Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

 
114
Təala, göstərdikləri  şeylərdən sonra onların Mehdilərini 
göndərəcək və onların əziz, düşmənlərini isə zəif edəcək. 

İnsanın nadanlığından ötrü öz hədd və imkanını bilməməsi bəs 
edər. 

İnsanlar bilmədikləri şeyə düşməndir. 

İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında 
xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və 
buna görə, heç bir əzası ilə oynamaz. 

İmam Əli (ə) (Mühəmməd ibn Əbubəkrə məktubundan): Namaz 
vaxtına riayət et və onu vaxtında qıl. Nə bekar olduğuna görə 
onu vaxtından  əvvəl qıl, nə  də  işinə görə onu öz vaxtından 
sonraya keçir.   

İmam  Əli (ə): (şəhər valilərinə yazdığı  məktublarından): 
İnsanlarla namaza ən az taqətləri olanları  tək namaz qılın və 
(uzun namazla) fitnəkarlıq etməyin. 

İbabət üçün gecə oyaq qalmaq bədənin sağlamlığının, Allah-
Təalanın razılığının, Allahın rəhməti altında olmağın və 
peyğəmbərlərin əxlaqından yapışmağın mənşəyidir. 

İmam  Əli (ə) bir kişi «Mən gecə namazından məhrum 
olmuşam» - ərz edərkən, - "Sən elə bir adamsan ki, günahların 
səni zəncirləmişdir" – deyə cavab vermişdir. 

İmam  Əli (ə) (Kumeylə tövsiyəsində): sən həmişə Allahın 
nemətindən və  sənə  bəxş etdiyi sağlamlıqdan bəhrələnirsən. 
Buna görə də heç bir halda onu mədh, tərif, zikr, sitayiş və şükr 
etməkdən və anmaqdan əl çəkmə. 

İmam  Əli (ə) «Ən qüdrətli və güclü hökmdar kimdir?» – 
sualının cavabında; «nəfsin istəyi!» deyə buyurmuşdur. 

İffət şəhvət və nəfsi istəkləri zəiflədir. 

İnsanın nəsihətçi və başqalarının xeyrini istəməsinə onun özü 
üçün bəyənmədiyi şeydən çəkindirməsi kifayətdir. 


 
115

İnsanların özünə qarşı  ən xeyirxahı, öz Rəbbinə  ən itaətkar 
olanı və özünə ən xəyanətkarı, Rəbbinə qarşı üsyankar olanıdır. 

İnsanın münasib zahir və münafiq batinin olması necə də pisdir. 

İnsanın nifaqı, onun özündə hiss etdiyi rəzillikdən yaranır. 

İnsanların  ən münafiqi, (başqalarını Allaha itaətə  əmr edərək 
özü  əməl etməyən və başqalarını (günahdan) çəkindirərək özü 
çəkinməyəndir. 

İmam  Əlinin (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi 
fərmanından: Ordu Allahın izni ilə xalqın qalası, valilərin 
zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir.  

İmam Əli (ə) (Haris Həmədaniyə buyurdu): Ölümü və ölümdən 
sonrakıları çox yadına sal və heç vaxt ölüm arzulama, yalnız 
möhkəm inamla. 

İki  şey camaatı  məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və 
lovğalanmaq. 

İmam Əli (ə) (Peyğəmbərləri vəsf edərkən): Bir dəstəsi zəif idi 
və Allah onları aclıqla sınadı, çətinliklərə mübtəla etdi, qorxu-
hürkülərlə imtahana çəkdi və  ağır həyatla altlarını üstlərinə 
çevirdi. Musa ibn İmran qardaşı Harunla (ə)  əyinlərində yun 
paltar və əlində taxta əsa fironun yanına getdilər. 

İkinci nümunə göstərmək istəsən Musa kəlimullahı 
xatırlayaram. Musa buyurmuşdur: «Rəbbim, mənim üçün 
göndərdiyin yaxşılıqlara möhtacam». Allaha and olsun, o, 
Allahdan yemək üçün çörəkdən başqa bir şey istəmədi. Çünki 
yerdəki göyərti və otlarla qidalanırdı. 

İmam Əli (ə) (Mühəmməd ibn Əbibəkrə yazdığı məktubundan): 
Allahın yaratdıqlarından birinin razılığına xatir öz Rəbbini 
narazı etməyəcəyin bir işi bacarsan, bu işi gör. Çünki Allahın 
razılığı  hər razılığın canişinidir, amma heç bir şey Allahın 
razılığının yerini tutmaz. 


 
116

İnsan dörd xislətlə  rəhbər olar: iffət (mənəvi paklıq),  ədəb, 
səxavət və müdriklik. 

İnadkarlıq düşüncəni yox edər. 

İnsanlar Allahın çörəyini yeyənlərdir. Allah onların ruzisinə 
zamin durmuş və yeməklərini təyin etmişdir. 

İmam  Əli (ə) («Çox haram yeyənlərdir» ayəsi haqda): Bunlar, 
din qardaşlarının çətinliklərini həll etdikdən sonra onun 
hədiyyəsini qəbul edənlərdir. 

İmam  Əli (ə) ( möminin vəsfində): Sakit qalmağı çoxdur və 
vaxtı tamamiylə Allah və axirət işlərinə, düşüncələrinə  sərf 
olunar. 

İmam  Əli (ə) (təqvalının  əlamətlərini bəyan edərkən): «Sakit 
olmağı seçsə, sakitliyi onu qəmgin etməz və gülsə  səsini 
ucaltmaz.» 

İki  şeyin - əfv etmək və  ədalətin savabının - ölçülməsi və 
çəkilməsi qeyri mümkündür. 

İmam Əli (ə) (təqvalıların vəsfində): «Bir neçə gün səbr etdilər 
və uzun müddətli rahatlıq tapdılar».        

İnsan öz dininə  və namazına ziyan dəyəcəyindən qorxduğu 
halda səfərə çıxmamalıdır. 

İmam Əli (ə) ( Cəhənnəmi təsvir edərkən) : «Elə bir alovdur ki
qaynayıb coşan  şölələri bərk sancar, yandıran dilləri qəzəbli, 
sönməyi gec və uzaqdır, alovlu hərarəti hər  şeyi bürüyür və 
qorxusu dəhşətə salandır. 

İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir. 

İmam Əli (ə) (Bir dəstə, yanında onu tərifləyərkən): İlahi! Sən 
məni özümdən yaxşı tanıyırsan, mən də özümü onlardan yaxşı 
tanıyıram. İlahi! Bizi onların güman etdiklərindən daha yaxşı et. 
Onların barəmizdə bilmədiklərini də bizə bağışla. 


 
117

İmam  Əli (ə) (Çox danışan bir kişinin yanından keçəndə): Bil  
ki,  əməllərini yazan iki mələyə imla deyib Rəbbinə  tərəf 
göndərirsən. Belə isə, elə sözlər de  ki, səninçün xeyirli olsun və 
ağzını boş sözlərə yum. 

İmam  Əli (ə) (çətinlik doğuran bir sualı soruşan kişinin 
cavabında): Öyrənmək niyyəti ilə soruş, əziyyət vermək və səhv 
axtarmaq niyyəti ilə soruşma. 

İslama zəiflik gətirməyən halda, mən sülhü müharibədən daha 
faydalı bilirəm. 

İnsanların  şəfaətçisi haqqa əməl etmək, sədaqət və doğruluğa 
vəfalı qalmaqdır. 

İmam Əli (ə) Haris Həmdəniyə yazdığı məktubda buyurmuşdur: 
böyük  şəhərlərdə  məskunlaş. Çünki onlar müsəlmanların bir 
yerə toplaşdıqları  məkandır.  İnsanları nadan və kobud olan 
yerlərdən uzaqlaş. 

İstəməzdim ki, uşaqkən ölüb cənnətə gedim və böyüməyərək 
Allahımı tanımayım. 

İlk olan, hər ilkdən daha əvvəl, hər axırdan son olan Allaha 
sitayiş və şükürlər olsun. Əvvəl olduğuna görə onun başlanğıcı 
olmamalıdır. Son olduğuna görə, onun son və axırının 
olmaması vacibdir. 

İmam  Əli (ə) (Ədalət nədir? Sualına cavabından): «Ədalət 
Allahı ittiham etməməyindir.» 

İzzət və böyüklük libası geymiş və bu iki surəti məxluqu üçün 
deyil, özü üçün seçən Allah, sitayişə layiqdir. 

İmam  Əli (ə) (Uca Allahı  vəsf edərkən): «O hər bir məkanda, 
hər bir zamanda, hər bir insan və cinlə birlikdədir. 

İmam Əli (ə) Həzrət Peyğəmbərlərin fəzilətlərini bəyan edərkən 
buyurmuşdur: «( Allah) onu sərgərdanlıqda azdıqları və fitnədə 
qərq olduqları bir zamanda göndərdi.. Peyğəmbər (s) nəsihət 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə