Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə33/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   29   30   31   32   33   34   35   36   ...   157

___________________________________________________ 

 

98



rının yaradıcısıdır. Fikrət Əmirov instrumental konsert janrında 

yazan ilk Azərbaycan bəstəkarlarındandır.  Əsərləri, xüsusilə 

simfonik muğamları Niyazi, Rojdestvenski (Rusiya), L. 

Stokovski (ABŞ),  Ş.Münş (Fransa), Ç.Abendrot (Almaniya) 

kimi məşhur dirijorların repertuarında səslənmişdir. SSRİ Xalq 

artisti, Sosialist Əməyi Qəhrəmanı idi. SSRİ  və Azərbaycan 

Dövlət mükafatları laureatı idi. C.12- 357; C.15- 318; C.17

163, 191, 192; C.18- 220-226, 278; C.27- 323. 



456.

 

Fikrət Qoca, Fikrət Göyüş oğlu Qocayev (d.1935) - 

Azərbaycanın Xalq şairi. “Qobustan” incəsənət toplusunun baş 

redaktoru və Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azər-

baycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur. 



C.13- 18, 48, 70, 73; C.17- 137; C.23- 63-108. 

457.

 

Fikrət Sadıq, Fikrət Abbas oğlu Sadığov (d.1930) - 

Azərbaycanın Xalq şairi. Azərbaycan Dövlət mükafatı laureatı-

dır. C.13- 68; C.23- 69; C.27- 40. 

458.

 

Fikrət Yusifov, Fikrət Hüseyn oğlu Yusifov (d. 

1957) - iqtisad elmləri namizədi. 1994-1999-cu illərdə Azər-

baycan Respublikasının Maliyyə naziri olmuşdur.  C.18- 177, 

190; C.26- 414, 415. 



459.

 

Filippin, Filippin Respublikası - Cənub-Şərqi Asi-

yada, Filippin adalarında dövlət. Sahəsi 300 min km

2

,  əhalisi 



71,8 milyon nəfərdir.  İnzibati  ərazisi 13 vilayətə  və 2 muxtar 

vilayəta bölünür. Dövlət başçısı Prezident, qanunverici orqan 

ikipalatalı (Senat və Nümayəndələr palatası) parlamentdir. 

Paytaxtı Maniladır. C.28- 126. 



460.

 

Finikiya - Aralıq dənizinin  şərq sahilində  qədim 

ölkə. Finikiyalılar dəniz və quru yollarda aktiv ticarət edir, 

Aralıq dənizi hövzəsində və Karfagendə koloniyalar salırdılar. 

E.ə. 6-cı əsrdə Finikiyanı farslar, e.ə. 332-ci ilə qədər Makedo-

niyalı İsgəndər işğal etmişdi. C.20- 446. 

461.

 

Finlandiya, Finlandiya Respublikası - Şimali Avro-

pada dövlət. Sahəsi 397 min km

2

, əhalisi 5,13 milyon nəfərdir. 



İnzibati ərazisi 11 lyaniyə (əyalətə) bölünür. Aland adaları isə 


___________________________________________________ 

 

99



muxtar  ərazidir. Dövlət başçısı Prezident, qanunverici orqanı 

Parlamentdir. Raytaxtı Helsinkidir. C.25- 10. 



462.

 

Firdovsi,  Firdovsi  Əbülqasim (təqr.934-1020, ya-

xud 1030) - böyük fars və tacik şairi. Farsdilli ədəbiyyatın 

monumental eposu, dünya ədəbiyyatının möhtəşəm abidələrin-

dən olan “Şahnamə”nin müəllifidir. C.15- 184; C.21- 128, 175, 

176, 178; C.22- 235; C.26- 211, 312, 314. 

463.

 

Firəngiz  Əhmədova, Firəngiz Yusif qızı Əhmədo-

va (d.1928) - görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq 

artisti. F.Əhmədova Azərbaycan, rus və  Qərbi Avropa bəstə-

karlarının operalarında müvəffəqiyyətlə çıxış edib. O, kamera-

vokal  əsərlərin ifaçısı kimi də  məşhurdur.  C.13- 304; C.17

191, 333-334; C.18- 222. 



464.

 

Firəngiz  Əlizadə,  Firəngiz  Əliağa qızı  Əlizadə (d. 

1947) - pianoçu, bəstəkar. Azərbaycan Respublikasının Xalq 

artisti. 2007-ci ildən Azərbaycan Bəstəkarlar  İttifaqının sədri-

dir. 2008-ci ildə YUNESKO tərəfindən “Dünyanın artisti” ad-

landırılmışdır. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə 

təltif edilmişdir. C.25- 314. 



465.

 

Firidun bəy Köçərli, Firidun bəy Əhməd bəy oğlu 

Köçərli (1863-1920) - Azərbaycan  ədəbiyyatşünası, pedaqoq 

və publisist. Qori seminariyasını bitirmiş, sonra isə orada dərs 

demiş, ədəbi fəaliyyətə də həmin vaxtdan əbədi-tənqidi və pub-

lisistik məqalələrlə başlamışdır. Firidun bəy Köçərlinin “Azər-

baycan ədəbiyyat tarixi materialları” əsəri Azərbaycan əbəbiy-

yatı tarixinin inkişafını izləmək,  ədəbi proses və tarixi ictimai 

həyatı qarşılıqlı  əlaqədə  təhlil etmək və fakt zənginliyi baxı-

mından qiymətli mənbədir. F.Köçərli Azərbaycan ədəbi dilinin 

saflığı uğrunda fəal mübarizə aparmışdır. C.27- 369. 



466.

 

Flavio Kotti (d.1939) - 1994-1999-cu illərdə  İs-

veçrə Xarici İşlər naziri olmuşdur. C.15- 353. 



467.

 

“FMS” korporasiyası  - transmilli şirkət, kimyəvi 

maddələr, sənaye və kənd təsərrüfatı üçün maşın və mexanizm-

lər istehsalında dünyada birincilər sırasındadır.  Şirkətə daxil 

olan 7 bölmədən biri energetika və nəqliyyat avadanlığı qrupu-




___________________________________________________ 

 

100



dur. Bu qrup neft və qaz yataqlarının kəşfıyyatı, istismarı  və 

neft emalı üçün avadanlıqların, maşın və qurğuların istehsalın-

da dünyada liderdir. C.11- 327. 

468.

 

Frans Press - Fransa informasiya agentliyi. Muxtar 

kommersiya müəssisəsidir. Havae Fransa məlumat agentliyinin 

(1835) varisi kimi 1944-cü ildə yaradılmışdır. Parisdə fəaliyyət 

göstərir. 155 ölkəyə fransız, ingilis, ispan, portuqal, alman və 

ərəb dillərində informasiya yayır. Bir çox ölkələri beynəlxalq 

informasiya ilə  təchiz edən dünya agentliklərindəndir.  C.18

39; C.26- 134. 

469.

 

Fransa, Fransa Respublikası - Qərbi Avropada döv-

lət. Sahəsi 551 min km

2

, əhalisi 58,4 milyon nəfərdir. İnzibati 



cəhətdən 95 departamentə bölünür. Qanunverici hakimiyyəti 

iki palatadan (Milli Məclis və Senat) ibarət parlament həyata 

keçirir. İcra hakimiyyəti Prezidentə və Nazirlər Şurasına məx-

susdur. Paytaxtı Paris şəhəridir.  C.12- 9, 36, 47, 58, 87, 104, 

108, 146, 170, 193, 198, 213, 221, 226, 240, 249, 270, 281, 

283, 295, 313, 316, 317, 324, 330, 347; С.16- 16, 44, 93, 110, 

119, 138, 143, 151, 165, 184, 185, 204, 205, 236, 237, 262-

265, 282, 334, 344, 353, 402, 424, 428, 442; C.20- 25-28, 29-

32, 39, 40, 53, 56, 67, 79-80, 91, 95, 102, 111, 115, 120, 134, 

213, 220, 227, 228, 242, 273, 284, 307, 327, 328, 351, 370, 

399, 414, 426, 441, 443; C.21- 21-23, 36, 44-58, 99, 156, 271, 

273, 288, 290, 294, 295, 306, 334, 357, 361, 369, 370, 371, 

379, 380, 381, 383, 395, 402; C.25- 41, 43, 88, 90, 119, 121, 

130, 143, 193, 194, 209, 215, 254, 257, 260, 299, 382; C.27

19, 38, 41, 115, 116, 132, 155, 249-252, 291, 318, 384, 407, 

410, 419, 420, 426; C.28- 40, 73, 110, 111, 240, 241, 262, 266, 

270, 305, 396, 401, 402-416. 

470.

 

Fransa Senatı - Fransada qanunverici orqan. C.21

44-58. 


471.

 

Fransua Mitteran (1916-1996) - 1981-1995-ci il-

lərdə Fransanın Prezidenti. 1971-1981-ci illərdə Fransa Sosia-

list Partiyasının Birinci katibi, 1965-1968-ci illərdə demokratik 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə