Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə56/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   52   53   54   55   56   57   58   59   ...   157

___________________________________________________ 

 

167



138, 141, 152, 161, 167, 191, 229, 295, 309, 364, 366; C.27

113, 115; C.28- 57 ,396. 



832.

 

Madrid - İspaniyanın paytaxtı. Ölkənin mühüm si-

yasi, iqtisadi və mədəniyyət mərkəzi. Şəhər kimi 932-ci ilə aid 

xronikalarda adı çəkilən Madrid ərəblərə məxsus Məcirit qala-

sının ətrafında yaranmışdır. XIV-XV əsrlərdə Madrid Kastiliya 

krallarının iqamətgahı olmuşdur. C.11- 7, 206. 

833.

 

Madrid sammiti - 1997-ci il iyulun 8-10-da İspani-

yanın paytaxtı Madriddə NATO-nun və Avropa-Atlantika 

Əməkdaşlıq  Şurasının üzvü olan ölkələrin dövlət və hökumət 

başçılarının iclası keçirilmişdir. Sammitdə Azərbaycan Prezi-

denti Heydər  Əliyev başda olmaqla Azərbaycan nümayəndə 

heyəti iştirak etmişdir. Zirvə görüşünda Bill Klinton Azərbay-

can Prezidenti Heydər Əliyevə Ermənistan-Azərbaycan müna-

qişəsinin sülh yolu ilə həll olunması işində şəxsən ciddi məşğul 

olacağını demişdir.  C.10-  367, 368, 377, 413; C.11- 7, 206; 

C.12- 24, 32, 58, 96. 

834.

 

Mahaçqala  (1857-1922-ci illərdə Petrovsk-Port) - 

Dağıstanın paytaxtı, Xəzər dənizi sahilində liman. Əsası 1844-

cü ildə  hərbi istehkam kimi qoyulmuşdur. 1922-ci ildə  şəhər 

Mahaç Dahadayevin şərəfinə Mahaçqala adlandırılmışdır. 



C.15-324. 

835.

 

Mahmud Esembayev, Mahmud  Əlisultan oğlu 

Esembayev (1924-2000) - çeçen balet artisti və  rəqqas. SSRİ 

Xalq artisti. Dünya rəqslərinin ən gözəl ifaçısı olmuşdur. Virtu-

ozluq, yüksək emosionallıq və plastiklik, rəqsin uslub və xarak-

terini dəqiq, qabarıq vermək məharəti Esembayevin ifaçılığı 

üçün xarakterik olmuşdur. “Mən rəqs edəcəyəm” (“Azərbay-

canfilm”) bədii filmi Esembayevə həsr edilmişdir. C.21- 28-29. 

836.

 

Mahmud  Əbilov, Mahmud Əbdülrza oğ1u  Əbilov 

(1898-1972) - hərbi xadim, general-mayor. Böyük Vətən mü-

haribəsi zamanı Pribaltika, Polşa, Çexoslovakiya və Macarıs-

tanda gedən döyüşlərdə  rəşadət göstərmişdir. Müharibədən 

sonrakı illərdə diviziya komandirinin müavini, atıcı diviziya 



___________________________________________________ 

 

168



komandiri olmuşdur. SSRİ Ali Sovetinin deputatı olmuşdur. 

С.16- 86; C.28- 324. 

837.

 

Mahmud  İsmayılov,  Mahmud  Əliabbas oğlu 

İsmayılov (1920-2002) - tarix elmləri doktoru, professor. Azər-

baycan MEA-nın müxbir üzvü, Azərbaycanın  Əməkdar elm 

xadimi, Böyük Vətən müharibəsi iştirakçısı. 1954-cü ildən 

ömrünün sonunadək Tarix institutunda elmi işlər üzrə direktor 

müavini işləmişdir. Azərbaycanın sosial-iqtisadi tarixi istiqa-

mətində tədqiqat aparmışdır. C.19- 148. 

838.

 

Mahmud Kaşqari,  Mahmud ibn əl-Hüseyn ibn 

Məhəmməd əl-Kaşqari (?-?) - XI əsr Orta Asiya alimi, filoloq 

və folklorçu. Məşhur “Divani-luğat it-türk” (1072-1074) əsəri-

nin müəllifi.  Əsərdə türk dillərinin fonetika və morfologiyası, 

dialekt xüsusiyyətləri haqqında qiymətli məlumat verilmişdir. 

8000-ə yaxın leksik vahidi əhatə edən “Divan”da 26 türk dilin-

dən nümunə verilsə də, əsas lüğət materialı 2 ədəbi dildən top-

lanmışdır. Birincisi müəllifin ana dili olan şərq türkcəsi (xaqa-

niyyə türkcəsi), ikincisi oğuz türkcəsi, bunu Azərbaycan ədəbi 

dilinin yazıyaqədərki inkişaf mərhələsi hesab etmək mümkün-

dür. “Divan”ın sonuna əlavə edilmiş  xəritə Mahmud Kaşqari 

dövründə türkdilli xalqların yaşadığı  ərazilərin təsvirini verən 

ilk xəritədir. C.26- 151, 312, 318. 

839.

 

Mahmud Qəznəvi (969 və ya 970-1030) - Qəznə-

vilər dövlətinin hökmdarı (998-1030). Qəznəvilər sülaləsinin 

görkəmli nümayəndəsi. M.Qəznəvinin hakimiyyəti dövründə 

Qəznəvilər dövlətinin siyasi qüdrəti xüsusilə artmışdı. 

M.Qəznəvi Qəznəvilər dövlətində elm və mədəniyyətin inkişa-

fına kömək etmişdir. C.26- 211. 



840.

 

Mahmud Məmmədquliyev, Mahmud Əhməd oğlu 

Məmmədquliyev (d.1949) - 1974-cü ildən Bakı  və Moskva 

şəhərlərində hüquq mühafizə orqanlarında işləmiş, 1993-cü il-

dən Azərbaycan Xarici İşlər nazirinin müavini, Azərbaycan 

Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığın-

da Fövqəladə  və  Səlahiyyətli səfiri olmuşdur. Hazırda Azər-




___________________________________________________ 

 

169



baycan Respublikası Xarici İşlər nazirinin müavinidir. C.20

215. 


841.

 

Makdermott - neft şirkəti. 1923-cü ildə yaradıl-

mışdır. Dünyanın strateji cəhətdən mühüm neft və qaz ərazilər-

ində yerləşən  şelf yataqlarının işlənməsində  ən qocaman pod-

ratçılardan biridir. Şirkətin ABŞ-da, B.Britaniyada, BƏƏ-də, 

İndoneziyada, Misirdə və Nigeriyada yerləşən istehsal sahələri 

dünyada neft və qaz sənayesinin inkişafına xidmət edir. C.11-

71, 120, 196, 248. 

842.

 

Makedoniya Respublikası  - Cənubi Avropada 

dövlət. Sahəsi 25,7 min km

2

, əhalisi 1,97 milyon nəfərdir. Döv-



lət başçısı Prezident, ali qanunverici orqanı birpalatalı Məclis-

dir. 


1945-1991-ci illərdə Yuqoslaviyanın tərkibində idi. 1991-ci 

ilin noyabrında Makedoniya “suveren, müstəqil, demokratik” 

dövlət elan edildi. C.23- 239. 

843.

 

Makedoniyalı  İsgəndər, Böyük Aleksandr, İsgən-

dər Zülqərneyn (e.ə. 356-323) - qədim dünyanın ən böyük sər-

kərdələrindən biri, 336-cı ildən Makedoniyanın çarı. Çar II 

Filipin oğlu, Aristotelin yanında tərbiyə almışdır. O, Orta 

Asiyanı  və Hindistanı  fəth edərək ucu-bucağı görünməyən bir 

dövlət yaratmışdı. Makedoniyalı  İsgəndərin Azərbaycanda 

olması haqqında rəvayətlər var. C.20- 448. 

844.

 

Maqne Bondevik (d.1947) - 1997-2000-ci və 2001-

2005-ci illərdə Norveçin Baş naziri olmuşdur. Hazırda Norveç-

də “Sülh və insan hüquqları” mərkəzinin prezidentidir. C.20

90-92; C.22- 116; C.23- 171; C.24- 356-357. 



845.

 

Maqsud  İbrahimbəyov,  Maqsud Məmmədibrahim 

oğlu İbrahimbəyov (d.1935) - görkəmli nasir, dramaturq, ssena-

rist, ictimai və siyasi xadim, Azərbaycan Xalq yazıçısı. Azər-

baycan Respublikası Dövlət mükafatı laureatıdır. Respublikada 

və xaricdə  nəşr edilən onlarla povest və hekayələrin müəl-

lifidir. Onun pyesləri keçmiş SSRİ məkanında onlarla teatrlar-

da tamaşaya qoyulmuşdur. Onun ssenariləri  əsasında bir çox 

film çəkilmişdir. Azərbaycan Respublikası Əsilzadələr Məclisi-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə