Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə38/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   34   35   36   37   38   39   40   41   ...   157

___________________________________________________ 

 

113



529.

 

Həsən Seyidov, Həsən Nemət oğlu Seyidov (1932-

2005 ) - dövlət xadimi. Azərbaycan Respublikasının Əməkdar 

mühəndisi. Müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1971-1981-

ci illərdə Azərbaycan KP MK katibi, 1981-1987-ci illərdə 

Azərbaycan Respublikası Nazirlər Sovetinin Sədri olmuşdur. 

C.20- 341, 343. 

530.

 

Həsənağa Salayev,  Həsənağa Dərya oğlu Salayev 

(1921-1981) - aktyor, Azərbaycan Respublikasının Xalq artisti. 

Səhnə  fəaliyyətinə 1938-ci ildən Azərbaycan Dövlət Milli 

Dram Teatrında başlamışdır. Romantik məktəbə  mənsub olan 

Salayev,  əsasən güclü xarakterli obrazların ifaçısı kimi tanın-

mışdır. C.17- 190. 



531.

 

Həsənağa Turabov, Həsənağa Səttar oğlu Turabov 

(1938-2003) - görkəmli Azərbaycan aktyoru. Azərbaycan Res-

publikasının Xalq artisti. 1960-cı ildən Azərbaycan Milli Dram 

Teatrında çalışmışdır. H.Turabov milli, rus və dünya drama-

turqların  əsərlərinin tamaşalarında dolğun və yadda qalan 

obrazlar yaratmışdır. 1987-ci ildən ömrünün axırına kimi Milli 

Dram Teatrın bədii rəhbəri, direktoru və 1991-

:

ci ildən Azər-



baycan Teatr Xadimləri  İttifaqının prezidenti olmuşdur.  İki 

dəfə Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.  C.15

96; C.17- 160; C.27- 96. 

532.

 

Həsənbəy Zərdabi,  Məlikov Həsənbəy Səlimbəy 

oğ1u (1842-1907) - Azərbaycan maarifçi-demokrat, təbiətşünas 

alim, publisist və pedaqoq. H.Zərdabi Azərbaycan professional 

teatrının yaradıcılarındandır. O, Həcəfbəy Vəzirov və  Əsgər 

ağa Gorani ilə birlikdə 1873-cü ildə M.F.Axundovun “Hacı 

Qara” pyesini tamaşaya qoymuşdur. 

Azərbaycan demokratik mətbuatının banisi olan Zərdabi 

“Əkinçi” qəzetini nəşr etdirmişdir (1875-1877). “Əkinçi” qəze-

tini nəşr etməsi ilə Zərdabi Azərbaycan xalqının maariflənmə-

sinə çox böyük xidmət göstərmişdir. C.17- 188, 344; C.26- 87, 

91; C.27- 107, 108, 214. 

533.

 

Həsrət körpüsü, Ümid körpüsü - Araz çayı üzərin-

də körpü (uz. 286 metr). Türkiyə ilə Azərbaycan arasında sər-




___________________________________________________ 

 

114



həddə (Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgəsi) 

iki qardaş dövlət və ölkəni birləşdirir. 90-cı illərin əvvəllərində 

Naxçıvan MR-nin keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəq-

liyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuş-

dur. C.19- 41; C.22- 208, 244, 325, 437, 438; C.23- 403, 409. 

534.

 

Həzi Aslanov, Həzi  Əhəd oğlu  Aslanov (1910-

1945) - tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet 

İttifaqı  Qəhrəmanı. Böyük Vətən müharibəsinin ilk günlərin-

dən döyüşlərdə iştirak edən H.Aslanov Stalinqrad vuruşmasın-

da, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordu-

sunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. 

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Beloru-

siyanı, Pribaltika Respublikalarını azad etmək uğrundakı 

vuruşmalarda xüsusilə  fərqlənmişdi. H.Aslanov Mitağa  şəhəri 

yaxınlığındakı vuruşmada qəhrəmancasrna həlak olmuşdur. 



C.15- 272, 321; С.16- 86; C.21- 103; C.27- 99-111; C.28- 324. 

535.

 

Həzrəti Hökumə, Həkimə - VII əsrdə yaşamışdır. 

Təxminən 1257-ci ildə  Şirvanşah Fərrux Zal tərəfindən Bibi-

heybətdə onun şərəfinə birinci türbə tikilmişdir.  С.16- 229, 

230, 231; C.17- 394; C.19- 369; C.21- 131. 



536.

 

Həzrəti Məhəmməd (əleyhüssəlam),  Məhəmməd 

ibn Abdullah. (570/571-632) - İslamın banisi, siyasi və dövlət 

xadimi.  İslama görə “Məhəmməd  əleyhüssəlam” böyük 

peyğəmbər və “Allahın elçisi” sayılmış, “Qurani-Kərimi” xalqa 

çatdırmışdır. C.15- 170; С.16- 229, 230; C.18- 15; C.19- 326, 

364; C.22- 172; C.23- 125. 



537.

 

Həzrəti Zəhra məscidi - Naxçıvan  şəhərinin Sar-

vanlar məhəlləsində ibadətgah və memarlıq abidəsi. Xalq ara-

sında “Heydər məscidi” kimi tanınır. Məscid Ayətullah Xam-

neinin və Heydər  Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi 

sahəsi 6 min km

2

-dir. Məscidin böyük ibadət salonu (3300 m



2

günbəzlə örtülmüşdür. Bu möhtəşəm abidənin layihəsində Şərq 



memarlıq ənənələrindən istifadə edilmişdir. C.22- 160-172. 

538.

 

Hikmət Çetin (d.1937) - Türkiyənin siyasi və döv-

lət xadimi. Ayrı-ayrı illərdə Türkiyə Respublikasının Xarici İş-




___________________________________________________ 

 

115



lər naziri, Baş nazirin müavini vəzifələrində çalışmışdır. 1997-

1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuş-

dur. C.12- 362; C.18- 102-103; C.19- 38-39, 47, 52, 62, 69-70, 

77, 78. 


539.

 

Hillari Klinton Potxem (d.1947) - hüquqşünas

siyasi xadim. Prezident Klintonun həyat yoldaşı. 2001-ci ildən 

Nyu-York ştatından Amerika Senatına üzv seçilmişdir.Hazırda 

ABŞ-ın Dövlət katibi. C.17- 309. 



540.

 

Hindistan, Hindistan Respublikası - Cənubi Asiya-

da dövlət. Sahəsi 3,3 milyon km

2

, əhalisi 953 milyon nəfərdir. 



Hindistan Millətlər Birliyi tərkibində Federativ Respublikadır. 

Dövlət başçısı Prezident, qanunverici hakimiyyət iki palatadan 

(Ştatlar Şurası və Xalq palatası) ibarət parlamentə məxsusdur. 

Hindistan inzibati cəhətlən 22 ştata və 9 müttəfiq əraziyə bölü-

nür. Paytaxtı Dehli şəhəridir. C.23- 22; C.24- 302. 303. 

541.

 

“Holokost”(yəhudilərin İkinci Dünya müharibəsin-

də kütləvi surətdə soyqırımı) - xatirə muzeyi - bax: Xolokost  



542.

 

Homer -  əfsanəvi qədim yunan şairi.  Şəxsiyyəti 

haqqında məlumat azdır. E.ə.XII-VII əsrlərdə yaşadığı ehtimal 

edilir. Antik mənbələrdə  gəzərgi kor müğənni Homerin real 

obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında 

dürüst məlumatın olmadığını göstərir. Sonralar “İliada” və 

“Odisseya” epik poemalarının, habelə “Homer himnləri”nin 

müəllifliyi ona isnad edilmişdir. Homerin şəxsiyyəti və yaradı-

cılığı ilə bağlı geniş yayılmış  və indiyədək həll olunmamış 

mübahisələr ədəbiyyatşünaslıqda “Homer” məsələsi adı almış-

dır. C.26- 314. 



543.

 

Horadiz - Azərbaycan Respublikası Füzuli rayon-

unda qəsəbə. Əhalisi 2877 nəfərdir. 1993-cü ildə erməni işğal-

çıları tərəfindən işğal edilmiş Horadiz altı ay sonra Azərbaycan 

ordusu tərəfindən azad edilmişdir. C.27- 237. 



544.

 

Hökumə Billuri, Hökumə  İbrahim qızı  Billuri (d. 

1926) - Azərbaycanın Xalq şairi.  İran Azərbaycanındakı milli 

azadlıq mübarizəsinin, vətənpərvərlik və beynəlmiləlçiliyin 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə