Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 89
ki, XIX əsrdə Azərbaycanın bir çox böyük şəhərlərində, 
ələlxüsus də  Şamaxıda  şeir və muğam məclişləri tüğyan 
etmişdir. 
XIX əsrin 50-ci illərindən sonra Şamaxıda həm poeziya, 
həm maarif, həm aşıq sənəti, həm də musiqi sahəsində yeni-
yeni istedadlar yetişib üzə  çıxaraq  şöhrət qazanmış, musiqi 
tarixində silinməyən iz qoymuşlar. Bizə belə  gəlir ki, həmin 
dövrdə  Şamaxı  və onun kəndlərində yaşayan elə bir sənətkar 
tapılmazdı ki, onun az və ya çox dərəcədə Mahmud Ağa 
məclisi, «Beytüs-Səfa» məclisilə  əlaqəsi olmasın. Sadəcə 
olaraq, bu sahə ilə bağlı ciddi təqdiqat aparılmadığı üçün XIX 
əsrin II yarısında  Şamaxıda yaşamış  sənətkarların ömür yolu
sənət uğurları haqqında yalnız seyrək məlumatlara rast gəlmək 
mümkündür. Eləcə  də Mahmud Ağanın  muğam məktəbi, 
məktəbdə keçirilən müsabiqələr, orada olan qaliblərdən bəhs 
edən yazılı  sənədlər axtarılsa da hələlik ciddi nəticələr  əldə 
edilmədiyini etiraf etmək lazımdır. Mahmud Ağa məclisinin 
yerli-daimi iştirakçları haqqında məlumatlar ya xatirələr, ya on-
ların uzaq qohumlarının dedikləri, bəzən də məntiqi və intuitiv 
qənaətlər  əsasında formalaşmışdır. Mahmud Ağa məclisinin 
daimi iştirakçıları  əsasən,  Şamaxı  və  ətraf oba, kəndlərdə 
yaşayan ziyalı, sənətkar, tacir və  bəy-bəyzadələr olmuşdur. 
Xatirələrdə qeyd olunduğu kimi, bəzən məclisdə  iştirak edən-
ləri Mahmud Ağa sarayının «Qızılı salonu» güclə tuturdu. Bir 
müddət keçəndən sonra Ağanın məclisinə, muğam müsa-
biqəsinə qatılan sənətkarların sayı yüzü keçərdi. Ona görə mü-
sabiqə hətta bir həftə - on gün davam edirdi. Bu müddət ər-
zində həmin insanlara sarayda xüsusi qayğı göstərilirdi. Qalib-
lər də həmişə olduğu kimi mükafatlandırılırdı. 
Bu iştirakçıların çoxu barədə bilgilər əldə etsək də, kitab-
da bu muğam, poeziya sərraflarının yalnız bir qismi barədə 
məlumat verə bildik. Kimlər olmuşdur o insanlar - muğam 
təşnələri? 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
90
 
Murad Mirzəli oğlu 
 
O, XIX əsrin 30-cu illərində  Şamaxıda  İmamlı  məhəl-
ləsində doğulmuşdur. Mollaxanada oxumuşdur. Uşaqlıqda 
qarğıdan düzəltdiyi tütəklə aşıq və oyun havalarını öyrənməyə 
başlamışdır. Sonra şirvanlı  Aşıq  İbrahim, Aşıq Xəlillə tanış 
olmuşdur. Sənəti öyrənmiş  və onlarla yoldaşlıq etmişdir. Özü 
də Mahmud Ağanın qonşuları idi. Amma həmin məclisə ilk 
dəfə  Aşıq  İbrahimlə ayaq açmışdır. Mahmud Ağa Aşıq 
İbrahimin onunla ifa etdiyi «Zarıncı»nın  məftunu idi. Murad 
ustad şair S.Ə.Şirvani və görkəmli pedaqoq M.Mahmudbəyovla 
da dost olmuşdur. O, təxminən, XIX əsrin 90-cı illərində vəfat 
etmişdir. 
 
 
 
Salam Məşədi Bağı oğlu 
(XlX əsr) 
 
Aşıq  Şamilin dediynə görə, balabançı Salam Aşıq Və-
licanın dayısı olmuşdur. O, balaban çalmağı qonşuları Solaxay 
Mədətdən  öyrənmişdir. Mədət tərəkəmələrlə savaşda çomağı 
sol  əli ilə vurduğundan Solaxay ayaması verilibmiş ona. O da 
Aşıq  İbrahimlə  sənətə ayaq açaraq bacısı  oğlu Vəlicanı da ar-
xasınca aparmışdır. Sonra ustad sənətkar bir çox havalar 
bəstələmişdir. Qocaman sənətkarların dediyinə görə, Aşıq Və-
licanın oxuduğu  «Vəlicanı  şikəstəsi»ni  Salam bəstələmişdir. 
Mahmud Ağa məclisinə  aşıqları  dəvət edəndə Salamı da ça-
ğırtdırar, onun tütək çalğısını çox xoşlayardı. Çox zaman Ağa 
Salama tütək çaldırıb doyunca qulaq asar, mükafatlandırardı. 
Salam Məşədi Bağı oğlu XIX əsrin sonunda vəfat etmişdir. 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 91
Udulu Musa 
(1802-1875) 
 
Udulu Musa Məhərrəm oğlu 1802-ci ildə  Şirvan ma-
halının Baba-Bozum adlı köçəri obasında doğulmuşdur. Son-
ralar Udulu kəndinə köçmüşlər. İlk təhsilini evdə atasından al-
mış, ardını isə  Şamaxıda oxumuşdur. Həm xalq şeiri, həm də 
klassik üslubda əsərlər yazmışdır. O, XIX əsrin görkəmli şairi 
X.Natəvanla da məktublaşmışdır.  Şamaxının ziyalıları, xü-
susən S.Ə.Şirvani ilə dost olmuşdur. Ona görə  də «Beytüs-
Səfa» məclisinə yaxın idi. Udulu Musa 1875-ci ildə  vəfat et-
mişdir. 
Onun haqqında ilk dəfə professor Ə.Cəfərzadə  tədqiqat 
aparmışdır. Sonralar bir çox alimlər - F.Qasımzadə, N.Qara-
yev,  Əhməd Cəfərzadə, S.Qəniyev  və b.  onun  yaradıcılığını 
tədqiq edərək şairin yeni şeirlərini üzə çıxarıb çap etdirmişlər. 
 
Ey gözəl, səbr et, dayan, bir ləhzə mehman ol mənə,  
Taqəti-canım, gedirsən? Getmə, bir can ol mənə! 
 
Eylə bir zillətliyəm, hər kəs məni tərk eyləmiş,  
Rəhmə gəl, ad eyləyib, qüdrətli sultan ol mənə. 
 
Xəstəyəm, biçarəyəm, yoxdur təbibi-malicim,  
Bari insaf eləyib şəfqəti-dərman ol mənə. 
 
Görmədim dünyada mən zövqü səfadan bir nişan,  
Bəxt yox, imdad yox, bir özgə dövran ol mənə. 
 
Gün ötür, ömür keçir, cismin solur bir gül kimi,  
Binəsib Musa ölür, sən ki, mehman ol mənə! 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
92
Bir açıqlama: Alim dostum f.e.d Əhməd Cəfərzadə nəsil 
şəcərəsi barədə danışarkən deyirdi: «Mənim ulu babam Tağı 
Şamaxının Pirani-Şirvan məhəlləsindən» olmuşdur. O, 
Mustafa xanın sərdarlarından biri, həm də qohumu idi. 
Onların mülkləri  Əhməd Sultanın  İmamlı  məhəlləsində 
olan mülkləri ilə yanaşı idi. Musa babamın atası Məhərrəm də 
Mahmud Ağanın atası ilə dost olmuşlar. Hər ikisinin Mustafa 
xana yaxınlığı  və qohumluğu var imiş. Tağı babam əvvəl 
Salyan  ərazisində olan Baba-Barum obasında məskunlaşmış, 
sonra Udulu ərazisində (sonra ora Tağıl adlanmış) 
məskunlaşmışdır. Amma Şamaxıdan ayağını üzməmişdir. Oğlu 
Məhərrəm  Şamaxıdakı mülkündə, ikinci oğlu Məmiş isə 
yanında yaşamışdır. Odur ki, o, Əhməd Sultanla yaxın olmuş, 
onun musiqi axşamlarında iştirak etmişdir. Musa da atasının 
vasitəsilə bu ailə ilə yaxınlaşır,  Əhməd Sultanla möhkəm 
dostluq edir. Bir müddət sonra Musa həm Mahmud Ağa, həm 
də Seyid Əzimin məclisinin iştirakçısına çevrilir. Babam Musa 
sonralar köçəri elatlarda olan şairləri bir araya gətirib,  Küdrü 
düzündə  tərəkəmə sinədəftərlərinin məclisini yaradıb
Sonralar o, həmin məclis üzvlərini Mahmud Ağa ilə tanış 
eləmişdi. Babam Məhərrəm Əhməd Sultanla yaxın olduğu üçün 
oğlunun birinə onun atası – Cavadın adını vermişdir. Sonralar 
Mahmud Ağa da  bir oğlunun adını Cavad qoyur. Mənə belə 
gəlir ki, babam Musa Natəvanla elə Mahmud Ağagildə tanış 
olmuş, sonralar məktublaşmışlar. 
 
Yetişdi xoş namən bizə, Xan qızı,  
Sən ağlarsan, mən gülmərəm, sızdaram.  
Dərdlidən dərdliyə salam eylərəm,  
Sən ağlarsan, mən gülmərəm , sızdaram. 
 
Kim bilir işini çərxi-fələyin?  
Qoymaz bir hasilə yetə diləyin,  
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə