Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə54/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   50   51   52   53   54   55   56   57   ...   157

___________________________________________________ 

 

161



muşdur. 1918-ci ilədək Rusiyanın paytaxtı olmuşdur.  C.12-_127.__799.____Leyboristlər_partiyası'>C.12- 

116; C.25- 235, 236, 253, 256. 



795.

 

Lennart Meri (d.1929) - Eston yazıçısı. 1992-ci il-

dən Estoniya Respublikasının Prezidenti. 1986-1990-cı illərdə 

Estoniya Yazıçılar  İttifaqının katibi, 1990-cu ildən Estoniya 

Xarici İşlər naziri olmuşdur. C.25- 182, 224, 228, 233. 



796.

 

Leonid Maksimoviç  Kravçuk, (d.1934) - Ukray-

nanın dövlət və siyasi xadimi. Ukraynanın ilk Prezidenti 

(1991). C.18- 405. 

797.

 

Leonardo da Vinçi (1452-1519) - dahi italyan rəs-

samı, heykəltəraş. Renessans incəsənətinin əsasını qoymuşdur. 

Leonardo da Vinçinin dərin fəlsəfi mənaya malik olan Milan-

dakı Santa-Mariya delle Qratsiye monastırının divar rəsmlərin-

dən olan “Məxfi axşam” rəsmi dünya incəsənətinin  ən böyük 

sənət  əsərlərindən sayılır. Onun realizmi özünün ən gözəl 

ifadəsini Mona Lizanın (“Cokonda”) portretində tapmışdır. 

C.12- 208. 

798.

 

Lermontov Mixail Yuryeviç (1814-1841) - böyük 

rus şairi. Rusiyada romantik poeziyanın ən görkəmli nümayən-

dəsidir. Lermontov A.S.Puşkinin ölümünə  həsr etdiyi şeirinə 

görə 1837-ci ildə çarın əmri ilə həbsə alınmış, Qafqaza, dağlı-

larla vuruşan draqun polkuna göndərilmişdi. O Şimali və 

Cənubi Qafqazın bir çox şəhər və  kəndlərində, o cümlədən 

Qubada,  Şamaxıda, Qusarda olmuşdur. Lermontov bu dövrdə 

Azərbaycan dilini öyrənməyə başlamışdı.  Şeirləri Azərbaycan 

dilində dəfələrlə kitab şəklində çıxmışdır. C.12- 127. 

799.

 

Leyboristlər partiyası, Böyük Britaniya Leyborist-

lər Partiyası - İngiltərədə iki aparıcı partiyadan biri. Əsası 

1900-cü ildə qoyulmuşdur. İkinci Dünya müharibəsindən sonra 

1945-1951, 1964-1970, 1974-1979 və 1997-ci ildən hakimiy-

yətdədirlər. С.16- 338, 341, 471; C.24- 77; C.24- 88. 

800.

 

Leyla Bədirbəyli, Leyla Ağalar qızı  Bədirbəyli 

(1920-1999) - görkəmli səhnə ustası, Azərbaycanın Xalq artis-

ti. Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı. Azərbay-



___________________________________________________ 

 

162



can Milli Dram Teatrında fəaliyyət göstərmişdir.  C.12- 176; 

C.17- 190; C.19- 7-8, 259, 273; C.25- 313. 

801.

 

Leyla Məmmədbəyova,  Leyla  Ələsgər qızı  Məm-

mədbəyova (1909-1989) - ilk Azərbaycan təyyarəçi qadınlar-

dan biri. Tuşino təyyarə meydanında paraşütlə tullanan ilk 

azərbaycanlı qadındır. Böyük Vətən müharibəsində desantçı 

paraşütçülər hazırlamışdır. C.25- 313. 

802.

 

Leyla Vəkilova, Leyla Məhəd qızı Vəkilova (d.1927-

1999) - Azərbaycan balet artisti. Azərbaycan və SSRİ Xalq artis-

ti. 1943-1971-ci illərdə M.F.Axundov adına Azərbaycan Aka-

demik Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. L. 

Vəkilova milli baletlərdə klassik rəqs texnikası  və Azərbaycan 

xalq rəqslərinə xas elementlərdən məharətlə istifadə etmişdir. 



C.15- 368; C.17- 147, 148, 192; C.25- 313. 

803.

 

Lev Nikolayeviç Tolstoy (1828-1910) - dahi rus 

yazıçısı.  İlk yazdığı hekayələrdə  ağalarla kəndlilərin

 

müna-


sibətlərindəki dərin sosial ziddiyyətləri göstərmişdir: 1865-

1869-cu illərdə 1812-ci il Vətən müharibəsinə  həsr olunmuş 

“Hərb və sülh” romanını yazmışdır. Bu əsər XIX əsr dünya 

realist nəsrinin zirvələrindən biri sayılır. 1873-1877-ci illərdə 

yazdığı “Anna Karenina” romanında kübar cəmiyyətinin saxta 

əxlaqının qurbanı olan qadının faciəsi əks etdirilir. 1908-ci ildə 

o, ölüm cəzalarına qarşı nifrət və etirazının ifadəsi olan məşhur 

“Susa bilmirəm” məqaləsini yazır. Ömrünün son illərində Tol-

stoy dərin mənəvi  əzab keçirirdi. 1910-cu il noyabrın 10-da 

Yasnaya Rolyananı xəlvətcə tərk etmiş, yolda Astapovo dəmir 

yol stansiyasında vəfat etmişdir. C.17- 134. 

804.

 

Lənkəran  - Azərbaycan Respublikasında inzibati 

rayon. 1930-cu ildə  təşkil edilmişdir. Sahəsi 661 km

2

,  əhalisi 



146,9 min nəfərdir. C.25- 253. 

805.

 

Li Pen (d.1928) - Çinin siyasi və dövlət xadimi. 

1979-1998-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 

1998-ci ildən ÇXR Ümumçin Xalq Nümayəndələri Məclisi 

Daimi Komitəsinin sədridir. C.28 - 17, 285-307, 364. 




___________________________________________________ 

 

163



806.

 

Lidiya Rəsulova,  Lidiya Xudadat qızı  Rəsulova 

(d.1941) - ictimai xadim. Ayrı-ayrı illərdə müxtəlif dövlət və 

ictimai təşkilatların rəhbəri, 1993-1997-ci illərdə Azərbaycan 

Respublikası Təhsil naziri olmuşdur. Azərbaycan Respublikası-

nın “Şöhrət” ordeni ilə təltif edilmişdir. C.17- 153. 

807.

 

Lixaçov Dmitri Sergeyeviç (1906-1999) - görkəm-

li rus ədəbiyyatşünası  və ictimai xadim. REA-nın akademiki, 

Sosialist  Əməyi Qəhrəmanı. 1928-1932-ci illərdə  “İqor polku 

haqqında dastan” tədqiqatına görə repressiyaya məruz qalmış-

dır. C.22- 90. 

808.

 

Lill - Fransada şəhər, Normandiyanın inzibati mər-

kəzi. Əhalisi 175 min nəfərdir. Şəhər qədim mədəniyyət abidə-

ləri ilə zəngindir. C.23- 195. 

809.

 

“Literaturnıy Azerbaydjan” - rus dilində  ədəbi-

bədii jurnal. Azərbaycan Yazıçılar Birliyinin orqanı. 1931-ci il-

dən Bakıda nəşr edilir. 1931-1933-cü illərdə “Temp”, “Udar-

nik” adlanmışdır. 1934-cü ildən indiki adı ilə çıxır (1941-1953-

cü illərdə  nəşr olunmamışdır). Jurnalda Azərbaycan  ədəbiy-

yatının ən yaxşı nümunələri ilə bərabər, rus və digər xarici ölkə 

xalqları ədəbiyyatından yazılar dərc edilir.C.13- 8, 226. 

810.

 

“Literaturnaya qazeta” - Rusiya Federasiyasında 

ədəbi, ictimai,siyasi qəzet. 1929-cu ildən Moskvada (fasilələr-

lə) nəşr edilir. C.13- 102; C.14- 241;  С.16- 228; C.17- 65 

C.18- 41; C.23- 99. 

811.

 

Livadiya - Ukraynada (Krımda) Qara dəniz sahilin-

də şəhər tipli qəsəbə. Gözəl iqlim şəraiti olan kurort. Livadiya 

Krım konfransının (1945) keçirildiyi yerdir. C.17- 109. 

812.

 

Livan,  Livan Respublikası - Qərbi Asiyada, Aralıq 

dənizinin  şərq sahilində dövlət. Sahəsi 10,4 min km

2

,  əhalisi 



3,8 milyon nəfərdir. Paytaxtı Beyrut şəhəridir.  İnzibati cəhət-

dən 5 mühafazaya bölünür. Dövlət başçısı Prezidentdir. Qanun-

vericilik orqanı birpalatalı Parlamentdir. C.14- 222-233, 236, 

238-239, 114, 490. 



813.

 

Loqunov Anatoli Aleksandroviç (d.1926) - fizik 

nəzəriyyəçi, Rusiya Elmlər Akademiyasının akademiki, Sosia-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə