___________________________________________________
167
138, 141, 152, 161, 167, 191, 229, 295, 309, 364, 366; C.27-
113, 115; C.28- 57 ,396.
832.
Madrid - İspaniyanın paytaxtı. Ölkənin mühüm si-
yasi, iqtisadi və mədəniyyət mərkəzi. Şəhər kimi 932-ci ilə aid
xronikalarda adı çəkilən Madrid ərəblərə məxsus Məcirit qala-
sının ətrafında yaranmışdır. XIV-XV əsrlərdə Madrid Kastiliya
krallarının iqamətgahı olmuşdur. C.11- 7, 206.
833.
Madrid sammiti - 1997-ci il iyulun 8-10-da İspani-
yanın paytaxtı Madriddə NATO-nun və Avropa-Atlantika
Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət
başçılarının iclası keçirilmişdir. Sammitdə Azərbaycan Prezi-
denti Heydər Əliyev başda olmaqla Azərbaycan nümayəndə
heyəti iştirak etmişdir. Zirvə görüşünda Bill Klinton Azərbay-
can Prezidenti Heydər Əliyevə Ermənistan-Azərbaycan müna-
qişəsinin sülh yolu ilə həll olunması işində şəxsən ciddi məşğul
olacağını demişdir. C.10- 367, 368, 377, 413; C.11- 7, 206;
C.12- 24, 32, 58, 96.
834.
Mahaçqala (1857-1922-ci illərdə Petrovsk-Port) -
Dağıstanın paytaxtı, Xəzər dənizi sahilində liman. Əsası 1844-
cü ildə hərbi istehkam kimi qoyulmuşdur. 1922-ci ildə şəhər
Mahaç Dahadayevin şərəfinə Mahaçqala adlandırılmışdır.
C.15-324.
835.
Mahmud Esembayev, Mahmud Əlisultan oğlu
Esembayev (1924-2000) - çeçen balet artisti və rəqqas. SSRİ
Xalq artisti. Dünya rəqslərinin ən gözəl ifaçısı olmuşdur. Virtu-
ozluq, yüksək emosionallıq və plastiklik, rəqsin uslub və xarak-
terini dəqiq, qabarıq vermək məharəti Esembayevin ifaçılığı
üçün xarakterik olmuşdur. “Mən rəqs edəcəyəm” (“Azərbay-
canfilm”) bədii filmi Esembayevə həsr edilmişdir. C.21- 28-29.
836.
Mahmud Əbilov, Mahmud Əbdülrza oğ1u Əbilov
(1898-1972) - hərbi xadim, general-mayor. Böyük Vətən mü-
haribəsi zamanı Pribaltika, Polşa, Çexoslovakiya və Macarıs-
tanda gedən döyüşlərdə rəşadət göstərmişdir. Müharibədən
sonrakı illərdə diviziya komandirinin müavini, atıcı diviziya
___________________________________________________
168
komandiri olmuşdur. SSRİ Ali Sovetinin deputatı olmuşdur.
С.16- 86; C.28- 324.
837.
Mahmud İsmayılov, Mahmud Əliabbas oğlu
İsmayılov (1920-2002) - tarix elmləri doktoru, professor. Azər-
baycan MEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm
xadimi, Böyük Vətən müharibəsi iştirakçısı. 1954-cü ildən
ömrünün sonunadək Tarix institutunda elmi işlər üzrə direktor
müavini işləmişdir. Azərbaycanın sosial-iqtisadi tarixi istiqa-
mətində tədqiqat aparmışdır. C.19- 148.
838.
Mahmud Kaşqari, Mahmud ibn əl-Hüseyn ibn
Məhəmməd əl-Kaşqari (?-?) - XI əsr Orta Asiya alimi, filoloq
və folklorçu. Məşhur “Divani-luğat it-türk” (1072-1074) əsəri-
nin müəllifi. Əsərdə türk dillərinin fonetika və morfologiyası,
dialekt xüsusiyyətləri haqqında qiymətli məlumat verilmişdir.
8000-ə yaxın leksik vahidi əhatə edən “Divan”da 26 türk dilin-
dən nümunə verilsə də, əsas lüğət materialı 2 ədəbi dildən top-
lanmışdır. Birincisi müəllifin ana dili olan şərq türkcəsi (xaqa-
niyyə türkcəsi), ikincisi oğuz türkcəsi, bunu Azərbaycan ədəbi
dilinin yazıyaqədərki inkişaf mərhələsi hesab etmək mümkün-
dür. “Divan”ın sonuna əlavə edilmiş xəritə Mahmud Kaşqari
dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən
ilk xəritədir. C.26- 151, 312, 318.
839.
Mahmud Qəznəvi (969 və ya 970-1030) - Qəznə-
vilər dövlətinin hökmdarı (998-1030). Qəznəvilər sülaləsinin
görkəmli nümayəndəsi. M.Qəznəvinin hakimiyyəti dövründə
Qəznəvilər dövlətinin siyasi qüdrəti xüsusilə artmışdı.
M.Qəznəvi Qəznəvilər dövlətində elm və mədəniyyətin inkişa-
fına kömək etmişdir. C.26- 211.
840.
Mahmud Məmmədquliyev, Mahmud Əhməd oğlu
Məmmədquliyev (d.1949) - 1974-cü ildən Bakı və Moskva
şəhərlərində hüquq mühafizə orqanlarında işləmiş, 1993-cü il-
dən Azərbaycan Xarici İşlər nazirinin müavini, Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığın-
da Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. Hazırda Azər-
___________________________________________________
169
baycan Respublikası Xarici İşlər nazirinin müavinidir. C.20-
215.
841.
Makdermott - neft şirkəti. 1923-cü ildə yaradıl-
mışdır. Dünyanın strateji cəhətdən mühüm neft və qaz ərazilər-
ində yerləşən şelf yataqlarının işlənməsində ən qocaman pod-
ratçılardan biridir. Şirkətin ABŞ-da, B.Britaniyada, BƏƏ-də,
İndoneziyada, Misirdə və Nigeriyada yerləşən istehsal sahələri
dünyada neft və qaz sənayesinin inkişafına xidmət edir. C.11-
71, 120, 196, 248.
842.
Makedoniya Respublikası - Cənubi Avropada
dövlət. Sahəsi 25,7 min km
2
, əhalisi 1,97 milyon nəfərdir. Döv-
lət başçısı Prezident, ali qanunverici orqanı birpalatalı Məclis-
dir.
1945-1991-ci illərdə Yuqoslaviyanın tərkibində idi. 1991-ci
ilin noyabrında Makedoniya “suveren, müstəqil, demokratik”
dövlət elan edildi. C.23- 239.
843.
Makedoniyalı İsgəndər, Böyük Aleksandr, İsgən-
dər Zülqərneyn (e.ə. 356-323) - qədim dünyanın ən böyük sər-
kərdələrindən biri, 336-cı ildən Makedoniyanın çarı. Çar II
Filipin oğlu, Aristotelin yanında tərbiyə almışdır. O, Orta
Asiyanı və Hindistanı fəth edərək ucu-bucağı görünməyən bir
dövlət yaratmışdı. Makedoniyalı İsgəndərin Azərbaycanda
olması haqqında rəvayətlər var. C.20- 448.
844.
Maqne Bondevik (d.1947) - 1997-2000-ci və 2001-
2005-ci illərdə Norveçin Baş naziri olmuşdur. Hazırda Norveç-
də “Sülh və insan hüquqları” mərkəzinin prezidentidir. C.20-
90-92; C.22- 116; C.23- 171; C.24- 356-357.
845.
Maqsud İbrahimbəyov, Maqsud Məmmədibrahim
oğlu İbrahimbəyov (d.1935) - görkəmli nasir, dramaturq, ssena-
rist, ictimai və siyasi xadim, Azərbaycan Xalq yazıçısı. Azər-
baycan Respublikası Dövlət mükafatı laureatıdır. Respublikada
və xaricdə nəşr edilən onlarla povest və hekayələrin müəl-
lifidir. Onun pyesləri keçmiş SSRİ məkanında onlarla teatrlar-
da tamaşaya qoyulmuşdur. Onun ssenariləri əsasında bir çox
film çəkilmişdir. Azərbaycan Respublikası Əsilzadələr Məclisi-
Dostları ilə paylaş: |