Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

 
118
verməyi son həddinə çatdırdı  və doğru yolda hərəkət etdi və 
(camaatı) hikmət və gözəl öyüdlərə dəvət etdi.» 

İmam Əli (ə) o Həzrətə məxsus hikmətlərdə buyurmuşdu: « Söz 
qəlbdən gələndə  qəlbə yatar, dildən çıxanda isə qulaqlardan o 
tərəfə keçməz.» 

İnsanın  ədəbləndirilməsi və  tənbehi üçün təcrübələr kifayət 
edər. 

İnsanın fikir və düşüncəsi onun təcrübəsi qədərdir. 

İşi gecikdirmək tənbəlliyin nişanəsidir. 

İmam Əli (ə) mal satan bir kişiyə tövsiyə edərək buyurmuşdur: 
«Allahın Peyğəmbərinin (s) belə buyurmasını  eşitdim: Güzəşt 
və asanlıq yaratmağın özü bir növ mənfəətdir.» 

İnsanın təvazökar olması üçün onun öz həddini bilməsi 
kifayətdir. 

İmam  Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur: Günah 
ağaclarını göz və  qəlblərinin qabağında basdırıblar və onları 
peşmançılıq suyu ilə sulayıblar. Bu ağaclar onlara salamatlıq 
barı verib və arxasınca  razılıq və kəramət gətirib. 

İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan 
amanda saxlayar. 

İnsanların ən ağıllısı, aqibəti ən çox düşünənidir. 

İmam  Əli (ə) (buyurardı): Camaata olan ehtiyacın və 
ehtiyacsızlığın hər ikisi, qəlbində  cəm olmalıdır. Mülayim 
danışığında və xoş münasibətində onlara ehtiyacın olsun, amma 
abrını, izzət və başıucalığını qorumağında onlara ehtiyacın 
olmasın. 

İmam  Əli (ə) (əziz oğlu Həsənə tövsiyəsindən): məbada sənin 
ailən bəd rəftarına görə insanların ən bədbəxti olsun. 

İnsanların ən ağıllısı üzrləri ən çox qəbul edəndir. 


 
119

İnsanın ömrünün keçəninə  ağlaması, vətəninə bağlılığı  və 
köhnə dostlarını qoruması onun alicənablığındandır. 

İmam Əli (ə) (həmin fərmandan): Allahın və camaatın haqqını 
özündən, yaxın adamlarından və  səni sevən rəiyyətindən al. 
Çünki belə etməsən zülm etmiş olarsan. 

İmam  Əli (ə) (həmin fərmandan): Xudpəsəndlikdən və 
xudpəsəndlik yaradan şeylərə arxalanmaqdan çəkin. Camaatın 
səni öyməyinə  məftun olmaqdan daha uzaq dur. Çünki bu 
xasiyyət yaxşı  əməl sahiblərinin  əməllərini pis etmək üçün 
şeytanın əlinə düşmüş gözəl fürsətdir. 

İman (nişanəsi) budur  ki, sənin ziyanına olsa belə doğru 
danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün  tutasan. 

İnsan yalan danışar və ona görə  də gecə namazından məhrum 
olar. 

İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s) qabağına isti 
yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah 
bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir. 

İslam (Allahın qarşısında) təslim olmaqdır. Təslim də yəqinlik, 
yəqinlik isə  təsdiq, təsdiq də etiraf, etirafın özü də yerinə 
yetirmək, yerinə yetirmək isə əməl etmək deməkdir. 

İnsanın fani olanlara rəğbəti onun əbədi olanlara yəqinliyinin 
dərəcəsilədir. 

İmam  Əli (ə) (Ən ağır yoxsulluq nədir? Sualının cavabında): 
İmandan sonra küfr. 

İnsanın agahlığı üçün öz zəmanəsini tanıması kifayət edər. 

İmam  Əli (ə) (öz minacatında): ilahi! Elə  et    ki,  hər  şeydən 
əvvəl məndən aldığın     əziz   bir şey  və mənə əmanət verdiyin 
nemətlərindən geri götürdüyün birinci əmanət mənim canım  
olsun. 


 
120

İtaətsizlik və  təcavüzkarlıq qılıncı  çəkən  şəxs həmin qılıncla 
öldürülər. 

İtaətsizlik viran və məhvə səbəb olur. 

İtaətsizlik itaətsizləri oda tərəf çəkir. 

İmam  Əli (ə) (həmin xütbədə): Allaha and olsun, əgər yeddi 
iqlimi, onun planetlərinin altında olan hər  şeylə birlikdə, 
qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha 
itaətsizlik etməyim  şərtilə  mənə versələr, heç vaxt bunu 
etmərəm. 

İmam Əli (ə): "Hansı günahın cəzası günahkara daha tez çatar?" 
- sualının cavabında: Allahdan başqa köməyi olmayan insana 
zülm edənə, nemətləri haqqını yerinə yetirməkdə  səhlənkar 
olana, yoxsula zülm və təcavüz əlini uzadana. 

İmam  Əli (ə) oğlanları (Həsən (ə) və Hüseynə  (ə) xitabən): 
haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma 
dost olun. 

İmkandan qabaq tələsmək axmaqlıqdır, münasib vaxt çatanda 
süstlük etmək də həmçinin. 

İnsanlar dünyanın övladlarıdır, onlar analarını sevdikləri üçün 
məzəmmət olunmazlar. 

İbrət və nəsihətlər çoxdur, qəbul edənlər az. 

İradələrimin pozulması, düyünlərimin açılması ilə Allahımı 
tanıdım. 

İnsanlar bilmədiklərinə düşməndirlər. 

İşləri təcrübədən çıxarmayan aldanar. 

İmanın zinəti batinin paklığı və zahirən gözəl rəftardır. 

İmam Əli (ə) (İnsanların ən zirəyi haqda sualının cavabında): öz 
doğru yolunu azğınlıqdan ayırd etsin və öz qurtuluşuna üz 
tutsun. 


 
121

İsrafçılıq bütün işlərdə  məzəmmətlidir, ancaq yaxşı  işlərdən-
əməllərdən başqa. 

İnsan üçün böyük eybəcərlik odur  ki, zahirini bəzəyər, daxili 
çirkin olar. 

İki tayfa doymaz: elm tələb edən və mal tələb edən. 

İnam və yəqinliklə yatmaq şəkk ilə  namaz qılmaqdan yaxşıdır. 

İki adam mənim yolumda həlakdır: dostum və düşmənim. 

İman - ürəkdə inanmaq, dildə iqrar edib etiraf etmək və əməldə 
göstərməkdir. 

İnsanlar o zaman bir şeyə yaxşı deyirlər  ki, ruzigar onun 
pisliyini örtür (gizli saxlayır). 

İnsanlar övladın ölümünə  səbr edirlər, malın-dövlətin  əldən 
çıxmasına dözmürlər. 

İmam  Əlidən (ə) soruşdular: «Əgər bir şəxsin üzərinə qapını 
bağlayasan, ruzisi hardan gələr? O yerdən  ki, əcəl gəlir» - deyə 
cavab verdi. 

İsti xörəkdə bərəkət olmaz.  

İbadətlərin yaxşısı: səbr, sakit oturmaq və nicata müntəzir 
olmaqdır. 

İnsanlar dünyada yatmışlar, ölüm zamanı xəbərdar olurlar. 

İnsanın qiyməti, onun etdiyi yaxşılıqları ilə ölçülür. 

İntiqam almaqla, ağalıq tutmaz. 

İslamdan yüksək şərəf yoxdur. 

İnsanlar arasında bir kəsə nəsihət etmək, onun üçün danlaqdır. 

İnsan o zaman azad olur  ki, öz vədəsinə vəfa  edir. 

İki  şey insanları  həlak edər: yoxsulluq qorxusu, mənsəbə 
çatmaq həvəsi. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə