Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 69
Onun istedadlı övladlarına məktəb açdırmışam. Məscid, dövlət 
idarələri, məktəblər, hamam, karvansara, dəyirman tikilməsinə, 
körpülər, yollar salınması, bulaqlar çəkilməsi, bağ-bağatların 
əkilməsinə pullar xərcləmişəm. Bunları kimsə  məndən sonra 
görə bilər və biləcək də. Amma sizə bir neçə  şeyi qorumağı, 
ənənələrimizi yaşatmağı məsləhət bilirəm, vəsiyyət edirəm. 
Birincisi,  Şamaxı torpağını sevməyi, qoca-pirani atamın 
qeydinə qalmağı; onu da anamın, Gövhərimin, ciyərparam Ağa 
bəyin və mənim yanımda dəfn edərsiniz. 
İkincisi, sizə qoyub-getdiyim var-dövlətdən  Şamaxıda 
muğamın yaşamasına, nəvələrimin təhsil almasına halallıqla 
xərcləyin. 
Üçüncüsü, babalarımızın, nənələrimizin yolu ilə gedin, 
xeyirxahlığınızı yaşadın. Amma sağ  əlin verdiyini, sol əl 
bilməsin ha... 
Sən demə, bu zaman Mahmud Ağanın son nəfəsi imiş. 
Sözü ağzından qurtarar-qurtarmaz nəfəsi kəsildi... Oğlanları  
Əhməd bəy, Cavad bəy, qızı  Bəyim xanımın «atam vay» 
harayı pozdu sükutu. Bir anda saraydakılar bir-birinə  dəydi. 
Bütün Şamaxıya, dövlət idarələrinə səs düşdü. 
Mahmud Ağa dünyasını  dəyişəndə  qışın oğlan çağı idi. 
Özü də üç gün idi ki, dayanmadan qar yağırdı.  İnsanlar qarın 
qalınlığından doqqazlarının qapısını belə aça bilmirdilər. Buna 
baxmayaraq, həm dövlət adamları, həm də ziyalıların məs-
ləhəti, səyi ilə Mahmud Ağa sarayından Cümə məscidinə, eləcə 
də oradan «Laləzar» qəbiristanlığına kimi yol qardan təmiz-
ləndi. Bundan sonra Şamaxının Axundu Seyid Əli Ağa başda 
olmaqla dövlət məmurları, ziyalılar, sadə insanlar da xeyriy-
yəçinin cənazəsini qəbiristanlığa kimi çiyinlərində apardılar. 
Camo bəyin xatirələrindən aydın olur ki, dəfndə  iştirak edən 
izdihamın  əvvəli qəbiristanlığa çatanda, sonu hələ Mahmud 
Ağanın evindən çıxmamışdı. Bu dəfn mərasimində bütün Şa-
maxı iştirak edirdi. Qəbiristanlıqda böyük mitinq oldu. Seyidəli 
Ağa, Seyid Cəfər, Mirzə  Ələkbər, Abbas Səhhət, Mahmud 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
70
bəy, S.M.Qənizadə, Mirzə  Məhəmməd Həsən, Ağali bəy 
Naseh, Məhəmməd Tağı, Məhəmməd Hadi, bəy-bəyzadələr
kasıblar və başqaları... Havanın soyuq olmasına baxmayaraq, 
mitinq uzun çəkdi.  Şəhər komendantının göstərişi ilə 
qəbiristanlığa gedən yolun hər gün qardan-palçıqdan 
təmizlənilməsinə fikir verildi. 40 gün şəhərdə ehsan paylandı. 
Havaların sərt, yolların çətin olmasına baxmayaraq, uzaq 
yerlərdən də hər gün eşidib bilənlərdən yasa gələnlər çox idi. 
Mahmud Ağanın tədqiqatçılarından olan musiqişünas 
alim F.Şuşinskinin Mahmud Ağa ilə bağlı belə bir məşhur 
kəlamı var: «O dövrdə Qafqazda elə bir məşhur xanəndə, tarzən 
olmamışdır ki, Mahmud Ağanın məclisində  iştirak etməmiş 
olsun». Bu ifadəni böyük xeyriyyəçinin ölümü ilə bağlı da 
təkrarlamaq olar: «Qafqazda elə bir məşhur xanəndə, təkcə 
xanəndə deyil, musiqiçi-aşıq,  şair, ziyalı olmadı ki, Mahmud 
Ağanın hüzüründə iştirak etməmiş olsun...» 
 
                                                   *** 
 
Mahmud Ağa haqqında ilk dəfə dünya şöhrətli fransız 
yazıçısı A.Düma, şair S.Ə.Şirvani, daha sonra məşhur xanəndə 
C.Qaryağdıoğlu bəhs etmişdir... Sovet dönəmində bir çox mu-
siqişünaslar da xatirələr söyləmiş, bundan başqa Azərbaycanın 
görkəmli mütəxəssisləri də bu nəcib xeyriyyəçi haqqında ürək 
sözlərini demişlər. Akademik F.Qasımzadə  «XIX  əsr Azər-
baycan ədəbiyyatı» kitabında, yazıçı Ə.Cəfərzadə «Aləmdə 
səsim var mənim» romanında Mahmud Ağa məclisi, qonaq-
ları, dostları barədə mükəmməl məlumatları bədii və şirin dillə 
- Şamaxı dialektində oxuculara çatdırmışdır. Görkəmli musiqi-
şünas  F.Şuşinski Mahmud Ağa haqqında ciddi tədqiqatlar 
aparmış,  «Azərbaycan xalq musiqiçiləri»  əsərində  mənbələrə 
söykənərək onun barəsində ilk dəfə daha geniş söz demişdir. Bu-
nunla yanaşı, başqa alimlər - prof. R.Hüseynov, f.e.d. Ə. Cəfər-
zadə, prof. Q.Paşayev, prof. A.Bayramoğlu, prof. A. Nuruyev, 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 71
musiqişünas V.Məmmədov, eləcə  də  Şamaxı ziyalılarından 
İ.Etibar, A.Nafiz, A.Rəcəbov, S.Quliyev və b. Mahmud Ağa 
məclisi barədə müxtəlif səpkili məqalələr yazmış, xatirələr dərc 
etdirmişlər. 
 Ən nəhayət, bizdə uzun illər  ərzində öyrəndiklərimiz, 
topladıqlarımız və araşdırmalarımızı bir kitabda cəmləşdirdik. 
Bu kitab həm də  Şamaxı musiqi mühiti ilə yanaşı  XIX əsr 
muğam mühitinin salnaməsini əhatə edir. 
          
                                      
                                           *** 
 
Mahmud Ağa ilə bağlı  ən böyük tədbir  - «Muğamla 
yoğrulmuş ömür - Mahmud Ağa  ədəbi musiqili-xeyriyyə 
gecəsi» 19 dekabr 1989-cu il tarixində rayon partiya komitəsi, 
rayon XDS İcraiyyə Komitəsinin köməyi ilə  Bakıda - 
M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında 
keçirilmişdir. Həmin tədbirin təşkili və keçirilməsində  şair 
İ.Etibarın xidmətləri  əvəzsiz olmuşdur. Tədbirin ssenari 
müəllifı  də  şairin özü idi. Ədəbi-musiqili gecəyə gözəl ziyalı 
Əbdül Mahmudov rejissorluq etmişdir... 
Tədbirin proqramına diqqət edəndə görürsən ki, 
respublikamızın elm, sənət adamları  həmin gecənin bəzəyi 
olmuşlar;  prof.  Ə.Cəfərzadə, prof. Ə.Cəfər, f.e.d. Əhməd 
Cəfərzadə, f.e.n. R.Hüseynov, f.e.n. V.Məmmədov, 
musiqişünas F. Şuşinski, xalq artisti, bəstəkar R.Mustafayev, 
əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu (ilk dəfə 
Mahmud Ağanın  şəklini doğmalarının  şəkillərindəki cizgilər 
əsasında yağlı boya ilə o, işləmişdir.);  şairlərdən F.Sadıq, 
O.Şamil, Z.Sarıtorpaq; xanəndələrdən - xalq artisti A.Qasımov, 
M.Əyyubova, Q.Quliyeva, Ə.Xankişiyev;  balabançılardan 
A.Seyidov. R.Ələskərov;  şamaxılı  mügənnilərdən  A.Nazif, 
Ə.İsrafilov, A.Novruzov, S. Feyzullayev; aşıqlardan  
M.Ələsgəroğlu, Aşıq Abbas, M.Baratoğlu və başqalarının 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə