Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə60/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   56   57   58   59   60   61   62   63   ...   157

___________________________________________________ 

 

179



153, 154-155, 160, 162; C.19- 83, 93-94, 188; C.20- 252, 253-

255, 288. 



899.

 

Məşhəd - İranın  şimal-şərqində  şəhər. Xorasan 

ostanının inzibati mərkəzi. Əhalisi 1,8 milyon nəfərdir. Məşhəd 

haqqında ilk məlumat X əsrin sonuna aiddir. Məşhəd  şiələrin 

müqəddəs  şəhəri sayılır. Burada İmam Rzanın məqbərəsi var. 

Məşhədin yaxınlığında böyük fars şairi Firdovsinin qəbiri 

qorunub saxlanılır. C.21- 119, 126, 135; C.22- 164. 



900.

 

Məzahir Abbasov, Məzahir Həmid oğlu Abbasov 

(1918-2002) Böyük Vətən müharibəsi iştirakçısı, tarix elmləri 

doktoru, professor. Tədqiqatları,  əsasən,  İkinci Dünya 

müharibəsi haqqındadır. Azərbaycan Respublikasının “Şöhrət” 

ordeni ilə təltif olunmuşdur. C.19- 259, 268. 

901.

 

MXAT, Qorki adına Moskva Akademik Bədaye 

Teatrı - 1898-ci ildə K.Stanislavski və B.Nemiroviç - Dançen-

ko tərəfindən yaradılmışdır. MXAT milli rus və dünya teatr 

sənətinin inkişafına mühüm təsir göstərmişdir. MXAT-ın icti-

mai-siyasi simasının müəyyənləşməsində M.Qorki və A.P. 

Çexov pyeslərinin tamaşaları xüsusi əhəmiyyət kəsb edir. Dün-

ya teatr səhnəsi tarixində rejissorun rolu ilk dəfə MXAT-da 

yüksək səviyyəyə qaldırılmışdır. 1987-ci ildən kollektiv iki sər-

bəst truppaya ayrılmışdır. C.17- 219. 

902.

 

Miçiqan (yerli hindilərin dilində “böyük göl” 

deməkdir) - ABŞ-da Böyük Göllər sistemində göl. Müqəddəs 

Lavrenti çayı hövzəsindədir. Sahəsi 58 min km

2

, maksimal 



dərinliyi 281 m-dir. Makino boğazı onu Huron gölü ilə, 

Çikaqo-Lokport gəmiçilik kanalı isə Misisipi çayı şəbəkəsi ilə 

əlaqələndirir.  İri portları  və  sənaye mərkəzləri: Çikaqo və 

Miluoki. C.11- 384, 386. 



903.

 

Mixail Aleksandroviç Ulyanov (1927-2005) - rus 

aktyoru. SSRİ Xalq artisti. Ulyanovun yaradıcılığı coşqun 

vətəndaşlıq temperamenti, obrazların dəqiq, aydın cizgilərə 

malik olması, mənəvi zənginliyi, insanpərvərliyi ilə  fərqlənir. 

O, 1950-ci ildən Vaxtanqov adına teatrda çıxış edir. Ulyanov 



___________________________________________________ 

 

180



həmçinin məşhur kino artistidir. O, Lenin və Dövlət mükafat-

ları laureatıdır. C.22- 138. 



904.

 

Mikayıl Abdullayev, Mikayıl Hüseyn oğlu Abdul-

layev (1921- 2002) - görkəmli Azərbaycan rəssamı. Azərbay-

can təsviri sənətinin inkişafında mühüm rol oynamışdır. SSRİ 

Xalq rəssamı, SSRİ  Rəssamlıq Akademiyasının müxbir üzvü, 

Azərbaycan Dövlət və Beynəlxalq Nehru mükafatları laureatı-

dır. Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə  təltif ol-

unmuşdur. C.13- 399-400; C.19- 437. 

905.

 

Mikayıl Hüseynov, Mikayıl  Ələsgər oğlu Hüsey-

nov (1905-1992) - Azərbaycan memarı  və memarlıq tarixçisi

Sosialist  Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət 

mükafatları laureatı. Müasir Azərbaycan memarlığının banilər-

indən biri. Memarlıq doktoru, professor. Azərbaycan və SSRİ 

EA-nın həqiqi üzvü. M.Hüseynovun layihələri ilə Bakıda və 

respublikanın digər şəhərlərində, eləcə də Moskva, Düşənbə və 

s. yerlərdə yaşayış, ictimai və mədəni-məişət binaları tikilmiş-

dir. Bakıda M.F.Axundov adına Milli Kitabxana, EA şəhərciyi 

kompleksi, Bakı metropoliteninin “Hərimanov”; “Nizami”, 

“Elmlər Akademiyası stansiyaları” Hüseynoyun ən görkəmli 

əsərlərindəndir. C.28- 205. 



906.

 

Mikayıl Mirzə, Mikayıl  Şahvələd oğlu Mirzəyev 

(d.1947-2007) - aktyor. Azərbaycan Respublikasının Xalq 

artisti. C.10- 55; C.27- 91-92. 

907.

 

Mikayıl Müşfiq,  Mikayıl Mirzə  Əbdülqadir oğlu 

İsmayılzadə  (1908-1939) - şair. Poeziyasının əsas qayəsi müasirlik, 

xəlqilik, humanizm olmuşdur. Onun lirikası forma etibarı ilə nova-

torluğun ən yaxşı nümunələrindəndir. Azərbaycanın ən dəyərli milli 

ziyalı nümayəndələrini məhv edən sovet totalitar rejiminin repressiya 

qurbanlarındandır.  C.10-  360, 361; C.13- 70, 125; C.15- 99; 



C.21- 102. 

908.

 

Mikelancelo  (1475-1564) - dahi italyan heykəltə-

raşı, boyakar və memar. Renessans mədəniyyətinin ən görkəm-

li nümayəndələrindən biri. Mikelancelonun ən möhtəşəm və 

əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikst kapellası tavanının 




___________________________________________________ 

 

181



(plafon) freskalarıdır (1508-1512). Renessans dövrü monumen-

tal dekorativ sənətinin incisi sayılan bu plafon rəsmlərinin 

mövzusu Bibliya əfsanələri və rəvayətlərindən götürülmüşdür. 

Mikelancelo Renessans dövrü memarlığında monumental 

ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək 

möhtəşəm Kapitoli meydanını layihələşdirmişdir. C.12- 208. 



909.

 

Mikoyan Anastas İvanoviç  (1895-1978) - SSRİ-

nin dövlət və partiya xadimi. 1918-ci il aprel-mayında “İzvesti-

ya Bakinskoqo Soveta” qəzetinin faktiki redaktoru olmuş, Bakı 

kommunasının müdafiəsində  fəal iştirak etmiş, Bakıda azər-

baycanlıların soyqırımına başçılıq etmişdir. 1920-ci ilin aprel-

ində Leninin tapşırığı ilə XI Qızıl ordu ilə Bakıya daxil olmuş 

və Azərbaycan Xalq Cümhuriyyətinin xitam verilməsində işti-

rak etmişdir. C.19- 356. 



910.

 

Miqrasiya - köçmə, mühacirət. C.23- 41. 

911.

 

Milad bayramı - İsa peyğəmbərin anadan olması 

şərəfinə keçirilən xristian bayramı. Dekabrın 25-də qeyd edilir. 

Milad bayramının ilkin mənbəyi hər il qış günəş duruşu zamanı 

(21-25 dekabr) xilaskar allahın “doğulması” ilə əlaqədar keçiri-

lən qədim bütpərəst mərasim bayramı olmuşdur. Milad bay-

ramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Milad bay-

ramı 431-ci ildə Efes kilsə  yığıncağında qanuniləşdirilmişdir. 

C.18- 412; C.24- 109, 154. 

912.

 

Milan Kuçan (d.1941) - Sloveniya siyasətçisi və 

1991-2002-ci illərdə Sloveniyanın birinci Prezidenti. C.28

342. 

913.

 

Milli Bank - bax: Azərbaycan Dövlət Mərkəzi 

Bankı.  


914.

 

Milli Tikinti Muzeyi - 1980-ci ildə Vaşinqton 

şəhərində  təsis edilmişdir. Qeyri-kommersiya təşkilatıdır. 

Muzeyin binası 1982-ci ildə layihələşdirilmişdir və  İntibah 

dövrü memarlığı numunəsindəndir. Muzeydə, adətən, Ameri-

kanın ən hörmətli və yüksək səviyyəli qonaqları üçün qəbullar 

keçirilir. Amerika memarlığında mühüm yer tutan bu muzeyə 

yüksək ehtiram və diqqət göstərilir. ABŞ Prezidenti hər il 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə