Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə40/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   36   37   38   39   40   41   42   43   ...   157

___________________________________________________ 

 

119



onların  əlaqələrini daha da genişləndirmək məqsədilə yaradıl-

mışdır. C.11- 292, 296. 



562.

 

Hyüston qan mərkəzi - Amerikada, eyni zamanda, 

dünyada ən məşhur tibb ocaqlarından biri. Mərkəzdə toplanan 

qan dünyanın 21 ölkəsinə, 161 tibb müəssisəsinə göndərilir. 

Mərkəzin 13 bölməsində 600 peşəkar işçi çalışır. C.11- 306. 



563.

 

Hyüston tibb mərkəzi  - kardioloji xəstəliklərin 

müalicə  mərkəzi. Dünyada ürəkköçürmə  əməliyyatı ilk dəfə 

burada həyata keçirilmişdir (1966-cı ildə). Tibb mərkəzi son 50 

ildə böyüyərək balaca bir korpusdan tibb şəhərciyinə çevrilmiş-

dir. Mərkəzdə 60 min işçi çalışır. Müalicə ilə yanaşı böyük 

elmi-tədqiqat işləri də aparılır. Mərkəzin tərkibində  fəaliyyət 

göstərən 2 tibb universitetində ildə 500-dən çox mütəxəssis 

hazırlanır. Mərkəzdə 4 min çarpayılıq bir neçə  xəstəxana var. 



C.11- 308. 

564.

 

Xaqani  Şirvani,  Əfzələddin  İbrahim  İbn  Əli Nəc-

car Şirvani (1126-1199) - Azərbaycan şairi, mütəfəkkir. Xaqani 

Azərbaycan ədəbiyyatının ən görkəmli simalarındandır. Xaqani 

Şirvaninin ədəbi irsi olduqca zəngindir. Onun epik poeziyanın 

ilk görkəmli nümunələrindən “Töhfət ül-İraqeyn” adlı  məsnə-

visi, “Mədain xərabələri” adlı məşhur fəlsəfi qəsidəsi, saf eşqi, 

məhəbbəti tərənnüm edən qəzəlləri, “Həbsiyyə” adlandırılan 

qəsidələri və  mərsiyələri klassik Şərq  ədəbiyyatında  ən kamil 

əsərlərdir. C.13- 98, 107; C.14- 5; C.15- 184; C.25- 84.  

565.

 

“Xalq” qəzeti  - Azərbaycan Respublikasında gün-

dəlik siyasi, ictimai qəzet. 1919-cu ildən “Kommunist” adı ilə 

nəşr edilmişdir. 1991-ci ildən isə “Xalq” qəzeti adlanır. Qəzetin 

təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və 

qəzetin redaksiya heyətidir. С.16- 198; C.23- 102; C.27- 213. 

566.

 

Xan – bax: Xan Şuşinski. 

567.

 

Xan  Şuşinski,  İsfəndiyar Aslan oğlu Cavanşirov 

(1901-1979) - Azərbaycan xanəndəsi. Azərbaycan Respublika-

sının Xalq artisti. Xan Şuşinski müstəsna istedadı, geniş diapo-

zonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayə-

sində dinləyicilərin böyük rəğbətini qazanmışdı. Azərbaycan 



___________________________________________________ 

 

120



klassik xanəndələri  ənənələrinin layiqli davamçılarından biri 

olan X.Şuşinski oxuduğu muğamlarda gəzişmə  və  zəngulələr-

dən məharətlə istifadə etmişdir. X.Şuşinski Azərbaycan xanən-

dəlik sənəti tarixində özünəməxsus məktəb yaratmışdır.  C.15

83. 

568.

 

Xanımana  Əlibəyli,  Xanımana Sabir qızı  Əlibəyli 

(1923-2007) - Azərbaycan yazıçısı. Adətən, uşaqlar üçün yaz-

mışdır. Əlibəylinin yazdığı şeir və poemalarında yüksək mənə-

vi keyfiyyətlər tərənnüm olunur. C.25- 314. 



569.

 

Xankəndi  - Azərbaycan Respublikasında  şəhər. 

Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi. 1990-ci ildən 

erməni separatçıları tərəfindən işğal edilmişdir. C.24- 9; C.27

221. 


570.

 

Xanlar Hacıyev,  Xanlar  İrşad Faiq oğlu Hacıyev 

(d.1966) - hüquqşünas. 1993-1998-ci illərdə Ali Məhkəmənin 

sədri, 1998-ildə Azərbaycan Respublikası Konstitusiya Məhkə-

məsinin sədri olmuşdur. Hazırda Avropa Məhkəməsinin üzvü-

dür. C.25- 348; C.28- 358, 

571.

 

Xanlar Vəliyev,  Xanlar Rüstəm oğlu Vəliyev 

(d.1955) - hüquqşünas, III dərəcəli Dövlət  Ədliyyə müşaviri. 

1989-1993-cü illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 

1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokuroru-

nun müavini olmuşdur. C.26- 406-431. 

572.

 

Xatəmi, Məhəmməd Xatəmi (d.1943) - İranın siyasi 

ictimai və dövlət xadimi. 1989-1992-ci illərdə İranın Mədəniy-

yət və İslam Orijentasiyası naziri olmuşdur. 1997-2005-ci illər-

də İran İslam Respublikasının Prezidenti olmuşdur. C.13-328-

330, 338, 343, 344, 379, 386, 388; C.14- 235, 236; C.17- 324; 

C.19- 141; C.20- 122, 123, 292, 293, 294, 295-296; C.21- 115, 

117, 118, 122, 126, 129, 130, 168, 169, 170; C.22- 170, 171; 



C.24- 345; C.25- 28, 60; C.28- 91, 100-101. 

573.

 

Xavyer Solana (d.1942) - siyasi xadim, 1995-1999-

cu illərdə NATO-nun Baş katibi, 1999-cu ilin iyulundan Avro-

pa  İttifaqı  Şurasının Xarici Siyasət və  Təhlükəsizlik üzrə Baş 



___________________________________________________ 

 

121



katibidir. C.10- 367; C.11- 19, 20, 184; C.17- 409-422; C.22

342; C.27- 28.  



574.

 

Xeyransabəyim,  Xeyran Nisəbəyim (?-1579) - 

Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamış 

qadın. Səfəvi hökmdarı  Məhəmməd Xudavəndənin (1578-

1587) arvadı, I Şah Abbasın anası. C.25- 312. 



575.

 

Xeyrəddin Qoca, Xeyrəddin Sayəddin oğlu Qoca-

yev (d.1950) - Azərbaycan jurnalisti. 1995-2000-ci illərdə Milli 

Məclisin deputatı, 1997-2002-ci illərdə isə Türkiyə Respubli-

kasının  İstanbul  şəhərində Azərbaycan Respublikasının Baş 

konsulu olmuşdur. C.13- 68. 

576.

 

Xədicəxanım Qazıyeva,  Xədicə Bahəddin qızı 

Qazıyeva (1909-1991) - aktrisa. Azərbaycan Respublikasının 

Əməkdar artisti. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 

fəaliyyət göstərmişdir. C.17- 143. 



577.

 

Xələf Xələfov,  Xələf Alı  oğlu Xələfov (d.1959) - 

diplomat. Moskvada ikiillik Ali Diplomatiya Akademiyasını 

bitirmişdir. 1997-ci ildən Azərbaycan Respublikası Xarici İşlər 

nazirinin müavinidir. C.15- 30. 



578.

 

Xəlil Paşa,  Xəlil Kut (1881-1957) - Türkiyə  hərbi 

xadimi, general. Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, 

sonralar isə  Şərq Ordular qrupunun komandanı olmuşdur. 

Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və 

təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk mil-

liyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliy-

yət göstərmişdir. C.26- 190. 

579.

 

Xəlil Rza Ulusoy, Xəlilov Xəlil Rza oğlu (1932-1994) 

- Azərbaycanın Xalq şairi, Azərbaycanda müstəqillik hərəkatının 

görkəmli öndərlərindən biri. C.10- 342; C.13- 70, 103, 121, 125, 

128, 271; C.19- 128. 



580.

 

Xəlilüllah II (?-1535) - Şirvanşah (1524-1535), 

Dərbəndilər sülaləsindən idi. Səfəvilərdən asılı vəziyyətə düşən 

II Xəlilüllah I Şah İsmayılın qızı Pərixan xanımla evlənmişdi. 

C.25- 311. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə