Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə36/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   32   33   34   35   36   37   38   39   ...   157

___________________________________________________ 

 

107



maarifpərvər, “millətin başçısı, atası”, Bakı milyonçusu. Əv-

vəllər bənna işləmiş Hacı 1872-ci ildən neftçıxarma işinə 

kapital qoymuş və sahibkarlıq fəaliyyətinə başlamışdır. Bakıda 

“Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz səhmdar 

cəmiyyəti”ni, toxuculuq fabrikini, “Xəzər manifaktura cəmiy-

yəti”ni, “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti”ni, yerli 

sahibkarlarla birlikdə Bakı Ticarət Bankını yaratmış  və Bank 

Şurasının sədri seçilmişdi. 

Savadsız olmuş Hacı savadsızlığın acısını duymuş  və buna 

görə  də  vətən övladlarının, xüsusilə, kasıb oğlan və  qızların 

təhsil almasına böyük qayğı göstərmişdi. O, öz vəsaiti ilə 

Yaxın  Şərqdə - Bakıda ilk qızlar gimnaziyası, qadınları  işlə 

təmin etmək üçün Bakıda toxuculuq fabriki, Mərdəkanda sənət 

məktəbi, teatr binası tikdirir. Qiraətxanalar üçün qəzet və 

jurnalların pulunu ödəyir, öz xərcinə Azərbaycan  şair və 

alimlərinin  əsərlərini, həmçinin azərbaycancaya tərcümələri 

çap etdirir. 1905-1911-ci illər İran məşrutə hərəkatına silah və 

pulla yardım edir. İranda onlarla məktəbin açılmasına, məktəb 

ləvazimatı  və  zəruri kitablarla təmin edilməsinə, daxildə  və 

xaricdə oxuyan və maddi təminata ehtiyacı olanlara daim 

yardım edirdı. “Kaspi”, “Həyat”, “Füyuzat” kimi qəzet və jur-

nalların nəşri üçün vəsait ayırmışdı. 

Hacı Bakıya “Şollar suyu” borusunu çəkdirmiş, Mərdəkanda 

dən üyüdən elektrik dəyirmanı tikdirmiş və qəsəbənin əhalisini 

ilk dəfə elektrik işığı ilə təmin etmişdir. C.15- 326; C.18- 18, 

19, 20, 221, 325; C.22- 6, 128, 129; C.23- 67; C.26- 88. 



503.

 

Hacıbaba Bağırov (1933-2006) - Respublikanın 

Xalq artisti. 1962-ci ildən 1988-ci ilədək  Ş.Qurbanov adına 

Musiqili Komediya Teatrında işləyib. 1989-cu ildə “Tənqid-

təbliğ” satira teatrını yaradıb. 1996-cı ildən Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrının direktoru və  bədii rəhbəri olub. 

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş-

dur. С.16- 40; C.17- 160; C.18- 326, 330, 332. 



___________________________________________________ 

 

108



504.

 

Hacıbala Abutalıbov, Hacıbala  İbrahim oğlu 

Abutalıbov (d.1944) - Bakı şəhər İcra Hakimiyyətinin başçısı. 

Fizika-riyaziyyat elmləri doktorudur. C.20- 448, 456. 

505.

 

Hafiz Əsəd, Əsəd Hafiz (1930-2000) - Suriyanın si-

yasi, hərbi və dövlət xadimi. 1970-1971-ci illərdə isə Baş nazir, 

1971-2000-ci illərdə isə Suriya Ərəb Respublikasının Preziden-

ti olmuşdur. C.13- 326, 331- 333, 370; C.26- 338. 



506.

 

Hafiz Paşayev, Hafiz Mir Cəlal oğlu  Paşayev (d. 

1941) diplomat. Fizika-riyaziyyat elmləri doktoru. 1992-2006-

cı illərdə Amerika Birləşmiş Ştatlarında Azərbaycan Respubli-

kasının Fövqəladə  və  Səlahiyyətli səfiri olmuşdur. 2006-cı il-

dən Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini və 

Ali Diplomatiya Akademiyasının rektorudur. C.20- 152; C.22

47; C.25- 170. 

507.

 

Hafiz,  Şəmsəddin Məhəmməd  Şirazi (təqr.1325-

1389, yaxud 1390) - böyük fars şairi. Mustəsna yaddaşı olan 

Hafiz Qurani-Kərimi  əzbər bilirdi; “Hafız” ləqəbi də bununla 

əlaqədardır. Yaradıcılığı orta əsrlər farsdilli lirik poeziyanın ən 

yüksək zirvəsidir. C.15- 184. 

508.

 

Harald V (d.1937) - 1991-ci ildən Norveçin kralı. 

Kral V Ulafin oğlu. C.27- 174. 



509.

 

Haşimi Rəfsancani, Haşimi Əliəkbər Rəfsancani (d. 

1934) - 1989-1998-ci illərdə İran İslam Respublikasının Preziden-

ti. C.10- 21; C.21- 125, 130; C.22- 164; C.28- 102-103. 

510.

 

Haşimoto Ryutaro (1937-2006) - yapon siyasi xa-

dimi. 1996-1998-ci illərdə Yaponiyanın Baş naziri olmuşdur. 



C.28- 296.  

511.

 

Helmut Kol (d.1930) - Almaniyanın görkəmli siya-

si və dövlət xadimi. 1973-1998-ci illərdə Xristian-Demokratlar 

İttifaqının sədri, 1982-1998-ci illərdə isə AFR-də Kansler ol-

muşdur. H.Kolun ən böyük xidməti ikiyə bölünmüş Almaniya-

nı birləşdirməsi olmuşdur. C.15- 433; C.18- 405; C.25- 382; 

C.28- 135. 

512.

 

Helmut  Şmidt (d.1918-?) - 1974-1982-ci illərdə 

Almaniya Federativ Respublikasının federal kansleri. 1969-




___________________________________________________ 

 

109



1974-cü illərdə AFR-in Müdafiə naziri, 1968-1983-cü illərdə 

Almaniya Sosial Demokrat Partiyasının sədri olmuşdur. C.27

16. 

513.

 

Helsinki aktı. 1975-ci il avqustun 1-də Finlandiya-

nın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ  və 

Kanadanın dövlət və hökumət başçılarının Helsinki Müşavirəsi 

oldu. Onlar Avropada təhlükəsizlik və  əməkdaşlıq haqqında 

Zirvə aktını imzaladılar. Azərbaycan Respublikası bu aktı 

1992-ci ildə imzalamışdır. C.10- 66, 79, 269; С.16- 203; C.20

45; C.23- 37, 135, 143, 173, 183, 204, 237, 267; C.25- 54, 88, 

261; C.26- 157, 176; C.27- 414, 425, 427; C.28- 231. 



514.

 

Heminquey Ernest Miller (1899-1961) - amerikan 

yazıçısı, Nobel mükafatı laureatı. “Fiyesta”, “Əlvida silah” 

romanları - müharibə, “itirilmiş  nəslin” taleyinə  həsr edilmiş-

dir. Heminquey hərbi müxbir kimi İspaniya inqilabının (1936-

1939) yaxın iştirakçısı olmuş “Zənglər kimin üçün çalınır” 

romanında ispan xalqının faşizmə qarşı mübarizəsini təsvir et-

mişdir.  Əsərin qəhrəmanları bütün bəşəriyyətin taleyi üçün 

cavabdehlik hissi ilə yaşayırlar.Heminquey yaradıcılığının, bir 

növ yekunu olan “Qoca və  dəniz” (1952) povestində insanın 

mətanət və iradəsinin yenilməzliyinə, onun həyat eşqinə, qələ-

bəsinə sarsılmaz daxili inam bədii əksini tapmışdır. C.22- 71. 

515.

 

Henri Kissincer (d.27.05.1923, Almaniyanın Fyurt 

ş.) - 1938-ci ildə ABŞ-a köçmüş, 1943-cü ildə ABŞ vətəndaşlı-

ğını  qəbul etmişdir. 1950-ci ildə Harvard universitetini (incə-

sənət bakalavrı) bitirmiş, 1952-ci ildə incəsənət magistri, 1954-

cü ildə  fəlsəfə doktoru dərəcələrini almışdır. 1951-1969-cu il-

lərdə Beynəlxalq Harvard Seminarının icraçı direktoru olmuş-

dur. 1969-1975-ci illərdə Prezidentin Milli Təhlükəsizlik 

Məsələləri üzrə köməkçisi işləmişdir. 1973-1977-ci illərdə 

ABŞ-ın Dövlət Katibi olmuşdur.Beynəlxalq problemlərə dair 

bir sıra kitabın müəllifıdir. Beynəlxalq Nobel sülh mükafatı 

(1973-cü il) və bir sıra digər mükafatların laureatıdır. C.11- 61, 

63; C.19- 14-23; C.20- 86-89, 336; C.25- 81, 245. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə