Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 93
Dərdin bəyan etdin, yandı ürəyim,  
Sən ağlarsan, mən gülmərəm, sızdaram. 
 
Mənim də bəxtimin olmadı ağı,  
Dostlar əldən getdi, çoxaldı yağı,  
Qocalıban ömrün qurtaran çağı,  
Sən ağlarsan, mən gülmərəm, sızdaram. 
 
Abamı götürüb biyaban gəzdim,  
Şirvandan tapdayıb dağ, aran gəzdim,  
Qolum gücdən düşdü, canımdan bezdim,  
Sən ağlarsan, mən gülmərəm, sızdaram. 
 
Şirvan eli Qarabağdan uzaqdır,  
Bir il yağmır olsa, bir il quraqdır,  
Yazıq Musa alacıqda dustaqdır,  
Sən ağlarsan, mən gülmərəm, sızdaram. 
 
Mustafa Tağı oğlu 
(XIX əsr) 
 
Mənbələrdə Mustafanın XIX əsrin  əvvəllərində  Şama-
xının  İmamlı  məhəlləsində anadan olduğu göstərilir. Atası 
Tağı kişi çarıqçı imiş. Mustafa məhəllə məktəbində təhsil alıb. 
O, həm də «Çarıqçı oğlu» təxəllüsü ilə yazan şair imiş. Gənc-
lik illərində balaban sənətini öyrənir.  İlk dəfə  Aşıq  İbrahim, 
sonra Aşıq Nürəddinlə tanış olur, yoldaşlıq edirdi. O, S.Ə.Şir-
vaninin «Beytüs-Səfa» məclisinə yaxın olmuşdur. Uzun illər 
Aşıq  İbrahimi müşayiət etmişdir. Onun şeirləri həm də  Aşıq 
İbrahimin repertuarını təşkil edirdi. Mahmud Ağa məclisinə də 
Aşıq İbrahimlə getmişdir. «Şirvanın yolları» mahnısı Mahmud 
Ağanın sevdiyi havalardan idi. Aşıq  İbrahim onu ustalıqla ifa 
etdiyi kimi, Mustafa da yastı balabanda xüsusi füsunkar bir 
ritmlə çalardı. Məclisdə  əyləşən hər kəsin qəlbi belə  qənirsiz 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
94
ifadan riqqətə gələr, coşar, kövrələrdi.  
Mustafa Çarıqçı oğlunun şeirlərindən parçaları və nümu-
nələri Ə.Cəfərzadənin şəxsi arxivindən əldə etmişik. 
 
Səni gördüm əqlim çaşdı,  
Belə baxma, zalım qızı.  
Alma yanaq, süzgün baxış,  
Canım yaxma, zalım qızı. 
 
Səni xəlq edənə qurban,  
Unudarammı bircə an?  
Eşqimə sən də alış, yan,  
Canım yaxma, zalım qızı. 
 
Çarıqçı oğlu neyləsin?  
Dərdini kimə söyləsin?  
Kimə təmənna eyləsin?  
Belə baxma, zalım qızı,  
Canım yaxma, zalım qızı. 
 
O, XIX əsrin sonlarında vəfat etmişdir. 
 
Həsən Çəp 
(XIX əsr) 
 
Bu ustad sənətkar haqqında mənbələrdə o qədər də geniş 
məlumat yoxdur. Bəlli odur ki, uzun illər  Şamaxı  məd-
rəsəsində  dərs demişdir.  Həsən gənclikdən zil səsi ilə  bə-
yənilmiş  və Mustafa xanın sarayına yaxın olmuş, saray xa-
nəndələri ilə dost idi. Çopur Nəcəfqulu ilə mötəbər məclislərə 
qatılmışdır.  Əhməd Sultan və  oğlu Mahmud Ağa məclisində 
ustad xanəndə kimi şöhrətlənmiş, uğurlar qazanmışdır. O, gənc-
lərə muğamın sirlərini öyrətmiş, musiqiyə aid risalələr yaz-
mışdır. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 95
Ustad xanəndə  təxminən, XIX əsrin 80-ci illərində vəfat 
etmişdir. Həsən də S.Ə.Şirvaninin şair dostlarından idi. 
Ə.Cəfərzadənin  şəxsi arxivindən  şairin bir qəzəli  əldə 
edilmişdir. 
 
Sariban, çək ovsarı «Rast» məqamı haray salır,  
Ürəkdən bir də duyum « Zənguşüturun» səsini. 
 
An keçir, dövran dönür - deyək, gülək xürrəm olaq,  
Dolansın çox sözümüz şövq ilə ərşi əlanı... 
 
Saqi, mey gəzir bizə unudaq qəmü kədəri,  
Yığışıb dust-aşınalar, xub qurublar məclisini. 
 
Sərvin, qəm ümanıdır bağı dünya başdan-başa,  
Sən əbəs sayma qafil, tar-kamanın naləsini. 
 
Şükür olsun xüdaya, nəsib edib bizlərə xürrəm günü,  
Dilərəm çox gəzməsin lütfunü, həm çarəsini. 
 
Həsən Çəp, ver sözü Mirzə Məhəmməd Həsənə,  
Sizlərə peşkəs edib Mahmud Ağa xanəsini. 
 
Haşiyə: O, klassik muğamlardan «Mahur»u, «Rəhab»ı, 
«Şur»u, «Nəva»nı  və  həmin muğamların «Əşiran»  şöbəsini 
özünəməxsus tərzdə bənzərsiz ifa edərmiş. Mahmud Ağa da bu 
şöbəyə valeh olardı. Bu cəhəti vaxtilə, S.Ə.Şirvani da belə qə-
ləmə almışdır  
 
Təsiri-bahar ilə olur şimdi tənavür,  
Səma ilə hər nəxl ki, dönmüşdü ufalə.  
Durnalar oxur gah «Əşiran», gah Əbdülçəpə,  
Gah şəkli-müsəlləs, gah uçar cümləsi nalə. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
96
 
 
 
Əbbürrəhman Əfəndi 
(1808-1890) 
 
Əbdürrəhman  Şamaxı  şəhərində doğulmuş, mədrəsə 
təhsili almışdır. «Ünsi» təxəllüsü ilə  şeirlər yazmışdır. O, 
oğlanlarının hər üçünə - Səid, Cəlal, Kamala mükəmməl təhsil 
vermişdir. Əbdürrəhman Əfəndi XIX əsrdə Şamaxıda yaşayıb-
yaradan ziyalıların, sənətkarların yaxın dostu olmuşdur. O, Əh-
məd Sultanın da yaxın dostu və  həmtayı idi. Onun sarayında 
təşkil olunan musiqi məclisində  iştirak edərdi. Sonralar isə 
Mahmud Ağanın təşkil etdiyi muğam məclisinin də daimi iş-
tirakçısı oldu. Əfəndinin hər üç oğlu şair olduğu kimi, Şamaxı-
nın mədəni, pedaqoji həyatında da yaxından iştirak etmişdilər. 
O, Mahmud Ağa məclisinə yaxın olduğu qədər də 
«Beytüs-Səfa» məclisinin fəal üzvü olmuşdur. Onun şeirləri 
hələlik əldə edilməmişdir. Vaxtilə şairin yaxın qohumu, xanən-
də Ağakərim Nafizin şəxsi arxivindən bir qəzəlini əldə etmi-
şik. (S.Q) Bu yadigar şairin gözəl istedadından, əruza bələdçi-
liyindən böyük söz deyir.  
 
Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər,  
Çəkərlər tiği əbrudən nəzər əhlin qilişdərlər. 
 
Vurarlar tiği tiğ üstən, tökərlər aşiqin qanın,  
Dönüb bir xənddə ilən vurduğu zəxmin kirişdərlər. 
 
Qarə xalə məni qoymaz baxım ol mərdümi-çeşmim,  
Misaldır, danəyə qəsd eyləyən quşlan kişdərlər. 
 
Əgər ləli-ləbin öpdümsə, qəhr etmə bu rəsm olmuş,  
Ələ bir alma düşdükdə qızarmış olsa, dişdərlər. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə