___________________________________________________
134
dur”. Rəvayətə görə İsa Roma imperatoru Avqustin dövründə
Fələstinin Vileyem şəhərində doğulmuş İudeya, Qalleya,
Samirə və s. yerlərdə yeni dini təbliğ etmiş, çarmıxa çəkilmiş,
sonra dirilərək qeyb olmuşdur. İsaya etiqad xristianlığın əsas
ehkamlarındandır. C.23- 125.
636.
İsa Həbibbəyli, İsа Əkbər oğlu Həbibbəyli (d.
l949) - ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor,
Azərbaycan MEA-nın müxbir üzvü. Naxçıvan Dövlət Univer-
sitetinin rektorudur. Naxçıvan MR Ali Məclisinin (1-2 çağırış)
deputatı olmuşdur. C.22- 186.
637.
İsa Hüseynov, İsa Mustafa oğlu Hüseynov (d.
1928) - Azərbaycanın Xalq yazıçısı. Onlarla povest və roman-
lar müəllifidir. “Məhşər” tarixi romanı böyük Azərbaycan şairi
İ.Nəsimiyə həsr olunmuşdur. Azərbaycan Respublikasının
“Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.13- 70; С.16- 38-39;
C.17- 155; C.18- 381; C.19- 129.
638.
İsa peyğəmbərin mövlud günü-Milad bayramı -
İsa peyğəmbərin anadan olması şərəfinə keçirilən xristian bay-
ramı. Dekabrın 25-də qeyd edilir. Milad bayramının ilkin mən-
bəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) xilaskar
allahın “doğulması” ilə əlaqədar keçirilən qədim bütpərəst
mərasim bayramı olmuşdur. Milad bayramını ilk dəfə Roma
xristian icmaları keçirmişdir. Milad bayramı 431-ci ildə Efes
kilsə yığıncağında qanuniləşdirilmişdir. C.19- 160, 162.
639.
İsa Qəmbər, İsa Yunis oğlu Qəmbər (d.1957) -
1990-1995-ci illlərdə parlamentin deputatı, 1992-1993-cü illər-
də parlamentin sədri olub. 1992-ci ildən Müsavat partiyasının
başqanıdır. C.17- 67-70, 82; C.22- 281; C.23- 85, 188.
640.
İsa Nəcəfov, İsa Əli oğlu Nəcəfov (d.1952) - hü-
quqşünas. 1990-1993-cü illərdə bir sıra məsul vəzifələrdə işlə-
mişdir. 1993-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının
prokuroru vəzifəsində çalışmışdır. 1995-2000-ci illərdə Azər-
baycan Respublikası Baş prokurorunun birinci müavini olmuş-
dur. C.26- 406-431.
___________________________________________________
135
641.
İsfəndiyar Vahabzada, İsfəndiyar Bəxtiyar oğlu
Vahabzada (d.1954) - filologiya elmləri doktoru, professor,
diplomat. 1994-cü ildən bir çox məsul dövlət vəzifələrində
çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Moldovada
Səlahiyyətli və Fövqəladə səfiridır. C.24- 374.
642.
İsi Məlikzadə, İsi Abbas oğlu Məlikzadə (1934-
1995) - Azərbaycan yazıçısı. C.13- 70, 73.
643.
İslam İnkişaf Bankı (İİB) - Beynəlxalq maliyyə
institutu. İİB-nin əsası 1973-cü ilin dekabrında Ciddədə keçiri-
lən müsəlman ölkələri maliyyə nazirlərinin konfransında qəbul
olunmuş bəyannaməyə əsasən qoyulmuşdur. Bank islam, şəriət
qaydalarına riayət edən ölkələrə maliyyə yardımı göstərir.
Bankın 55 üzvü var. Azərbaycan Respublikası İslam İnkişaf
Bankının 1991-ci ildən üzvüdür. C.13- 321; C.17- 275; C.28-
92.
644.
İslam Kərimov, İslam Abduqəni oğlu Kərimov (d.
1938) - Özbəkistanın siyasi və dövlət xadimi. 1989-1990-cı il-
lərdə Özbəkistan KP MK-nın birinci katibi olmuşdur. 1990-cı
ildən Özbəkistan Respublikasının Prezidentidir. C.13- 309-
386; С.16- 19, 23, 33-34; C.17- 94-95, 104, 105; C.18- 121,
125, 127, 397; C.19- 69, 78, 155, 156, 183, 241, 246, 347;
C.20- 34, 81, 129; C.21- 222, 262, 263, 264, 410 ; C.22- 121;
C.24- 189, 281-297; C.26- 169, 174; C.28- 82-90.
645.
İslam Konfransı Təşkilatı (İKT) - 1969-cu ildə
yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu və Fələstin Azad-
lıq Təşkilatını birləşdirir. Nizamnaməsinə görə İslam Konfransı
Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəm-
lənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığa yönəldilmişdir.
İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistanı). Azərbaycan
1991-ci ildən İKT-nın üzvüdür. C.14- 9, 222, 224, 235; C.15-
405; C.19- 141; C.20- 190, 293, 295, 327; C.21- 60, 62, 115,
122, 124, 166, 170; C.23- 102; C.27- 46, 193, 194, 195, 196.
646.
İsmayıl Cəm (1940-2007) - Türkiyənin siyasi və
ictimai xadimi, 1997-2003-cü illərdə Türkiyə Respublikasının
Xarici İşlər Naziri vəzifəsində işləmişdir. Türkiyə-Yunanıstan
___________________________________________________
136
münasibətlərinin yaxşılaşmasında mühüm rolu olmuşdur.
C.20- 97; C.24- 186, 329, 362; C.25- 159, 164; C.27- 399-409.
647.
İsmayıl Dağıstanlı, İsmayıl Yusif oğlu Hacıyev
(1907-1980) - Azərbaycan aktyoru. SSRİ Xalq artisti, Azərbay-
can və SSRİ Dövlət mükafatları laureatı. 1938-ci ildən Azər-
baycan Milli Dram Teatrının aktyoru olmuşdur. Çoxcəhətli ak-
tyor olan Dağıstanlı müxtəlif xarakterli obrazlar qalereyası
yaratmışdır. Dağıstanlı həm də kino aktyoru olmuşdur. C.10-
56; C.17- 190.
648.
İsmayıl Hidayətzadə, İsmayıl Hüseyn oğlu Hida-
yətzadə (1901-1951) - Azərbaycan aktyoru, rejissor və teatr
xadimi. Azərbaycanın Xalq artisti. Hidayətzadə istedadlı aktyor
olmaqla yanaşı, həmçinin görkəmli rejissor idi. O, 1937-ci il-
dən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının baş rejissoru vəzifəsində çalışmışdır.
C.13- 303; C.17- 190.
649.
“İsmayıl xan” hamamı - XVIII əsrə aid Azərbay-
can memarlıq abidəsi. Naxçıvan şəhərində, Azadlıq prospektin-
də yerləşir. Şərq hamamları üslubunda tikilmişdir. C.22- 273.
650.
İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski (1819-
1918) - hərbi xadim. General-leytenant. Uzun müddət Qafqaz
əlahiddə ordusunda xidmət etmişdir. 1877-1878-ci illər Rusiya-
Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə
süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür.
Birinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, üçüncü və
dördüncü dərəcəli “Müqəddəs Vladimir”, dördüncü dərəcəli
“Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdur. С.16- 83.
651.
İsmayıl Osmanlı, İsmayıl Osman oğlu Osmanlı
(1902-1978)- aktyor. SSRİ Xalq artisti. O, 1929-cu ildən ömrü-
nün axırınadək Azərbaycan Milli Dram Teatrının aktyoru
olmuşdur. Onun ifası təbiiliyi, psixoloji təsirliliyi, milli koloriti
ilə fərqlənmişdir. O, klassik və müasir müəlliflərin pyeslərində
parlaq obrazlar qalereyası yaratmışdır. Osmanlı kino aktyoru
kimi də məşhur idi. C.10- 56; C.17- 190.
Dostları ilə paylaş: |