Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 77
Lütvü qıl, rəhm elə sən, biçarə Mahmud Ağaya,  
Dur gəl qurbanım olum, vəslinlə bitsin hicranım. 
 
Mahmud Ağanın lətifələrindən nümunələr 
 
... Novruz adlı bir şəxs Muğanda xanəndəlik edirmiş. Bir 
gün o, Şamaxıya Mahmud Ağanın məclisinə dəvət olunur. Bir 
həftə ərzində o, 2-3 muğam oxuyur. 
Həftə tamamında Mahmud Ağa ona bir at bağışlayıb yola 
salır. Novruz ata minib düşür yola və bir qədər gedəndən sonra 
görür ki, at axsayır. Geri dönüb deyir: 
- Ağa, axı at axsayır. Mahmud Ağa cavab verir: 
- A bala, elə  sən də muğamatda axsayırsan. Taylı-tayını 
tapar. 
*** 
 
...Qışın oğlan çağı hava qaralan zaman möhkəm çovğun 
imiş. Mahmud Ağa həyətə enir və görür ki, bir nəfər eşşəkli kişi 
haraylayır: 
- Ay Mahmud kişi, ay evin sahibi! 
Mahmud Ağa başa düşür ki, bu yad yerin adamıdır, çünki 
heç kim onu bu cür çağırmaz. Qapıya çıxıb soruşur: 
- Qardaş, kimi istəyirsən?  
Kişi soyuqdan əsə-əsə deyir: 
- Mahmud kişini, bu evin sahibini. 
- Neynirsən onu? 
- Qalmağa yerim yoxdu. Dedilər, get onun evində 
qal. 
 Mahmud Ağa soruşur: 
- Əşşi, heç onu tanıyırsan?  
- Yox! 
- Bilirsən kimdir? 
Kişi güclə dişini-dişinə qoyub deyir: 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
78
-  Ədə, mən nə bilim nə köpəy oğludur, soyuqdan do-
nuram. Kişidir, çıxsın çölə, mənim özümə, ulağıma yer 
göstərsin. 
Mahmud Ağa kəndlinin bu səmimi sözlərinə ürəkdən 
qəh-qəhə çəkib gülür və onu qonaq saxlayır. 
 
*** 
Şamaxı bazarında Cəfərqulu adlı bir kişi var imiş. Lotular 
ona pul verib onu-bunu söydürər, məzələnərmişlər. Günün 
birində Mahmud Ağa bazara çıxıb Cəfərqulunu görüb yanına 
çağırır. Kişi Mahmud Ağanı tanımırmış. Mahmud Ağa ona 
deyir: 
- Mahmud Ağanın atasını 3 dəfə söy, sənə bir üçlük 
verəcəyəm. 
Kişi qorxsa da pul onu tamahlandırır, bir dəfə astadan 
söyür. 
Mahmud Ağa deyir: 
-Yox, bu ko deyil
2
, gərək bərkdən söyəsən. Kim sənə söz 
deyə bilər? Söy, başuva dönüm!  
Kişi cəsarətlənib 3 dəfə də Mahmud Ağanın atasını söyür 
və pulu istəyir. 
Mahmud Ağa deyir: 
- Hələ bir 3 dəfə  də  Cəfərqulunun atasını söy, sonra 
pulunu verim. 
- Hansı Cəfərqulunun? 
- Belə özciyəzüvün! Mənim dədəmi söydüyün kimi
 
gərək özüvünkünü də söyəsən. 
Cəfərqulu kişi Mahmud Ağanı tanıyıb üzr istəyir. 
 
                                              *** 
Mahmud Ağanı bir qohumu Salyana toya çağırır. 
                                                 
2
 «Ko deyil» - Şamaxı dialektində bu ifadə - sayılmır mənasında işlənir.  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 79
Gəlini qonşu kənddən gətirəcəklərmiş. Mahmud Ağa 
da gəlin gətirənlərlə gedir. Ev sahibi onu tanıyıb hör-
mətlə qarşılayır və sonra öz oğlanlarını bir-bir ona təq-
dim edir: 
- Ağaəli, Ağahəsən, Ağahüseyn, Ağaməhəmməd, 
Ağabağır, Ağarza, Ağasadıq, Ağanəbi, Ağasəlim... 
Mahmud Ağa tez yerindən durub deyir: 
- Balam, bu qədər ağanın yanında mənə oturmaq 
düz deyil. 
Ev sahibi də zarafatcıl imiş, deyir: 
- Mahmud Ağa, qurbanın olum, hələ  Ağaqulu, 
Ağaverdi və Ağamehdi də gəlsin görüşsün... 
Mahmud Ağa deyir: 
- Qardaş, bir evdə ki, 12 ağa ola, o evdə  mənə 
ağalıq çatmaz, durum çıxım həyətə... 
 
*** 
 
Mahmud Ağa musiqi ilə yatıb-durarmış, özü də 
bərk yatan imiş. Bir dəfə xahiş edir ki, mən yatanda 
əvvəlcə «Şüştər», sonra da «Zəng şotor» çalarsız. 
Sazəndələr çalmağa başlayır və sonra hiss edirlər 
ki, Mahmud Ağa yatıb və  «Şüştər»dən «Şura», 
«Mahura» keçirlər. Mahmud Ağa yuxudan hövlənk 
ayılıb deyir:  
-Adə, ay zalım uşağı, yatmışam ey, ölməmişəm 
axı. «Zəng şotor» çətindi deyə hər yerə əl atırsız, fikri-
niz nədir? Siz öləsüz, öləm, tabuta qoyulam, yenə razı 
olmaram ki, muğamata xələl qatasız. Evimi dağıdın, 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
80
muğamatı yox... 
 
*** 
 
Mahmud Ağaya xəbər verirlər ki, Kolanı elatında 
Məşədi Mustafanın evində musiqi və  şeir məclisi 
təşkil edilib, bir el şairi orada iştirak edir. Mahmud 
Ağa buna inanmasa da, Küdrüyə - Mustafanın evinə 
adam göndərir və xahiş edir ki, məclis əhlinin hamısı 
çərşənbə günü ona qonaq gəlsin. 
Çərşənbə günü qonaqlar gəlir: bunlar Məşədi 
Mustafa, Çürük İslam, Padar Surxay, Orucəli Gorani, 
Qasım və Baba idi. Mahmud Ağa, qonaqların  əsl 
köçəri-tərəkəmə geyimində,  əsasən 50-60 yaşlı qo-
calar olduğunu görüb təəccüblənsə  də, özünü o yerə 
qoymur, onları məclisə dəvət edir. 
Bunlar əldəqayırma saz, balaban, qoşa nağara və 
qaval ilə bir şənlik yaradır, gözəl satirik şeirlər 
deyirlər ki, hamı heyran qalır. Mahmud Ağa deyir: 
- Sən öləsən, papaq altında oğullar var imiş. 
Mərhəba belə xalqa, qurban olum belə torpağa ki, bu 
cür oğullar yetirir... 
 
*** 
 
Belə deyirlər ki, Mahmud Ağa yas yerlərinə az 
gedərmiş. 
Bir tərəkəmə obasında adam ölür. Meyit 
namazına durmaq üçün cəmi dörd adam olur. Molla 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 81
deyir ki, görün bir adam da tapa bilirsinizmi ki, beş 
nəfər olsun. 
Çobanın birisi el yoluna çıxıb görür ki, bir nəfər 
atlı gedir. Bu da Mahmud Ağa imiş. Çoban onu 
tanımır və xahiş edir ki, hüzr düşüb, gedək bizimlə 
meyit namazına dur. 
Mahmud Ağa imtina edirsə  də, olmur. Axırda 
çoban onun atının yüyənindən yapışıb obaya tərəf 
çəkərək deyir: 
- Rəhmətliyin oğlu, sən də  mənə Mahmud Ağa 
deyilsən  ki, ölü yerinə getməyəsən. 
 
*** 
 
Təbrizdən gəlmiş Məşədi Abbas adlı bir xanəndə 
bir axşam Mahmud Ağanın məclisində çox gözəl səslə 
«Bayatı-Qacar» muğamını fars dilində oxuyur. 
Adətən, qonaq sənətkarlara elə  məclisdəcə  hədiyyə 
verən Mahmud Ağa hərəkətə gəlmir. 
Məşədi Abbas pərt soruşur: 
- Məgər Ağanın xoşuna gəlmədi ki, lütf edib 
bircə kəlmə xoş söz də demir? 
Mahmud Ağa deyir: 
- Ay zalım oğlu, belə gözəl səslə, rəvadırmı ki, 
özün  Şirvanda farsca qəzəl oxuyasan? Öz dilimizdə 
oxusaydın, mən verəsiydim, farsca oxudun, get haq-
qını onlardan al.  
 
 
*** 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə