___________________________________________________
119
onların əlaqələrini daha da genişləndirmək məqsədilə yaradıl-
mışdır. C.11- 292, 296.
562.
Hyüston qan mərkəzi - Amerikada, eyni zamanda,
dünyada ən məşhur tibb ocaqlarından biri. Mərkəzdə toplanan
qan dünyanın 21 ölkəsinə, 161 tibb müəssisəsinə göndərilir.
Mərkəzin 13 bölməsində 600 peşəkar işçi çalışır. C.11- 306.
563.
Hyüston tibb mərkəzi - kardioloji xəstəliklərin
müalicə mərkəzi. Dünyada ürəkköçürmə əməliyyatı ilk dəfə
burada həyata keçirilmişdir (1966-cı ildə). Tibb mərkəzi son 50
ildə böyüyərək balaca bir korpusdan tibb şəhərciyinə çevrilmiş-
dir. Mərkəzdə 60 min işçi çalışır. Müalicə ilə yanaşı böyük
elmi-tədqiqat işləri də aparılır. Mərkəzin tərkibində fəaliyyət
göstərən 2 tibb universitetində ildə 500-dən çox mütəxəssis
hazırlanır. Mərkəzdə 4 min çarpayılıq bir neçə xəstəxana var.
C.11- 308.
564.
Xaqani Şirvani, Əfzələddin İbrahim İbn Əli Nəc-
car Şirvani (1126-1199) - Azərbaycan şairi, mütəfəkkir. Xaqani
Azərbaycan ədəbiyyatının ən görkəmli simalarındandır. Xaqani
Şirvaninin ədəbi irsi olduqca zəngindir. Onun epik poeziyanın
ilk görkəmli nümunələrindən “Töhfət ül-İraqeyn” adlı məsnə-
visi, “Mədain xərabələri” adlı məşhur fəlsəfi qəsidəsi, saf eşqi,
məhəbbəti tərənnüm edən qəzəlləri, “Həbsiyyə” adlandırılan
qəsidələri və mərsiyələri klassik Şərq ədəbiyyatında ən kamil
əsərlərdir. C.13- 98, 107; C.14- 5; C.15- 184; C.25- 84.
565.
“Xalq” qəzeti - Azərbaycan Respublikasında gün-
dəlik siyasi, ictimai qəzet. 1919-cu ildən “Kommunist” adı ilə
nəşr edilmişdir. 1991-ci ildən isə “Xalq” qəzeti adlanır. Qəzetin
təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və
qəzetin redaksiya heyətidir. С.16- 198; C.23- 102; C.27- 213.
566.
Xan – bax: Xan Şuşinski.
567.
Xan Şuşinski, İsfəndiyar Aslan oğlu Cavanşirov
(1901-1979) - Azərbaycan xanəndəsi. Azərbaycan Respublika-
sının Xalq artisti. Xan Şuşinski müstəsna istedadı, geniş diapo-
zonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayə-
sində dinləyicilərin böyük rəğbətini qazanmışdı. Azərbaycan
___________________________________________________
120
klassik xanəndələri ənənələrinin layiqli davamçılarından biri
olan X.Şuşinski oxuduğu muğamlarda gəzişmə və zəngulələr-
dən məharətlə istifadə etmişdir. X.Şuşinski Azərbaycan xanən-
dəlik sənəti tarixində özünəməxsus məktəb yaratmışdır. C.15-
83.
568.
Xanımana Əlibəyli, Xanımana Sabir qızı Əlibəyli
(1923-2007) - Azərbaycan yazıçısı. Adətən, uşaqlar üçün yaz-
mışdır. Əlibəylinin yazdığı şeir və poemalarında yüksək mənə-
vi keyfiyyətlər tərənnüm olunur. C.25- 314.
569.
Xankəndi - Azərbaycan Respublikasında şəhər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi. 1990-ci ildən
erməni separatçıları tərəfindən işğal edilmişdir. C.24- 9; C.27-
221.
570.
Xanlar Hacıyev, Xanlar İrşad Faiq oğlu Hacıyev
(d.1966) - hüquqşünas. 1993-1998-ci illərdə Ali Məhkəmənin
sədri, 1998-ildə Azərbaycan Respublikası Konstitusiya Məhkə-
məsinin sədri olmuşdur. Hazırda Avropa Məhkəməsinin üzvü-
dür. C.25- 348; C.28- 358,
571.
Xanlar Vəliyev, Xanlar Rüstəm oğlu Vəliyev
(d.1955) - hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri.
1989-1993-cü illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır.
1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokuroru-
nun müavini olmuşdur. C.26- 406-431.
572.
Xatəmi, Məhəmməd Xatəmi (d.1943) - İranın siyasi
ictimai və dövlət xadimi. 1989-1992-ci illərdə İranın Mədəniy-
yət və İslam Orijentasiyası naziri olmuşdur. 1997-2005-ci illər-
də İran İslam Respublikasının Prezidenti olmuşdur. C.13-328-
330, 338, 343, 344, 379, 386, 388; C.14- 235, 236; C.17- 324;
C.19- 141; C.20- 122, 123, 292, 293, 294, 295-296; C.21- 115,
117, 118, 122, 126, 129, 130, 168, 169, 170; C.22- 170, 171;
C.24- 345; C.25- 28, 60; C.28- 91, 100-101.
573.
Xavyer Solana (d.1942) - siyasi xadim, 1995-1999-
cu illərdə NATO-nun Baş katibi, 1999-cu ilin iyulundan Avro-
pa İttifaqı Şurasının Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş
___________________________________________________
121
katibidir. C.10- 367; C.11- 19, 20, 184; C.17- 409-422; C.22-
342; C.27- 28.
574.
Xeyransabəyim, Xeyran Nisəbəyim (?-1579) -
Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamış
qadın. Səfəvi hökmdarı Məhəmməd Xudavəndənin (1578-
1587) arvadı, I Şah Abbasın anası. C.25- 312.
575.
Xeyrəddin Qoca, Xeyrəddin Sayəddin oğlu Qoca-
yev (d.1950) - Azərbaycan jurnalisti. 1995-2000-ci illərdə Milli
Məclisin deputatı, 1997-2002-ci illərdə isə Türkiyə Respubli-
kasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş
konsulu olmuşdur. C.13- 68.
576.
Xədicəxanım Qazıyeva, Xədicə Bahəddin qızı
Qazıyeva (1909-1991) - aktrisa. Azərbaycan Respublikasının
Əməkdar artisti. Naxçıvan Dövlət Musiqili Dram Teatrında
fəaliyyət göstərmişdir. C.17- 143.
577.
Xələf Xələfov, Xələf Alı oğlu Xələfov (d.1959) -
diplomat. Moskvada ikiillik Ali Diplomatiya Akademiyasını
bitirmişdir. 1997-ci ildən Azərbaycan Respublikası Xarici İşlər
nazirinin müavinidir. C.15- 30.
578.
Xəlil Paşa, Xəlil Kut (1881-1957) - Türkiyə hərbi
xadimi, general. Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun,
sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur.
Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və
təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk mil-
liyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliy-
yət göstərmişdir. C.26- 190.
579.
Xəlil Rza Ulusoy, Xəlilov Xəlil Rza oğlu (1932-1994)
- Azərbaycanın Xalq şairi, Azərbaycanda müstəqillik hərəkatının
görkəmli öndərlərindən biri. C.10- 342; C.13- 70, 103, 121, 125,
128, 271; C.19- 128.
580.
Xəlilüllah II (?-1535) - Şirvanşah (1524-1535),
Dərbəndilər sülaləsindən idi. Səfəvilərdən asılı vəziyyətə düşən
II Xəlilüllah I Şah İsmayılın qızı Pərixan xanımla evlənmişdi.
C.25- 311.
Dostları ilə paylaş: |