Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə58/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   54   55   56   57   58   59   60   61   ...   157

___________________________________________________ 

 

173



manı, leytenant. Mehdi Hüseynzadə partizan hərəkatında fəal 

iştirak etmiş və hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsa-

nəvi şöhrət qazanmışdı. С.16- 86; C.21- 103. 

867.

 

Mehdi Məmmədov, Mehdi Əsədulla oğlu Məm-

mədov (1918-1987) - rejissor, aktyor, pedaqoq. SSRİ Xalq 

artisti. C.10- 56; C.17- 190; C.28- 351. 

868.

 

Mehri, Megri, Miqri rayonu - Ermənistan ərazisində 

azərbaycanlılar yaşayan  ərazi. Tarixi mənbələrdə bu ərazinin 

Azərbaycana məxsus olduğu göstərilir. C.14- 75; C.25- 101, 

105, 199. 



869.

 

Mehriban Əliyeva, Mehriban Arif qızı Əliyeva (d. 

1964) - ictimai və siyasi xadim, fəlsəfə elmləri namizədi, Prezi-

dent  İlham  Əliyevin həyat yoldaşı. 1988-ci ildə M. Seçenov 

adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. 1988-

1993-ci illərdə Krasnov adına Moskva Elmi-Tədqiqat Göz 

Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə Mehriban Əli-

yeva “Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondu 

yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədə-

niyyətimizin inkişafı, təbliği, tanınması üçün çoxlu işlər gör-

müşdür. 1996-cı ildə fond Azərbaycan mədəniyyətini xarici 

ölkələrdə geniş təbliğ etmək üçün üç dildə - Azərbaycan, rus və 

ingilis dillərində  çıxan “Azərbaycan-İrs” jurnalını  təsis etmiş-

dir. 2004-cu ildən Mehriban Əliyeva Azərbaycan xalqının 

ümummilli liderinin zəngın irsinin öyrənilməsi və  həmçinin 

Heydər  Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə 

aşılamaq məqsədilə yaranmış Heydər Əliyev Fonduna başçılıq 

edir. 

Mehriban  Əliyevanın təşəbbüsü ilə Heydər  Əliyev Fondu 



respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb 

binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə 

aksiyaları  şəkər və anemiya xəstəliklərindən  əziyyət çəkən 

Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunub. 

2004-cü ildə Azərbaycanın  şifahı xalq yaradıcılığına və 

musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahə-




___________________________________________________ 

 

174



sindəki yorulmaz işlərinə görə Mehriban Əliyeva YUNESKO 

və İSESKO-nun “Xoşməramlı Səfiri” seçilmişdir. 

Həmin ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının 

üzvü, 2005-ci ildən isə Milli Məclisin izvüdür. Mehriban 

Əliyeva ölkəmizdə  təhsil sisteminin inkişafına, milli mədəni 

irsimizin qorunub saxlanılmasına və dünyada təbliginə, xarici 

ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə

genişmiqyaslı xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. C.18

208, 209. 

870.

 

Menderes Adnan (1936-cı ilədək Ertəkin) (1899-

1961) - Türkiyə siyasi və dövlət xadimi. Burjua-Mülkədar 

Demokrat Partiyasının lideri idi. Menderes Baş nazir (1950-

1960) olarkən NATO və SENTO bloklarına qoşulmuş, ABŞ-la 

qeyri-bərabər hüquqlu müqavilələr imzalamışdı. 1960-cı il 

mayın 27-də Menderes hökuməti devrilmiş və Menderes müha-

kimə olunaraq edam edilmişdir. C.14- 268. 

871.

 

Mesiç Stepan (d.1934) - hüquqşünas. 2000-2008-ci 

illərdə Xorvatiya Respublikasının Prezidenti. C.27- 367. 



872.

 

Məcid Rəsulov,  Məcid Lətif oğlu Rəsulov (1916-

1993) - fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbay-

can MEA-nın akademiki. Tədqiqatları funksional analiz və 

diferensial tənliklər sahəsindədir. C.25- 47. 



873.

 

Mədinə - Səudiyyə  Ərəbistanının  şimal-qərbində 

şəhər. Qədim zamanlarda adi Yəsrib, erkən orta əsrlərdən 

Mədinədir. 622-ci ildə islamın banisi Məhəmməd əleyhissəlam 

Məkkədən Mədinəyə hicrət etmiş və burada müsəlman icması-

nı yaratmışdı. Məhəmməd  əleyhissəlamın qəbiri Mədinədədir. 

VII  əsrdən müsəlmanların iki müqəddəs  şəhərindən biridir. 



C.17- 402; C.18- 374; C.21- 135. 

874.

 

Mədinə Gülgün, Mədinə  Nəsrula qızı  Ələkbərzadə 

(1926-1991) - Azərbaycan  şairi.  Əməkdar  İncəsənət xadimi. 

1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, milli demok-

ratik hərəkata qoşulmuşdur. Milli hökumət irtica qüvvələri 

tərəfindən boğulduqdan sonra Bakıya qayıtmışdı. Vətən məhəb-

bətinin,  İran xalqlarının, o cümlədən azərbaycanlıların azadlıq 




___________________________________________________ 

 

175



mübarizəsinin tərənnümü seir və poemalarının əsas mövzusudur. 

C.15- 229; C.25- 314. 

875.

 

Məhəmməd Cahan Pəhləvan Əbu Cəfər Hüsrətəd-

din (?-1186) - Eldəgəzlər sülaləsinin hökmdarı (1174/75-1186), 

atabəy Şəmsəddin Eldəgəzin oğlu. Pəhləvanın dövründə Eldə-

gəzlər dövləti Yaxın  Şərqin  ən qüdrətli dövlətlərindən birinə 

çevrildi. Bir sıra qonşu hökmdarlar M.C.Pəhləvanın vassallığı-

nı  qəbul etməyə  məcbur oldular. M.C.Pəhləvanın dövründə 

ölkənin iqtisadi həyatı dircəlmiş, Azərbaycan  şəhərləri Yaxın 

Şərqin iri ticarət mərkəzlərinə çevrilmişdi. C.14- 5. 



876.

 

Məhəmməd Füzuli Süleyman oğlu (1494-1556) - 

Azərbaycan şairi və mütəffəkiri. Azərbaycan, fars və ərəb dillərində 

qəsidə, müsəddəs, rübai, qitə və s. yazmışdır. Aşiqanə qəzəlləri ilə 

lirik  şair kimi şöhrətlənmişdir. Yaradıcılığının zirvəsi olan “Leyli 

və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poezi-

yasının nadir incilərindəndir.  C.10- 69, 74, 108, 123, 127, 131, 

202; C.13- 16, 31, 82, 98, 107, 110; C.14- 5; C.15- 184; С.16

15; C.17- 163, 342; C.18- 352, 357, 377, 378; C.19- 430; 



C.21- 175, 179, 256; C.24- 113; C.25- 84, 332; C.26- 151, 

312, 314, 394 C.28- 191, 271. 



877.

 

Məhəmməd  ibn Həsən,  II Həsən (1929-1999) - 

1961-ci ildən Mərakeş Kralı, 1961-1963, 1965-1967-ci illərdə 

həm də hökumət başçısı olmuşdur. C.21- 62. 

878.

 

Məhəmməd Nəvaz Şərif (d.?) - 1990-1993-cü illərdə 

Pakistan Respublikasının Baş naziri. C.10- 21; C.15- 106. 



879.

 

Məhəmməd Peyğəmbər - bax: Həzrəti Məhəmməd 

(əleyhüssəlam) Məhəmməd ibn Abdullah.  



880.

 

Məhəmməd Tağı Sidqi (1854-1903) - maarifçi 

pedaqoq, şair, publisist. Sidqi Ordubadda “Əxtər” (1892), Nax-

çıvanda isə “Tərbiyə” (“Məktəbi Tərbiyə”, 1894) məktəbi təsis 

etmiş, xalq müəllimi kimi şöhrət qazanmışdır. Elmi-pedaqoji 

dəyərə malik yeddi dərsliyin müəllifidir. Sidqi Azərbaycan 

uşaq nəşrinin ilk yetkin nümunələrini yaratmışdır. Sidqi publi-

sistika sahəsində  də  fəaliyyət göstərmiş “Tərcüman” (Baxça-

saray), “Əxtər” (İstanbul), “Həblülmətin” (Kəlkətə), Kaspi 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə