Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə37/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   33   34   35   36   37   38   39   40   ...   157

___________________________________________________ 

 

110



516.

 

Heydər Hüseynov, Heydər Nəcəf oğlu Hüseynov 

(1908-1950) - Azərbaycan fılosofu, ictimai xadim . Azərbay-

can Elmlər Akademiyasının akademiki. SSRİ Dövlət mükafatı 

laureatı. H.Hüseynov dialektik və tarixi materializm problem-

ləri, fəlsəfə tarixi və s. mövzularda əsərlər yazmışdır. O, Azər-

baycan mədəniyyətinin böyük nümayəndələrinin fəlsəfi irsini 

öyrənmişdir. Onun ədəbiyyatşünaslığa dair də  əsərləri var. 

C.13- 148. 

517.

 

Heyran xanım ( ? - ? )   -  Azərbaycan şairi, XVIII əsrin 

sonlarında Kəngərli xanları ailəsində doğulmuşdur. Əsasən, aşi-

qanə  şeirlər-qəzəl, müxəmməs, rübai yazmışdır.  Əsərlərinin 3 

əlyazması məlumdur. C.15- 229. 



518.

 

Həqiqət Rzayeva,  Həqiqət  Əli qızı Rzayeva 

(1907-1969) - Azərbaycan müğənnisi. Azərbaycan Respublika-

sının Xalq artisti. H.Rzayeva Azərbaycan səhnəsində  çıxış 

edən ilk azərbaycanlı qadın müğənnilərindəndir. Azərbaycan 

Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Güclü, gözəl 

və  məlahətli səsə malik Rzayevanın yaradıcılığı üçün yüksək 

professionallıq, artistizm səciyyəvi olmuşdur. C.17- 191. 

519.

 

Həmid Araslı,  Həmid Məhəmmədtağı  oğlu Araslı 

(1909-1983) - əbədiyyatşünas, filologiya elmləri doktoru, 

professor, Azərbaycan MEA-nın akademiki, 1960-1968-ci il-

lərdə Nizami adına Azərbaycan  Əbədiyyatı Muzeyinin direk-

toru, 1970-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respub-

likası MEA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunun direk-

toru olmuşdur. Araslı  qədim və orta əsrlər Azərbaycan 

ədəbiyyatı, Nəsimi, Kişvəri,  Əmani, Saib Təbrizi, Qövsi Təb-

rizi, Məhcur Şirvani, Vaqif, Vidadi haqqında tədqiqat əsərləri-

nin müəllifidir. Nizami və Füzuli irsinin öyrənilməsində 

xüsusilə mühüm işlər görmüşdür. Azərbaycan folklorunun, 

“Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılı-

ğının tədqiqi ilə  də  məşğul olmuşdur. C.19- 172; C.25- 333; 

C.26- 362. 

520.

 

Həmid Qasımbəyov,  Həmid Həbib oğlu Qasımbə-

yov (1923-2005) - hərbi xadim, vitse-admiral. Böyük Vətən 




___________________________________________________ 

 

111



müharibəsində istirak etmişdir. 1945-1976-cı illərdə Sakit 

okean,  Şimal və Baltik hərbi dəniz donanmalarında müxtəlif 

vəzifələrdə çalışmışdır. 1977-ci ildən Xəzər Donanmasının 

komandanı olmuşdur. С.16- 90. 



521.

 

Həmidə xanım Cavanşir,  Məmmədquluzadə 

Cavanşir Həmidə xanım Əhməd bəy qızı (1873-1955) - Azər-

baycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi, C.Məm-

mədquluzadənin həyat yoldaşı. Kəhrizli kəndində qadınlar 

üçün ilk məktəb və toxuculuq emalatxanası açmışdır. Həmidə 

xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə  Cəmiyyətinin 

(1908-1917) yaradıcılarından biri olmuşdur. Həmidə xanım C. 

Məmmədquluzadə haqqında xatirələrini yazmışdır. C.25- 312. 



522.

 

Həsən bəy Ağayev, Həsən bəy Məşədi Hüseyn oğlu 

Ağayev (1875-1920) - görkəmli ictimai-siyasi xadim. Azərbay-

can Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri. 

1901-ci ildə Moskva Universitetinin tibb fakültəsini bitirdikdən 

sonra Gəncədə  həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnal-

larda məqalələr dərc etdirir. 1914-cü ilin sonlarında Xudadat 

bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yarat-

mışdır. 1917-ci ilin sentyabrında “Müsavat”ın 1-ci qurultayın-

da partiyanın MK-sının üzvü seçilmişdi. Azərbaycan Milli 

Şurasının 1918-ci il mayın 28-də H.B.Ağayevin sədrliyi ilə 

keçən iclasında Azərbaycanın müstəqilliyi haqqında  İstiqlal 

bəyannaməsini ilk olaraq H.B.Ağayev imzalamışdır.  C.15

394. 

523.

 

Həsən Bin Təlal  (d.1947) - İordaniya  Şahzadəsi, 

Kral Hüseynin qardaşı.  Şahzada 1983-cü ildən beynəlxalq 

humanitar məsələlər üzrə Müstəqil komissiyanın sədrlərindən 

biri, hazırda Ərəb  əqidə forumunun və Roma klubunun prezi-

denti, Din və mədəniyyətlərarası yeniliklər və diaioqlar forum-

unun yaradıcısı və sədri, Beynəlxalq böhran qrupunda himayə-

çi şuranın üzvüdür. C.28- 47-51. 

524.

 

Həsən  Əliyev,  Həsən  Əlirza oğlu  Əliyev (1907-

1993) - torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahə-

sində alim, ictimai-siyasi xadim, elmlər doktoru, professor. 



___________________________________________________ 

 

112



Azərbaycan Milli EA-nın akademiki, Azərbaycan Dövlət 

mükafatı laureatı. Ayrı-ayrı illərdə Azərbaycan Milli EA Bota-

nika  İnstitutunun direktoru, Azərbaycan Kənd Təsərrüfatı 

nazirinin birinci müavini və Azərbaycan KP MK katibi, Azər-

baycan Milli EA-nın akademik katibi, Azərbaycan Milli EA 

Coğrafiya  İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 

Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur. C.15- 320; 

С.16- 259; C.20- 391; C.27- 311. 

525.

 

Həsən Hacınski,  Məmməd Həsən Cəfərqulu oğlu 

Hacınski (1875-1931) - Azərbaycanın siyasi və dövlət xadimi

mühəndis.Peterburq texnoloji institutunu (1902) bitirmişdir. 

“Hümmət” partiyasının yaradıcılarından biri. 1911-ci ildən 

“Müsavat” partiyasının üzvü olmuşdur. Azərbaycan Xalq 

Cümhuriyyəti hökumətində Xarici İşlər, Daxili, Ticarət, Səna-

ye və Ərzaq naziri olmuşdur. Tiflisdə qətlə yetirilmişdir. C.12-

83, 84; C.14- 76. 



526.

 

Həsən Həsənov,  Həsən  Əzizoğlu Həsənov (d. 

1940) - Azərbaycanın tanınmış ictimai və siyasi xadimi, dip-

lomat. Ayrı-ayrı illərdə Nazirlər Sovetinin sədri, BMT-də 

Azərbaycan Respublikasının daimi nümayəndəsi və xarici işlər 

naziri olmuşdur. Hazırda Macarıstanda Azərbaycan Respubli-

kasının Fövqəladə  və  Səlahiyyətli səfiridir. Birinci çağırış 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 

C.14- 81, 242, 274, 284, 304, 305; C.15- 14,15, 16,17,18, 19, 

20, 21, 22, 24, 26, 29; C.23- 105. 



527.

 

Həsən Məmmədov, Həsən Ağaməmməd oğlu Məm-

mədov (1938-2003) - aktyor. Azərbaycan Respublikasının Xalq 

artisti. SSRİ Dövlət mükafatı laureatı. C.10- 55; C.18- 259, 388. 

528.

 

Həsən Seyidbəyli,  Həsən Mehdi oğlu Seyidbəyli 

(1920-1980) - Azərbaycan dramaturqu, rejissor, yazıçı. Azər-

baycanın Xalq artisti. Azərbaycan Kinematoqrafçılar  İttifaqı 

İdarə heyətinin sədri olmuşdur.Onun filmlərində mühüm icti-

mai, sosial və mənəvi problemlərə toxunulur. Azərbaycan şairi 

Nəsimiyə həsr olunmuş filmi ən yaxşı tarixi filmlərdən biridir. 



C.15- 251, 252; C.27- 95. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə