Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə43/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   39   40   41   42   43   44   45   46   ...   157

___________________________________________________ 

 

128



C.20- 126, 143, 151, 184-185, 310, 337, 396; C.21- 329, 330, 

331, 412; C.22- 20, 271; C.23- 17, 53, 226; C.24- 73, 74, 127, 

150, 365, 420, 421, 422, 430; C.25- 128, 187, 188, 189, 190; 

C.26-  234, 238; C.27- 91-97, 179, 180, 199, 310, 405; C.28

50, 51. 


609.

 

İlyas Əfəndiyev, İlyas Məhəmməd oğlu Əfəndiyev 

(1914-1996) - yazıçı, dramaturq. Azərbaycanın Xalq yazıçısı. 

İ.Əfəndiyevin dram əsərlərinin Azərbaycan Milli Dram Teatrı-

nın repertuarının zənginləşməsində müstəsna rolu var. Azər-

baycan Dövət mükafatı laureatı. 1994-cü ildə 80 illiyi münasi-

bətilə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

edilmişdir.  C.12- 156-163; C.13- 70, 125; C.15- 228; C.17

132, 133, 190; C.19- 130; C.26- 326; C.28- 313, 320. 



610.

 

İmadəddin Nəsimi, əsl adı Seyid Əli (1369-1417) - 

böyük Azərbaycan şairi və mütəfəkkiri. İmadəddin Nəsimi adı 

ilə məşhurdur. Əsərlərini Azərbaycan, ərəb, fars dillərində yaz-

mışdır. Hürufıliyi yaydığı üçün Hələbdə həbs olunmuş, “kafir”, 

“dinsiz” elan edilərək ruhanilərin fitvası ilə  vəhşicəsinə öldü-

rülmüşdür. C.10- 128; C.13- 82, 98, 107, 331; C.14- 5; C.15

184; C.17- 163, 342; C.18- 352, 357, 377, 378; C.19- 430, 

432; C.23- 321; C.24- 113; C.25- 84; C.28- 271. 



611.

 

İmam  Əli ibn Əbu Talib  (598-661) - Məhəmməd 

əleyhüssəlamın  əmisi oğlu və kürəkəni (qızı Fatimənin  əri). 

İmam Əli İslam dinini ilk qəbul edənlərdən olmuş, müsəlman-

ların bütün vuruşmalarında iştirak etmiş, igidliyi ilə fərqlənmiş-

di. C.15- 93, 94. 

612.

 

İmam Xomeyni, Ruhulla Musavi (1903-1989) - 

1979-cu ildən  İran  İslam Respublikasının başçısı, ayətüllah. 

1964-cü ildə ölkədən qovulmuş,  əvvəlcə  İraqda, sonra isə 

Fransada mühacirətdə olmuşdur. 1979-cu ildə  İrana qayıtmış, 

şah rejimini devirməyə  və  İslam Respublikasını qurmağa nail 

olmuş inqilaba başçılıq etmişdir. C.14- 234; C.22- 301; C.25- 

57. 

613.

 

İmam Mustafayev, İmam Daşdəmir oğlu Mustafa-

yev (1910-1997) - siyasi və elmi xadim. Biologiya elmləri dok-




___________________________________________________ 

 

129



toru, professor. Azərbaycan MEA-nın akademiki. Mustafayev 

müxtəlif illərdə Azərbaycan Respublikası  Kənd Təsərrüfatı 

naziri, AKP MK katibi, AKP MK-nın 1-ci katibi vəzifələrində 

işləmişdir. SSRİ  və Azərbaycan Ali Sovetlərinin deputatı ol-

muşdur. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif 

olunmuşdur. C.17- 135. 



614.

 

İmam Rza - şiəlik məzhəbinə etiqad edənlərin sək-

kizinci imamı. C.21- 119, 131, 135, 177; C.22- 164. 



615.

 

İmaməli Rəhmanov,  İmaməli  Şərif oğlu Rəhma-

nov (d.1952) - Tacikistanın siyasi və dövlət xadimi. 1992-ci 

ildə Tacikistan Ali Sovetinin Sədri olmuşdur. 1992-ci ilin 

noyabrından Tacikistan Respublikasının Prezidentidir. C.13

353-354, 396; C.19- 241; C.23- 49; C.24- 281-297. 

616.

 

İmran Qasımov,  İmran Haşım oğlu  Qasımov 

(1918-1981) yazıçı, dramaturq, publisist, ictimai xadim. Azər-

baycan Yazıçılar  İttifaqı  İdarə Heyətinin katibi (1961-1975), 

birinci katibi (1975), SSRİ Yazıçılar  İttifaqı  İdarə Heyətinin 

katibi (1976), SSRİ Ali Sovetinin deputatı olmuşdur.  C.26- 

305. 


617.

 

İncil (müjdə, xeyir xəbər) - Bibliyanın xristianlığa 

aid hissəsi. İncildə, əsasən İsa peyğəmbərin və onun “möcüzə-

lərinə” aid erkən xristianlıq  əfsanələri toplanmışdır.  İncilin 

harada tərtib olunması məsələsi mübahisəlidir. C.23- 125. 



618.

 

İnquşetiya, İnquşetiya Respublikası - Rusiya Fede-

rasiyası  tərkibində respublika. Sahəsi 19,3 min km

2

,  əhalisi 



313,3 min nəfərdir. Paytaxtı Nazran şəhəridir. C.23- 414, 419, 

420. 


619.

 

İNOQEYT - neft və qazın Avropaya ixracı proqra-

mı. C.23- 300, 301, 305, 306, 313, 315, 323; C.24- 330, 415; 



C.25- 208; C.26- 29. 

620.

 

İnterfaks  - Moskvada müstəqil informasiya agent-

liyi. 1989-cu ildə yaradılmışdır. Rusiya və xarici kütləvi infor-

masiya vasitələri, xarici dövlətlərin nümayəndəlikləri, dövlət, 

iqtisadiyyat və başqa təşkilatlar üçün siyasi, iqtisadi və müxtə-




___________________________________________________ 

 

130



lif informasiyalar yayır.  C.14- 421; C.15- 239-242; C.22- 74, 

407. 


621.

 

İntibah,  Renessans - Qərbi və  Mərkəzi Avropa 

ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni 

dövr mədəniyyətinə keçid dövrü. Renessans mədəniyyətinin 

mühüm xüsusiyyətləri onun dünyəvi xarakter daşımasında, 

humanist dünyagörüşü, antik mədəni irsə müraciəti və onu 

sanki “dirçəltməsindədir”. Renessans İtaliyada XIV-XVI əsr-

lər, digər ölkələrdə XV əsrin sonu XVI əsrlərdə başlamışdır. 

Bəzi  şərqşünaslar Renessansın Asiyada (Çin, Hindistan, İran), 

həmçinin Zaqafqaziyada olduğunu göstərirlər. C.25- 46. 

622.

 

İoann Pavel II, dünyəvi adı Karol Voytula (d. 

1920) - ilahiyyat elmləri doktoru. 1523-cü ildən bəri qeyri-ital-

yan mənşəli (polyak) ilk Roma papasıdır. Sülh və beynəlxalq 

gərginliyin zəiflədilməsində böyük xidmətləri var. II İoann 

Pavel 1978-ci ildən Poma papasıdır. Dünyanın bir çox ölkəsin-

də, o cümlədən Prezident Heydər Əliyevin dəvəti ilə 2002-ci il-

də Azərbaycanda rəsmi səfərdə olmuşdur. C.12- 202, 203, 238-

240; C.27- 208. 



623.

 

İon İliyesku (d.1930) - Rumıniyanın siyasi və döv-

lət xadimi. 1989-cu ildə N.Çauşesku rejimi devrildikdən sonra 

ölkənin və dövlətin bütün məsuliyyətini öz üzərinə götürən 

Milli Dirçəliş  Cəbhə  Şurasına başçılıq edib. 1992-1996 və 

2000-2004-cü illərdə Rumıniyanın Prezidentı. С.16- 211; C.28 

- 129, 133. 



624.

 

İordaniya,  İordaniya Haşimilər Krallığı - Qərbi 

Asiyada dövlət. Sahəsi 89,4 min km

2

, əhalisi 4,3 milyon nəfər-



dir. İnzibati ərazisi 8 əyalətə bölünür. Dövlət başçısı Kral, qa-

nunveri orqanı ikipalatalı Parlamentdir. Paytaxtı Ammandır. 



C.24- 365-366; C.27- 259; C.28- 47-51, 67. 

625.

 

İpək yolu, Böyük  İpək Yolu - beynəlxalq tarixi 

tranzit ticarət yolu; eramızdan  əvvəl II əsrin sonlarından era-

mızın XVII əsrinədək fəaliyyət göstərmiş, Çindən  Şimali 

Afrika və  İspaniyaya qədər uzanaraq, ayrı-ayrı qolları ilə o 

zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə