Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə48/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   44   45   46   47   48   49   50   51   ...   157

___________________________________________________ 

 

143



690.

 

Kaspian-Amerika  Telekom (KATEL) - Azərbay-

can-Amerika birgə müəssisəsi. Azərbaycanda ilk simsiz telefon 

stansiyası. C.20- 7-9. 

691.

 

Katerpillar - İllinoys  ştatında  şirkət. 1925-ci ildə 

yaradılmışdır.  Şirkət inşaat və qazma qurğuları, təbii qaz 

motorları və sənaye qaz turbinlərı istehsal edir. Dizel motorları 

istehsalında dünyada birinci yeri tutur. C.11-328, 372. 



692.

 

“Kazım Qarabəkir Paşa”  məscidi  - Naxçıvan 

şəhərində ibadətgah və memarlıq abidəsi. 1918-1919-cu illərdə 

Naxçıvanın erməni təcavüzündən xilas edilməsində böyük 

şücaət və  mərdlik göstərmiş, 1921-ci il Qars müqaviləsini 

imzalamış, M.K.Atatürkün silahdaşı,  Şərq cəbhəsinin koman-

danı Kazım Qarabəkir Paşanın şərəfinə Türkiyə Diyanət İşləri 

Vaqfı tərəfindən inşa edilmişdir. C.22- 239-246, 291. 

693.

 

Kazım Ziya, Kazımzadə Kazım Səfər oğlu (1896-

1956) - Azərbaycan aktyoru, pedaqoq; Azərbaycan Respub-

likasının Xalq artisti. SSRİ Dövlət mükafatı laureatı. K.Ziyanın 

yaradıcılığının yetkin dövrü Azərbaycan Dövlət Dram Teatrı 

ilə bağlı olmuşdur. K.Ziya yüksək aktyorluq texnikasına, aydın 

diksiyalı məlahətli səsə malik sənətkar idi. K.Ziya milli səhnə 

dilini sistemə salmış ilk Azərbaycan teatr xadimidir. C.17- 190; 

C.26- 85. 

694.

 

Keldış Mstislav Vsevolodoviç (1911-1978) - riyaziy-

yatçı, mexanik. SSRİ EA akademiki, Azərbaycan EA fəxri akade-

miki. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət və Lenin 

mükafatları laureatı. 1961-1975-ci illərdə SSRI EA-nın prezidenti 

olmuşdur. C.10- 264. 

695.

 

Kəbə - müsəlmanların Məkkədə müqəddəs məbədi. 

“Qaradaş” Kəbədədir. Kəbə  hələ  qədimdən Hicazın bütpərəst 

tayfalarının məbədi olmuşdur. Müsəlmanlar Məkkəni tutduq-

dan sonra (630) bütlər məhv edildi və  Kəbə müsəlmanların 

ziyarətgahına çevrildi. Kəbəni ziyarət edənlər “Hacı” adlanır. 

C.17- 402; C.19- 322, 323, 325; C.28- 179. 

696.

 

Kəlbalı xan Ehsan xan oğlu Naxçıvanski (?-1883) 

- hərbi xadim, general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan 




___________________________________________________ 

 

144



xan Kəngərlinin oğlu,  İsmayıl xan Naxçıvanskinin qardaşıdır. 

Krım müharibəsində (1853-1856) igidliklə vuruşmuş, 1855-ci 

ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunmuşdur. 

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində böyük şücaət 

göstərmiş, üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni, iki 

“Müqəddəs Georgi” ordeni ilə  təltif olunmuş, brilyantla bəzə-

dilmiş qılıncla mükafatlandırılmışdır. С.12-160; С.16- 83. 

697.

 

Kəlbəcər - Azərbaycan Respublikasında inzibati ra-

yon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km

2

, əhalisi 40 



003 min nəfərdir. 1992-ci ildə erməni silahlı qüvvələri tərə-

findən işğal edilmişdir. C.23- 101; C.28- 269, 329. 



698.

 

Kəmaləddin Heydərov,  Kəmaləddin Fəttah oğlu 

Heydərov (d.1961) - gömrük xidməti general-polkovniki. 

1995-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinin sədri, 2006-cı ildən Azərbaycan Respublikası 

Fövqəladə Hallar naziridir. C.18- 179; C.26- 239-265. 

699.

 

Kərbala  -  İraqda  şəhər. Müsəlmanların müqəddəs 

şəhəri.  Əsası VII əsrdə qoyulmuşdur. Məhəmməd  əleyhüs-

salamın nəvəsi imam Hüseynin qəbri Kərbəladadır. Böyük 

Azərbaycan  şairi Füzuli Kərbalada doğulmuş, orada yaşayıb-

yaratmış və orada dəfn edilmişdir. C.18- 374. 

700.

 

Kərim Kərimov,  Kərim Abbasəli oğlu Kərimov 

(1917-2003) - Azərbaycanın görkəmli hərbi xadimi general-

leytenant. 25 il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissi-

yasına başçılıq etmiş K.Kərimovun adı keçmiş SSRİ-də kos-

mosun öyrənilməsi, bir çox nadir elmi-texniki layihələrin 

həyata keçirilməsi ilə sıx bağlı olmuşdur. O, Azərbaycan Milli 

Elmlər Akademiyasının fəxri üzvü, Sosialist Əməyi Qəhrə-

manı, Lenin və SSRİ Dövlət mükafatları laureatı adlarına layiq 

görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə 

təltif edilmişdir. C.13- 176; C.18- 385. 



701.

 

Kərimov Tofiq Mirzə  oğlu (1937-1995) - general-

mayor. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər 

naziri olmuşdur. C.10- 365. 



___________________________________________________ 

 

145



702.

 

Kəşmir problemi - Asiyada tarixi vilayət. Qədimdə 

və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət 

birləşmələrinin tərkibində olmuşdur. 1846-cı ildə ingilislər 

Kəşmiri işğal edib 7,5 milyon rupi ödənclə Sammi knyazlığına 

vermişlər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindis-

tan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda 

Kəşmirin  şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın 

(1949) nəzarəti altındadır. 1956-cı ildə  Kəşmir “Hindistan İt-

tifaqının tərkib hissəsi” elan edildi. Hindistanla Pakistan arasın-

da bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ 

də öz həllini tapmamışdır. C.28- 78, 79, 80. 

703.

 

Kioto  - 792-794-cü illərdə salınmış bu şəhər XIX 

əsrin 70-ci illərinədək Yaponiyanın paytaxtı olmuşdur. Ölkənin 

mərkəzində yerləşən Kioto əhalisinin sayına görə Yaponiyada 

7-ci yeri tutur. Hazırda beynəlxalq turizm mərkəzi olan Kioto 

qədim memarlıq və boyakarlıq baxımından abidələr mərkəzi-

dir. C.14- 459-464. 



704.

 

Kinq Piter (d.1944) - 1973-1993-cü illərdə müxtə-

lif vəzifələrdə olmuş, 1992-ci ildə Nyu-York ştatından Konqre-

sin üzvü seçilmişdir. Respublikaçıdır. C.23- 236; C.28- 262. 

705.

 

Kipr problemi - 1974-cü ildə Yunanıstanda haki-

miyyətə gəlmiş hərbi xunta Kiprin yunan irticaçıları ilə birlikdə 

Kipri Yunanıstana birləşdirmək məqsədilə ölkədə hərbi çevriliş 

etdilər və Prezident Makariosu hakimiyyətdən uzaqlaşdırdılar. 

Bundan narahat olan Türkiyə Respublikası Kiprin türk icmasını 

müdafiə etmək məqsədilə oraya hərbi qüvvələr yeritdi və türk 

icması yaşayan ərazini yunan irticaçılarından təmizlədi. 1975-

ci ildə Türkiyə-Kipr administrasıyası bu ərazidə federativ türk 

dövləti - Kipr Respublikasını elan etdilər. 1983-cü ildə bu döv-

lətin qanunverici orqanı  Şimali Kipr Türk dövləti (ŞKTR)- 

Kıbris elan etdi. C.20- 35. 

706.

 

Kitabi-Dədə Qorqud - Azərbaycan xalq ədəbiy-

yatının ən qədim yazılı abidəsi. “Kitabi-Dədə Qorqud” dastan-

ının yaranmasından 1300 il keçir. Elm aləminə XIX əsrdən 

məlum olan bu qəhrəmanlıq dastanlarının hələlik XV-XVI əsr-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə