83, 88, 122, 202, 203, 208, 244, 245, 265, 368, 395. 



496.

 

Habil Əliyev, Habil Mustafa oğlu Əliyev (d.1927) - 

məşhur kamançaçı. Azərbaycanın Xalq artisti. Azərbaycan 




___________________________________________________ 

 

106



Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur. C.15

83; C.17- 149. 



497.

 

Hacı Allahşükür Paşazadə, Allahşükür Hümmət 

oğ1u Paşazadə (d.1949) - 1980-ci ildən Qafqaz Müsəlmanları 

Ruhani  İdarəsinin, 1990-cı ildən Qafqaz Xalqları Ali Dini 

Şurasının sədridir. Azərbaycan Respublikasının “İstiqlal” orde-

ni ilə  təltif edilmişdir. C.10- 417; C.13- 14; C.14- 193-196; 

С.16- 233; C.17- 135, 406; C.19- 71-74, 162, 322, 364-371; 

C.21- 211-212; C.22- 162, 163; C.23- 116-133; C.24- 224; 

C.26- 432-436; C.28- 174, 176. 

498.

 

Hacı Hikmət (d.1954) - din xadimi 1994-cü ildən 

Bibiheybət məscidinin axundudur. С.16- 232; C.19- 364. 



499.

 

Hacı Xanməmmədov, Hacı Dadaş  oğlu Xanməm-

mədov (1918-2005) - Azərbaycan bəstəkarı, Təbriz Filarmo-

niyasının (1946) bədii rəhbəri, Azərbaycan Dövlət Mahnı  və 

Rəqs Ansamblının (1952-1954), Azərbaycan Dövlət Filarmoni-

yasının direktoru (1966-1968) olmuşdur. H.Xanməmmədov 

müxtəlif janrlı əsərlərin müəllifidir. Azərbaycan Respublikası-

nın “Şöhrət” ordeni ilə  təltif olunmuşdur.  С.16- 56-57; C.17

160. 


500.

 

Hacı  İsmayılov, Hacı  Məcid oğlu  İsmayılov (d. 

1944) - Azərbaycan Respublikasının Xalq artisti. 1970-ci ildən 

Azərbaycan Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. 

Məşhur kino və teatr aklyoru Hacı İsmayılov oynadığı rollarda 

gözəl dramatik və tipik obrazlar yaratmışdır. Aktyor ilk dəfə 

“Ad günü” filmində Mustafa rolunda çəkilib və Respublikanın 

Dövlət mükafatı laureatı adına layiq görülüb. C.27- 96. 

501.

 

Hacı Səid Ünsizadə, Səid Əbdülrəhman oğlu Ünsi-

zadə (Hami) (1845-?) - “Ziya” və “Ziyayi Qafqaziyyə” qəzet-

lərinin naşiri və redaktoru, ruhani. “Hami” təxəllüsü ilə şeirlər 

yazmış, “Beytüs-Səfa”  ədəbi məclisinin üzvü olmuş, 1883-cü 

ildə Tiflisdə  nəzm ilə yazılmış qiraət kitabını  nəşr etdirmişdi. 

C.26- 89. 

502.

 

Hacı Zeynalabdin Tağıyev,  Hacı Zeynalabdin 

Məmmədtağı  oğlu Tağıyev (1838-1924) - Məşhur messenat, 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə