Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə65/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   61   62   63   64   65   66   67   68   ...   157

___________________________________________________ 

 

194



966.

 

Murad Tutayuq, Murad Xaspolad oğlu Tutayuq 

(1904-1970) - maarif xadimi. Naxçıvan MR və Azərbaycan 

Respublikası  Əməkdar müəllimi. Qabaqcıl maarif xadimi. 

C.27- 312. 

967.

 

Murtuz  Ələsgərov,  Murtuz Nəcəf oğlu  Ələsgərov 

(d.1928) - Azərbaycanın siyasi-ictimai və dövlət xadimi, hüquq 

elmləri doktoru, professor. Respublikanın  Əməkdar hüquqşü-

nasıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini və partiya-

nın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət 

Universitetinin rektoru olub. 1995-ci ildə Azərbaycan Respub-

likası Milli Məclisinin deputatı seçilib. 1996-2005-cı illərdə 

Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə  təltif 

edilmişdir, Azərbaycan Respublikası Milli Məclisinin Sədri 

olmuşdur.  C.15- 83, 200; C.17- 425, 435; C.18- 108, 383; 



C.19- 56, 141; C.21- 45, 120; C.23- 88; C.24- 73, 74; C.25- 

15; C.26- 222, 226, 396; C.27- 15-16; C.28- 298. 



968.

 

Musa,  Moisey - iudaizm hədislərinə görə öz etiqa-

dını yəhudi qəbilələrinə öyrədən Yəhvanın birinci peyğəmbəri. 

Allah tərəfındən müqəddəs kitabın - Tovratın - nazil olunduğu 

şəxs. Musa peyğəmbər ilk əvvəl Allah tərəfindən ona göndəril-

miş  əsa ilə öz xalqını  Misir əsarətindən xilas edir. Üçüncü 

ayda Musaya (ə) Sinay dağlarında 10 möcüzə - Allah qarşısın-

da bəndələrinin  ədəb-ərkanının tənzimlənməsi nazil olur. 40 

gün səhrada qeyb olandan sonra onun xalqı İordaniyanın şərq-

ində (“müqəddəs topraqlar”) məskunlaşırlar. Musa (ə)120 

yaşında Nevo dağında vəfat etmişdir. Musa (ə) xristian və 

islam dinində də adı çəkilən peyğəmbərdir. C.23- 125. 

969.

 

Musa Nağıyev (1842-1919) - Bakıda iri neft sahib-

karlarından biri, milyonçu. 1893-cü ildə “Musa Nağıyev” neft-

çıxarma müəssisəsi yaratmışdı. Firmanın 10 milyon manatdan 

artıq kapitalı var idi; idarəsi Bakıda yerləşirdi. Nağıyevin Sa-

bunçu, Suraxanı və Ramanada 65 neft buruğu, Bakıda neftayır-

ma zavodu, mexaniki emalatxanası vardı. C.22- 92, 93. 



970.

 

Museyi-Kazım - şiəlik məzhəbinə etiqad edənlərin 

yeddinci imamı. C.21- 131; C.21- 131; C.23- 136, 138, 139, 

175, 187, 236. 



___________________________________________________ 

 

195



971.

 

Mustafa Kamal  Atatürk, Atatürk Qazi Mustafa 

Kamal (1881-1938) - Türkiyə dövlət, siyasi və  hərbi xadimi, 

Türkiyə Respublikasının banisi və ilk Prezidenti (1923-1938). 

Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiə-

sində (1915) şücaət göstərmişdir. 1916-cı ildə ona general rüt-

bəsi və “Paşa” titulu verilmişdir.Atatürk 1919-cu ildə “kamal-

çılar hərəkatına” - milli azadlıq hərəkatına başçılıq etmişdir. 

1920-ci ildə Atatürk Ankarada yeni parlament - Türkiyə Böyük 

Millət Məclisini (TBMM) yaratdı. Sakarya çayı yaxınlığında 

qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və “Qazi” fəxri 

adını vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə türk 

ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə azad 

etdi.Atatürk soy adı ona 1934-cü ildə TBMM tərəfindən veril-

mişdir.  C.13- 56, 132; C.14- 243, 244, 245, 252, 260; C.15

234, 238, 305, 309; C.17- 382, 383; C.18- 94, 99, 100, 102, 

104, 109, 112, 113, 133, 134, 138, 148, 151, 160, 240, 241; 



C.19- 101, 404-417; C.20- 10, 11, 12, 13, 225, 231, 241, 256, 

263, 272, 278; C.22- 188, 189, 227, 240, 241, 290, 291, 310, 

323, 326, 327, 328, 332, 389, 391, 392, 408, 418-343, 435, 

441-442, 443, 444, 446, 455, 456, 457; C.23- 248, 255, 257, 

259, 263; C.24- 174; C.25-  23, 24, 25; C.26-  184, 210, 211, 

212, 217, 233, 235; C.27- 156; C.28- 117, 122, 123. 



972.

 

Mustafa Nəsirov Cəfər  oğlu (d.1921) - general-

mayor. 1969-1987-ci illərdə Zaqafqaziya Sərhəd Dairəsi 

qoşunları rəisinin müavini olmuşdur C.10- 365. 

973.

 

Mustafa Mərdanov, Mustafa Haşım oğlu Mərda-

nov (1894-1968) - aktyor, Azərbaycan Respublikasının Xalq 

artisti. Yüksək aktyorluq texnikasına malik olan Mərdanovun 

ifası üçün incə yumor, komizm, parlaq teatrallıq xüsusiyyətinə 

malik idi. M.Mərdanov həm də, Azərbaycan kinosunun ilk və 

tanınmış aktyorlarından idi. C.17- 190; C.26- 85. 



974.

 

Mustafa Topçubaşov, Mustafa Topçubaşov Ağa-

bəy oğlu (1895-1981) - cərrah, ictimai və dövlət xadimi. Azər-

baycan EA-nın və SSRİ Tibb EA-nın akademiki, Sosialist 

Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 




___________________________________________________ 

 

196



Tədqiqatı,  əsasən qarında, başda, döş  qəfəsində,  ətraflarda 

aparılan cərrahı problemlərə, öddaşı  xəstəliyinin müalicəsinə, 

periferik iflic xəstəliyinə həsr olunmuşdur. Orijinal diaqnostika 

və  cərrahi üsul təklif etmişdir. Dünyada geniş istifadə olunan 

analdeziya üsulunu ilk dəfə Topçubaşov kəşf etmişdir. C.17- 

372; C.22- 233; C.23- 321. 



975.

 

Mübariz Qurbanlı, Mübariz Qəhrəman oğlu  Qur-

banlı (d.1954) - tarix elmləri namizədi. YAP-ın idarə heyətinin 

üzvü və icraçı katibinin müavinidir. 1995-ci ildən Milli Məcli-

sin üzvüdür. C.24- 75. 



976.

 

Mühafizəkarlar partiyası - İngiltərədə iki aparıçı 

partiyadan biri. 1867-ci ildə torilər partiyası  əsasında yaradıl-

mışdır.  İkinci Dünya müharibəsindən sonra 1951-1964, 1970-

1974, 1979-1997-ci illərdə hakimiyyətdə olmuşlar. С.16- 480; 



C.24- 77. 

977.

 

Münəvvər Kələntərli, Münəvvər Səməd qızı  Kə-

ləntərli (1912-1963) - Azərbaycan aktrisası. “Arşın mal alan” 

filmində yaratdığı Cahan xala obrazı M.Kələntərliyə böyük 

şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı C.10 - 

177; C.17- 190; C.25- 313. 

978.

 

Müsavat partiyası  - 1911-ci ildə Bakıda yaranıb. 

1920-ci ildə Bakıda fəaliyyəti qadağan edilib. 1992-ci ildən 

yenidən fəaliyyətə başlayıb. C.17- 67-70, 83; C.18- 239; C.25- 

63, 353.  



979.

 

Müslüm  İmanov,  Müslüm Məşədi Müseyib oglu 

İmanov (d.1931) - 1993-2005 -ci illərdə “Azərenerji” Dövlət 

şirkətinin prezidenti vəzifəsində işləmişdir. C.21- 12, 13, 224, 

234, 235; C.24- 313; C.27- 278-292. 



980.

 

Müslüm (Əbdülmüslüm)  Maqomayev  (1885-

1937) - görkəmli Azərbaycan bəstəkarı. 1912-ci ildən ömrünün 

axırınadək opera tamaşalarına dirijorluq etmişdir. M. Maqoma-

yevin “Şah İsmayıl” operası Azərbaycan opera sənətinin inki-

şafı tarixində  əhəmiyyətli yer tutur. C.12-  5, 356, 357; C.18

390. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə