Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

 
99
onun çiyninə qoy. Nə  qədər bacararsansa bu azuqə yükünü 
ağırlaşdır. Çünki ola bilər ki, gələn dəfə onu axtaranda 
tapmayasan.  İmkanlı olsan və kimsə  səndən borc istəsə, onun 
vücudunu qənimət bil ki, kasıblığa düşəndə onu sənə qaytarsın. 

İmam Əli (ə) (Abdulla ibn Abbasa məktubundan) : Elə bir şeyi 
axtar ki, faydalı olsun boş-boş  şeyləri kənara qoy. Çünki 
faydasız işləri kənara atmaq xeyirli işlərə çatmağa səbəb olar. 

İxlas və doğruluq böyük insanların, xalis olmamaq və xəyanət 
isə alçaq insanların xislətidir. 

İnsanların böyüklüyə  və bağışlanmağa  ən layiqlisi odur ki, 
bağışlayan və kərəm sahibi insanlar onunla tanınsın. 

İmam  Əli (ə) («Sünnə, bidət, camaat və  təfriqə»nin mənası 
barədə sualın cavabında) : «And olsun Allaha, sünnə  həmin 
Mühəmmədin sünnəsi, bidət ona zidd olan şeydir. And olsun 
Allaha camaat hətta az olsalar belə haqq əhli ilə birlikdə olmaq, 
təfriqə isə hətta çox olsalar belə batil əhli ilə əlbir olmaqdır. 

İmam  Əli sahəbələrini məzəmmət edərkən : «Nə vaxta qədər 
sizinlə kürəyində yara olan cavan dəvələr və köhnəlmiş 
paltarlarla davranılan kimi  ehtiyatlı  rəftar edəsən?!. Bir 
tərəfdən tikiləndə o biri tərəfdən sökülən paltarlar kimi…  Mən 
bilirəm sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı  nə 
düzəldər. Amma mən sizin islah olunmanızı, özünü xarab 
etmək bahasına başa gəlməsini  rəva bilmirəm. 

İmam Əli (ə) "cəbrin" səhv olması barədə buyurmuşdur: «Əgər 
belə olsaydı, onda savab və  cəza, (yaxşı  işlər görməyə)  əmr 
(etmək) və (pis işlərdən) çəkindirmək və çirkin əməllərdən 
çəkindirmək əbəs işə çevrilərdi. Vəd və təhbib mənasını itirər, 
pis əməl sahibi qınanmaz və xeyir əməl sahibi təşviq edilməzdi. 
Hətta, yaxşı  əməl sahibi məzəmmətə  bəd  əməl sahibindən
çirkin əməl sahibi isə savab və mükafata yaxşı əməl sahibindən 
daha layiq olardı. Cəbr  əqidəsi bütpərəstlərin və  Rəhman olan 
Allahın düşmənlərinin sözüdür. 


 
100

İmam  Əli (ə) cənnəti vəsf edərək buyurub : « Cənnətin bir-
birindən üstün dərəcələri və bir-birindən fərqlənən mənzilləri 
var.»  

İslam qoşunu müharibədən qayıdanda o Həzrət (s): "Xoş gəldin 
deyirəm, cihadi-əsğəri (kiçik cihadi) yerinə yetirənlərə. Ancaq 
böyük cihad hələ  də onların öhdəsində qalmaqdadır" buyurur. 
Ərz edirlər. «Ey Allahın Rəsulu, böyük cihad nədir?». Həzrət 
(s) buyurdu: nəfsə qarşı cihaddır». İmam (ə) : « Ən üstün cihad, 
insanın iki yanının ortasında gizlənmiş nəfsi ilə cihaddır». 

«İnsanın düşüncəsi onun dili, ağlı və dinidir.» 

« İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu 
xeyrinə olan yalandan üstün tutsun.» 

İmam  Əli (ə)  :  (ən yaxşı söz barədə suala cavabında) 
«Allahdan başqa heç bir təbibin olmadığına şəhadət vermək.» 

İmam Əli (ə) (əziz oğlu Həsənə (ə) tövsiyyəsindən) : «Oğlum! 
Axmaqla dostluq etməkdən çəkin. Çünki o sənə xeyir vermək 
istəyər, amma ziyan vurar.» 

İşlərin  təhlükəsizliyi üçün oyaq qalmaq dövlətin 
möhkəmliyinin nişanəsidir. 

İmam  Əli (ə) – ən dözümlü şəxs barədə sualın cavabında :  
«Qəzəbini boğan kimsədir.» 

İmam  Əlinin (ə) Süffeyn döyüşündə ölənlərə görə qadınların 
fəryad və  şivən qoparmalarını  eşidərək buyurduqlarından :  « 
Qadınlarınız eşitdiyim bu ağlaşma səsi ilə sizlərə hakim olub? 
Nə üçün orların bu nalə və fəryadlarının qarşısını almırsınız? 

İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyətindən: «Bil ki, dünya və 
axirət aləminin xəzinələrinin sahibi olan Kəs, sənə Onu 
çağırmağa icazə  və  sənin duanı  qəbul etməyə  zəmanət 
vermişdir. Sənə əmr etmişdir ki, onu çağırasan, O da bəxş etsin. 
O, mehriban və bağışlayandır. Səninlə özü arasında bir hicab 
olmamış  və  səni bir vasitəçiyə ehtiyaca vadar etməmişdir… 


 
101
Sonra öz xəzinələrinin və  sərvətlərinin açarı olan duanı  və 
Ondan (nemət) istəməyi sənin ixtiyarına vermişdir. Beləliklə, 
sən istədiyin vaxt dua etməklə Onun xəzinilərinin qapısını 
açarsan.» 

İmam  Əli (ə) Allah-Təala «Məni çağırın, sizə cavab verim.»- 
buyurur. «Bəs biz dua etsək də niyə dualarımız qəbul 
olunmur?» sualına cavabında «Çünki sizin qəlbləriniz səkkiz 
xəyanət etmişdir. Onların birincisi budur ki, siz Allahı tanıdınız, 
amma onun haqqını sizə vacib etdiyi kimi yerinə yetirmədiniz. 
Buna görə Allahı tanımağınızın sizə bir faydası olmadı… Siz 
dua qapılarını  və yollarını bağlayandan sonra sizin hansı 
dualarınız qəbul olunar?..» 

İmam  Əlinin (ə) oğlu Həsənə  (ə) vəsiyyətindən: «Allahdan 
özün üçün elə şey istəməlisən ki, onun gözəlliyi və xeyri sənə 
(əbədi) qalsın, ağırlığı  və  əziyyəti səndən uzaq olsun. Mal və 
sərvət sənə səndə onlara qalmayacaqsan». 

İnsanlar dünyanın övladlarıdır. Heç kəs anasını sevdiyinə görə 
məzəmmət olunmaz. 

İnsanın dünyada daddığı elə bir ləzzət yoxdur ki, qiyamət günü 
ona qəm-qüssə gətirməsin. 

İnsanın qarnı onun düşmənidir. 

İnsanların  ən yağı düşməni onun qəzəb və  şəhvətidir. Kim bu 
ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar. 

İxtiyarı qadının əlində olan hər bir kişi məlundur. 

İnsanların  ən ağıllısı odur ki, öz eyblərini görsün və 
başqalarının eybinə kor olsun. 

İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır. 

İnsanların işi ədalətlə islah olar. 

İnsanların ən ədalətlisi qüdrətli ola-ola insafı gözləyənidir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə