Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə57/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   53   54   55   56   57   58   59   60   ...   157

___________________________________________________ 

 

170



nin sədridir. 1995-ci ildən Milli Məclisin üzvüdür. Azərbaycan 

Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olun-

muşdur. C.19- 129, 130, 131, 133; C.20- 434-435; C.28- 346. 

846.

 

Maqsud Məmmədov, Maqsud Davud oğlu  Məm-

mədov (d.1929) - balet artisti, baletmeyster. Azərbaycan Res-

publikasının Xalq artisti. 1951-1971-ci illərdə Azərbaycan 

Dövlət Opera və Balet Teatrının solisti olmuş, bir çox balet 

tamaşalarında aparıcı rolları ifa etmişdir. C.17- 192. 

847.

 

Manas - qırğız qəhrəmanlıq eposu. Eposun ma-

nasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alın-

mışdır. Nə vaxt yarandığı hələlik dəqiq müəyyənləşdirilməmiş-

dir. C.10- 120; С.16- 15; C.19- 169, 433; C.26- 151, 311. 



848.

 

Marağa rəsədxanası - orta əsrlərdə  ən böyük elmi-

tədqiqat müəssisələrindən biri. 1259-cu ildə  Nəsirəddin Tusinin 

rəhbərliyi ilə Urgənc və Rey rəsədxanaları  əsasında Marağa 

şəhərində tikilmişdir. Rəsədxana təqribən 50 il fəaliyyət göstər-

mişdir. Müxtəlif astronomik cihazlar, kitabxanasında 400 min əl-

yazma var idi. Burada aparılan tədqiqatlar Avropa elminin 

inkişafına böyük təsir göstərmişdir. C.10- 201, 262.  

849.

 

Maral Rəhmanzadə, Maral Yusif qızı Rəhmanzadə 

(1916-2008) - rəssam, qrafik. Azərbaycanın Xalq rəssamı. Azər-

baycan Dövlət mükafatı laureatı. C.10- 126; C.17- 143, 144; 

C.25- 314. 

850.

 

Marietta Şaqinyan (1888-1982) - rus yazıçısı. So-

sialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı. С.16- 225, 

226; C.26- 325. 

851.

 

Marinski teatrı (1919-1991-ci illərdə S.M.Kirov 

adına Leninqrad Dövlət Akademik Opera və Balet Teatrı) - 

1783-cü ildə Sankt Peterburqda açılmışdır. Bu teatrın Rusiyada 

opera və balet sənətinin inkişafında mühüm rolu olmuşdur. 

Marinski teatrında ilk rus operaları tamaşaya qoyulmuşdur. 

Teatrın səhnəsində operanın və baletin görkəmli ustaları  çıxış 

edirlər. C.28- 352. 

852.

 

Mariya Antuanetta (1755-1793) - Fransa Kraliça-

sı, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. 




___________________________________________________ 

 

171



Fransa inqilabı başlanandan  əksinqilabçıları, sui-qəsdçiləri və 

müdaxiləçiləri dəstəkləmişdir. Məhz buna görə konvent tərə-

findən mühakimə olunmuş və edam edilmişdir. C.21- 58. 

853.

 

Mark  Aleksandroviç Dalin (1906-1996) - Azər-

baycan kimyaçısı, texnoloq, texnika elmləri doktoru, Azərbay-

can Respublikası ME-nın akademiki. SSRİ Dövlət mükafatı 

laureatı. Əsas elmi işləri neft məhsulları əsasında müxtəlif üzvü 

maddələrin sintezi proseslərinə  həsr olunmuşdur. Azərbaycan 

Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur.  C.17

142. 

854.

 

Marqrete II (d.1940) - 1972-ci ildən Danimarka 

Kraliçası. Kral IX Frederikin qızıdır. C.26- 297. 



855.

 

Marneuli rayonu, bax: Borçalı. 

856.

 

Marşall planı - İkinci Dünya müharibəsindən sonra 

ABŞ-ın iqtisadi yardımı ilə Avropanın bərpasını  və inkişafını 

nəzərdə tutan proqram. Bu plan ABŞ Dövlət katibi C. K. Mar-

şall tərəfindən irəli sürüldüyü üçün Marşall planı adlanır. Pla-

nın həyata keçirilməsində 17 Avropa dövləti (Qərbi Almaniya 

da daxil olmaqla) iştirak etmişdir. C.13- 245. 



857.

 

Marti Ahtisaan (d.1937) - Finlandiyanın siyasi və 

dövlət xadimi. 1965-ci ildən 1994-cü ilə kimi Finlandiyanın 

Xarici  İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 

1965-1994-cü ilə kimi Finlandiya Sosial-Demokrat Partiyası-

nın üzvü olmuşdur. 1994-cü ildən Finlandiya Respublikasının 

Prezidentidir.C.12- 320-321; C.17- 240. 



858.

 

Marubeni - yapon şirkəti. Bu şirkət ilk dəfə “İtoçu” 

şirkətinin tərkibində  fəaliyyətə başlamışdır.  İkinci Dünya 

müharibəsindən sonra “İtoçu”dan ayrılmış  və müstəqil  şirkət 

kimi tanınmışdır. “Marubeni”nin hazırda dünyanın 85 ölkəsin-

də 163 ticarət numayəndəliyi və 95 ölkədə törəmə  şirkəti 

vardır. C.14- 373-374; C.15- 50. 



859.

 

Mayak  - Rusiya dövlət radiokompaniyası. Mosk-

vadadır. 1964-cü ildə yaradılmışdır. C.28- 149, 150, 152, 165, 

353. 



___________________________________________________ 

 

172



860.

 

Mayakovski Vladimir Vladimiroviç (1893-1930) 

- böyük rus şairi. İnqilaba qədərki yaradıcılığında futurizm çər-

çivəsində “saf” forma axtarışlarını özünəməxsus bir tərzdə an-

layırdı (“Vladimir Mayakovski” faciəsi, “Şalvarlı bulud” 

poeması).  İnqilabdan sonrakı yaradıcılığında  şair baş vermiş 

hadisələrin mahiyyətini dərk etməyə  səy göstərirdi. (“Sovet 

pasportu”  şeiri, “Yaxşı” poeması). XX əsr rus poeziyasına 

reformator  şair kimi çox böyük təsir göstərmişdir.  Şair özünü 

intihar etmişdir. C.22- 71; C.24- 32. 

861.

 

Maykl Debeyki (d.1908) - dünya şöhrətli ürək cər-

rahı. Hyüstondakı tibb mərkəzində kardioloji xəstəliklərin 

müalicəsi üzrə professordur. Tibb mərkəzində 1949-cu ildən 

çalışır. Debeyki tərəfindən hazırlanan müvəqqəti işləməkdən 

ötrü süni ürəkdən ilk dəfə 1966-cı ildə istifadə edilmişdir. C.17 

- 123-128; C.18- 300-302; C.19- 85; C.20- 141, 142, 152, 224. 



862.

 

Maya  Mixaylovna Plisetskaya, (d.1925) - gör-

kəmli rus balerinası. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrə-

manı. 1943-1988-ci illərdə Böyük Teatrm solisti, 1988-1990-cı 

illərdə Madrid “Teatro liriko nasional” balet truppasının bədii 

rəhbəri olmuşdur. C.15- 367-369, 370-371. 

863.

 

MDB – bax: Müstəqil Dövlətlər Birliyi. 

864.

 

MDB Parlamentlərarası Assambleyası - 1992-ci 

ildə  təşkil olunub. İdarə heyəti Sankt-Peterburq şəhərindədir. 

1994-cü ilin ortalarından Azərbaycan parlament nümayəndələri 

assambleyanın iclaslarında müntəzəm iştirak edir.C.10- 248. 



865.

 

Mehdi Hüseyn, Mehdi Əli oğlu Hüseynov (1909-

1965) - tanınmış Azərbaycan yazıçısı, dramaturq və ictimai 

xadim. Azərbaycanın Xalq yazıçısı. M.Hüseyn həm də gözəl 

dramaturq olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının katibi və 

birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi, SSRİ və Azər-

baycan Ali Sovetlərinin deputatı olmuşdur. SSRİ Dövlət müka-

fatı laureatıdır. C.13- 70, 84, 105, 125; C.15- 228; C.17- 163. 

866.

 

Mehdi Hüseynzadə, Mehdi Hənifə  oğlu Hüseyn-

zadə (1918-1944) - Yuqoslaviyada və Şimali İtaliyada Müqavi-

mət hərəkatı iştirakçısı, məşhur partizan, Sovet İttifaqı Qəhrə-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə