102
İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.
İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu
bir neçə dəfə artar.
İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir.
İmam Əli (ə) İmam Həsənə (ə): yeniyetmənin qəlbi, səpilən hər
bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin
qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış
səni tərbiyə etməyə başladım.
İmam Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından) :
Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir.
İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona
hörmət məsələsində həmrəydirlər.
İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə
xəyanətkarlıqdır.
İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra övladları
Həsən və Hüseynə (ə) buyurdu: «Bu əsiri zindana salın, ona
yemək və su verin və əsirlikdə onunla xoş davranın».
İmam Əli (ə) (Mömini vəsf edərkən): «Boş vaxtı olmaz»
buyurmuşdur.
İnsanlar qəzəb və bəlalar nazil olanda, nemətlər əllərindən
çıxanda doğru niyyətlərlə, müştaq qəlblərlə Allaha pənah
aparsalar, heç şübhəsiz, (Allah) əllərindən çıxan hər bir şeyi
geri qaytarar. Onlar üçün hər bir fəsadı islah edər.
İmam Əli (ə) (Qusəm ibn Abbasa məktubundan): «Səhər və
axşam onlarla əyləş və səndən hökm, sual soruşanlara fətva ver,
nadanı öyrət və bilikli ilə elmi söhbət apar».
İnsaflı olmaq fəzilətlərin ən üstünüdür.
İşlər öz zamanlarının girovlarıdır.
103
İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə
bilməz: cavanlığın və sağlamlığın.
İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin
qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla
qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları
ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etməlidir.
İnsanın gümanı onun əqli qədərdir.
İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında)
: «Həqiqətən, xəsislik, qorxaqlıq və hərislik kökündə dayanan
Allaha bədgümanlıq ayrı-ayrı xasiyyətlərdir».
İman bədgümanlıqla uyğun gəlməz.
İmam Əli (ə) ən böyük (kəbirə) günahlar barədə verilən suala
cavabında: «Allahın məkrindən (möhlət və əzabından) qafil
olub özünün amanda olduğunu sanmaq, Allahın köməyindən
məyus olmaq və Allah rəhmətindən ümidinü üzmək».
İmam Əli (ə) (uşaqların xəstəliyi barədə): onların - ata və
analarının günahlarının kəffarəsidir.
İnsanların günahlardan ən çox çəkinəni, yalvarıb-yaxarmaqdan
uzaq olanıdır.
İlahi! Məryəm oğlu İsa xaçpərəstlərdən bezdiyi kimi mən də öz
haqqımda ifrata varanlardan bezmişəm. İlahi! Onları həmişəlik
tənha və köməksiz qoy və onların heç birinə kömək yetirmə.
İmam Əli (ə) (Qazi Şureyhə xitabən): «Ey Şureyh! Sən elə bir
yerdə oturmusan ki, orada peyğəmbər, peyğəmbərin vəsisi
oturur. Amma sənin kimi bədbəxt birisindən başqa qeyri kimsə
əyləşməz.
İmam Əli (ə) (Malik Əştərin Misirə hakimlik təyinatı barədə
fərmanından): Camaata hakimlik üçün, rəiyyət içində ən yaxşı
və ən üstün saydığını seç! Elə birisi olsun ki, işlər onu
karıxdırmasın (ixtilafların həllində aciz qalmasın), iddia
104
tərəfləri (mübarizələri) onu öz rəyində tərsliyə və inadkarlığa
məcbur etməsin. Ayağı büdrəməsin və haqqı tapdayanda (öz
hökmünün səhv olduğunu anladıqda) haqqa qayıtmaqdan
çəkinməsin. Özünü tamahın uçurumuna atmasın və işlərin səthi
dərki ilə kifayətlənməsin, onu dərindən və dəqiq başa düşməyə
çalışsın. Şübhəli hallarda hamıdan artıq ehtiyatlı olsun.
Hamıdan daha çox dəlil və sübut axtarsın. Şikayətçilərlə
üzləşməkdən bezməsin, iddialardakı həqiqətləri tapmaqda
hamıdan dözümlü olsun. Həqiqət aydınlaşdıqda (hökm
çıxarmaqda) hamıdan daha artıq qətiyyət göstərsin. Elə insan
olsun ki, mədh və sitayiş onu aldadıb xudbinləşdirməsin, təşviq
və təhrik onu hansısa səmtə meyilləndirməsin. Əlbəttə belə
insanlar azdır. Onda özün onun hakimliyinə çox nəzarət et.
İmam Əli (ə) (Şureyhə xitabən): Müsəlmanlara qarşı
baxışlarında, danışığında, oturub-durmağında bərabərliyə riayət
et ki, yaxınların sənin müdafiənə və (zülmünə) ümidvar
olmasın, düşmənlərin sənin ədalətinə ümidlərini itirməsin.
İmam Əli (ə) (Əbu əl-Əsəd Doəliyə «xəyanət və cinayət
törətmədiyim halda, məni qazılıqdan niyə uzaqlaşdırırsınız?»
sualına cavabında) «Çünki gördüm ki, sən səsini qarşı tərəfin
üstünə qaldırırsan».
İmam Əli (ə) (Şureyhə xitabən): Məbada hakimlik iclasında
yorğunluğunu və narahatlığını bildirəsən. Bu elə bir yığıncaqdır
ki, Allah onda mükafar qərar vermiş, düzgün hakimlik edən
üçün gözəl ehtiyat nəzərdə tutmuşdur.
İmam Əli (ə) (Şureyhə xitabən): qəzavət yığıncağında kiminləsə
pıçıldaşma, əgər əsəbləşsən, dur get və qəzəbli halda heç vaxt
hakimlik etmə.
İmam Əli (ə) (Şureyhə xitabən): Nəsə bir şey yeməmiş qəzavət
məclisində əyləşmə.
105
İmam Əli (ə) oğlu Hüseynə (ə) tövsiyələrindən: Sənə dövlətli və
yoxsul vaxtında Allahdan qorxmağı, şad və qəzəbli olanda da
haqqı deməyi tövsiyə edirəm.
İmam kiməsə cəza verdikdən sonra onu həbs edərsə, bu zülm
olar.
İmam Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: Sizi
Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin
evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız. Həcci
nəzərinizdən buraxmayın. Əgər həcc tərk olunarsa, sizlərə
verilməyəcək.
İstəyirsinizmi ki, Allah və Onun peyğəmbəri yalançı
sayılmasın?! Onda camaatın başa düşdüyü hədisləri söyləyin və
onlara dərk edə bilmədikləri, inkar etdikləri şeyləri
söyləməkdən çəkinin. (Əks halda, hədisi inkar edəcəklər və
onun inkarı Allahı, peyğəmbəri və imamı yalançı hesab etmək
kimidir.
İmam Əli (ə) «Hərislik nədir?» - sualının cavabında: Çoxu
əldən verməklə azı əldə etmək.
İnsanların ən ağıllısı onların ən həyalısıdır.
İmam Əlinin (ə) oğlu Həsənə (ə) buyurduqlarından: Gözləri
naməhrəmləri görməsin deyə, qadınları pərdə arxasında saxla.
Çünki, nə qədər çox pərdə arxasında qalsalar, sənə və onlara bir
o qədər yaxşıdır. Onların kənara çıxması əmin olmadığın
kişiləri onların olduğu yerə gətirməyindən daha pis deyil. Əgər
bacarsan elə et ki, onlar səndən başqa heç bir kişi tanımasınlar.
İnsanın dəyəri, onun himməti qədərdir.
İmam Əli (ə) münafiqləri təsvir etdiyi xütbəsindən: Onlar
şeytan dəstəsi və cəhənnəm alovunun şöləsidir. Onlar şeytanın
qoşunudur. Bilin ki, şeytana tabe olanlar məğlublar və ziyana
uğrayanlardır.
Dostları ilə paylaş: |