Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şamaxı. “İmamlı” məhəlləsi. İskəndərovların  dağıdılmış  
mülkləri., ( 1918) 
Şamaxı. Cümə məsçidi 1918-ci ildə ermənilər  
tərəfindən yandırılmışdır. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
58
MAHMUD AĞAYA MƏXSUS OLAN MALİKANƏLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1918-ci ildə ermənilər  tərəfindən dağıdılmışdır. 
M\ərzəndiyə kənd   məsçidinin  xarabalıqları  
1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. 
Şamaxı. Çarhan kəndi, Səftər Heydər oğlunun 
dağıdılmış evi 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 59
                                          *** 
Əhməd Sultan və Mahmud Ağa XIX əsrdə  Şamaxıda 
böyük bir muğam məktəbi yaratmağa, demək olar ki, 
Azərbaycanda ilk dəfə  şəxsi varidatı hesabına  muğam 
müsabiqələri keçirməyə müvəffəq olmuşlar. 
Bu məktəbdə kamil sənətkar səviyyəsinə yüzlərlə istedad 
yüksəlmişdi;  xanəndə, aşıq, rəqqas, balabançı, tarzən,  şair, 
nağaraçı və b. Məktəbin əsas uğurlarının ən başlıcası təkcə Şa-
maxı üçün yox, bütün ölkə üzrə muğam müsabiqəsi keçirmək 
olmuşdur. O muğam müsabiqələrinə Azərbaycanda zamanına 
görə  ən böyük ustad sənətkarlar qatılardı  və o istedadlar bir-
birilərini yaxından tanıdıqları kimi, bir-birinin ifalarını eşitmiş, 
məsləhətlər almış  və  məsləhət vermişlər.  Qırx ildən artıq bu 
muğam məktəbinin və  məktəbdə keçirilən müsabiqələrin 
rəhbəri Mahmud Ağanın özü olmuşdur. 
Əslində bu təhsil ocağı adi məktəbdən daha çox bir uni-
versitetə bənzəyirdi. XIX əsrin əvvəllərində Rusiyanın ali təhsil 
sistemində böhran yaşanırdı. Müəllim çatışmırdı.  İmperiyadan 
xaricə müəllim kimi təhsil almaq üçün cəmi 100 nəfər gön-
dərilmişdi. Mahmud Ağanın universitetində isə zəmanəsinin ən 
güclü və dahi sənətkarları, söz xiridarları sənətin və şeirin sir-
lərini davamçılarına öyrədirdi. 
Bu təhsil və elm məbədinin özünəməxsus kitabxanası var 
idi. Kitabxanada dövrünə məxsus əlyazmalar, risalələr, gündə-
liklər, bəyazlar, kitablar yerləşdirilmişdi. Məktəbdə o dövrün 
qədim musiqi alətləri də  cəmlənmişdi.  1902-ci il zəlzələsi za-
manı Mahmud Ağanın evi də dağıldı. Evdə olan qiymətli əş-
yalarla yanaşı, dəyəri heç nə ilə ölçülməyən həmin kitab və 
əlyazmalar da məhv olmuşdu. Qalanlarını  da  erməni   cəllad-
ları  1918-ci ildə  məhv etdi.  
Yuxarıda qeyd etdiyimiz kimi, Mahmud Ağanın beş öv-
ladı olmuşdur. Bu övladların hamısı musiqiyə, poeziyaya bələd 
gənclər idilər. Ağılları söz kəsəndən evlərində ancaq musiqi 
dinləmiş, tanıdıqları və tanımadıqları məlahətli səs sahiblərinin 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
60
avazları, çalğılarına qulaq asmışlar. Özləri də mənəviyyat sa-
hibi kimi yetişmiş, böyümüşlər. XIX əsrin 90-cı illərinə kimi 
Əhməd Ağa və Gövhər xanım nəvə-nəticələrin sevinci ilə ömür 
sürdülər, Mahmud Ağa da nəvələrinin... 
Haşiyə: Ə.Cəfərzadənin yazdığına görə, Mahmud Ağa-
nın oğlanlarından Cavad bəy həm şair imiş, həm də pəsdən səsi 
olmuş və həm də atası kimi gözəl tar çala bilirmiş. Özü də mu-
ğamların yol-yolacağını yaxşı bilmişdir. Cavan xanəndələr on-
dan muğamların sirrini öyrənmişlər. Bəzi yarışlara o da qa-
tılardı. Cavad bəy böyük şair S.Ə.Şirvaninin oğlu Seyid Cə-
fər, M.Ə.Sabir və Hadinin ən yaxın dostlarından idi. 
Mahmud Ağanın qızı  Bəyim xanımın da məlahətli səsi 
vardı. Atasının ölümündə dediyi ağılarla o, bütün qadın məc-
lisini kövrəldə bilmişdi. 
Bu illərdə ailəyə ağır itki üz verdi. Ağanın anası Gövhər 
xanım soyuqdəymədən qəfil xəstələndi, heç iki ay keçməmiş 
dünyasını  dəyişdi. Vəsiyyətinə  əsasən,  əqrəbalarının uyuduğu 
Şamaxının «Laləzar» qəbiristanlığında dəfn olundu. 
Əhməd Sultan ömür-gün yoldaşı, Mahmud Ağa isə 
ana itkisinə görə yanıb-yaxılırdı. Ailənin ümman sevinci az bir 
vaxt içində əriyərək qeyb oldu. Dalğa dalınca dalğa gəlirmiş ki-
mi dərd dərd üstünə qalaqlandı. Bu hadisə sən demə, ailənin fa-
ciəsinin birinci dalğası imiş. Bir il sonra, Mahmud Ağanın oğlu 
Ağa bəy azara tutuldu. Neçə yerdən həkimlər, təbiblər, tür-
kəçarələr dəvət olundu. Çarə tapılmadı ki, tapılmadı. Nənəsin-
dən il yarım sonra bir uşaq atası olan Ağa bəy də dünyasını 
dəyişdi. Ömrünün çoxunu musiqi məclislərində keçirən, kədəri, 
qəm-qüssəni o qədər də özünə yaxın qoymayan, ona boyun əy-
məyən Mahmud Ağanın qara günləri başladı. 
Əhməd Sultan da yaşının yüzə yaxınlaşan çağında ömür-
gün yoldaşının itkisinin yarası qaysaqlanarkən ona nəvə  dərdi 
də yükləndi. Özünü bədbəxt insan sayan Əhməd Sultan hüzrə 
gələn adamları görəndə:  «Əcəl mənim qismətimiydi, Böyük 
Yaradan cavanlarımı apardı», - deyib ağlayardı. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə