Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə31/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   27   28   29   30   31   32   33   34   ...   157

___________________________________________________ 

 

92



ci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” ordenləri 

ilə təltif olunmuşdur. С.16- 83. 



426.

 

Əsgər ağa Gorani, Adıgözəlov Əsgər ağa Haqverdi 

ağa oğlu (1857-1910) - Azərbaycan yazıçısı, maarifçi, publi-

sist, teatr xadimi və ictimai xadim. H.Zərdabi, N.Vəzirov və b. 

ilə yanaşı, Azərbaycan milli teatrının yaranmasında xidmətləri 

var. Gorani “Əkinçi” qəzetinin nəşrində  fəal iştirak etmişdir. 

C.26- 87. 

427.

 

Əsgər Akayev (d.1944) - Qırğızıstanın siyasi və 

dövlət xadimi, fizik, akademik. 1989-1990-cı illərdə  Qırğızıs-

tan EA-nın prezidenti, 1990-2005-ci illərdə  Qırğızıstan Res-

publikasının Prezidenti olmuşdur. С.16- 25; C.19- 69, 78, 349; 



C.21- 187; C.24- 281-297; C.26- 145, 156-182, 265, 285. 

428.

 

Əsrin müqaviləsi  - 1994-cü il sentyabrın 20-də 

Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, 

“Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən 

hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində 

bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə 

bağlanmış müqavilə.  

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici ölkə-

lərin aparıcı neft şirkətləri arasında üç il davam edən danışıq-

lardan sonra 1994-cü ildə Bakıda Xəzər dənizinin Azərbaycan 

sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağı-

nın dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasi-

latının pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Döv-

lət Neft Şirkəti ilə “AMOKO Kaspian Si Petroleum Ltd”, “Bi-

Pi” Eksploreyşn (Kaspian Si) “Ltd”, “Den Norske Stats 

Olyeselskar a.s.”, “LUKoyl” Səhmdar Cəmiyyəti, “Makder-

mott Azərbaycan, ink”, “Pennzoyl Kaspian Korporeyşn”, 

“Remko Xəzər Enerji Ltd”, “Türkiyə Petrolları a.o.”, “Uunokal 

Xəzər Ltd” şirkətləri arasında Saziş imzalandı. Azəraycanın 

neft yataqlarının işlənməsi, istismarı, neft və qaz ixracı sahəsin-

də ABŞ-ın, Rusiya Federasiyasının, Böyük Britaniya Krallığı-

nın, Türkiyə Cümhuriyyətinin və Norves Krallığının iri neft 

şirkətləri ilə bağlanmış müqavilə. Bu ilk müqavilə sonralar 




___________________________________________________ 

 

93



“Əsrin müqaviləsi” adlandırıldı. C.10- 12, 100, 138, 271; C.11- 

11, 82, 120, 200, 222, 224, 243, 254, 271, 340; C.12-  70, 71, 

220, 379; C.13- 57, 178, 181, 206, 368; C.14- 48, 226, 282, 

368, 388, 427; C.15- 158, 285, 301, 406; С.16- 31, 302, 309, 

342, 358, 364, 387, 390, 430, 463, 491; C.17- 38, 154, 233, 

236; C.18- 122, 140, 463; C.19- 181-182, 188, 388, 396, 397, 

418, 420, 423, 424, 425, 426, 427, 445, 446, 451; C.20- 16, 17, 

20, 21, 69, 88, 104, 105, 126, 128, 137, 148, 259, 283, 461, 

467, 468, 472; C.21- 8, 181, 193, 194, 195, 236, 378, 389, 391, 

409-415; C.22- 5, 11, 12, 13, 26, 44, 45, 46, 57,  69,  94, 100, 

113, 114, 115, 116, 117, 118, 119, 120, 121, 122, 123, 316, 

426; C.23- 35, 45, 148, 149, 161, 178, 190, 200, 205, 206, 220, 

221, 222, 224, 226, 265; C.24- 332, 342, 371; C.25-26, 82, 91, 

119, 122, 285, 293; C.26- 44, 67, 364, 396; C.27- 44, 375; 



C.28- 31, 33, 52, 54, 156, 396. 

429.

 

Əzim  Əzimzadə,  Əzim Aslan oğlu  Əzimzadə 

(1880-1943) - rəssam. Ə.Əzimzadə Azərbaycan təsviri sənətin-

də tənqidi realizmin və realist qrafika sənətinin banisidir. Sati-

rik qrafika, illüstrasiya, siyasi plakat, teatr-dekorasiya sahə-

sində fəaliyyət göstərmişdir. Əzimzadənin sənətkarlığı orijinal 

və çoxcəhətlidir. Onun təsvir üslubunda yığcamlıq, obrazlılıq, 

səlislik kimi cəhətlər üstünlük təşkil edir. C.26- 55, 90. 

430.

 

Əziz  Əliyev,  Əziz Məmmədkərim oğlu  Əliyev 

(1897-1962) - görkəmli dövlət və siyasi xadim, səhiyyə təşki-

latçısı. Tibb elmləri doktoru, professor. Əziz  Əliyev müxtəlif 

illərdə Azərbaycan Klinik İnstitutunun direktoru, Bakı Səhiyyə 

Şöbəsinin müdiri, Azərbaycan Xalq Səhiyyə Komissarının 

muavini və Xalq Səhiyyə Komissarı, Azərbaycan Dövlət 

Universitetinin rektoru, Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin katibi, AKP MK-nın katibi, Dağıstan MSSR Vilayət 

Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti 

Sədrinin birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopedi-

ya və  Bərpa Cərrahiyyə  İnstitutunun direktoru, Azərbaycan 

Həkimləri Təkmilləşdirmə  İnstitutunun direktoru vəzifəsində 

çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sove-



___________________________________________________ 

 

94



tinin deputatı olmuşdur. C.15- 324-335; C.17- 373; C.28- 180-

181. 


431.

 

Əziz  Şərif,  Əziz Qurbanəli oğlu  Şərifzadə (1895- 

1988) - Azərbaycan  ədəbiyyatşünası, tərcüməçi. XIX-XX əsr-

lər Azərbaycan ədəbiyyatına, ədəbi əlaqələrə, teatra və tərcümə 

problemlərinə dair əsərlərin,  ədəbi-tənqidi məqalələrin müəl-

lifidir. C.13- 174; C.26- 305. 

432.

 

Əzizə  Cəfərzadə,  Əzizə  Məmməd qızı  Cəfərzadə 

(1921-2003) - Azərbaycan yazıçısı,  ədəbiyyatşünas, elmlər 

doktoru, professor. XIX əsr Azərbaycan  ədəbiyyatına, aşıq 

şeirinə dair tədqiqatları var. S.Ə.Şirvaniyə  həsr olunmuş 

“Aləmdə  səsim var mənim”, Nişat  Şirvanidən bəhs edən 

“Vətənə qayıt”, M.Ə.Sabirlə A.Səhhətin dostluğundan danışan 

“Yad et məni” romanlarından ibarət trilogiyanın, mövzusu XVI 

əsr Azərbaycan tarixindən alınmış “Bakı-1501” romanının 

müəllifidir. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə 

təltif olunmuşdur. C.15- 90; C.25- 314. 



433.

 

Fadeyev Aleksandr Aleksandroviç (1901-1956) - 

rus yazıçısı, ictimai xadim. SSRİ Dövlət mükafatı laureatı. 

Fadeyev məqalə və çıxışlarında klassik və müasir Azərbaycan 

ədəbiyyatını, Nizami, Xaqani, M.F.Axundov, M.Ə.Sabir və b.-

nın yaradıcılığını yüksək qiymətləndirmişdir. C.13- 30. 

434.

 

Faiq Sücəddinov,  Faiq Miri oğlu  Sücəddinov (d. 

l947) - bəstəkar. Azərbaycan Respublikasının Xalq artisti. 

Gözəl mahnılar müəllifıdir. Azərbaycan Dövlət və  İncəsənət 

Universitetində dosent. Azərbaycan Respublikasının “Şöhrət” 

ordeni ilə təltif olunmuşdur. C.22- 334. 

435.

 

Fatma Abdullazadə, Fatma Hüseynqızı Abdullaza-

də (d.1948) - elmlər doktoru, professor. Azərbaycan Respubli-

kası Prezident Adminstrasiyasının Humanitar Siyasət  Şöbəsi-

nin müdiri. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş-

dur. C.13- 74, 76, 92, 441; C.21- 49; C.23- 64, 65; C.26- 333, 

334. 


436.

 

Fatma xanım Kəminə  (1841-1898) - Azərbaycan 

şairəsi. Bilikli olduğuna görə “Mirzə Fatma xanım” adı ilə də 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə