Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə45/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   41   42   43   44   45   46   47   48   ...   157

___________________________________________________ 

 

134



dur”. Rəvayətə görə  İsa Roma imperatoru Avqustin dövründə 

Fələstinin Vileyem şəhərində doğulmuş  İudeya, Qalleya, 

Samirə və s. yerlərdə yeni dini təbliğ etmiş, çarmıxa çəkilmiş, 

sonra dirilərək qeyb olmuşdur.  İsaya etiqad xristianlığın  əsas 

ehkamlarındandır. C.23- 125. 

636.

 

İsa Həbibbəyli,  İsа  Əkbər oğlu  Həbibbəyli (d. 

l949) - ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, 

Azərbaycan MEA-nın müxbir üzvü. Naxçıvan Dövlət Univer-

sitetinin rektorudur. Naxçıvan MR Ali Məclisinin (1-2 çağırış) 

deputatı olmuşdur. C.22- 186. 

637.

 

İsa Hüseynov,  İsa Mustafa oğlu  Hüseynov (d. 

1928) - Azərbaycanın Xalq yazıçısı. Onlarla povest və roman-

lar müəllifidir. “Məhşər” tarixi romanı böyük Azərbaycan şairi 

İ.Nəsimiyə  həsr olunmuşdur. Azərbaycan Respublikasının 

“Şöhrət” ordeni ilə  təltif olunmuşdur. C.13- 70;  С.16- 38-39; 

C.17- 155; C.18- 381; C.19- 129. 

638.

 

İsa peyğəmbərin mövlud günü-Milad bayramı - 

İsa peyğəmbərin anadan olması şərəfinə keçirilən xristian bay-

ramı. Dekabrın 25-də qeyd edilir. Milad bayramının ilkin mən-

bəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) xilaskar 

allahın “doğulması” ilə  əlaqədar keçirilən qədim bütpərəst 

mərasim bayramı olmuşdur. Milad bayramını ilk dəfə Roma 

xristian icmaları keçirmişdir. Milad bayramı 431-ci ildə Efes 

kilsə yığıncağında qanuniləşdirilmişdir. C.19- 160, 162. 



639.

 

İsa Qəmbər,  İsa Yunis oğlu  Qəmbər (d.1957) - 

1990-1995-ci illlərdə parlamentin deputatı, 1992-1993-cü illər-

də parlamentin sədri olub. 1992-ci ildən Müsavat partiyasının 

başqanıdır. C.17- 67-70, 82; C.22- 281; C.23- 85, 188. 



640.

 

İsa Nəcəfov,  İsa  Əli oğlu  Nəcəfov (d.1952) - hü-

quqşünas. 1990-1993-cü illərdə bir sıra məsul vəzifələrdə işlə-

mişdir. 1993-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının 

prokuroru vəzifəsində çalışmışdır. 1995-2000-ci illərdə Azər-

baycan Respublikası Baş prokurorunun birinci müavini olmuş-

dur. C.26- 406-431. 




___________________________________________________ 

 

135



641.

 

İsfəndiyar Vahabzada,  İsfəndiyar Bəxtiyar oğlu 

Vahabzada (d.1954) - filologiya elmləri doktoru, professor, 

diplomat. 1994-cü ildən bir çox məsul dövlət vəzifələrində 

çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Moldovada 

Səlahiyyətli və Fövqəladə səfiridır. C.24- 374. 

642.

 

İsi Məlikzadə,  İsi Abbas oğlu Məlikzadə (1934-

1995) - Azərbaycan yazıçısı. C.13- 70, 73. 



643.

 

İslam  İnkişaf Bankı  (İİB) - Beynəlxalq maliyyə 

institutu. İİB-nin əsası 1973-cü ilin dekabrında Ciddədə keçiri-

lən müsəlman ölkələri maliyyə nazirlərinin konfransında qəbul 

olunmuş bəyannaməyə əsasən qoyulmuşdur. Bank islam, şəriət 

qaydalarına riayət edən ölkələrə maliyyə yardımı göstərir. 

Bankın 55 üzvü var. Azərbaycan Respublikası  İslam  İnkişaf 

Bankının 1991-ci ildən üzvüdür. C.13- 321; C.17- 275; C.28

92. 


644.

 

İslam Kərimov, İslam Abduqəni oğlu Kərimov (d. 

1938) - Özbəkistanın siyasi və dövlət xadimi. 1989-1990-cı il-

lərdə Özbəkistan KP MK-nın birinci katibi olmuşdur. 1990-cı 

ildən Özbəkistan Respublikasının Prezidentidir. C.13- 309-

386;  С.16- 19, 23, 33-34; C.17- 94-95, 104, 105; C.18- 121, 

125, 127, 397; C.19- 69, 78, 155, 156, 183, 241, 246, 347; 



C.20- 34, 81, 129; C.21- 222, 262, 263, 264, 410; C.22- 121; 

C.24- 189, 281-297; C.26- 169, 174; C.28- 82-90. 

645.

 

İslam Konfransı  Təşkilatı  (İKT) - 1969-cu ildə 

yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu və Fələstin Azad-

lıq Təşkilatını birləşdirir. Nizamnaməsinə görə İslam Konfransı 

Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəm-

lənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığa yönəldilmişdir. 

İqamətgahı Ciddədədir (Səudiyyə  Ərəbistanı). Azərbaycan 

1991-ci ildən İKT-nın üzvüdür. C.14- 9, 222, 224, 235; C.15

405; C.19- 141; C.20- 190, 293, 295, 327; C.21- 60, 62, 115, 

122, 124, 166, 170; C.23- 102; C.27- 46, 193, 194, 195, 196. 

646.

 

İsmayıl Cəm (1940-2007) - Türkiyənin siyasi və 

ictimai xadimi, 1997-2003-cü illərdə Türkiyə Respublikasının 

Xarici  İşlər Naziri vəzifəsində  işləmişdir. Türkiyə-Yunanıstan 



___________________________________________________ 

 

136



münasibətlərinin yaxşılaşmasında mühüm rolu olmuşdur. 

C.20- 97; C.24- 186, 329, 362; C.25- 159, 164; C.27- 399-409. 

647.

 

İsmayıl Dağıstanlı,  İsmayıl Yusif oğlu Hacıyev 

(1907-1980) - Azərbaycan aktyoru. SSRİ Xalq artisti, Azərbay-

can və SSRİ Dövlət mükafatları laureatı. 1938-ci ildən Azər-

baycan Milli Dram Teatrının aktyoru olmuşdur. Çoxcəhətli ak-

tyor olan Dağıstanlı müxtəlif xarakterli obrazlar qalereyası 

yaratmışdır. Dağıstanlı  həm də kino aktyoru olmuşdur. C.10- 

56; C.17- 190. 

648.

 

İsmayıl Hidayətzadə,  İsmayıl Hüseyn oğlu Hida-

yətzadə (1901-1951) - Azərbaycan aktyoru, rejissor və teatr 

xadimi. Azərbaycanın Xalq artisti. Hidayətzadə istedadlı aktyor 

olmaqla yanaşı, həmçinin görkəmli rejissor idi. O, 1937-ci il-

dən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik 

Opera və Balet Teatrının baş rejissoru vəzifəsində çalışmışdır. 



C.13- 303; C.17- 190. 

649.

 

“İsmayıl xan” hamamı  - XVIII əsrə aid Azərbay-

can memarlıq abidəsi. Naxçıvan şəhərində, Azadlıq prospektin-

də yerləşir. Şərq hamamları üslubunda tikilmişdir. C.22- 273. 

650.

 

İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski (1819-

1918) - hərbi xadim. General-leytenant. Uzun müddət Qafqaz 

əlahiddə ordusunda xidmət etmişdir. 1877-1878-ci illər Rusiya-

Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə 

süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür. 

Birinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, üçüncü və 

dördüncü dərəcəli “Müqəddəs Vladimir”, dördüncü dərəcəli 

“Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdur. С.16- 83. 



651.

 

İsmayıl Osmanlı,  İsmayıl Osman oğlu Osmanlı 

(1902-1978)- aktyor. SSRİ Xalq artisti. O, 1929-cu ildən ömrü-

nün axırınadək Azərbaycan Milli Dram Teatrının aktyoru 

olmuşdur. Onun ifası təbiiliyi, psixoloji təsirliliyi, milli koloriti 

ilə fərqlənmişdir. O, klassik və müasir müəlliflərin pyeslərində 

parlaq obrazlar qalereyası yaratmışdır. Osmanlı kino aktyoru 

kimi də məşhur idi. C.10- 56; C.17- 190. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə