Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə53/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   49   50   51   52   53   54   55   56   ...   157

___________________________________________________ 

 

158



777.

 

Quran,  əl-Quran, Qurani-kərim - Müsəlmanların 

müqəddəs kitabı. Quranı Allah, Cəbrayıl vasitəsilə Məhəmməd 

əleyhüssəlama göndərib. Quran qafiyəli nəsrlə yazılmış 114 

surə  və 6200-dən çox ayədən ibarətdir. “Məkkə surələrinə” 

(610-622, Məkkə, 90 surə) və “Mədinə surələrinə” (622-632, 

Mədinə, 24 cürə) bölünür. C.23- 125; C.26- 434; C.27- 197. 



778.

 

Qurban Abbasov, Qurban Abbasqulu oğlu  Abba-

sov (1926-1994)- neftçi mühəndis. Azərbaycan və SSRİ Dövlət 

mükafatları laureatı. Azərbaycan və SSRİ Ali sovetlərinin 

deputatı olmuşdur. Abbasov açıq dənizdə neft və qaz çıxarıl-

masının ilk təşkilatçılarındandır. 1992-1994-cü illərdə Azər-

baycan Dövlət Neft Şirkətinin baş müşaviri olmuşdur. Azər-

baycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur. 

C.18- 385. 

779.

 

Qurban bayramı  - Müsəlman dünyasında  ən  əziz 

bayramlardan biri. Qurban bayramı zilhiccə ayının 10-cu günü 

başlayır. Müsəlmanlar bu bayramı islamın əsas şərtlərindən biri - 

həcc mərasimlərinin yerinə yetirilməsi və böyük Allahın bəndələ-

rinin günahının bağışlanması günü kimi gözləyirlər. Bu bayramın 

kökləri islamdan əvvəlki vaxtlara-İbrahimin öz oğlu  İsmaili 

Allaha qurban verməyə hazır olması vaxtına təsadüf edir. C.15

164-165, 166-182; C.19- 323, 364-371; C.24- 180, 373; C.25- 

345, 390. 

780.

 

Qurban Xəlilov, Qurban Əli oğlu  Xəlilov (1906-

2003) - dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan SSR yerli 

sənaye naziri, maliyyə naziri, Azərbaycan SSR Ali Soveti 

Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. C.20- 343. 



781.

 

Quskov Anatoli Mixailoviç, Kopılov Fyodor İvano-

viç, Kardaşov Aleksandr Vasilyeviç - 1953-1963-cü illərdə Azər-

baycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komi-

təsinin sədrləri olmuşlar. C.10- 339, 340. 



782.

 

Qusman  Mixail Solomonoviç (d.1950) - jurnalist. 

İTAR-TASS informasiya agentliyi Baş direktorunun müavini. 

Rusiya Federasiyası Dövlət mükafatı laureatı. C.28- 343-355. 



___________________________________________________ 

 

159



783.

 

Qutqaşınlı  İsmayıl bəy  Nəsrullah Sultan oğlu 

(1806-1869) - Azərbaycan yazıçısı, ictimai və hərbi xadim. 30 

ildən artıq rus ordusunda xidmət edən Qutqaşınlı general - 

mayor rütbəsinədək yüksəlmişdir. Rusiya Kənd Təsərrüfatı və 

Coğrafiya cəmiyyətləri Qafqaz şöbələrinin üzvü olmuşdur. 

C.12- 42. 

784.

 

Qutseriyev  Mixail Safarbekoviç (d.1958) - hü-

quqşünas və iqtisadçı. İqtisad və hüquq elmləri doktoru. 2000-

ci ildən “Slavneft”in prezidenti. 1980-ci illərin sonunda SSRİ-

də ilk kooperativ bankı yaradanlardan biri. 1995-2000-ci illərdə 

Dövlət Dumasının deputatı, 2001-ci ildən Rusiya Sənayeçilər 

və Sahibkarlar İttifaqının vitse-prezidenti. 2002-ci ildən 

OAONK “Rusneft”in yaradıcısı və başçısı. C.28- 60-61. 

785.

 

Qvatemala Respublikası  - Mərkəzi Amerikada 

dövlət. Sahəsi 108,9 min km

2

,  əhalisi 10,9 milyon nəfərdir. 



İnzibati  ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət 

başçısı Prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konq-

resdir. Paytaxtı Qvatemala şəhəridir. C.24- 190. 

786.

 

Laçın - Azərbaycan Respublikasında inzibati rayon. 

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1835 km

2

, əhalisi 51 min 



nəfərdir. 1992-ci ildə erməni işğalçıları  tərəfindən işğal edil-

mişdir. C.23- 188; C.25- 198; C.27- 221; C.28- 269, 329. 



787.

 

Lahıc  - Azərbaycan Respublikasında  şəhər tipli 

qəsəbə. Lahıc Azərbaycanın qədim yaşayış mərkəzlərindəndir. 

Əsasının erkən orta əsrlərdə qoyulduğu ehtimal olunur. Lahıc 

XVIII-XIX əsərlərdə Azərbaycanın misgərlik və silah istehsalı 

mərkəzlərindən idi. C.20- 386, 387, 390, 391.  

788.

 

Lalə-Şövkət Hacıyeva (d.1951) - tibb elmləri dok-

toru, professor. 1993-1994-cü illərdə Azərbaycan Respublika-

sının Dövlət katibi olmuşdur. 1995-ci ildən isə Azərbaycan 

Liberal Partiyasının sədridir. C.17- 67-70, 82. 



789.

 

LAOS (Laos Xalq Demokratik Respublikası) - Cə-

nub-Şərqi Asiyada dövlət. Sahəsi 236,8 min km

2

, əhalisi 5 mil-



yon nəfərdir. Dövlət başçısı Prezident, ali qanunverici orqanı 


___________________________________________________ 

 

160



birpalatalı  Ali Xalq Məclisidir. Paytaxt Vyentyan şəhəridir. 

C.23- 291.  

790.

 

Laptev Vladimir Viktoroviç (d.1924) - hüquqşü-

nas, Rusiya EA-nın akademiki. C.25- 361. 



791.

 

Lazma  -  İngiltərə  şirkəti.  Əlcəzairdə, Qabonda, 

Liviyada,  İndoneziyada neftin çıxarılması ilə  məşğul olur. 

2001-ci ildə “Eni” şirkəti ilə birləşib “Eni-Lazma” adlanır. 

С.16- 301-302, 371; C.18 - 415, 416 

792.

 

Lebed Aleksandr İvanoviç  (1950-2002) - Rusiya-

nın siyasi xadimi, general-leytenant. 1996-cı ildə Rusiya Fede-

rasiya Milli Təhlükəsizlik Şurasının Katibi olmuş, Çeçenistan-

da hərbi döyüşlərin saxlanılması haqqında şazişi imzalamışdır. 

1998-2002-ci illərdə Krasnoyarsk diyarının qubernatoru olmuş-

dur. C.15- 353. 



793.

 

Lenin Vladimir İliç (Ulyanov) (1870-1924) - 

SSRİ-nin siyasi xadimi. Hələ tələbəlik illərindən inqilabi hərə-

kata qoşulmuşdur. Lenin 1895-ci ildə Peterburq “Fəhlə sinfinin 

azadlığı  uğrunda mübarizə  İttifaqı”nın yaradılmasında iştirak 

etmişdir. 1900-cu ildə Plexanovla birlikdə “İskra” qəzetini nəşr 

edir. 1903-cü ildən RSDFP-nin 2-ci qurultayında bolşevik frak-

siyasına başçılıq edir. 1907-ci ildən xaricə emiqrasiya edilir. 

1917-ci ildə Petroqrada qayıdıb silahlı üsyana başçılıq edir. 

Lenin başda olmaqla 2-ci Ümumrusiya Sovetlər qurultayında 

hökumət-XKS yarandı. Vətəndaş müharibəsi dövründə “hərbi 

kommunizm” siyasətinin aparıcılarından olmuşdur. Bunun 

nəticəsində ölkə birpartiyalı sistemə keçmiş, ölkədə geniş 

surətdə repressiya başlanmış, müxalifət qüvvələri və orqanları 

ləğv edilmiş, görkəmli adamlar və ziyalılar ölkəni kütləvi 

surətdə tərk etmişlər. 1922-ci ildə xəstələnmiş və ölkənin siyasi 

həyatından uzaqlaşdırılmışdır.  C.19- 128, 129; C.22- 204; 



C.27- 47, 48; C.28- 319. 

794.

 

Leninqrad  şəhəri  - (1914-cü ilədək Sankt-Peter-

burq, 1924-cü ilədək Petroqrad, 1991-ci ildən yenidən Sank-

Peterburq)-Rusiya Federasiyasının böyük sənaye, mədəniyyət 

və elm mərkəzi.  Əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyul-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə