Azərbaycanın görkəmli şəxsiyyətləri
QƏZƏNFƏR MƏHƏMMƏD OĞLU
PAŞAYEV
Biblioqrafiya
Bakı – 2017
Qəzənfər
Məhəmməd oğlu Paşayev
2
KBT Я19:Ш+Ш5(2=Аз)7-44я1
UOT 016:821.512.162
Tərtib edənlər:
Mədinə Vəliyeva
Mətanət İbrahimova
Elmi redaktor:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Qəzənfər Məhəmməd oğlu Paşayev: biblioqrafiya /tərt. ed.:
M.Vəliyeva, M.İbrahimova; elmi red. K.Tahirov; red. G.Səfərəli-
yeva.- Bakı, 2017.- 320 s.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiy-
yətləri” seriyasından tərtib etdiyi biblioqrafiyada professor Qəzənfər
Paşayevin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi
fəaliyyəti haq-
qında materiallar toplanmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraf-
lar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978 9952 476 01 9
©M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2017
B i b l i o q r a f i y a
3
Tərtibçidən
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından tərtib etdiyi biblioqrafiya görkəmli
ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor
Qəzənfər Məhəmməd oğlu Paşayevin anadan olmasının 80 il-
lik yubileyinə həsr edilmişdir.
Göstərici professor Qəzənfər Paşayevin həyat və yaradıcı-
lığının 1966-2017-ci illərini əhatə edir. Qəzənfər Paşayev haq-
qında ilk biblioqrafiya (Qəzənfər Paşayev. Biblioqrafiya.-
Bakı: Təhsil, 2013.- 247 s.) Azərbaycan Milli Elmlər Akade-
miyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən tərtib edilmişdir.
Milli Kitabxananın yenidən hazırladığı biblioqrafiya daha
da
təkmilləşdirilmiş, istifadəçinin axtarışını asanlaşdırmaq
məqsədilə yeni bölmələr yaradılmış, son beş ilin materialı əla-
və edilmişdir.
Biblioqrafiyaya alimin Azərbaycan, ingilis, rus, türk və
ərəb dillərində çap olunmuş monoqrafiya və kitabları, tərcümə
əsərləri, elmi simpozium, sessiya və konfrans materiallarında
və dövri mətbuatda dərc olunmuş elmi və publisistik məqalələ-
ri, həmçinin professor Qəzənfər Paşayevin rəhbəri və rəsmi op-
ponenti olduğu namizədlik və doktorluq dissertasiyaları, rəy
verdiyi digər elmi əsərləri də öz əksini tapmışdır.
Vəsaitə daxil edilmiş materiallar
müvafiq bölmələr üzrə,
daxildə isə xronoloji qaydada əlifba sırasına uyğun olaraq yer-
ləşdirilmişdir. Göstəricidə professor Q.Paşayevin həyat və elmi
fəaliyyətinə dair oçerklər, elmi-pedaqoji və ictimai fəaliyyəti-
nin əsas tarixləri öz əksini tapmışdır.
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin
“Ziyalı fədakarlığına örnək”, Xalq şairi Sabir Rüstəmxanlının
“Milli qeyrət” oçerki və Dr. Əbdüllətif Bəndəroğlunun “Şah
əsər” yazısı professor Qəzənfər
Paşayevin Azərbaycan elminin
Qəzənfər Məhəmməd oğlu Paşayev
4
inkişafındakı rolu və xidmətlərini işıqlandırır.
Biblioqrafiyanın “Görkəmli şəxsiyyətlər Qəzənfər Paşayev
haqqında” bölməsində Azərbaycan və xarici ölkə alimlərinin,
elm adamlarının və görkəmli şəxsiyyətlərin Qəzənfər Paşayev
haqqında fikirləri verilmişdir.
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda
köməkçi aparat – alimin əsərlərinin və onun haqqında yazan
müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir.
Biblioqrafik göstərici haqqında rəy və təkliflərini bildirən
mütəxəsislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bil-
dirərək, təklif və rəylərini Azərbaycan Milli Kitabxanasına
göndərmələrini xahiş edirik.
Ünvan: Az-1000, Bakı şəh., Xaqani küç. 57;
E-mail: contact@anl.az;
URL:www.anl.az
B i b l i o q r a f i y a
5
Qəzənfər Paşayevin həyat və yaradıcılığı
haqqında qısa məlumat
Görkəmli ədəbiyyatşünas, folklorçu, dilçi, yazıçı,
publisist,
mətnşünas və tərcüməçi, filologiya elmləri doktoru (1993), pro-
fessor (1995) Qəzənfər Paşayev 27 avqust 1937-ci ildə Azərbay-
can Respublikasının Tovuz rayonunun Düzqırıxlı kəndində ana-
dan olmuşdur. Düzqırıxlı kənd orta məktəbində oxumuş (1946-
1956), 1962-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun in-
gilis-Azərbaycan dilləri fakültəsini əla qiymətlərlə bitirmişdir.
Qəzənfər Paşayev əmək fəaliyyətinə ingilis-Azərbaycan
dilləri müəllimi kimi başlamışdır. 1964-cu ildən Pedaqoji Dil-
lər İnstitutunda Qrammatika, sonra Tərcümə kafedralarında
müəllim işləmişdir. 1969-1970-ci illərdə Təhsil Nazirliyi nəz-
dində Xarici ölkələrə işə getməyə hazırlaşan mütəxəssislərə
xarici dil öyrədən kurslara rəhbərlik etmişdir. 1969-cu ildə
İraqda yaşayan, Azərbaycan dilində danışan türkmanların dia-
lektinə dair dissertasiya müdafiə edərək filologiya elmləri na-
mizədi elmi dərəcəsi almışdır. 1970-1971-ci illərdə ingilis dili
fakültəsində dekan müavini olmuşdur. 1972-ci ildə M.F.Axun-
dov adına Pedaqoji İnstitutda Xarici dillər kafedrasının
müdiri
seçilmiş, 1990-cı ilədək həmin kafedraya rəhbərlik etmişdir.
1990-cı ildə dosent Paşayev Bakı Dövlət Universitetinin
Qərbi Avropa dilləri kafedrasına işə keçmiş, 1995-ci ildə hə-
min kafedranın professoru seçilmiş, elmi işlə ciddi məşğul ol-
duğuna görə 2000-ci ildə öz xahişi ilə tədris prosesindən ayrıl-
mışdır. 2001-2005-ci illər arası Nizami adına Azərbaycan Ədə-
biyyatı Muzeyində Beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik et-
miş, eyni zamanda 2003-cü ildən Nizami adına Ədəbiyyat İns-
Qəzənfər Məhəmməd oğlu Paşayev
6
titutunda baş elmi işçi kimi fəaliyyət gostərmişdir. 1993-cü ilin
fevralında “İraq-türkman folklorlarının janrlar sistemi” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə edən Paşayev gənc nəs-
lin, pedaqoji və elmi kadrların yetişməsində çox işlər gör-
müşdür. Paşayevin rəhbərliyi ilə üç nəfər dissertasiya müdafiə
edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi al-
mışdır. Paşayev namizədlik və doktorluq üzrə çoxsaylı disser-
tasiya işinə rəsmi opponent olmuşdur. Bir çox kitabların və
monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur. Folklor,
klassik və müasir ədəbiyyat və aşıq yaradıcılığı üzrə çoxsaylı
kitabların tərtibatçısıdır. Paşayevin fundamental “Qoca Azaflı-
yam” (“Təhsil”, 2008.- 760 s.) əsəri məşhur Azərbaycan aşığı
Mikayıl Azaflının yaradıcılığından bəhs edir.
Prof. Paşayev ABŞ, İngiltərə, İraq, Səudiyyə Ərəbistanın-
da, Hindistanda,
Suriyada, Türkiyədə, Rusiyada (Moskva, Pya-
tiqorski, Maxaçkala), Özbəkistan, Qazaxıstan, Gürcüstan və
başqa ölkələrdə məruzələr edib və məqalələri çap olunub. O,
uzunmüddətli ixtisasartırma kurslarını ABŞ (1983) və İngiltə-
rədə (1988) bitirərək diplom almışdır. Ali Təhsil Nazirliyi nəz-
dində Qərbi Avropa dilləri üzrə Metodik Şuranın elmi katibi
olmuşdur (1976-1982).
Prof. Paşayev poliqlot alimlərdəndir. Ana dili ilə bərabər,
rus, türk, ingilis və ərəb dillərini yaxşı bilir.
Təsadüfi deyildir
ki, institutu bitirən kimi İraq Respublikasına tərcüməçi işləmə-
yə göndərilmişdir. İraqda uzun müddət işləyən (1962-1966;
1972-1975) Paşayev vəzifə borcunu yerinə yetirməklə bərabər,
İraqda yaşayan və sayı 2,5 milyon olan azərbaycanlıların (İraq
türkmanları) dialekt və folklorunu tədqiq etmişdir. Tədqiqatla-
rını indinin özündə də davam etdirir.
Prof. Q.Paşayev elm aləminə dilçi kimi gəlmiş, “Kərkük
dialektinin fonetikası” adlı namizədlik dissertasiyası müdafiə