Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə5/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   2   3   4   5   6   7   8   9   ...   157

___________________________________________________ 

 

14



C.21- 6, 24-27, 34-37, 46, 51, 55, 72, 79, 80, 81, 91, 93, 95, 96, 

98, 100, 140, 141, 156, 180, 193-198, 270-279, 288, 290, 291, 

294, 295, 306, 336, 357, 360-373, 380, 381, 395, 402, 404; 

C.22- 38, 44-53, 102, 104, 113, 137, 140, 143, 148, 152-157, 

397, 427; C.24- 6, 7, 17, 19, 60, 77, 100, 106, 107, 142, 152, 

193-197, 227-243, 253-259, 264, 330, 332, 338, 342, 343, 344, 

351, 352, 360, 370, 373, 374, 376, 377, 378, 379, 380, 405, 

414, 442, 444-446; C.25- 30-34, 41, 43, 62-65, 66-164, 166-

176, 183-190, 191-201, 209, 219, 232, 243-248, 260, 267, 286, 

296-309, 359, 362-366, 385; C.27- 19, 20, 24, 100, 112-120, 

132, 136-145, 149, 155, 215, 217, 254, 262, 292, 318, 384, 

407, 410, 419, 420, 426. 

57.

 

Amerikanın səsi  - ABŞ hökumətinin xarici radio-

verilişləri idarəsinin adı. 1942-ci ildən fəaliyyət göstərir. Veri-

lişləri 38 dildədir. Retranslyasiya xidmətləri ABŞ-dan başqa 

Böyük Britaniyanın, AFR-in, Yunanıstanın, bir sıra Asiya və 

Afrika ölkələrinin  ərazisində yerləşir.  C.11- 109;  С.16- 489; 

C.18- 26; C.20- 166. 

58.

 

AMOKO  - Dünyanın  ən böyük neft və qaz isteh-

salçılarından biri. 1989-cu ildə yaradılmışdır. Ümumi aktivi 32 

milyard ABŞ dollarından çoxdur. Müxtəlif ölkələrdə 42 000 iş-

çisi var. “AMOKO” Şimali Amerikada ən böyük təbii qaz 

istehsalcısıdır.  Şirkət energetika, neft və qaz emalı, kimya və 

neft-kimya sahələrində  də  fəaliyyət göstərir.  C.11-  71, 120, 

149, 196, 212, 223, 236, 245, 247, 329, 383, 387; C.12-  124, 

191;C.13- 181; С.16- 311, 349, 370, 391, 485; C.17- 14, 185; 



C.18- 116, 162; C.20- 70, 137; C.22- 19. 

59.

 

Anar Məmmədxanov,  Anar Camal oğlu  Məmmədxa-

nov ( d.l970) - mexanik riyaziyyatçı, 1991-1995-ci illərdə Bakı 

Şən və Hazırcavablar klubunun prezidenti və “Bakılı oğlanlar” 

komandasının kapitanı idi. 1995-ci ildən Azərbaycan Respub-

likası Milli Məclisinin deputatıdır. C.19- 131; C.27- 66, 67. 

60.

 

Anar,  Rzayev Anar Rəsul oğlu (d.1938) - Azərbay-

can yazıçısı, publisist, dramaturq, ictimai xadim, Azərbaycanın 

Xalq yazıçısı. Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı-



___________________________________________________ 

 

15



dır. Azərbaycan SSR Ali Sovetinin və SSRİ xalq deputatı ol-

muşdur. 1995-2000-ci illərdə Milli Məclisin deputatı  və 

Mədəniyyət məsələləri komissiyasının sədri olub. 1987-ci ildən 

Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədridir. Azər-

baycan Respublikasının “İstiqlal” ordeni ilə  təltif olunmuş-

dur.C.13- 7-11, 46, 50, 59, 60, 64, 66-67, 70, 73 ,74 ,75, 78, 

79, 80, 103; C.14- 86; C.15- 53-54, 102; C.17- 137; C.19- 128, 

130, 172, 173, 177, 435; C.22- 194; C.23- 63-108; C.26- 299-

336; C.28- 346. 

61.

 

Anatoli Borisoviç Çubays (d.1955) - Rusiya Federasi-

yasının ictimai və dövlət xadimi. 1994-1998-ci illərdə Rusiya 

Federasiyası Nazirlər Soveti baş nazirinin müavini, Dövlət Əmlak 

Komitəsinin sədri olmuşdur. Hazırda Rusiya Federasiyası energe-

tika şirkətinin sədridir.C.10- 297, 314, 385, 389, 393. 

62.

 

Anatoli Petroviç Aleksandrov (1903-1983) - fizik. 

SSRİ EA akademiki, SSRİ və Lenin mükafatları laureatı. Üç dəfə 

sosialist  Əməyi Qəhrəmanı. 1975-1980-ci illərdə SSRİ EA-nın 

prezidenti olmuşdur. C.10- 265. 



63.

 

Anatoli  Vasilyeviç Solovyanenko, (1932-1999) – 

Ukrayna müğənnisi, SSRİ Xalq artisti. 1965-ci ildə Ukrayna 

Opera və Balet Teatrının solisti olmuşdur. Lenin mükafatı 

laureatı. C.21- 111. 



64.

 

Andrey Karaulov (d.1958) - tanınmış rus teleaparıcı 

və TVC kanalında maraqlı publisist proqramlar olan “Moment 

istinı”, “Russkiy vek”-in müəllifidir. Həmçinin bir çox siyasi 

kitabların müəllifıdir. C.28- 222-242, 353. 



65.

 

Andrian Nikolayev (d.1929) - təyyarəçi kosmonavt, 

iki dəfə Sovet İttifaqı  Qəhrəmanı, aviasiya general-mayoru. 

1962-ci il avqustun 11-15-də “Vostok-3” gəmisi ilə kosmosda 

uçuşda olmuş, Yer ətrafına 64 dövrə vurmuşdur. Sonralar da 

bir neçə dəfə kosmosa uçmuşdur. C.28- 185.  

66.

 

Andropov Yuri Vladimiroviç (1914-1984) - partiya və 

dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı. 1967-ci ildən SSRİ 

Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, 1982-1984-cü illərdə 

Sov.  İKP MK-nın Baş katibi olmuşdur. C.10- 210, 340, 342; 



C.17- 110, 352; C.19- 356; C.24- 70; C.27- 169. 


___________________________________________________ 

 

16



67.

 

Ankara şəhəri - Türkiyənin paytaxtı. Kiçik Asiyanın ən 

qədim şəhərlərindəndir. 7 əsrdə Frigiya padşahı Midas tərəfindən 

salınmışdır. 14 əsrin 1-ci yarısından Osmanlı imperiyasında paşa-

lıq, sancaq və vilayət mərkəzi olmuşdur. 1923-cü ildən Türkiyə 

Respublikasının paytaxtıdır. C.10- 21. 

68.

 

Anqola, Anqola Respublikası - Cənub-Qərbi Afrika-

da dövlət. Sahəsi 1246,7 min km

2

, əhalisi 11,9 milyon nəfərdir. 



Paytaxtı Luanda şəhəridir. Dövlətin və hökumətin başçısı 

Prezidentdir. Qanunverici orqanı Milli Məclisdir.  C.20- 298, 

299. 

69.

 

“ANS” televiziyası  - Azərbaycanda fəaliyyət göstə-

rən müsətəqil televiziya kanallarından biri. 1991-ci ildən fə-

aliyyət göstərir.  C.10- 169; C.14- 45, 241;  С.16- 278; C.18

414; C.19- 52-59, 74; C.24- 320; C.27- 213. 



70.

 

Antalya - Türkiyənin cənubunda Aralıq dənizi sahi-

lində kurort şəhəri və liman. Əhalisi 497 min nəfərdir.  C.20

225, 241, 265-314, 335, 338, 339, 340, 356, 357, 358. 

71.

 

Antarktida -  cənub yarımkürəsində materik. Atlan-

tik, Hind və Sakit okeanların cənub hissələri ilə  əhatə olunur. 

Sahəsi 13975 min km

2

. Bunun 1582 min km



2

 adalar və  şelf 

buzlaqlarıdır. Materik dayazlığı ilə birlikdə Antarktidanın sahə-

si 16355 min km

2

-dir. Antarktida Yerin ən yüksək materikidir. 



C.25- 81. 

72.

 

Antisemitizm  - yəhudilərə qarşı milli və dini ayrı 

seçgiliyin ifrat formalarından biri. C.23- 132. 



73.

 

Apatit - mineral. Sinqoniyası heksoqonaldır. Kristal-

ları prizmatik və iynəvari, nadir hallarda sütunvaridir. Qatışıq-

lardan (dəmir, manqan, hematit) asılı olaraq yaşıl, qonur, boz 

və bənövşəyi rəngdə olur. Şüşə parıltılıdır. Fosfor və qiymətli 

gübrələr istehsalında, qara və əlvan metallurgiya, keramika və 

şüşə  sənayesində  işlədilır.  Ən böyük yataqları Kola yarımda-

sında (məşhur Xibin yatağı), İsveçdə, Mərkəzi və Şərqi Afrika-

dadır. C.27- 40. 



74.

 

Araqon Lui (1897-1982) - fransız yazıçısı, sürrealiz-

min banilərindən biri. 30-cu illərdə sosializm prinsiplərini fəal 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə