Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 61
Mahmud Ağa nə edəcəyini bilmirdi. Oğlu Ağa bəyi də 
«Laləzar»da - anasının yanında dəfn etdi. 
Günlər, aylar ötdükcə Mahmud Ağa qismətilə barışmalı 
oldu. Cümə günləri əvvəl oğlu ilə anasının «Laləzar»dakı  mə-
zarını, sonra, «Şaxəndan»da uyuyan dostu - S.Ə.Şirvaninin 
məzarını ziyarət etməklə təsəlli tapırdı. 
Ağa bəyin ölümü bütün ailəni, qohum-ərqəbanı başdan-
başa sarsıtdı. Bu ağır itki şamaxılıların çoxunu, Mahmud 
Ağanın Qarabağ, Tiflis, Bakı, Naxçıvan, Gəncə, hətta İrandakı 
sənətkar dostları  və tanışlarını da çox məyus etmişdi. 
Xatirələrdən bəlli olur ki, Mahmud Ağanın evi bir ildən çox 
gəlimli-gedimli olur, ona hərə bir yolla təsəlli verməyə çalışır-
dı. Nəhayət, Ağa bəyin ili verildi. Qonaqlı-qaralı, çal-çağırlı sa-
ray sükuta qərq olaraq ildən sonra da lal qaldı. Buna baxmayaq 
məclis üzvlərinin  - Seyid Cəfər, Mirzə  Məhəmməd Həsən, 
Topal Nəcəfqulu, Məbud, Camo bəy və başqalarının ayaqları 
bu evdən kəsilmədi. Onlar öz söhbətləri, söylədikləri 
əhvalatlarla Mahmud Ağanı ovundurmağa, fikrini dağıtmağa 
çalışırdılar... 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
62
                                                
 
Artıq oğlunun ölümünün ikinci ili də arxada qaldı. Nə-
hayət, Mahmud Ağanın nəvə, Əhməd Sultanın isə nəticə toyları 
da başladı. Dost-tanışlar həmin məclislərə cəm oldular. Heç kəs 
Mahmud Ağaya cürət edib, - «Gəl məclisini yenidən quraq, 
Ağa», - deyə bilmirdi. 
 
*** 
 
 
Bir gün Şamaxı ziyalıları bir yerdə toplaşdılar. Seyidin yadigarı 
Seyid Cəfəri  də Bakıdan dəvət etdilər. Xeyli söhbət edib 
danışdıqdan sonra qərarlaşırlar ki, Mahmud Ağadan məclisini 
bərpa etməyi, yenidən qurmağı xahiş etsinlər. 
 
Buzovna qəsəbəsi. Qəsəbə sakini Hacı Muxtar və f.e.d. Hacı 
Seyfəddin Seyid Cəfərin  məzarını ziyarət edirlər.  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 63
 
Axırda Mahmud Ağaya musiqi 
məclisini yenidən qurulmasını 
təklif etməyi Seyid Cəfərin boy-
nuna qoydular. Səhəri gün Se-
yid Cəfər Mahmud Ağanın sara-
yına getdi. Əvvəl  Əhməd Sul-
tanla danışdı və onu razı sala bil-
di ki, musiqi məclisinin yenidən 
başlamasına icazə versin. Sonra 
Əhməd Sultan oğlu Mahmud 
Ağanı otağına dəvət etdi. Ən nə-
hayət, Mahmud Ağa atası və Cə-
fər Ağanın təklifini qəbul etdi və 
dedi: - Musiqi də elə  mənimlə 
qardaşdı, övladımdı. Düzü, oğ-
lum Ağa bəyin ölümündən sonra 
onlardan ayrı düşmüşəm. Övladı-
mın qismətini Allah-Taala yazıb, qisməti beləymiş. Musiqi- 
Muğamı, mən dəfn edə bilmərəm Şamaxıda. Sabahdan tapşıra-
cam nəvələrimin hər ikisi tar dərslərinə  də başlasınlar və 
məclisə oğlum Cavad bəy rəhbərlik etsin. Muğamlarımızı yaxşı 
bilir. Nəcəf bəydən dərs alıb, səsi də pis deyil, özü də  mənim 
kimi yaxşı tar çalır. Seyid Cəfər, sən də Şamaxını ertə tərk edib 
getdin Bakıya. Yoxsa deyərdim ki, cavan şairlər atanın, 
«Beytüs-Səfa»sını yenidən qursunlar. Gərək çalışıb quraq da. 
Əks tədqirdə, Seyid Əzimin ruhu bizdən inciyər ki, onun məc-
lisi yenidən canlanmadı... 
Beləliklə, bir həftə sonra Mahmud Ağanın məclisi öz işi-
nə başladı. Amma əvvəlki hüsnlə, təmtəraqla deyil, bir qədər 
sönük. Mahmud Ağa da əsasən, Qarabağ, Bakı və Tiflisdən qo-
naqları  gələndə  məclisdə  iştirak edərdi. Qalan vaxtlarda oğlu 
Cavad bəy və dostu Mirzə Məhəmməd Həsən rəhbərlik edərdi 
 
S. Ə. Şirvaninin oğlu Mir 
Cəfər  Ağa 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
64
məclisə. 
Şamaxıda  əlli ildən artıq  Əhməd Sultan və Mahmud 
Ağanın maddi vəsaiti, rəhbərliyi ilə  fəaliyyət göstərən bu 
məclis yenidən coşdu, öz adət-ənənəsi, səsi, sorağı ilə bütün 
Qafqaza səs saldı. Bu illər  ərzində  Ağanın muğam məktəbi 
yüzlərlə sənətkar yetirdi. Hər biri də ustad məqamına çata bildi, 
məşhurlaşdı, sevildi, nəhayət,  Şamaxı muğam mühitinin səsi-
sədası yenidən aləmi başına götürdü. 
 
*** 
 
Ağa bəyin ölümündən sonra xanımlar xanımı, yetim-ye-
sirin pənahı, qəriblərin dayağı Gövhər xanım solub saralmağa 
başladı, əridi. Üz-gözündən oğul nisgili, itkisi sezilməsə də, sən 
demə o, ürəyində  çəkirmiş bu ağır dərdi. Heç çox da xəstə 
yatmadı. Yazın güllü-çiçəkli vaxtında dünyaya əlvida dedi. 
Qırx ildən artıq bir yastığa baş qoyduğu, cani-dildən sevib 
əzizlədiyi, gözəlliyinin tayı-bərabəri olmayan Gövhərini itirdi 
Mahmud Ağa. Deyilənlərə görə, Mahmud Ağanın öz baş yol-
daşına olan məhəbbət və sevgisinin qədəri-qəsəmi bilinməz ol-
muşdur. Odur ki, belə bir var-dövlət, sərvət sahibi Mahmud 
Ağa Şamaxının başqa zənginlərindən fərqli olaraq tək bircə 
dəfə evlənmişdi.  Onun sarayında ögey uşaqlar, günülər 
olmamışdır...  
Düz qırx gün Şamaxının bütün qadınları - zənginlərin 
xanımları, eləcə də yoxsulların qadınları Gövhər xanımın evinə 
toplandılar. “Quran” oxuyan kim, mərsiyə deyib ağlayan kim... 
Kişilər də eləcə ... Mahmud Ağa bu itkidən deyəsən, çaşıb-
qalmışdı.  İnana bilmirdi xanımının ölümünə. Yasa Ağanın 
Bakıda, Qarabağda olan dost-tanışları ailələri ilə  gəlmişdilər. 
Yenə Bakıdan gələnlər arasında S.Ə.Şirvaninin  oğlu Seyid 
Cəfər, qızları - Seyid Həcər və Seyid Fatimə  vardı. Seyid 
Cəfər kişilər məclisinin ağsaqqalı, Seyid Həcər və Seyid Fatimə 
isə qadın məclisinin ağbirçəyi idilər. Mərsiyə deyirdilər 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə