Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə24/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   20   21   22   23   24   25   26   27   ...   157

___________________________________________________ 

 

71



40, 59, 64, 66, 68, 69, 71, 73, 83, 86, 87, 88, 89, 90, 105, 110, 

117, 118, 123, 128, 129, 130, 131, 135, 137, 138, 139, 142, 

143, 162, 163, 167, 174, 178, 191, 194, 209, 228, 229, 257, 

259, 260, 261, 281, 282, 299, 315, 322, 352, 373, 377, 379, 

380, 398; C.26- 14, 15, 20, 29, 34, 35, 36, 41, 42, 64, 73, 123, 

124, 345, 361; C.27- 20, 21, 22, 118, 124, 125, 126, 149, 155, 

196, 199, 220, 221, 222, 313, 314, 320, 331, 360, 372, 411, 

412; C.28- 73, 78, 79, 80, 81, 96, 98, 101, 153, 167, 214, 215, 

216, 218, 230, 231, 232, 241, 244, 245, 260, 268, 289, 291, 

305, 306, 309, 329, 340, 396, 402, 405, 416. 



317.

 

Daq Henderson (d.1949) - 1987-ci ildən Britaniya 

parlamentində Leyboristlər partiyasından deputat. 1995-1997-

ci illərdə Parlamentdə müxalifətin lideri olmuşdur. 1998-ci ildə 

Böyük Britaniya Xarici İşlər naziri olmuşdur.  С.16- 303-305, 

396, 453-457, 473, 482.  

 

318.



 

Dal Vladimir İvanoviç  (1801-1872) - rus yazıçısı, 

lüğətşünas, etnoqraf. 53 il ərzində tərtib etdiyi 200 000 sözdən 

ibarət “Canlı rus dilinin izahlı lüğəti” bugünədək öz əhəmiy-

yətini itirməmişdir. Kazak Luqanski təxəllüsü ilə hekayə, 

povest və etnoqrafik oçerklər yazmışdır. C.26- 312. 

319.

 

Dardanel  - Türkiyədə Avropa ilə Asiya arasında 

boğaz. Egey və Mərmərə dənizlərini birləşdirir. Uzunluğu 120 

km, eni 1,3-2,7 km, dərinliyi 29-153 metrdir. Dardanelin böyük 

strateji və ticarət  əhəmiyyəti var. Portları Asiya sahillərində 

Çanaqqala, Avropa sahillərində Geliboludur. C.23- 345. 

320.

 

Daşkənd-Orta Asiyada  qədim  şəhərlərdən biri. Şə-

hər yaşayış yeri kimi IV-V əsrlərdən mövcuddur. 1930-cu ildən 

Özbəkistan Respublikasının paytaxtıdır.  C.10-  167, 200, 201-

217, 223, 224, 282, 309. 



321.

 

Davos şəhərində iqtisadi forum - İsveçrənin kurort 

şəhəri Davosda hər il Ümumdünya iqtisadi forumu keçirilir. 

1995-ci il yanvarın 26-30-da Azərbaycan Prezidenti Heydər 

Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti bu 

forumda iştirak etmişdir. C.10- 385, 389; C.24- 323-381, 403; 

C.28- 47. 



___________________________________________________ 

 

72



322.

 

Dauninq-Strit  - Londonda küçə, Böyük Britaniya-

nın Baş nazirinin iqamətgahı və Xarici İşlər Nazirliyi bu küçə-

də yerləşir. С.16- 352-356. 

323.

 

Demokratlar partiyası  - ABŞ-ın iki əsas partiya-

sından biri. Əsası 1828-ci ildə qoyulmuşdur. XIX əsrin birinci 

yarısında Cənub plantasiyaçılarının və bankirlərin mənəfeyini 

müdafiə edirdi. 1829-1841, 1845-1849, 1853-1861, 1885-1889, 

1893-1897, 1913-1921, 1933-1953, 1961-1969, 1977-1981, 

1993-2001-cı illərdə hakimiyyətdə olmuşlar. C.24- 77. 



324.

 

Denver  - ABŞ-da  şəhər. Kolorado ştatının inzibati 

mərkəzi. Saut-Platt çayı sahilindədir. 1997-ci il iyulun 20-də 

Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentləri görüş-

müş və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll 

edilməsinə kömək etmək barədə birgə bəyanat imzalamışlar. C. 

10- 236, 268, 306, 240, 377, 412; C.11- 34, 38, 42, 52, 92, 103, 

139, 224, 322; C.19- 135. 



325.

 

Denver birgə  bəyanatı  - 1997-ci il iyunun 20-də 

Denver  şəhərində Rusiya dövlət başçısının da iştirak etdiyi 

“Yeddilər” yığıncağında ATƏT-in Minsk konfransının həm-

sədrləri olan dövlətlərin Prezidentləri - Bill Klinton, Boris 

Yeltsin və Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin sülh yolu 

ilə  həllinə dair birgə  bəyanat imzalamışlar. Münaqişənin tari-

xində ilk dəfə olaraq üç dövlət başçıları açıq-aşkar bəyanat ver-

mişlər ki, münaqişəni tezliklə aradan qaldırmaq lazımdır. C.11- 

188, 224, 315; C.20- 26. 

326.

 

Devid Vudvord (d.1946) - neftçi-mühəndis, 1999-

cu ildən “BP-Azərbaycan”  şirkətinin prezidenti. Bir çox ölkə-

lərdə - Ərəb  əmirliklərində, Norveç, Rusiya və ABŞ-da “BP” 

şirkətinin nümayəndəsi vəzifələrində  işləmişdir.  İngiltərənin 

“Müqəddəs Mixail və Müqəddəs Çeorgi”, Gürcüstanın “Şərəf”, 

Azərbaycan Respublikasının “Şöhrət” ordenləri ilə  təltif olun-

muşdur. C.19- 445-446; C.22- 10; C.25- 284-295. C.28- 42. 

327.

 

Dədə Qorqud - bax: Kitabi-Dədə Qorqud. 

328.

 

Dərbənd  - Rusiya Federasiyasının tabeliyində olan 

Dağıstan Muxtar Respublikasında  şəhər. Dərbənd Qafqaz 




___________________________________________________ 

 

73



Albaniyasının  ən qədim  şəhərlərindən biri olmuşdur. V əsrdə 

Dərbənd iqtisadi və siyasi cəhətdən Qafqaz Albaniyasının mü-

hüm  şəhərlərindən biri, həm də Sasani canişinlərinin iqamət-

gahı idi. Abbasilər xilafəti dövründə (750-1258) Dərbənd 

Avropa və Asiya ölkələri ilə ticarətdə  əsas tranzit məntəqəsi 

idi. Dərbənd X əsrdə  Şirvanşahların hakimiyyəti altına keçdi. 

Bundan sonra Azərbaycana yiyələnmək istəyən yadellilər 

arasında gedən müharibələr zamanı Dərbənd əldən-ələ keçirdi. 

1509-cu ildə I Şah  İsmayıl (1501-1524) Dərbəndi tutdu. 

Nəhayət, 1796-cı ildə V.A.Zubovun başçılığı ilə Rusiya qoşunu 

Dərbəndi tutdu. Gülüstan müqaviləsinə (1813) əsasən Dərbənd 

Rusiyaya verildi. C.19- 177; C.28-180. 



329.

 

Dilruba CamalovaDilruba Cəbrayıl  qızı Cama-

lova (1938-2009) - 1993-2000-cu illərdə  Lənkəran  Şəhər  İcra 

Hakimiyyətinin başçısı, Respublika Qadın Problemləri Üzrə 

Dövlət Komitəsi sədrinin birinci müavini olmuşdur. C.10- 400, 

402, 403. 

330.

 

Dinmühəmməd  Əhmədoviç Kunayev (1912-

1993) - Qazaxıstanın partiya və dövlət xadimi. Üç dəfə Sosia-

list Əməyi Qəhrəmanı, Qazaxıstan EA akademiki. 1964-1986-

cı illərdə Qazaxıstan KP MK-nın birinci katibi olmuşdur. C.10- 

76, 103, 105, 114, 115; C.12- 224. 

331.

 

Dinamo - Azərbaycanda ilk idman cəmiyyətı. Res-

publikada yayılmış bütün idman növlərinin inkişafında “Dina-

mo”nun mühüm rolu olmuşdur. Azərbaycan idmanının

 

inkişa-



fında Avropa, Dünya və Olimpiya oyunları çempionu olmuş 

dinamoçuların boyuk xıdmətı olmuşdur. C.18- 470-474; C.27

182. 

332.

 

Dmitri Dmitriyeviç Şostakovic (1906-1975) - 

böyük rus bəstəkarı, sənətşünaslıq elmləri doktoru-XX əsr dün-

ya müsiqi sənətinin klassiki. Şostakoviçin yaradıcılığında sim-

fonik musiqi başlıca yer tutur. Ən kamil əsərlərindən sayılan 7, 

11, 12, 14, 15-ci simfoniyalarında həyat və ölüm mövzusu bö-

yük emosionallıqla ifadə olunmuşdur. Bir çox dünya ölkələri-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə