___________________________________________________
125
602.
İcmalar palatası - Böyük Britaniyada parlamentin
aşağı palatası. İcmalar palatası ümumi, bərabər və birbaşa seçki
yolu ilə 5 il müddətinə seçilir. İcmalar palatası hökumətin
fəaliyyətinə nəzarət edir, ona etimad göstərir, qanun layihələri-
ni müzakirə və qəbul edir. C.19- 178; C.27- 122.
603.
İçərişəhər - Bakının qala divarları ilə əhatə olunan
qədim hissəsi. Ərazisi 22 hektardır. İçərişəhər ərazisində iki
mədəni təbəqə müəyyənləşdirilmişdir. XIV-XVII əsrləri əhatə
edən üst təbəqədən düzbucaqlı və dördkünc yaşayış evlərinin
qalıqları, VIII-XIII əsrlərə aid alt təbəqədən düzbucaqlı formalı
kiçik otaqların qalıqları, quyular və s. aşkar edilmişdir. İçəri-
şəhər orta əsrlərdə Bakının əsas mərkəzinə çevrilmiş, XII əsrdə
burada ilk qala divarları çəkilmişdir. Bu divarlar 25-30 m dəni-
zin içərisinə uzanaraq İçərişəhərin qarşısında qapalı liman
əmələ gətirmişdi. İçərişəhərin üç əsas Şamaxı, Salyan və dəniz
sahilinə açılan darvazası olmuşdur. İçərişəhərdəki Sınıqqala
(1078), Qız qalası və s. abidələr İçərişəhərin əvvəllər dənizə
yaxın sahədə inkişaf etdiyini göstərir. XV əsrdə Şirvanşahlar
sarayı tikilmişdir. XVII əsrdə İçərişəhərdə çoxlu karvansara və
ticarət binası inşa edilmişdi, XVIII əsrdə isə Xan sarayı tikil-
miş, yeni su kəmərləri çəkilmişdi. XIX əsrdə və XX əsrin əv-
vəllərində İçərişəhərin plan quruluşu dəyişdirilmədən köhnə
binaların yerində əsaslı daş binalar tikilmişdir. Bu zaman qala
divarlarının ikinci sırası sökülmüş və yalnız Şamaxı darvazası-
nın yanında 2-ci darvaza tikilmişdir (1888), Beləliklə, qoşa dar-
vaza əmələ gəlmişdir. 1977-ci ildə İçərişəhər Azərbaycan me-
marlığı tarixi qoruğuna çevrilmişdir. C.15- 79-94, 133, 168;
C.19- 436, 443.
604.
İhsan Doğramacı (1915-2010) - türkdilli ölkələrin
Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, elmlər
doktoru, professor. 1963-1965-ci illərdə Ankarada Uşaq Sağ-
lamlığı İnstitutunun direktoru, 1968-1973-cü illərdə Pediator-
ların Tibb Assosiyasının prezidenti, 1977-1993-cü illərdə insti-
tutun icraçı direktoru, 1992-ci ildən isə fəxri prezidentidir.
1959-cu ildən YUNİSEF-in İcraiyyə Komitəsinin üzvüdür. İki
___________________________________________________
126
dəfə Bilkənd Universitetinin sədri və rektoru olmuş, 1975-ci
ildən isə universitetin fəxri rektorudur. C.12- 156, 158, 163,
164-165, 166, 170; C.15- 310-317; C.19- 26; C.20- 185-186,
187; C.21- 250; C.23- 249-250; C.26- 376-399, 400, 437-440;
C.28- 318.
605.
II Abdıılla, Abdulla bin Hüseyn (d.1962) - 1999-cu
ildən İordaniyanın kralıdır. II Abdulla kvalifikasiyalı dalğıc,
paraşütüst və pilotdur. C.27- 259; C.28- 47, 51.
606.
İkinci Dünya müharibəsi (1939-1945) - Almaniya,
İtaliya və Yaponiya tərəfindən başlanmış böyük müharibə.
İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniya-
nın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Brita-
niya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin
ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika,
Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi. 1940-cı
il iyunun 10-da İtaliya Almaniyaya qoşuldu.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə
elan etdi. Bununla da Böyük Vətən müharibəsi başlandı.
1942-1943-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk
vuruşmalarında qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.
1944-cü il iyunun 6-da Avropada 2-ci cəbhə açıldı. Bunun da
nəticəsində Fransa daxil olmaqla Mərkəzi və Cənub-Şərqi
Avropa azad olundu.
1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldı. Mayın 8-də
Karlsxorsda (Berlin yaxınlığında) Almaniyanın danışıqsız
təslim olması haqqında akt imzalandı.
Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-
də imzalandı. Bununla İkinci Dünya müharibəsi qurtardı. İkinci
Dünya müharibəsində 72 ölkə iştirak etmişdir. Müharibədə işti-
rak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırıl-
mışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə
şəhər, qəsəbə və kənd dağılmışdı. C.15- 6, 198, 207, 218, 271-
274, 327, 354, 396; С.16- 86, 87, 96, 360, 376; C.17- 139, 165;
C.19- 14, 66, 411, 430, 431, 455; C.20- 62, 157, 413; C.21-
231, 411; C.22- 7, 108, 109, 198, 364, 382; C.23- 167, 308,
___________________________________________________
127
320; C.24- 70, 218, 410; C.25- 85, 301, 305, 306, 382; C.26-
229, 324; C.27- 43, 60, 99-111, 114; C.28- 6, 17, 180, 296,
301, 324.
607.
İqtisadi Əməkdaşhq Təşkilatı - bax: EKO.
608.
İlham Əliyev, İlham Heydər oğlu Əliyev (d.1961) -
görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat. 2003-cü il-
dən Azərbaycan Respublikasının Prezidenti. Prezident Heydər
Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan Respublikası Döv-
lət Neft Şirkətüıin vitse-prezidenti, 1997-ci ildən həmin şirkətin
birinci vitse-prezidenti olmuşdur. Azərbaycan Respublikasının
neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri
vardır.
İlham Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya
Komitəsinin (AMOK) prezidentidir. Azərbaycan idmançıları-
nın mötəbər beynəlxalq yarışlarda uğurlar əldə etməsində
AMOK-un prezidenti kimi böyük xidməti var. 2003-cü ildə
Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Siyasi və dövlət xadimi kimi İlham Əliyev beynəlxalq aləm-
də böyük hörmət və nüfuz qazanmış, bir neçə ölkənin ordenləri
ilə təltif olunmuşdur. Ölkədə demokratik islahatlar aparılma-
sında, hüquqi dövlət quruculuğunda, Azərbaycan Respublika-
sının dövlət müstəqilliyinin möhkəmlənməsində uğurlu xid-
mətlər göstərən İlham Əliyev Yeni Azərbaycan Partiyasının I
qurultayında partiya sədrinin müavini, II qurultayında (2001)
sədrin birinci müavini vəzifəsinə seçilmişdir. 2005-ci ilin
martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci
ildən Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış)
deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbay-
can Parlamenti daimi nümayəndə heyətinin başçısı olmuşdur.
Azərbaycan haqqında, xüsusilə Ermənistanın ölkəmizə hərbi
təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında həqi-
qətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya
ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri var. “Hey-
dər Əliyev” ordeni ilə təltif olunmuşdur. C.10- 251; C.11- 8,
406; C.15- 321; C.18- 116, 412; C.19- 53, 55, 58, 80, 86;
Dostları ilə paylaş: |