Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə47/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   43   44   45   46   47   48   49   50   ...   157

___________________________________________________ 

 

140



157, 218; C.26- 213, 227, 228, 231; C.27- 116, 250, 291, 410; 

C.28- 401, 404, 408, 411, 412. 

670.

 

Jan Kretyen (d.1934) - Kanada siyasətçisi, 1993-

2003-cü illərdə Kanadanın Baş naziri olmuşdur. Kanada Libe-

ral partiyasının başçısı. C.28- 371. 

671.

 

Jerar Filipp (1922-1959) - görkəmli fransız aktyo-

ru. Onun sənətində xüsusi cazibədarlıq var idi. Jerar Filippin 

yaratdığı obrazlar pafosu, romantizmi, temperamenti ilə həmişə 

fərqlənmişdir. “İdiot”, “Gecə gözəlləri” və “Fanfan-Tülpan” 

filmlərində yaratdığı surətlər daha yadda qalandır. C.22- 141. 

672.

 

Jorj  Şampavo (d.1939) - Portuqaliyanın siyasi xa-

dimi. 1996-2006-cı illərdə Portuqaliya Respublikasının Prezi-

denti olmuşdur. C.28- 46. 

673.

 

Kaikan toxuculuq sənaye  mərkəzi - bu mərkəz 

qədim Kiotonun rəmzi kimi şöhrət qazanmışdır. Vaxt ilə mate-

rikdən köçüb gəlmiş bir qrup yapon tərəfindən  əsası qoyulan 

kiçik toxuculuq sexi sonradan böyük toxuculuq sənaye mər-

kəzinə çevrilmişdir.  İndi Nişicin-Ori Kalkan təxminən 1000 

kiçik şirkəti özündə birləşdirir. Hazırda “Nişicin” adı birləşmiş 

toxuculuq müəssisələrinin markasına çevrilmişdir. Birliyin çox 

geniş toxuculuq şəbəkəsi vardır. C.14- 466. 



674.

 

Kalitski, Kalitski Yan (d.1948) - ABŞ hökumətinin 

yeni müstəqillik qazanmış ölkələr üzrə energetika və ticarət 

məsələlərinə dair əlaqələndirici, ticarət nazirliyinin xüsusi 

müşaviridir. C.25- 139-151, 243-248. 



675.

 

Kaliforniya - ABŞ-ın qərbində ştat. Sahəsi 411 min 

km

2



,  əhalisi 31,9 milyon nəfərdir.  İnzibati mərkəzi - Sakra-

mento. C.21- 78, 80, 81, 83, 91, 93, 95, 96, 97, 98, 99. 



676.

 

Kalyujnı Viktor İvanoviç (d.1947) - neftçi mühən-

dis, diplomat. 1999-2000-ci illərdə Rusiya Federasiyası Yana-

caq və Energetika naziri, 2000-ci ilin avqustundan 2004-cü ilə 

qədər Xarici İşlər nazirinin birinci müavini və Prezidentin 

Xəzər dənizi statusunun həlli üzrə xüsusi nümayəndəsi işləmiş-

dir. 2004-cü ilin sentyabrından Rusiya Federasiyasının Latvi-

yada Fövqəladə və Səlahiyyətli səfiridir. C.23- 35, 180. 



___________________________________________________ 

 

141



677.

 

Kamal Xudaverdiyev, Kamal Ağahüseyn oğlu 

Xudaverdiyev (d.1938) - Azərbaycanın Xalq artisti. “Qızıl dər-

viş” və “Humay” mükafatları laureatı. C.13- 173. 

678.

 

Kamal Talıbzadə, Kamal Abdulla Şaiq oğlu Talıb-

zadə (1923-2006) - ədəbiyyatşünas, tənqidçi. Filologiya elmləri 

doktoru, professor. Azərbaycan MEA-nın akademiki. Talıb-

zadə XX əsr Azərbaycan ədəbiyyatında romantizm probleminə 

ədəbi tənqidin inkişaf yollarına, Azərbaycan-rus  ədəbi  əlaqə-

lərinə  həsr olunmuş monoqrafiyaların,  ədəbi-tənqidi məqalə, 

oçerk və portretlərin müəllifidir. Azərbaycan Respublikasının 

“Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.17- 160; C.26- 326. 



679.

 

Kamerun, Kamerun Respublikası - Mərkəzi Afri-

kada dövlət. Sahəsi 475,4 min km

2

, əhalisi 13,6 milyon nəfər-



dir.  İnzibati  ərazisi 10 əyalətə bölünür. Dövlət başçısı Prezi-

dent, qanunverici orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı 

Yaundadır. C.27- 239. 

680.

 

Kamil  Əliyev (1921-2006) - təsviri sənət ustası. 

Azərbaycan Respublikasının Xalq rəssamı. 1990-cı ildən ömrü-

nün sonuna kimi “Azərxalça” birliyinin rəhbəri olmuşdur. 

Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə  təltif olun-

muşdur. C.24- 113. 

681.

 

Kamil Nəcəfzadə, Kamil Nəcəf oğlu Nəcəfzadə (d. 

1929) - Azərbaycan Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı 

laureatı. Kino və teatr rəssamlığı, həmçinin boyakarlıq sahəsin-

də fəaliyyət göstərir. Azərbaycan Respublikasının “Şöhrət” or-

deni ilə təltif edilmişdir. C.24- 119. 

682.

 

Kamran Bağırov, Kamran Məmməd oğlu Bağırov 

(d.1933-2001) - Azərbaycanın partiya və dövlət xadimi. l982-

1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuş-

dur. C.12- 344; C.20- 341, 342; C.27- 186; C.28- 272. 



683.

 

Kamran HüseynovKamran  Əsəd oğlu  Hüseynov 

(1913-2006) - ictimai və dövlət xadimi. Müxtəlif illərdə Neftça-

la Rayon Partiya Komitəsinin birinci katibi, Sumqayıt  Şəhər 

Partiya Komitəsinin birinci katibi, Respublika Həmkarlar Şura-

sının sədri, ÜİHİMŞ-in katibi, Azərbaycan SSR Nazirlər Sove-



___________________________________________________ 

 

142



tinin sədr müavini vəzifələrində çalışmışdır. Azərbaycan Res-

publikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.  C.19- 259, 

266, 267, 268. 

684.

 

Kanada - Şimali Amerikada dövlət. Sahəsi 9971 

min km


2

, əhalisi 29,6 milyon nəfərdir. Kanada 10 əyalətə və 3 

əraziyə bölünmüş federasiyadır. Millətlər Birliyinə daxildir. 

Dövlət başçısı Böyük Britaniya Kraliçasıdır. Onu ölkədə gene-

ral-qubernator əvəz edir. Qanunverici orqanı ikipalatalı (Senat 

və  İcmalar palatası) Parlamentdir. Paytaxtı Ottavadır.  C.27

121-134, 230; C.28-371,372. 

685.

 

Kapitoli - Vaşinqtonda, ABŞ Konqresinin iclasları-

nın keçirildiyi bina. 1793-1865-ci illərdə klassizm üslubunda 

inşa edilmişdir. ABŞ ştatlarının paytaxtlarında yerli qanunveri-

cilik məclislərinin icmalarının keçirildiyi binalar da kapitoli ad-

lanır. C.11-156, 159, 162, 164, 166, 168, 170, 172, 176; C.12-

103; C.20- 155-166. 



686.

 

Kapri  - Tirzen dənizində, Neapol körfəzinin cənu-

bunda ada. C.19- 444; C.27- 432. 



687.

 

Kardaşov Aleksandr Vasilyeviç, Quskov Anatoli 

Mixailoviç,  Kopılov Fyodor İvanoviç  - 1953-1963-cü illərdə 

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi 

Komitəsinin sədrləri olmuşlar. C.10- 339, 340. 



688.

 

Karl Qustav XVI (d.I946) - 1973-cü ildən İsveçin 

Kralı. O, həmçinin “Ümumdünya təbiət” fondunun Prezidenti-

dir. C.28- 19. 

689.

 

Karmen Roman Lazareviç (1906-1978) - rus kino 

operatoru, rejissor və ssenarist. SSRİ Xalq artisti, Sosialist 

Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Əməkdar incəsə-

nət xadimi. ABŞ-ın “Eyr saym interneyşl” kino şirkətinin 

sifarişi ilə  çəkilmiş 20 seriyalı “Böyük Vətən müharibəsi 

(“Naməlum müharibə”) televiziya kino-epopeyasının bədii rəh-

bəri olmuşdur. Bakı neftçilərindən bəhs edən “Xəzər neftçiləri 

haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) film-

lərinə görə Lenin mükafatına layiq görülmüşdür. C.22- 58. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə