Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə51/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   47   48   49   50   51   52   53   54   ...   157

___________________________________________________ 

 

152



oynamışdır.  C.12-  357; C.15- 318, 332;  С.16- 59, 63; C.17

163, 191, 192; C.18- 278, 382; C.21- 103; C.27- 323. 



747.

 

Qarabağlar türbəsi  - orta əsrlərə aid Azərbaycan 

memarlıq abidəsi. Naxçıvan Muxtar Respublikasının Qarabağ-

lar kəndindədir.Türbədən başqa, burada qoşa minarə və onların 

arasında yerləşmiş dini binanın qalıqları var. Qoşa minarənin 

XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. 

Minarələri bir-birinə bağlayan baştaq isə XIV əsrə aiddir. Baş-

tağın üzərində Elxanı hökmdarı Hülaku xanın arvadı Quti 

xatunun (Qutuy xatun) adı yazıldığından onun Quti xatunun 

şərəfinə tikildiyi guman edilir. C.22- 271. 

748.

 

Qaravəlli  - Azərbaycan  şifahi xalq ədəbiyyatında 

novellavarı nağıl janrının bir növü. Mövzusu əsasən, yumo-

ristik və satirik məişət səhnələrindən, qədim mərasimlərdən gö-

türülür. Qaravəllidə mükalimə  və musiqidən başqa rəqs,  şeir, 

gözbağlıca, hoqqabazlıq səhnələri də olur. Qaravəlli teatrının 

personajları Koca və Keçəldir. C.17- 188. 



749.

 

Qars müqaviləsi (1921) - Azərbaycan, Ermənistan 

və Gürcüstan Sovet Sosialist Respubükaları ilə Türkiyə, RSF 

SR-in iştirakı ilə oktyabrın  13-də Qarsda bağlanmışdır. Qars 

müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın  ərazi 

mənsubiyyəti məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini 

qəti surətdə müəyyənləşdirdi. Qeyd olunan maddədə dürüst və 

konkret göstərilirdi: “Türkiyə hökuməti, Sovet Ermənistanı və 

Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin III 

əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbay-

canın himayəsi altında muxtar ərazi təşkil edir”. Qars müqavi-

ləsi beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərki-

bində müxtar ərazi statusunu təsbit etmişdir. Təsadüfi deyildir 

ki, Naxçıvan MR-in təhlükəsizliyi hədələnəndə Qars müqavilə-

si mühüm tarixi sənəd olmaqla onun taleyinin qarantı kimi 

gündəliyə gəlir. C.14- 77, 78, 79, 88, 263; C.19- 144, 150, 153; 

C.22- 158, 243, 244, 249, 290. 

750.

 

Qazax müəllimlər seminariyası  - Azərbaycanda 

müəllim hazırlayan ilk tədris müəssisələrindən biri. İlk direk-




___________________________________________________ 

 

153



toru F.B.Köçərli olmuşdur. Seminariyada ana dili, ədəbiyyat, 

rus dili, pedaqogika, psixologiya, riyaziyyat, tarix, coğrafiya 

tədris edilirdi. Seminariyanın Azərbaycanda xalq maarifinin 

inkişafında mühüm rolu olmuşdur. C.22- 297; C.24- 115. 



751.

 

Qazaxıstanda 1986-cı il hadisələri - G.V.Kolbinin 

Qazaxıstanda birinci katib təyin olunması Qazaxıstan gəncləri 

tərəfindən narazılıqla qarşılanmış və milli zəmində toqquşmaya 

səbəb olmuşdur. C.19- 237. 



752.

 

Qazaxıstan Parlamenti 1990-cı ildə seçilmişdir. İki 

palatası - Senatı və Məclisi vardır. Buraya deputatlar çoxpartiya-

lılıq sistemi ilə seçilirlər. C.10- 91, 129. 

753.

 

Qazaxıstan Respublikası  - Avroasiyanın mərkəzi 

hissəsində dövlət. Sahəsi 2724,9 min km

2

, əhalisi 16 679 min 



nəfərdir. Paytaxtı Astana şəhəridir. Dövlət başçısı - Prezident, 

qanunvericilik orqanı birpalatalı Ali Sovetdır.  С.16- 10-37, 

150, 203, 221, 222; C.18- 85-88, 107, 108, 121, 122, 123, 124, 

125, 127, 128, 135, 142, 144, 159, 163, 373; C.21- 7, 107, 241-

242, 410; C.25- 55, 92, 93, 126, 134, 146, 251, 263, 337, 343; 

C.26-  115, 144, 145, 156-182, 202, 217, 244, 245, 265, 285, 

363, 395. 



754.

 

Qədir Hüseynov, Qədir Bəhruz oğlu Hüseynov (d. 

1986) - beynəlxalq qrossmeyster. Gənclər arasında Avropa şah-

mat çempionatının mükafatçısıdır. C.18- 446-447. 

755.

 

Qəmər Almaszadə,  Qəmər Hacağa qızı Almaszadə 

(1915-2006) - Azərbaycan balet artisti, baletmeyster və pedaqoq, 

ilk azərbaycanlı balerina. Azərbaycan və SSRİ Xalq artisti. SSRİ 

Dövlət mükafatı laureatıdır. Azərbaycan balet məktəbinin yara-

dıcılarından olan Almaszadənin sənətkarlığı klassik xoreoqrafiya 

ənənələri ilə xalq rəqs yaradıcılığı xüsusiyyətlərinin vəhdətinə 

əsaslanmışdır. Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblı-

nın təşkilatçılarındandır. C.15- 368; C.17- 136, 190; C.25- 313, 

325, 326; C.26- 438. 

756.

 

Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı, Zəngəzur, 

Sisyan, Gorus, Qafan - Ermənistanda azərbaycanlıların qədim 

yaşayış  məskənləri. Türkmənçay müqaviləsinə (1828) əsasən 



___________________________________________________ 

 

154



İran və Türkiyədən Qərbi Azərbaycan torpaqlarına kütləvi 

surətdə ermənilər köçürüldü. Bunun nəticəsində bu ərazilərin 

etnik tərkibi əsaslı surətdə dəyişdi. Son olaraq 1988-1990-cı il-

lərdə azərbaycanlılar öz ata-baba yurdlarından erməni millət-

çiləri tərəfindən çıxarıldılar. C.21- 83, 84. 

757.

 

Qətər, Qətər dövləti - Cənub-Qərbi Asiyada dövlət. 

Sahəsi 11min km

2

,  əhalisi 59 min nəfərdir. Dövlət başçısı 



Əmirdir. Paytaxtı Dohadır. C.27- 193-197. 

758.

 

Qətran Təbrizi, Əbu Mənsur (1012-1088) - böyük 

Azərbaycan şairi. Təbrizi aşiqanə seirləri, gözəl təbiət təsvirləri 

ilə Azərbaycan poeziyasına yenilik gətirmişdir. Yaradıcılığında 

hökmdarlara həsr edilmiş qəsidələr mühüm yer tutur. C.14- 5; 



C.15- 184; C.18- 352. 

759.

 

Qəzənfər Əkbərov, Qəzənfər Qulam oğlu Əkbərov 

(1917-1944) - Sovet İttifaqı  Qəhrəmanı, baş serjant. Ukray-

nanın, Belorusiyanın düşməndən azad edilməsində  iştirak et-

miş, 1944-cü ilin avqustunda Volojin şəhəri  ətrafında alman 

faşistləri ilə döyüşdə  qəhrəmancasına həlak olmuşdur. C.22

257. 


760.

 

Qəzənfər Xalıqov,  Qəzənfər  Ələkbər oğlu  Xalıqov 

(1898-1981) - Azərbaycan Respublikasının Xalq rəssamı. 

Boyakarlıq, qrafika və teatr rəssamlığı sahəsində fəaliyyət gös-

tərmişdir. Nizami Gəncəvinin 800 illiyi ilə  əlaqədar Xalıqov 

dahi şairin portretini yaratmışdır. Xalıqov Nizami adına Azər-

baycan  Ədəbiyyatı Muzeyinin interyer tərtibatı müəlliflərin-

dəndir. C.19- 437. 

761.

 

Qırmızı körpü, Sınıq körpü - Azərbaycan Respub-

likasının Qazax rayonunda orta əsr memarlıq abidəsi. Qazax-

Tbilisi yolunda Xramçayın üzərində salınmışdır (XII əsr). Dörd 

aşırımlı körpünün ümumı uzunluğu 175 m, keçid hissədə eni 

4,3 m, girəcəyində isə 12,4 m-dir. Qırmızı körpünün hansı 

xalqa (Azərbaycan, cürcü) mənsub olması mübahisəyə  səbəb 

olsa da memarlıq formaları və işlənmə xüsusiyyətləri onun sırf 

Azərbaycan memarlığına aidliyini göstərir.  C.18- 5-10, 121, 

412, 454. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə