Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
86
Dedim; kim dünyada degil adəmi?  
Dedi; kim ki, xeyri şərdə tapılmaz. 
 
Haşiyə:  Şirvanlı  Aşıq Barat (1916-1994) deyirdi ki, bu 
şeiri ustadım Aşıq Abbasdan, o da ustadı Bilaldan götürübmüş. 
Şöhbət də edərdi ki, Bilal bu şeiri Mahmud Ağa üçün oxuyardı. 
Özü də keyfinin duru çağında, «Şikəstə» üstündə. Bu zaman 
Ağa özü də qoşulardı aşığa. 
Beləliklə, Mahmud Ağa atasının izni ilə ayrıca musiqi 
məclisi yaratmağı  qərara alır. Düzdür, vaxtilə  Əhməd Sultan 
Şamaxıdakı  məşhur xanəndə, sazəndələri evinə  dəvət edər, 
oxutdurardı. Onlara hədiyyələr, bəxşişlər də verərdi. Yaşlı 
şamaxılıların dediyinə görə, Mahmud Ağanın da atası sözə-
sənətə ayrı qiymət verər, özü də  ən çox xanəndələrlə oturub-
durarmış. 
Belə bir evdə, mühitdə böyüyən Mahmud Ağa da xeyir-
xah, musiqisevən, muğamatı, poeziyanı bilən bir insan kimi 
yetişmişdi. Onun da Şamaxıda dostları musiqiçilər,  şairlər, 
ziyalılar idi. Ustad şair S.Ə.Şirvani ondan bir az kiçik da olsa, 
qardaş kimi idilər. Mahmud Ağa məclisi yaranan gündən ora 
gəlib-gedən Məşədi Zeynalabdin (M.Ə.Sabirin atası),  Bahar 
Şirvani, S.Ə.Şirvani, Bixud, Səid və başqa sənət adamları 
olmuşdur. 
Mahmud Ağa həm də bir musiqişünas kimi də yetişə 
bilmişdi. O musiqinin sirlərini ilk dəfə atasının  ətrafında olan 
musiqişünaslardan və öz dostlarından əxz etmişdi. Ona görə də 
mənbələrdə qeyd olunduğu kimi, «Şüştərlə» yatıb, «Osmanlı» 
ilə oyanarmış. 
Mahmud Ağa məclisinə üz tutanlar, istər yerli xanəndələr 
olsun, istərsə  də başqa yerdən gələnlər, onun hörmətini 
qazanmaq və ya daha çox hədiyyə əldə etmək üçün əsasən, bu 
muğamlara müraciət edirdilər. Muğam bilicisini, xüsusilə 
muğamlarda razı sala bilmək hər sənətkarın işi deyildi. Uzun 
illər  ərzində Mahmud Ağa çox «Şüştər»,  «Osmanlı» dinlədi. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 87
Ancaq Mirzə Məhəmməd Həsən və Məşədi İsinin oxuduqlarını 
daha çox bəyəndi, mükafatlandırdı. Onları dinləməkdən heç 
vaxt usanmadı, yorulmadı. 
 
                                            *** 
 
İndi məşhur xeyriyyəçinin yaratmaq istədiyi məclisə 
qayıtmağın yeridir. Mahmud Ağa atasının məsləhəti ilə ilk 
əvvəl Mustafa xanın sarayında yaşayıb ustad adına ucalmış 
sənətkarları bir araya gətirir, onlarla məsləhətləşir.  Əbülhəsən 
(Həsən Çəp),  Çopur Nəcəfqulu, Kəlbəlayi  Ələkbər, Mirzə 
Salman, Hüseyn, Zərqələm, Kütahi xanım; saray sairləri 
Əhməd  Şirvani  (1785-1848),  Cəlal  Şirvani  (1768-1844), 
Fəthi Şirvani (?-1846), Şüğli Şirvani (XlX əsr), Raci Şirvani 
(XIX  əsr) Mahmud Ağanın təklifini alqışlayanlardan olur. 
Əhməd Sultan da özünün qələm dostu Didə  (1797-1870), 
Əhməd  Şirvani  (1790-1856),  Molla  Əlabbas  (? -1918), Mir 
Həmzə Mir İbrahim oğlu  (1812-1898),  Raqib  (1818-1892), 
Hacı  Nəcəf bəyi  (1825-1890) və sazəndə dostlarını  məclisə 
dəvət edir. Mahmud Ağanın həmtayları - Hacı  Şirvani 
(1824-?),  Səid Ünsizadə  (1831-1912),  Bixud  (1830-1892), 
Ələkbər Qafil (1828-1892),  Bahar  Şirvani  (1834-1883), 
S.Ə.Şirvani (1835-1888), Məşədi Muxtar bəy (1824-1896), 
Sultan bəy (1829-1904), Süleyman Məşədi Ağalar oğlu (XIX 
əsr),  Murad Mirzah oğlu  (XIX  əsr),  Mustafa Tağı  oğlu 
(1820-1889), Hacı Muxtar bəy (1824-1900), Hacı Mürsəl bəy 
(1825-1894) və başqaları.(Bəylərin adları arxivdən Şamaxı bəy-
ləri siyahısından götürülmüşdür.S.Q.) məclisin ilk üzvlərindən 
olmuşlar. 
Az bir müddətdə  məclisin səsi-sorağı artdığı kimi, onun 
üzvləri və eləcə  də qonaqlarının sayı çoxalmışdır. XIX əsrin 
70-ci illərinə qədər Mahmud Ağa məclisinin daimi üzvlərinin – 
iştirakçılarının - xanəndə, tarzən, aşıq, şair, balabançı, nağa-
ra ifaçılarının sayı əlli nəfərdən artıq olmuşdur. Rəqqasələrin 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
88
sayı isə 10-15 nəfər olduğu göstərilir. Artıq onun yaratdığı 
məclis kiçik bir universitet kimi fəaliyyət göstərirdi.  
Məclisin ilk vaxtlarında Əhməd Sultan və Mahmud Ağa 
iştirakçılara xüsusi göstəriş  də verdi: «Şamaxıda bütün cavan 
oxuyanlar, sənəti bilən, poeziya vurğunları kimliyindən asılı 
olmayaraq məclisə qatıla bilərlər. Tanıdığımız istedadlar 
kənarda qala bilməzlər. Axtarın, tapın, məclisimizə dəvət edin. 
Müsabiqəmizdə cani-dildən iştirak etsinlər.  
Gənclərə S.Ə.Şirvani, Həsən Çəp, Nəcəf bəy, Aşıq 
İbrahim başda olmaqla muğam və klassik poeziyanın sirlərini 
öyrənmək üçün xüsusi təlimlər keçəcək, risalələr hazırlanacaq. 
Məncə, burada muğam müsabiqəsindən keçən qaliblərə, iştirak-
çılara bütün Şərqdə zaval olmayacaqdır».  Əslində bu tələblər 
məclisdə qurulan təhsilin musiqi ilə yanaşı, poeziyanın da 
inkişafına təkan verə biləcək bir proqramı, layihəni xatırladırdı.  
Mahmud Ağanın bir musiqişünas kimi fəaliyyətindən 
bəhs edən  F.Şuşinski yazır: «Mahmud Ağa məclisinə  gənc 
musiqiçiləri də  dəvət edib, onlara klassik Şərq musiqisindən 
təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada çalan və 
oxuyanlar üçün bir növ «təkmilləşdirmə institutu» idi». 
F.Şuşinskinin Mahmud Ağanın məclisini ali təhsil ocağına 
bənzətməsi bizə  də bu fikri bir qədər inkişaf etdirərək 
universitet səviyyəsinə qaldırmağımıza haqq qazandırır. 
Seçmələr bizimdir. (S.Q) Burada ifaçılıq təlimi alan və çalğısı 
bəyənilən hər bir musiqiçi təqdir olunurdu. O zaman Şamaxı 
musiqi məclisinin  şöhrəti çox uzaqlara yayılmışdı. 
Azərbaycanın hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya 
gəlib Mahmud Ağa qarşısında öz sənətini nümayiş etdirməyə 
can atardı». 
Məlum olduğu kimi, XIX əsrdə Şamaxının musiqi mühiti 
və xanəndələri - musiqiçiləri barədə bu vaxta kimi ciddi 
tədqiqat aparılmamışdır. Odur ki, mənbələrdə ancaq XIX əsrin 
II yarısında yaşayıb-yaradan xanəndələrin bir neçəsinin sadəcə 
adı çəkilir və ya haqqında xatirələr söylənilir. Amma məlumdur 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə