Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə42/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   38   39   40   41   42   43   44   45   ...   157

___________________________________________________ 

 

125



602.

 

İcmalar palatası  - Böyük Britaniyada parlamentin 

aşağı palatası. İcmalar palatası ümumi, bərabər və birbaşa seçki 

yolu ilə 5 il müddətinə seçilir. İcmalar palatası hökumətin 

fəaliyyətinə nəzarət edir, ona etimad göstərir, qanun layihələri-

ni müzakirə və qəbul edir. C.19- 178; C.27- 122. 

603.

 

İçərişəhər - Bakının qala divarları ilə əhatə olunan 

qədim hissəsi.  Ərazisi 22 hektardır.  İçərişəhər  ərazisində iki 

mədəni təbəqə müəyyənləşdirilmişdir. XIV-XVII əsrləri  əhatə 

edən üst təbəqədən düzbucaqlı  və dördkünc yaşayış evlərinin 

qalıqları, VIII-XIII əsrlərə aid alt təbəqədən düzbucaqlı formalı 

kiçik otaqların qalıqları, quyular və s. aşkar edilmişdir.  İçəri-

şəhər orta əsrlərdə Bakının əsas mərkəzinə çevrilmiş, XII əsrdə 

burada ilk qala divarları çəkilmişdir. Bu divarlar 25-30 m dəni-

zin içərisinə uzanaraq İçərişəhərin qarşısında qapalı liman 

əmələ gətirmişdi. İçərişəhərin üç əsas Şamaxı, Salyan və dəniz 

sahilinə açılan darvazası olmuşdur.  İçərişəhərdəki Sınıqqala 

(1078), Qız qalası  və s. abidələr  İçərişəhərin  əvvəllər dənizə 

yaxın sahədə inkişaf etdiyini göstərir. XV əsrdə  Şirvanşahlar 

sarayı tikilmişdir. XVII əsrdə İçərişəhərdə çoxlu karvansara və 

ticarət binası inşa edilmişdi, XVIII əsrdə isə Xan sarayı tikil-

miş, yeni su kəmərləri çəkilmişdi. XIX əsrdə və XX əsrin əv-

vəllərində  İçərişəhərin plan quruluşu dəyişdirilmədən köhnə 

binaların yerində əsaslı daş binalar tikilmişdir. Bu zaman qala 

divarlarının ikinci sırası sökülmüş və yalnız Şamaxı darvazası-

nın yanında 2-ci darvaza tikilmişdir (1888), Beləliklə, qoşa dar-

vaza əmələ gəlmişdir. 1977-ci ildə İçərişəhər Azərbaycan me-

marlığı tarixi qoruğuna çevrilmişdir. C.15- 79-94, 133, 168; 



C.19- 436, 443. 

604.

 

İhsan Doğramacı (1915-2010) - türkdilli ölkələrin 

Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, elmlər 

doktoru, professor. 1963-1965-ci illərdə Ankarada Uşaq Sağ-

lamlığı  İnstitutunun direktoru, 1968-1973-cü illərdə Pediator-

ların Tibb Assosiyasının prezidenti, 1977-1993-cü illərdə insti-

tutun icraçı direktoru, 1992-ci ildən isə  fəxri prezidentidir. 

1959-cu ildən YUNİSEF-in İcraiyyə Komitəsinin üzvüdür. İki 



___________________________________________________ 

 

126



dəfə Bilkənd Universitetinin sədri və rektoru olmuş, 1975-ci 

ildən isə universitetin fəxri rektorudur. C.12- 156, 158, 163, 

164-165, 166, 170; C.15- 310-317; C.19- 26; C.20- 185-186, 

187; C.21- 250; C.23- 249-250; C.26- 376-399, 400, 437-440; 



C.28- 318. 

605.

 

II Abdıılla, Abdulla bin Hüseyn (d.1962) - 1999-cu 

ildən  İordaniyanın kralıdır. II Abdulla kvalifikasiyalı dalğıc, 

paraşütüst və pilotdur. C.27- 259; C.28- 47, 51. 

606.

 

İkinci Dünya müharibəsi (1939-1945) - Almaniya, 

İtaliya və Yaponiya tərəfindən başlanmış böyük müharibə. 

İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniya-

nın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Brita-

niya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin 

ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, 

Niderland, Lüksemburq, sonra isə Fransanı  işğal etdi. 1940-cı 

il iyunun 10-da İtaliya Almaniyaya qoşuldu. 

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə 

elan etdi. Bununla da Böyük Vətən müharibəsi başlandı. 

1942-1943-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk 

vuruşmalarında qələbəsi Almaniyanı  qəti surətdə sarsıtdı. 

1944-cü il iyunun 6-da Avropada 2-ci cəbhə açıldı. Bunun da 

nəticəsində Fransa daxil olmaqla Mərkəzi və  Cənub-Şərqi 

Avropa azad olundu. 

1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldı. Mayın 8-də 

Karlsxorsda (Berlin yaxınlığında) Almaniyanın danışıqsız 

təslim olması haqqında akt imzalandı. 

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-

də imzalandı. Bununla İkinci Dünya müharibəsi qurtardı. İkinci 

Dünya müharibəsində 72 ölkə iştirak etmişdir. Müharibədə işti-

rak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırıl-

mışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə 

şəhər, qəsəbə və kənd dağılmışdı. C.15- 6, 198, 207, 218, 271-

274, 327, 354, 396; С.16- 86, 87, 96, 360, 376; C.17- 139, 165; 

C.19- 14, 66, 411, 430, 431, 455; C.20- 62, 157, 413; C.21

231, 411; C.22- 7, 108, 109, 198, 364, 382; C.23- 167, 308, 




___________________________________________________ 

 

127



320; C.24- 70, 218, 410; C.25-  85, 301, 305, 306, 382; C.26- 

229, 324; C.27- 43, 60, 99-111, 114; C.28- 6, 17, 180, 296, 

301, 324.

 

607.



 

İqtisadi Əməkdaşhq Təşkilatı - bax: EKO. 

608.

 

İlham Əliyev, İlham Heydər oğlu Əliyev (d.1961) - 

görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat. 2003-cü il-

dən Azərbaycan Respublikasının Prezidenti. Prezident Heydər 

Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan Respublikası Döv-

lət Neft Şirkətüıin vitse-prezidenti, 1997-ci ildən həmin şirkətin 

birinci vitse-prezidenti olmuşdur. Azərbaycan Respublikasının 

neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri 

vardır. 


İlham  Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya 

Komitəsinin (AMOK) prezidentidir. Azərbaycan idmançıları-

nın mötəbər beynəlxalq yarışlarda uğurlar  əldə etməsində 

AMOK-un prezidenti kimi böyük xidməti var. 2003-cü ildə 

Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 

Siyasi və dövlət xadimi kimi İlham Əliyev beynəlxalq aləm-

də böyük hörmət və nüfuz qazanmış, bir neçə ölkənin ordenləri 

ilə  təltif olunmuşdur. Ölkədə demokratik islahatlar aparılma-

sında, hüquqi dövlət quruculuğunda, Azərbaycan Respublika-

sının dövlət müstəqilliyinin möhkəmlənməsində  uğurlu xid-

mətlər göstərən  İlham  Əliyev Yeni Azərbaycan Partiyasının I 

qurultayında partiya sədrinin müavini, II qurultayında (2001) 

sədrin birinci müavini vəzifəsinə seçilmişdir. 2005-ci ilin 

martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci 

ildən Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) 

deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbay-

can Parlamenti daimi nümayəndə heyətinin başçısı olmuşdur. 

Azərbaycan haqqında, xüsusilə Ermənistanın ölkəmizə  hərbi 

təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında həqi-

qətlərin  ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya 

ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri var. “Hey-

dər  Əliyev” ordeni ilə  təltif olunmuşdur.  C.10-  251;  C.11-  8, 

406;  C.15- 321; C.18- 116, 412; C.19- 53, 55, 58, 80, 86; 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə