Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə52/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   48   49   50   51   52   53   54   55   ...   157

___________________________________________________ 

 

155



762.

 

Qızıl Arslan, Osman Müzəffərəddin (?-1191) - 

Eldəgəzlər sülaləsinin hökmdarı (1186-1191), atabəy, Şəmsəd-

din Eldəgəzin oğlu. Qızıl Arslan zamanında Eldəgəzlər dövləti 

daha da gücləndi. Hətta Şirvanşahlar da Eldəgəzlərin vassallı-

ğını qəbul etdi. Şimali və Cənubi Azərbaycan ərazisinin vahid 

bir dövlət daxilində birləşməsi iqtisadiyyatın, elm və mədəniy-

yətin inkişafına şərait yaratdı. C.14- 5; C.25- 311. 

763.

 

Qızıl məbəd  - 1394-cü ildə Yaponiyanın III impe-

ratoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü 

sakit bir guşədə başa vurmağı  qərara almış  və  Qızıl məbədin 

tikintisinə başlamışdır. Yoşimitsunun vəfatından sonra impera-

tor Kinkaki bu məbədin tikintisini başa çatdırmışdır. Məbədin 

hər mərtəbəsinin öz adı vardır və özünəməxsus bəzədilmişdir. 

Binanın ikinci və üçüncü mərtəbələri, üzərinə yapon lakı çəkil-

miş nazik qızıl təbəqə ilə örtülmüşdür. Qızıl məbəd Yaponiya-

nın nadir incilərindən biridir. C.14- 463. 

764.

 

“Qobustan”  - rüblük incəsənət toplusu. 1969-cu 

ildən Bakıda nəşr edilir. Jurnalda Azərbaycan və dünya 

incəsənətinin korifeyləri haqqında məqalələr, bədii yazılar, 

müsahibələr verilir. “Qobustan”da bədii yaradıcılığın müxtəlif 

sahələri ilə yanaşı, estetika, incəsənət tarixi və  nəzəriyyəsi 

problemləri də əks olunur. C.13- 8, 73, 75, 90, 126, 226; C.15- 

53; C.19- 23, 128, 129; C.23- 69; C.28- 194. 

765.

 

Qoqol  Nikolay Vasilyeviç (1809-1852) - məşhur 

rus yazıçısı, dramaturq. Qoqol rus ədəbiyyatında tənqidi realiz-

min möhkəmlənməsi və inkişafında müstəsna rol oynamışdır. 

C.13- 73. 

766.

 

Qonçəbəyim (1827-?) - Azərbaycan şairəsi, sonun-

cu Naxçıvan xanı Ehsan xan Kəngərlinin qızı. “Qonçeyi-ülfət” 

ədəbi məclisinin iştirakçılarından olmuşdur. Qoncəbəyim 

nakam məhəbbət mövzusunda lirik şeirlər müəllifidir.  C.25- 

312. 

767.

 

Qorbaçov Mixail Sergeyeviç (d.1931) - SSRİ-nin 

partiya və dövlət xadimi. 1985-1991-ci illərdə Sov.İKP MK-nın 

Baş katibi, 1990-1991-ci illərdə SSRİ-nin ilk və son Prezidenti. 



___________________________________________________ 

 

156



Qorbaçov fəaliyyəti dövründə “yenidənqurma”adı ilə “aşkarlıq 

və demokratiya” siyasi xəttini, “humanist, demokratik sosia-

lizm”  şüarını meydana atdı. Sovet totalitar rejimi ilə uyuşma-

yan “yenidənqurma” ölkəni dərin siyasi və iqtisadi böhrana 

saldı. Qorbaçovun milli münaqişələrə  səbəb olan siyasəti, 

xüsusən türk respublikalarına Azərbaycana qarşı  qərəzli, düş-

mənçilik mövqeyi ilə səciyyələnirdi. Ermənilərin Azərbaycana 

olan torpaq iddialarını  dəstəkləyən Qorbaçov 1990-cı ilin 

yanvarında Bakıda baş verən “Qanlı Yanvar” faciəsinin, həm-

çinin Tbilisi və Vilnüsdakı qanlı hadisələrin təşkilatçısı  və 

günahkarıdır.  C.10-  76, 103,  104, 112, 114, 115, 207, 324; 

C.11- 127, 153, 353, 402; C.12- 78, 89, 223, 224, 225; C.13

119, 120, 121; C.14- 165, 262, 400, 405, 430, 485, 491, 497; 



C.15- 61, 387, 399; С.16- 201, 226, 227, 287, 419; C.17- 44, 

45, 46, 47,49, 62, 104, 108, 109, 110, 111, 162, 353; C.18

243; C.19- 65, 66, 67, 236, 237, 238, 469; C.20- 37, 344; C.21- 

82, 332; C.22- 66, 67, 202; C.23- 99, 100, 125; C.24- 50, 92, 

93, 221, 406; C.25- 255; C.27- 290; C.28- 90, 223, 224, 260, 

313; C.20- 37, 344; C.21- 82, 332; C.22- 66, 67, 202; C.23

99, 100, 125; C.24- 53, 224; C.25- 255; C.27- 290; C.28- 90, 

223, 224, 260, 313. 



768.

 

Qorelovski  İvan  İvanoviç (d.1940) - general-leyte-

nant. 1988-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanın-

da Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuşdur. C.10- 342, 

346. 


769.

 

Qori seminariyası, Zaqafqaziya (Qori) müəllimlər 

seminariyası - Zaqafqaziyanın, əsasən, yerli əhalisindən ibtidai 

məktəb müəllimi hazırlayan orta pedaqoji təhsil müəssisəsi. 

1876-cı ildə Qoridə açılmışdı.  

Seminariyanın Azərbaycan  şöbəsi 1879-cu ildə  fəaliyyətə 

başlamışdı. Azərbaycan şöbəsinin yaradılmasında M. F. Axun-

dovun böyük rolu olmuşdur. Qori seminariyasında təhsil rus 

dilində idi. Azərbaycan dili isə yalnız Azərbaycan  şöbəsində 

fənn kimi tədris edilirdi. Qori seminariyası Zaqafqaziya xalq-

larının,  о cümlədən Azərbaycan xalqının mədəni inkişafında 




___________________________________________________ 

 

157



mühüm rol oynamışdır. Qori seminariyası 1918-ci ilədək 

fəaliyyət göstərmişdir. Seminariyanın Azərbaycan şöbəsi 1918-

ci ildə F.B.Köçərlinin rəhbərliyi ilə Qazax şəhərinə köçürül-

müşdü. C.22- 297; C.28- 266. 



770.

 

Qorqud baba - bax:Kitabi-Dədə Qorqud.  

771.

 

Qreq Laflin (d.1942) - Amerikanın görkəmli 

ictimai-siyasi xadimi. 1988-1996-cı illərdə ABŞ Konqresi 

Nümayəndələr Palatasının üzvü omuşdur ABŞ Konqresində 

Azərbaycanın ən fəal tərəfdarlarından biridir. C.11- 313. 



772.

 

Qriboyedov Aleksandr Sergeyeviç (1795-1829) - 

rus yazıçısı, diplomat. İranda, Tiflisdə diplomatik işlərdə çalış-

mışdır. Türkiyə  və  İranda bir sıra danışıqlar aparmış, müdhiş 

Türkmənçay müqaviləsinin bağlanmasında iştirak etmişdir. 

1829-cu ildə Tehranda öldürülmüş, Tbilisidə  dəfn edilmişdir. 

C.28- 211.

 

773.



 

Qriqori Qorin (1940-2000) - rus yazıçısı, drama-

turq. Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi. С.16

74-76. 

774.

 

Qromıko Andrey Andreyeviç (1909-1989) - Rusi-

yanın dövlət və siyasi xadimi, diplomat. Müxtəlif illərdə SSRİ-

nin ABŞ-da səfiri, SSRİ Xarici İşlər nazirinin müavini və eyni 

zamanda SSRİ-nin BMT-nin Təhlükəsizlik  Şurasında daxili 

nümayəndəsi, Böyük Britaniyada səfir, SSRİ Xarici İşlər nazi-

ri, SSRİ Ali Sovetinin Sədri vəzifələrində çalışmışdır.  С.16

226. 

775.

 

Qubadlı  - Azərbaycan Respublikasında inzibati 

rayon. 1933-cü ildə  təşkil edilmişdir. Sahəsi 802 km

2

,  əhalisi 



27,2 min nəfər idi. 1993-cü ildə erməni işğalçıları tərəfindən iş-

ğal olunmuşdur. C.21- 18, 19, 123, 175, 179; C.28- 269. 



776.

 

Qubkin  İvan Mixayloviç (1871-1939) - geoloq. 

1929-cu ildən SSRİ EA akademiki, 1936-cı ildən SSRİ EA-nın 

vitse-prezidenti, SSRİ EA Azərbaycan filialının sədri olmuşdur. 

Azərbaycan neft sənayesinin bərpa və inkişafında fəal iştirak et-

mişdir. C.10- 263. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə