Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə41/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   37   38   39   40   41   42   43   44   ...   157

___________________________________________________ 

 

122



581.

 

Xərrazi Seyid Kamal (d.1945) - İranın siyasi və 

dövlət xadimi, pedaqoji elmləri doktoru, professor. 1998-2005-

ci illərdə İran İslam Respublikasının Xarici İşlər naziri olmuş-

dur. Hazırda İran İslam Respublikasının Ali Məsləhət Şurasının 

üzvü və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəridir. C.20- 292, 

293; C.21- 117; C.24- 329, 345. 



582.

 

Xətib Təbrizi, Yəhya Əli oğlu (1030-1109) - Azər-

baycan şairi və

 

ədəbiyyatşünası. Xətib Təbrizi həmçinin univer-



sal, ensiklopedik alim olmuş, bir çox elm sahəsinə dair tədqi-

qatları ilə şöhrət qazanmışdır. C.14- 5. 



583.

 

Xəyyam, Ömər Xəyyam (1048-1122-ci ildən sonra) 

- böyük fars və tacik şairi, riyaziyyatçı, filosof. O, riyaziyyata 

və fəlsəfəyə dair çoxlu əsərlərin, dünya şöhrəti qazanmış rübai-

lərin müəllifidir. C.15- 184. 



584.

 

Xoca  Əhməd Yəsəvi (1105-1166) - özbək  şairi. 

Cığatay dilində sufi şeirinin görkəmli nümayəndəsi. C.10- 125. 



585.

 

Xocalı soyqırımı. - 1992-ci il fevralın 25-dən 26-na 

keçən gecə erməni silahlı qüvvələri və Xankəndində yerləşən 

Rusiyanın 366-cı alayının əsgər və zabitləri Xocalıya hər tərəf-

dən hücum etmiş,  şəhəri tamamilə yandırmış, 1000 nəfərdən 

artıq adam öldürülmüş, yüzlərlə  şəhər sakini yaralanmış, itkin 

düşmüşdür.  C.10-_154;_C.12-_168;_C.13_-_72;_C.14'>C.10-  154;  C.12-  168; C.13- 72; C.14- 320-321; 



C.15- 258;  С.16- 133; C.19- 206-210, 386; C.20- 41; C.23

104; C.25- 118, 177-179; C.26- 100. 



586.

 

Xodzko Aleksandr Leonardoviç (1804-1891) – 

polyak  şairi, tərcüməçi, diplomat. Peterburqda M.C.Topçuba-

şovdan Şərq dillərini öyrənmişdir. 1842-ci ildə “Koroğlu” das-

tanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını 

tərcümə edib Londonda ingilis dilində  nəşr etdirmişdir.  C.12- 

42. 


587.

 

Xolokost - xatirə muzeyi. 1963-cü ildə Vaşinqtonda 

yaradılmışdır. Muzeyin məqsədi  İkinci dünya müharibəsi 

illərində  və  əvvəllər yəhudi xalqına qarşı soyqırımın tarixini 

sənədləşdirmək, öyrənmək və informasiya yaymaqdır. Muze-

yin divarındakı saxsı lövhədə soyqırıma məruz qalmış milyon 



___________________________________________________ 

 

123



yarım yəhudi uşağının xatirəsi anılır.  C.20- 60-64; C.21- 24; 

C.23- 335; C.27- 60. 

588.

 

Xorvatiya Respublikası - Cənubi Avropada dövlət. 

Sahəsi 56,6 min km

2

, əhalisi 4,8 milyon nəfərdir.İnzibati ərazi-



si 20 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici 

orqanı ikipalatalı Parlamentdir.Paytaxtı Zaqrebdir. C.25- 11; 



C.27- 367. 

589.

 

Xoşbəxt Yusifzadə, Xoşbəxt Bağı  oğlu  Yusifzadə 

(d.1930) - neftçi-geoloq, geologiya-minerologiya elmləri dok-

toru. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 

1994-2000-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-

prezidenti, 2004-cü ildən isə birinci vitse-prezidentdir. Azər-

baycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri ilə təl-

tif olunmuşdur.  C.20- 463, 465, 469; C.21- 8; C.22- 22, 23; 

C.23- 107, 226; C.24- 191; C.25-  294; C.28- 39. 

590.

 

Xristian Demokrat İttifaqı - Almaniyada siyasi 

partiya. 1950-ci ildə yaradılmışdır. Bundestaqda Xristian Sosial 

İttifaqı ilə birlikdə vahid fraksiyada çıxış edir. C.27- 17. 

591.

 

Xruşşov Nikita Sergeyeviç (1894-1971) - partiya və 

dövlət xadimi. 1953-1964-cü illərdə Sov. İKP MK-nın birinci 

katibi, 1958-1964-cü illərdə  həmçinin SSRİ Nazirlər Sovetinin 

Sədri olmuşdur. C.10- 337; C.17- 108, 109; C.19- 67; C.23

393. 

592.

 

Xuan Karlos I (d.1938) - İspaniya Kralı. İtaliyada 

anadan olmuşdur. 1975-ci ildə diktator Frankonun ölümündən 

sonra Kral elan edilmişdir. C.17- 240. 

593.

 

Xudayberdiyev Nərməhəmməd Curayeviç (d. 

1928) - Özbəkistanın dövlət xadimi. 1971-1984-cü illərdə 

Özbəkistan SSR Nazirlər Sovetinin Sədri olmuşdur. C.10- 210. 

594.

 

Xulio  İqlesias  - məşhur ispan müğənnisi.  İki dəfə 

Azərbaycanda olmuşdur. C.21- 63-64, 66-70. 



595.

 

Xuraman Qasımova, Xuraman Əkrəm qızı  Qası-

mova (d.1951) - Azərbaycan müğənnisi. SSRİ və Azərbaycan 

Respublikasının Xalq artisti. Azərbaycan Dövlət mükafatı 

laureatı. 1976-2006-cı illərdə Azərbaycan Dövlət Opera və 




___________________________________________________ 

 

124



Balet Teatrının solisti olmuşdur. Kinofilmlərə  də  çəkilmişdir. 

Pedaqoji fəaliyyət göstərir.  C.18- 222, 223, 224, 225; C.26- 

206, 373-374. 

596.

 

İbn Sina, Əbu Əli Hüseyn İbn Abdullah (980-1037) - 

alim, filosof, həkim,  Şərq aristotelizminin nümayəndəsi. “Tibb 

elminin qanunu” əsəri bir çox əsrlər boyu Şərqdə  və Avropada 

tibb üzrə əsas dərslik olmuşdur. C.10- 203; C.26- 151. 



597.

 

İbrahim Həmzəyev,  İbrahim Tağı oğlu  Həmzəyev 

(1908-1982) - aktyor və rejissor. Azərbaycan Respublikasının 

Xalq artisti. 1937-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan 

Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. 1940-cı il-

dən rejissor kimi də fəaliyyət göstərmişdir. C.26- 85. 

598.

 

İbrahim xan, İbrahimxəlil xan (1726-1806) - Qara-

bağ xanı. Pənahəli xanın (1747-1760) oğlu.  İbrahim xanın 

hakimiyyəti illərində Qarabağ xanlığı güclənmiş, xanlığın 

ərazisi isə xeyli genişlənmişdi.  İbrahim xan ailəsi ilə birlikdə 

işğalçı rus ordusunun mayoru Lisaneviçin dəstəsi tərəfindən 

xəyanətkarcasına öldürülmüşdür. C.12- 160-161. 



599.

 

İbrahim Səfərov,  İbrahım Səfər oğlu Səfərov 

(1913-1998) - meşəçi alim, elmlər doktoru, professor, MEA-

nın müxbir üzvü. Tədqiqatları meşəçilik, biogeosenologiya, 

meşələrin məhsuldarlığının artırılması, yeni meşələrin və tarla-

qoruyucu meşə zolaqlarının salınması, təbiətin qorunması və s. 

haqqındadır. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə 

təltif olunmuşdur. C.18- 387. 

600.

 

İbrahim Zeynalov, İbrahim  İsmayıl oğlu  Zeynalov 

(1934-2008) - heykəltəraş. Azərbaycan Respublikası  Əməkdar 

incəsənət xadimi. Azərbaycan Respublikası  və SSRİ Dövlət 

mükafatları laureatı. Heykəltəraşlığın müxtəlif janrlarında əsər-

lər yaratmışdır. C.19- 437. 

601.

 

İbrahimpaşa Dadaşov  (1926-1990) - Azərbaycan 

pəhləvanı, sərbəst güləş üzrə SSRİ çempionu, SSRİ  Əməkdar 

idman ustası və Əməkdar məşqçisi. İ.Dadaşov sərbəst güləş üz-

rə Azərbaycan komandasının baş məşqçisi olmuşdur. C.15- 91. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə