Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə59/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   55   56   57   58   59   60   61   62   ...   157

___________________________________________________ 

 

176



(Bakı) və s. qəzetlərlə yaxından  əməkdaşlıq etmişdir.  C.22

197, 199. 



881.

 

Məhdumqulu, Məhtumqulu (təxəllüsü Fəraqi) ( ?-? 

) - XVIII əsr türkmən  şairi.  Ədəbi irsindən dövrümüzədək 10 

mindən çox misra gəlib çıxmışdır. Yaradıcılığında vətənpərvər-

lik, türkmən qəbilələrini birliyə çağırış motivləri güclüdür. 



C.26- 151. 

882.

 

Məhsəti Gəncəvi (?-?)  - XII  əsr Azərbaycan  şairi. 

M.Gəncəvi əsasən, rübai janrında yazmışdır. Rübailəri dünyəvili-

yi, humanizmi, nikbinliyi ilə seçilir. C.15- 229; C.17- 301; 

C.25- 311. 

883.

 

Məkkə  - Səudiyyə  Ərəbistanının qərbində  şəhər. 

Salınma tarixi məlum deyildir. İslamın banisi Həzrəti Məhəm-

məd peyğəmbər Məkkədə doğulmuşdur. VII əsrdən müsəlman-

ların müqəddəs şəhəri və ziyarətgahıdır. C.17- 402; C.18- 374; 



C.19- 323, 327, 328, 329, 355; C.21- 135. 

884.

 

Məqsud  Şeyxzadə,  Məqsud Məsim oğlu  Şeyxzadə 

(1908-1967) - özbək yazıçısı, alim və pedaqoq. Özbəkistan Respubli-

kasının Əməkdar incəsənət xadimi. Milliyyətcə azərbaycanlıdır. C.10-

199 


885.

 

Məleykə  Əsədova,  Məleykə  Əliş  ağa qızı  Əsədova 

(d.1967) - aktrisa. Azərbaycan Respublikasıın Xalq artisti. C.10- 

55, 56. 

886.

 

Məlik Məhərrəmov,  Məlik Məlik oğlu  Məhərrə-

mov (d.1920) - polkovnik, Sovet İttifaqı  Qəhrəmanı. 1943-cü 

ilin payızında Məhərrəmovun komandir olduğu rota Dneprin 

keçilməsində xüsusi məharət göstərdiklərinə görə, onun rota-

sından 18 nəfərə Sovet İttifaqı  Qəhrəmanı adı verilmişdir. 

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş-

dur. C.17- 139, 140. 

887.

 

Məmməd Araz, Məmməd  İnfil oğlu  İbrahimov 

(1933-2004) - Azərbaycanın Xalq şairi. Azərbaycan Respub-

likası Dövlət mükafatı laureatı. Azərbaycan Respublikasının 

“İstiqlal” ordeni ilə təltif olunmuşdur. Adına “Məmməd Araz” 

ədəbi mükafatı təsis edilmişdir. C.13- 12, 60, 70; C.17- 155. 



___________________________________________________ 

 

177



888.

 

Məmməd Əliyev, Məmməd Bağır Cavad oğlu Əli-

yev (d.1955) - Tibb elmləri doktoru, professor, Rusiya Federa-

siyasının  Əməkdar elm xadimi, 2 dəfə Dövlət mükafatı laure-

atı, Rusiya Tibb Elmləri Akademiyasının akademiki. Rus Tibb 

elminin inkişafında M.Əliyevin böyük xidmətləri var. O, 7 kəş-

fin, 6 yeni təcrübənin, 200-dən artıq nəşr olunmuş elmi işin, 

həmçinin 2 monoqrafiyanın müəllifidir.  

Hazırda Məmməd  Əliyev dövlət klinikası - “N.N.Bloxin 

adına onkoloji elmi mərkəz”in direktor müavini, Moskva 

Onkologiya Elmi-Tədqiqat İnstitutunun direktoru və Ümumru-

siya Azərbaycan Konqresinin prezidentidir. C.28- 247, 254, 

255, 271. 



889.

 

Məmməd Əliyev, Məmməd Novruz oğlu Əliyev (d. 

1942) - fizika-riyaziyyat elmləri doktoru. 1992-2005-ci illərdə 

Türkiyə Respublikasında Azərbaycan Respublikasının Fövqə-

ladə və Səlahiyyətli səfiri olmuşdur. C.20- 292. 



890.

 

Məmməd Səid Ordubadi,  Məmməd Səid Hacağa 

oğlu Ordubadi (1872-1950) - Azərbaycan yazıçısı, şair, drama-

turq, publisist, ictimai xadim. M.S.Ordubadi Azərbaycan 

ədəbiyyatında daha çox 30-40-cı illərdə yazdığı tarixi roman-

ları ilə  məşhurdur. O, Azərbaycan  ədəbiyyatında tarixi roman 

janrının  əsasını qoymuşdur.  C.13- 125, 303; C.26- 89; C.27-

369. 

891.

 

Məmməd Rahim, Hüseynov Məmməd Rahim Ab-

bas oğlu (1907-1977) - tanınmış şair, Azərbaycanın Xalq şairi. 

SSRİ Dövlət mükafatı laureatı. C.13- 70, 125; C.15- 228. 

892.

 

Məmmədağa  Şahtaxtinski,  Məhəmməd ağa 

Məhəmmədtağı Sultan oğlu  Şahtaxtlı (1846-1931) - publisist, 

şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fone-

tika Cəmiyyəti (1899), Beynəlxalq “Asiya Cəmiyyəti” (1900) 

və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin 

(1903) həqiqi üzvü.  

1902-ci ildə  Şahtaxtinski Tiflisdə xüsusi mətbəə açmış, 

1903-cü ildən ictimai-siyasi, iqtisadi, elmi, ədəbi “Şərqi-Rus” 

qəzetinin nəşrinə başlamışdır. 1907-ci ildə  İrəvan quberniya-



___________________________________________________ 

 

178



sından II Dövlət Dumasına deputat seçilmişdir. Bakı Dövlət 

Univesitetinin (1919) yaradılmasında fəal iştirak etmiş, burada 

Şərq dilləri və  ədəbiyyatından mühazirələr oxumuşdur.  C.26- 

89. 


893.

 

Məmmədəmin Rəsulzadə (1884-1955) - Azərbaycan 

Xalq Cümhuriyyətinin qurucularından biri. Görkəmli ictimai-siyasi 

xadim, publisist, “Müsavat” partiyasının yaradıcılarından biri. 

1922-ci ildən mühacirətdə yaşamış, 1955-ci ildə Ankarada vəfat 

etmişdir. C.10- 7; C.12- 42; C.15- 394; C.20- 281; C.22- 383; 

C.24- 369; C.27- 369. 

894.

 

Mərakeş, Mərakeş Krallığı - Şimal-Qərbi Afrikada 

dövlət. Sahəsi 446,6 min km

2

,  əhalisi 26,7 milyon nəfərdir. 



İnzibati  ərazisi 35 əyalətə  və 8 prefektura bölünür. Mərakeş 

konstitusiyalı monarxiyadır. Dövlət başçısı Kral, qanunverici 

orqanı birpalatalı Nümayəndələr palatasıdır. Paytaxtı Rabatdır. 

C.25- 242. 

895.

 

“Mərmərə” qrupunun Strateji və Sosial Araşdır-

malar Vaqfı - 1985-ci ild İstanbulda yaradılmışdır. Hazırda 

200-dən çox üzvü olan bu qrupa tanınmış sənət və iş adamları, 

nazirlər və millət vəkilləri daxildirlər. Qrup xarici ölkələrin 

prezidentləri, görkəmldi dövlət xadimləri, nüfuzlu siyasətçiləri 

ilə mütəmadi olaraq görüşlər keçirir. C.18- 132-147, 184; 



C.19- 185-196; C.21- 141; C.26- 201-202, 232-238. 

896.

 

Mərziyə Davudova, Mərziyə Yusif qızı Davudova 

(1901-1962) - aktrisa. SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı 

laureatı. C.10- 56; C.17- 190; C.18- 18; C.25- 313. 

897.

 

Məshədov Aslan (1952-2003) - 1995-cı ildən tanın-

mamış Çeçenistan Respublikasının Prezidenti olmuşdur. C.10- 

186, 237, 247, 296, 297, 314, 368, 373; C.18- 78; C.24- 273; C.25- 

103. 


898.

 

Məsud Yılmaz (d.1947) - Türkiyənin siyasi və döv-

lət xadimi. 1997-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri ol-

muşdur. Ana Vətən Partiyasının başqanıdır. C.10- 186, 237, 247, 

296, 297, 314, 368, 373; C.18- 104-105, 121, 127, 143, 148, 150-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə