Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə39/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   35   36   37   38   39   40   41   42   ...   157

___________________________________________________ 

 

116



tərənnümü şeirlərinin əsas mövzusudur. C.15- 229, 387; C.25- 

314. 


545.

 

Hökumə Qurbanova, Hökumə Abbasəli qızı Qur-

banova (1913-1988)- aktrisa. SSRİ Xalq artisti, M.F.Axundov ad. 

Respublika mükafatı laureatı. C.10- 55, 56; C.17- 190; C.25- 

313. 


546.

 

Höte, İohann Volfranq (1749-1832) - böyük alman 

şairi, mütəfəkkir və təbiətşünas. Almaniyada Maarifçilik dövrü 

ədəbiyyatının  ən böyük numayəndələrindən, yeni dövr alman 

ədəbiyyatının banilərindəndir. Höte yaradıcılığının  şah  əsəri 

olan “Faust” faciəsində Avropada Maarifçilik ideyalarının inki-

şafına yekun vurulmuşdur. C.13- 173. 



547.

 

Humanite  - Fransada siyasi, ictimai qəzet. Fransa 

Kommunist Partiyasının orqanı. 1904-cü ildən nəşr olunur. 



C.17- 47. 

548.

 

Hüseyn Abbaszadə, Hüseyn Abbas oğlu Abbas-

zadə (1922-2007) - Azərbaycanın Xalq yazıçısı. Azərbaycan 

Yazıçılar Birliyinin katibi. Azərbaycan Dövlət mükafatı laure-

atıdır.Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 

olunmuşdur. C.13- 70, 225; C.23- 63-108. 

549.

 

Hüseyn Arif, Hüseyn Camal oğlu Hüseynzadə 

(1924-1992) - Azərbaycanın Xalq şairi. Gözəl lirik şeirlər yaz-

mışdır. Azərbaycan Dövlət mükafatı laureatı. C.13- 70. 

550.

 

Hüseyn Bin Talal (1935-1999) - 1952-1999-cu il-

lərdə İordaniya Kralı. C.24- 365-366; C.28- 48. 



551.

 

Hüseyn Cavid, Hüseyn Abdulla oğlu Rasizadə 

(1882-1941) - şair, dramaturq. XX əsr Azərbaycan mütərəqqi 

romantizminin banilərindən biri. O, lirik şeirlərin, lirik-epik 

poemaların, Azərbaycan  ədəbiyyatında ilk mənzum faciə  və 

dram  əsərlərinin müəllifidir. Azərbaycan xalqının  ən dəyərli 

milli ziyalı nümayəndəlrini məhv edən sovet totalitar rejiminin 

repressiya qurbanlarındandır.  C.10- 127, 360, 361; C.13-  31, 

74, 83, 109, 125, 174; C.17- 189; C.21- 176, 177, 178, 179; 



C.22- 197, 262, 263, 274; C.24- 121; C.26- 89. 


___________________________________________________ 

 

117



552.

 

Hüseyn  Ərəblinski, Hüseyn Məmməd oğlu  Ərəb-

linski (1881-1919) - Azərbaycan aktyoru və rejissoru, 

Azərbaycan professional teatr sənətinin banilərindən biri. Onun 

yaradıcılığında milli teatr ənənələri ilə müasir teatr mədəniy-

yəti üzvü surətdə birləşmişdi. 1910-cu ildə Azərbaycan teatrın-

da yaratdığı Otello obrazı  Ərəblinski yaradıcılığının zirvəsi 

sayılır. C.17- 189. 

553.

 

Hüseyn xan Kəlbəlı  xan oğlu Naxçıvanski (1863-

1919) - hərbi xadim. Kəlbəlı xan Naxçıvanskinin oğlu, Ehsan 

xan Kəngərlinin nəvəsidir. Qafqazda və Rusiyanın müxtəlif 

şəhərlərində  hərbi xidmətdə olan Hüseyn xan Kəlbəlıya pol-

kovnik rütbəsi verilmişdir. Birinci Dünya müharibəsi cəbhəsin-

də qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı 

ildə Hüseyn xana tam süvari qoşunu generalı rütbəsi verilmiş-

dir. “Müqəddəs Georgi” ordeninin dörd dərəcəsi ilə, ikinci 

dərəcəli “Müqəddəs Aleksandr”, “Müqəddəs Vladimir” və bir 

çox başqa ölkələrin yüksək dərəcəli ordenləri ilə  təltif olun-

muşdur. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monas-

tırının qəbiristanlığındadır. С.16- 83. 



554.

 

Hüseyn Rəsulbəyov, Hüseyn Cümşüd oğlu Rəsul-

bəyov (1917-1984) - hərbi xadim, artilleriya general-leytenantı. 

Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Şevastopol və 

Şimali Qafqazın müdafiəsində  iştirak etmişdir. Müharibədən 

sonra Bakı Hava Hücumundan Müdafiə dairəsi qoşunlarında 

məsul hərbi vəzifələrdə xidmətdə olmuşdur. Azərbaycan Ali 

Sovetinin deputatı olmuşdur.С.16- 89. 

555.

 

Hüseyn Seyidzadə, Hüseyn Əli Oğlu Seyidzadə 

(1910-1979) - Azərbaycan kinorejissoru. Yaradıcılığa teatr 

aktyoru kimi başlamışdır. “O olmasın, bu olsun”, “Yenilməz 

batalyon”, “Dəli Kür”, “Qaynana” bədii filmləri Seyidzadənin 

ən yaxşı rejissor işlərindəndir. C.18- 326. 

556.

 

Hüseynağa Hacıbababəyov, Hüseynağa Soltan 

oğlu  Hacıbababəyov (1898-1972) - Azərbaycan müğənnisi. 

Azərbaycan Respublikasının Xalq artisti. 1916-1920-ci illərdə 

Azərbaycan müsiqi truppasında çıxış edən Hacıbababəyov, 




___________________________________________________ 

 

118



əsasən qadın partiyalarının ifaçısı olmuşdur (Leyli, Əsli, Gül-

çöhrə, Çimnaz). Hacıbabəyov 1920-1960-cı illərdə Azərbaycan 

Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. O, nadir 

tembrli gözəl səsə, virtuoz vokal texnikasına malik sənətkar idi. 



C.17- 191. 

557.

 

Hüseynbala  Əliyev, Hüseynbala Əli oğlu  Əliyev 

(1918-1941) - Böyük Vətən müharibəsi qəhrəmanı, qırıcı-təy-

yarəçi leytenant. Yeysk Hərbi Dəniz Təyyarəçilik məktəbini 

bitirmişdir. Müharibə başlayarkən Baltik Donanmasının hərbi 

hava qüvvələrində xidmət etmişdir. O döyüş uçuşu zamanı düş-

mənin 3 təyyarəsi ilə döyüşə girmiş, ölümcül yaralanmasına 

baxmayaraq 2 təyyarəni vurmuşdur. С.16- 86. 

558.

 

Hüseynqulu Sarabski, Hüseynqulu Məlik oğ1u 

Rzayev (1879-1945) - Azərbaycan müğənnisi, aktyor, rejissor, 

pedaqoq, teatr xadimi. Azərbaycan professional müsiqili teatrı-

nın banilərindən biri, Azərbaycanın Xalq artisti.  

Azərbaycan operasının yaranması  və inkişafında Sarabski-

nin böyük xidməti var. Üzeyir Hacıbəyovun “Leyli və  Məc-

nun” operasında Məcnun partiyasının  ən gözəl ifaçısı olmuş-

dur. C.17- 189. 



559.

 

Hüsni Mübarək, Seyid Məhəmməd Hüsni Müba-

rək (d.1928) - Misir Ərəb Respublikasının görkəmli siyasi və 

dövlət xadimi. 1975-1981-ci illərdə Misir Ərəb Respublikası-

nın vitse-prezidenti, 1981-ci ilin oktyabrından Prezidentidir. 



C.13- 316, 317; C.21- 60; C.22- 75; C.23- 21. 

560.

 

Hyüston  - ABŞ-ın cənubunda şəhər və port. Texas 

ştatındadır. Əhalisi təqribən 2 milyon nəfərdir. Demək olar ki, 

dünyanın bütün ölkələri ilə biznes və ticarət əlaqələri saxlayır. 

Hyüston ABŞ-ın neft biznesinin mərkəzidir. C.10- 39; C.11- 5, 

13, 247, 249, 274, 275, 253, 264, 278, 319; C.12-  124; C.17

123, 125, 128; C.18- 301, 302; C.20- 224; C.22- 46, 427. 



561.

 

Hyüston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiya-

sı - 1972-ci ildə Bakı və Hyüston şəhərlərinin əhalisinin bir-biri 

ilə dostluq və  hərtərəfli  əməkdaşlıq, sülh, tərksilah, həmçinin, 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə