Seyfəddin Qəniyev, Səadət Veysova
86
Dedim; kim dünyada degil adəmi?
Dedi; kim ki, xeyri şərdə tapılmaz.
Haşiyə: Şirvanlı
Aşıq Barat (1916-1994) deyirdi ki, bu
şeiri ustadım Aşıq Abbasdan, o da ustadı Bilaldan götürübmüş.
Şöhbət də edərdi ki, Bilal bu şeiri Mahmud Ağa üçün oxuyardı.
Özü də keyfinin duru çağında
, «Şikəstə» üstündə. Bu zaman
Ağa özü də qoşulardı aşığa.
Beləliklə, Mahmud Ağa atasının izni ilə ayrıca musiqi
məclisi yaratmağı qərara alır. Düzdür, vaxtilə Əhməd Sultan
Şamaxıdakı məşhur xanəndə, sazəndələri evinə dəvət edər,
oxutdurardı. Onlara hədiyyələr, bəxşişlər də verərdi. Yaşlı
şamaxılıların
dediyinə görə, Mahmud Ağanın da atası sözə-
sənətə ayrı qiymət verər, özü də ən çox xanəndələrlə oturub-
durarmış.
Belə bir evdə, mühitdə böyüyən Mahmud Ağa da xeyir-
xah, musiqisevən, muğamatı, poeziyanı bilən bir insan kimi
yetişmişdi. Onun da Şamaxıda dostları musiqiçilər, şairlər,
ziyalılar idi. Ustad şair S.Ə.Şirvani ondan bir az kiçik da olsa,
qardaş kimi idilər. Mahmud Ağa məclisi yaranan gündən ora
gəlib-gedən Məşədi Zeynalabdin
(M.Ə.Sabirin atası), Bahar
Şirvani, S.Ə.Şirvani, Bixud, Səid və başqa sənət adamları
olmuşdur.
Mahmud Ağa həm də bir musiqişünas
kimi də yetişə
bilmişdi. O musiqinin sirlərini ilk dəfə atasının ətrafında olan
musiqişünaslardan və öz dostlarından əxz etmişdi. Ona görə də
mənbələrdə qeyd olunduğu kimi,
«Şüştərlə» yatıb,
«Osmanlı»
ilə oyanarmış.
Mahmud Ağa məclisinə üz tutanlar, istər yerli xanəndələr
olsun, istərsə də başqa yerdən gələnlər, onun hörmətini
qazanmaq və ya daha çox hədiyyə əldə etmək üçün əsasən, bu
muğamlara müraciət edirdilər.
Muğam bilicisini, xüsusilə
muğamlarda razı sala bilmək hər sənətkarın işi deyildi. Uzun
illər ərzində Mahmud Ağa çox
«Şüştər»,
«Osmanlı» dinlədi.
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
87
Ancaq Mirzə Məhəmməd Həsən və Məşədi İsinin oxuduqlarını
daha çox bəyəndi, mükafatlandırdı. Onları dinləməkdən heç
vaxt usanmadı, yorulmadı.
***
İndi məşhur xeyriyyəçinin yaratmaq istədiyi məclisə
qayıtmağın yeridir. Mahmud Ağa atasının məsləhəti ilə ilk
əvvəl Mustafa xanın sarayında yaşayıb ustad adına ucalmış
sənətkarları bir araya gətirir, onlarla məsləhətləşir.
Əbülhəsən
(Həsən Çəp),
Çopur Nəcəfqulu, Kəlbəlayi Ələkbər, Mirzə
Salman, Hüseyn, Zərqələm, Kütahi xanım; saray sairləri
Əhməd Şirvani (1785-1848),
Cəlal Şirvani (1768-1844),
Fəthi Şirvani (?-1846),
Şüğli Şirvani (XlX əsr),
Raci Şirvani
(XIX əsr) Mahmud Ağanın təklifini alqışlayanlardan olur.
Əhməd Sultan da özünün qələm dostu
Didə (1797-1870),
Əhməd Şirvani (1790-1856),
Molla Əlabbas (? -1918),
Mir
Həmzə Mir İbrahim oğlu (1812-1898),
Raqib (1818-1892),
Hacı Nəcəf bəyi (1825-1890) və sazəndə dostlarını məclisə
dəvət edir.
Mahmud Ağanın həmtayları - Hacı Şirvani
(1824-?),
Səid Ünsizadə (1831-1912),
Bixud (1830-1892),
Ələkbər Qafil (1828-1892),
Bahar Şirvani (1834-1883),
S.Ə.Şirvani (1835-1888),
Məşədi Muxtar bəy (1824-1896),
Sultan bəy (1829-1904),
Süleyman Məşədi Ağalar oğlu (XIX
əsr),
Murad Mirzah oğlu (XIX əsr),
Mustafa Tağı oğlu
(1820-1889),
Hacı Muxtar bəy (1824-1900),
Hacı Mürsəl bəy
(1825-1894) və başqaları.(Bəylərin adları arxivdən Şamaxı bəy-
ləri siyahısından götürülmüşdür.S.Q.) məclisin ilk üzvlərindən
olmuşlar.
Az bir müddətdə məclisin səsi-sorağı artdığı kimi, onun
üzvləri və eləcə də qonaqlarının sayı çoxalmışdır. XIX əsrin
70-ci illərinə qədər Mahmud Ağa məclisinin daimi üzvlərinin –
iştirakçılarının -
xanəndə, tarzən, aşıq, şair, balabançı, nağa-
ra ifaçılarının sayı əlli nəfərdən artıq olmuşdur. Rəqqasələrin
Seyfəddin Qəniyev, Səadət Veysova
88
sayı isə 10-15 nəfər olduğu göstərilir. Artıq onun yaratdığı
məclis kiçik bir universitet kimi fəaliyyət göstərirdi.
Məclisin ilk vaxtlarında Əhməd
Sultan və Mahmud Ağa
iştirakçılara xüsusi göstəriş də verdi: «Şamaxıda bütün cavan
oxuyanlar, sənəti bilən, poeziya vurğunları kimliyindən asılı
olmayaraq məclisə qatıla bilərlər. Tanıdığımız istedadlar
kənarda qala bilməzlər. Axtarın, tapın, məclisimizə dəvət edin.
Müsabiqəmizdə cani-dildən iştirak etsinlər.
Gənclərə S.Ə.Şirvani, Həsən Çəp, Nəcəf bəy, Aşıq
İbrahim başda olmaqla muğam və klassik poeziyanın sirlərini
öyrənmək üçün xüsusi təlimlər keçəcək, risalələr hazırlanacaq.
Məncə, burada muğam müsabiqəsindən keçən qaliblərə, iştirak-
çılara bütün Şərqdə zaval olmayacaqdır». Əslində bu tələblər
məclisdə qurulan təhsilin musiqi ilə yanaşı, poeziyanın da
inkişafına təkan verə biləcək bir proqramı, layihəni xatırladırdı.
Mahmud Ağanın bir musiqişünas
kimi fəaliyyətindən
bəhs edən
F.Şuşinski yazır: «Mahmud Ağa məclisinə gənc
musiqiçiləri də dəvət edib, onlara klassik Şərq musiqisindən
təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada çalan və
oxuyanlar üçün bir növ
«təkmilləşdirmə institutu» idi».
F.Şuşinskinin Mahmud Ağanın məclisini ali təhsil ocağına
bənzətməsi bizə də bu fikri bir qədər inkişaf etdirərək
universitet səviyyəsinə qaldırmağımıza haqq qazandırır.
Seçmələr bizimdir. (S.Q) Burada ifaçılıq təlimi alan və çalğısı
bəyənilən hər bir musiqiçi təqdir olunurdu. O zaman Şamaxı
musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı.
Azərbaycanın
hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya
gəlib Mahmud Ağa qarşısında öz sənətini nümayiş etdirməyə
can atardı».
Məlum olduğu kimi, XIX əsrdə Şamaxının musiqi mühiti
və xanəndələri - musiqiçiləri barədə bu vaxta kimi ciddi
tədqiqat aparılmamışdır. Odur ki, mənbələrdə ancaq XIX əsrin
II yarısında yaşayıb-yaradan xanəndələrin
bir neçəsinin sadəcə
adı çəkilir və ya haqqında xatirələr söylənilir. Amma məlumdur